A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə51/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   47   48   49   50   51   52   53   54   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
proses ancaq magistratura pill
əsindən başlayır. Xüsusi elmi yaradıcılıq qabi-
liyy
əti hiss olunan tələbələrə  universitetdə  qalaraq növbəti mərhələdə  təh-
silini davam etdirm
ək təklif olunur. “Elmi axtarış” xəstəliyinə yoluxduqdan 
sonra is
ə gənc kadrlar yollarını öz istəkləri əsasında seçirlər. 
İstər ali təhsil, istərsə də elmi-tədqiqat müəssisələrində bütün ölkələr-
d
ə hamı tərəfindən qəbul olunmuş bir bölgü göstərmək çətindir. Amma hər 
halda mü
əyyən ümumi cəhətlər vardır ki, bu da təhsil sistemindəki təsnifatın 
elmin daxili t
əsnifatına əsaslandığını göstərir. Qeyri-elmi fəaliyyət sahələri 
üçün kadr ha
zırlığı  da  həmin sahələrin nə  dərəcədə  elmi biliklər  əsasında 
t
əşkil olunmasından asılı olaraq elmlə bilavasitə əlaqədardır.  
Elmd
ə  fənlər üzrə  bölgüdən  başqa,  digər meyarlar üzrə  də  təsnifat 
aparılır.  
Elmi t
ədqiqatın xarakterinə, məqsəd və funksiyalarına görə elmi fənlə-
ri ad
ətən iki fərqli istiqamətdə qruplaşdırırlar: fundamental və tətbiqi. Ənə-
n
əvi yanaşmaya görə, fundamental tədqiqatlar təbiətin obyektiv qanunauy-
ğunluqlarının aşkarlanmasına yönəlmişdir və cari tələbatdan, istehsalın kon-
kret sifa
rişlərindən asılı olmayaraq, elmin daxili məntiqindən, özünün qoy-
du
ğu suallara cavab axtarışından çıxış edir. Fundamental elmlərin xarakteri 
el
ədir ki, biliklərin mənimsənilməsi metodoloji prinsiplər, elmi-fəlsəfi dün-
ya
görüşü ilə sıx surətdə bağlıdır. Burada çox geniş miqyaslı elmi nəzəri ba-
za t
ələb olunur. Fundamental elmi tədqiqatlar min illərdən bəri əldə edilmiş 
bilikl
ər, çox müxtəlif konsepsiyalar və onların sistemləşdirilməsi, dünyanın 
ümumelmi m
ənzərəsinin və elmi paradiqmaların dəyişilməsi ilə nəzəri sis-
teml
ərdə  bir geriyə  qayıdış,  bütün  əvvəlki nəzəriyyələrin və  prinsiplərin 
yenid
ən nəzərdən keçirilməsi, yenidən sistemləndirilməsi tələb olunur. 
T
ətbiqi elmlər isə fundamental tədqiqatlar sayəsində əldə edilmiş nə-
z
əri biliklərin praktik  ehtiyaclara uyğun surətdə  yönəldilməsinə, nəzəriyyə 
il
ə texnologiya arasında körpü atılmasına xidmət edir. Lakin bu məsələdə iki 
f
ərqli mövqe, fikir ayrılığı da vardır. Belə ki, əksər mənbələrdə bu anlayışlar 
bizim yuxarıda izah etdiyimiz mənada işlədilsə də, bəzi müəlliflər “funda-
mental” sözünü “xüsusi 
əhəmiyyətli”, “önəmli” mənasında, yaxud təməl el-
mi s
əviyyə mənasında işlətməklə tətbiqi elmlərin daha fundamental olduğu-
nu sübut etm
əyə çalışırlar.
1
  
1
 Bax: 
Н.В.Карлов. О фундаментальном и прикладном в науке и образовании, или 
Невозведи дом свой на песке // Вопросы философии, 1995, № 11; М.В.Рац. К вопросу 
 
- 116 - 
                                                 


Elmşünaslıq 
 
 
Fundamental v
ə tətbiqi bölgüsü əslində nəinki fənn daxilində, hər bir 
t
ədqiqat daxilində  də  aparıla  bilər. Məsələn,  yazılan  dissertasiya  işlərinin 
çoxu, h
ətta tətbiqi məsələlərə həsr olunsa da, giriş hissəsində problemin nə-
z
əri-fundamental tərəfləri  işıqlandırılmış  olur.  Bu  cür  fəndaxili və  təd-
qiqatdaxili bölgül
ərlə yanaşı, bəzi fənləri bütövlükdə fundamental elmlərə, 
dig
ərlərini isə tətbiqi elmlərə aid etmək praktikası da yayılmışdır. Məsələn, 
ümumi bir f
ənn kimi fizika, kimya, biologiya, coğrafiya və s.-dən bəhs olu-
nark
ən çox vaxt fundamental elmlər nəzərdə tutulur. Həmin fənlərdən ayrıl-
mış tətbiqi elmlər isə nisbətən dar sahələri əhatə etməklə ayrıca adlar altında 
t
əsnif olunurlar; məsələn, elektrotexnika, tətbiqi mexanika, spektroskopiya, 
aşkarlar kimyası və s. Akademik D.İ. Bloxintsev belə hesab edir ki, alimin 
f
əaliyyətini fundamental və  tətbiqi sahəyə  ayırmaq  praktiki  olaraq  qeyri-
müm
kündür. Əslində konkret elmi fəaliyyətin tərkibində onlar bir-birini ta-
mamlayırlar (11, s. 77). A.Zotov və M.Xolmyanski də belə hesab edirlər ki, 
t
ətbiqi elmlər bütöv elmin üzvi tərkib hissəsidir və onu fundamental tədqi-
qatlar
dan ayırmaq olmaz (16, s. 67). V.V. Çeşev də həmin mövqedə duraraq 
ya
zır ki, fundamental elmi tətbiqi elmlə qarşılaşdırmaq  yox, hər bir tədqi-
qatın idraki əsasları kimi dəyərləndirmək olar. “Fundamental elmdə baş ve-
r
ən proseslər həm texnoloji, həm də sosial-mədəni əlaqələrlə vasitələnirlər” 
(25, s. 69).        
“D
əqiq elmlər” ifadəsi çox vaxt “təbiət elmləri”nə yaxın mənada işlə-
nir. Lakin f
ərq bundan ibarətdir ki, bura riyazi elmlər də daxil edildiyindən 
daha  geniş  planda  götürülür.  Son  vaxtlar  bəzi ictimai elm sahələrində  də 
riyaziyyat  geniş  miqyasda  tətbiq olunur.  Bu  sırada ilk növbədə  iqtisadi 
n
əzəriyyələri göstərmək mümkündür. Görünür, buna görə də, iqtisadi fən-
l
ərin də  dəqiq elmlər  sırasına  daxil  edilməsi təklif olunur. Həm də  belə 
t
əkliflər indi Azərbaycanda da səslənməkdədir.
1
  
D
əqiq elm nümayəndələri öz tədqiqatlarını ancaq öz dar ixtisas sahə-
l
ərinin bazasında apardıqlarına görə və elmi biliklərin ciddi determinasiya-
sından çıxış etdiklərinə görə çox vaxt onların başqa elm sahələri ilə, xüsusən 
о  фундаментальном  и  прикладном  в  науке  и  образовании  //  Вопросы  философии, 
1996,  №  9;  Б.И.Пружинин.  О  пользе  фундаментальности  или  быть  ли  в  России 
большой науке // Вопросы философии, 1996, № 12.  
1
 
A.Hacıyev. Elm cəmiyyətdə ən yüksək yerdə olmağa layiqdir // “Azərbaycan” qəzeti, 
15 may, 2010. 
 
- 117 - 
                                                                                                                            


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə