A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə54/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   50   51   52   53   54   55   56   57   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
dünyası  nəzərdə  tutulur? Belə  ki, bəzi təsnifatlara görə, insan bədəni bir 
t
əbiət hadisəsi olmaqla, təbiətşünaslığın predmetinə daxil edilir.  
Əslində  isə  insan bədəni, bir tərəfdən, təbiətə  aid olsa da, digər 
t
ərəfdən, onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi üçün də mühüm bir 
rol oyna
dığına görə, həm də humanitar sahəyə aiddir. Bu mənada insanın fi-
ziki sağlamlığına xidmət edən səhiyyə sistemi və idman da humanitar sahə-
y
ə aid edilə bilər. Maraqlı haldır ki, səhiyyə özü insana xidmət etməklə hu-
manitar mahiyy
ət daşısa da, təbabət bir elm sahəsi kimi humanitar elmlərə 
deyil, daha çox d
ərəcədə təbiətşünaslığa aiddir. Lakin son dövrün praktikası 
göst
ərir ki, təbabət hər halda sadəcə  təbiət elmi kimi qəbul edilə  bilməz, 
çün
ki  burada  insan  ruhu,  psixikası  ilə  və  deməli, ümumiyyətlə, humanitar 
sah
ə ilə sıx bağlılıq vardır.  
K.Marks v
ə F.Engels yazırdı: “Harada ki, spekulyativ təfəkkür həqiqi 
h
əyatla üzləşərək kəsilir, orada həqiqi  müsbət elm, praktik fəaliyyətin, in-
san
ların  praktik  inkişaf  prosesinin  təsviri  başlayır”  (19, s. 26). Bəli, antik 
f
əlsəfədən, nəzəri fəlsəfi təfəkkürdən başlanmış böyük idrak marafonu hara-
da is
ə  gerçək həyatın  daşlı-kəsəkli yollarında  finişə  yaxınlaşır,  nəzəri mo-
dell
ərlə həyatın reallıqları arasındakı uyğunsuzluqlar getdikcə daha çox də-
r
əcədə özünü büruzə verir və təfəkkürün gücü öz enerjisini tükətdiyindən in-
san h
ər şeyə sanki yenidən – sıfırdan başlayır. Bu dəfə insan öz empirik dü-
şüncəsini işə salır və sadə həyat məsələlərinin təcrübi dərkindən başlayaraq 
n
əzəri təfəkkürə doğru yeni bir marafon yürüşünə çıxır.  
Hazırda müxtəlif xalqlar və ölkələr vahid elm sistemindən eyni dərə-
c
ədə istifadə etmirlər. Əksər ölkələrin iqtisadi və texnoloji inkişaf səviyyəsi 
müasir elmin t
ətbiqinə uyğun gəlmir. Bunun üçün həm ictimai-təşkilatı in-
frastruktur, h
əm  iqtisadiyyatın  texnoloji  strukturu  müasir  elmin  “dilində” 
ya
zılmış – qurulmuş olmalıdır.  
Q.M.Qlaqoleva yazır: “Elmi kəşflərin və tətbiq üçün hazırlanmaların 
texnoloji m
ənimsənilməsi onların yeni texnikanın real nümunələrində, yeni 
texnoloji prosesd
ə həyata keçirilməsinə imkan verir. Təcrübi-eksperimental 
istehsal m
əhz elmi prosesi sənaye prosesinə çevirən halqa olur; həm də elə 
bir halqa ki, özünd
ə  həm elmi tədqiqatın,  həm də  istehsalın  elementlərini 
birl
əşdirir” (14, s. 47). Əlbəttə, müəllifin elmdən istehsala gedən yolu key-
fiyy
ətcə fərqli mərhələlərə ayırmaq cəhdi təqdirəlayiqdir. Lakin Q.M.Qlaqo-
leva bu m
əsələdə ardıcıllıq nümayiş etdirmir. Belə ki, “yeni texnika nümu-
n
əsi” və  “yeni texnoloji proses” əslində  fərqli mərhələlərdir.  Başqa  sözlə 
 
- 122 - 


Elmşünaslıq 
 
des
ək, “nümunə” tək nüsxədə olduğu halda, “yeni texnoloji proses” ancaq 
silsil
ə istehsal aktlarına aiddir.  
Elmi k
əşfin tətbiq üçün hazırlanması isə əslində elmi fəaiyətdn fərqli 
t
əbiətə malikdir. Belə ki, elmin məqsədi obyektiv gerçəklikdə, təbiətdə olan 
qaydanın,  ahəngin,  strukturun  aşkar  edilməsi və  terminlərlə, yaxud riyazi 
dill
ə  ifadə  olunmasıdır.  Halbuki, tətbiq  üçün  hazırlanma  prosesində  insan 
özünün bildikl
ərini təbii materiala transfer etməyə çalışır. Elmi inkişafın ilk 
dövrl
ərində  alimlər hər iki mərhələni özündə  birləşdirir  və  özlərinin  hansı 
is
ə  ideyasını  tətbiq üçün özləri  hazırlayırdı.  P.L.Kapitsa  yazır:  “Əvvəlki 
vaxtlarda n
əinki Nyuton və Hyugens, hətta Maksvell kimi nəzəriyyəçilər də 
öz n
əzəri mülahizələrinin eksperimental yoxlanmasını özləri həyata keçirir-
dil
ər. İndi isə ancaq istisna hallarda nəzəriyyəçi öz nəzəriyyəsini yoxlamaq 
üçün t
əcrübə qoyur” (17, s. 190-191). Yəni artıq elmin öz daxilində əmək 
bölgüsü, diferensiallaşma getmiş, yeni bir qayda formalaşmışdır.  
Müasir dövrd
ə qloballaşmanın və dayanıqlı inkişaf konsepsiyasının tə-
l
əblərinə uyğun olaraq müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqə getdik-
c
ə  genişlənir və elmdaxili inteqrativ proseslər gedir. A.D.Ursul “dayanıqlı 
inkişaf problemlərinin təbii-elmi, humanitar, texniki, kənd təsərrüfatı, tibbi 
v
ə fənlərarası sahələrin tədqiqat cəbhəsinin genişlənməsini, bioloji və sosial 
sisteml
ərin tarazlaşması, habelə yer və kosmosun bütöv sisteminin ayrı-ayrı 
elementl
əri və  prosesləri üzrə  biliklərin ümumi elmi istiqamətlərdə  birləş-
m
əsini” yeni dövrün əsas tələbləri kimi qeyd edir (20, s. 137). Onun fikrinə 
gör
ə, müasir inkişaf mərhələsində elm, texnika və texnologiya noosfer ori-
yen
tasiyasına  keçməlidir  (20, s. 136). Belə  ki, Yerin təbiətinə  antropogen 
t
əzyiq  azalmalı  noosferogenezin  kosmik  magistralı  formalaşmalıdır  (20, s. 
138)
. Əlbəttə, noosfer ideyası gələcək elmin əsas inteqrativ prinsiplərindən 
biri ola bil
ər. Amma elmin məhz  hansı  istiqamətdə  inkişaf  edəcəyini 
birqiym
ətli şəkildə proqnozlaşdırmaq hələ mümkün deyil. 
 
Ədəbiyyat 
 
1.
 
Agassi J. The Social Base of Scientific Theory and Practice // 
Rationality in Science and politics. Dordrecht, Reidel, 1984, p. 27. 
2.
 
Donald R.Hill. 
Technology in the İslamic World // Encyclopedia of the 
History of Science? Technology and Medicine in Non-Western Cultures. 
Dordrecht, Kluwer Academic Publishers, 1997. 
 
- 123 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə