A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə49/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   45   46   47   48   49   50   51   52   ...   82

Elmşünaslıq 
 
Ona gör
ə də, hər iki amili nəzərə alan universal bir yanaşma tələb olunur. 
Bu amill
ərdən biri ənənəvilik, o biri inkişafın son mərhələsində üzə çıxan 
genetik 
əlaqələrdir. Məsələn, əgər Fərabi metod yaxınlığından çıxış edərək 
optika
nı və göy cisimləri haqqında elmləri, habelə musiqini riyaziyyatla bir 
qru
pa salırdısa, müasir dövrdə tamamilə fərqli meyarlar tətbiq olunur. Mən-
tiq v
ə riyaziyyat bütün elmlər üçün universal vasitə və metod kimi dəyərlən-
dirildiyind
ən onları başqa elmlərdən fərqləndirmək lazım gəlir. Zatən Platon 
m
əhz belə bir mövqedən çıxış edirdi. Riyaziyyatın çox və ya az tətbiq olun-
ması elmilik şərtini müəyyənləşdirmək üçün meyar olsa da, bölgü – təsnifat 
üçün meyar ola bilm
əz. Təəssüf ki, lap bu yaxınlara qədər, keçmiş SSRİ-də 
v
ə daha sonra MDB ölkələrində fizika və riyaziyyat eyni elm blokuna daxil 
edilir v
ə elmi dərəcə verilərkən fiziklərə və riyaziyyatçılara vahid bir ad ve-
rilirdi: fizika-riyaziyyat elml
əri doktoru. Bu, əlbəttə mahiyyətdən yox, zahiri 
əlamətlərdən çıxış etməyin nəticəsi idi. Digər tərəfdən, görünür, ənənələrdən 
yaxa qurtarmaq el
ə də asan məsələ deyil. Maraqlı burasıdır ki, bəzi müstəqil 
f
ənlər isə əksinə, bütöv elm sahəsi kimi dəyərləndirilirdi. Məsələn, kulturo-
logiya kimi f
ənlərarası  və  inteqrativ bir fənnin  ayrıca  elmi  istiqamət kimi 
götürülm
əsi elmşünaslığın tələbləri ilə heç cür uzlaşmır. Belə ki, mədəniy-
y
ətin tarixi öyrənilirsə, bu –  tarix elmlərinə, nəzəriyyəsi öyrənilirsə, bu – 
f
əlsəfi elmlərə aiddir.  
Dig
ər tərəfdən, onda gərək kibernetika, sinergetika, biokimya, biofizi-
ka, fiziki kimya v
ə s. fənlərarası ixtisas sahələri də riyaziyyatdan, fizikadan, 
kimyadan v
ə s. ayrılsın və kimə isə “biokimya elmləri doktoru”, “kiberneti-
ka elml
əri doktoru” və  s.  adı  verilsin. Belə  pərakəndəliyə  yol verməmək 
üçün elml
ərin fundamental təsnifatından çıxış edilməlidir.  
Əgər elmlərin təsnifat tarixini nəzərdən keçirsək, hər  şey  fəlsəfənin 
daxili bölgüsünd
ən başlanır. Çünki qədim dövrdə elmlər hələ fəlsəfədən ay-
rılmamışdı. Təsadüfi deyil ki, Aristotel də elmlərin təsnifatını fəlsəfənin da-
xili hiss
ələri kimi vermişdi. O, fəlsəfəni üç yerə ayırırdı: nəzəri, praktiki və 
yara
dıcı.  Nəzəri fəlsəfəyə  məntiqi,  riyaziyyatı,  fizika  və  metafizikanı  aid 
edirdi. Praktik f
əlsəfəyə etikanı, iqtisadiyyatı və siyasəti aid edirdi. Bundan 
başqa o, sənət sahələrini də elmin (fəlsəfinin) bölmələri kimi göstərir poezi-
ya
nı, ritorikanı və incəsənəti buraya aid edirdi. Maraqlıdır ki, bütün bu sahə-
l
ər üzrə  Aristotel  ayrıca  əsərlər  yazmış,  və  elmin bütün sahələrini ehtiva 
etm
əyə çalışmışdır.  
 
- 111 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
Orta 
əsrlərdə  də  elm fəlsəfədən hələ  tamamilə  ayrılmamışdı  və 
filosoflar müxt
əlif elm sahələri ilə də məşğul olurdular. Amma artıq ayrılma 
tendensiya
sı  da  hiss  olunurdu.  Məsələn,  Əbu  Nəsr Fərabi öz təsnifatında 
elml
əri fəlsəfədən ayrı, müstəqil surətdə nəzərdən keçirirdi. O hətta “Elmlə-
rin t
əsnifatı haqqında” ayrıca bir əsər də yazmışdı. Maraqlıdır ki, birinci böl-
m
əyə Fərabi dil haqqında elmləri daxil edirdi. Dilə belə yüksək qiymət ve-
rilm
əsi ilə biz bir də düz min il sonra, linqvistik analiz və analitik fəlsəfə 
nümay
əndələrinin timsalında rastlaşırıq. Fərabi yazır: “Dil haqqında elm iki 
hiss
ədən ibarətdir. Birinci hissə – sözlərin yadda saxlanması və onların mə-
nala
rını bilmək. İkinci – bu sözləri idarə edən qanunları bilmək(yəni qram-
matika – S.X.)” (10, s. 109). Daha sonra F
ərabi dilçiliyin öz daxili təsnifatı-
nı  verir,  nitq  hissələrindən, söz birləşmələrindən,  yazı  qaydalarından bəhs 
edir. Maraqlıdır ki o, poetikanı, şeirin daxili qaydalarını və formalarını da 
dil
şünaslığın tərkibində nəzərdən keçirir.  
Daha sonra F
ərabi məntiq bölməsini açıqlayarkən bir daha qrammati-
ka v
ə poetika məsələlərinə qayıdır, mühakimələrin təsnifatında poetik mü-
hakim
əyə ayrıca yer verir. Sofistika, dialektika, ritorika və s. ilə yanaşı, poe-
ti
kanın da geniş tədqiqinə, habelə kateqoriyalara da ayrıca kitab həsr etməsi 
F
ərabinin Aristotel təsnifatına  sadiq  olduğunu  göstərir. Riyaziyyatı  Fərabi 
çox  geniş  mənada  başa  düşür  və  bir növ o dövrdə  bəlli  olan bütün dəqiq 
elml
əri bura daxil edir. Görünür o, riyaziyyatı dəqiqliyin göstəricisi kimi qə-
bul edirdi. Bununla yanaşı, Fərabi burada da bölgü aparır və fizikanı müs-
t
əqil bir bölmə kimi nəzərdən keçirir. O, fizikanı səkkiz sahəyə ayırır, birin-
ci sah
ədə “təbiətin harmoniyasına” aid məsələlər toplanır. İkinci sahəyə aid 
probleml
ər “səma və kainat” adı altında toplanır. “Yaranma və məhvolma” 
böl
məsində  o,  maddələrin  əmələ  gəlməsi  və  elementlərinə  parçalanmasın-
dan  bəhs  edir  ki,  bu  da  əslində  kimya  elminə  işarədir.  Daha  sonra  Fərabi 
“mine
ralogiya”,  “bitkilər  haqqında”,  “heyvanlar  haqqında”  və  nəhayət, 
“nəfs haqqında” elmlərdən bəhs edir. Düzdür, Fərabi bu təsnifatı guya Aris-
totelin kitab
larının adına uyğun olaraq aparır, amma əslində Aristotelin real 
tədqiqat  sferasından  xeyli  kənara  çıxır.  Daha  sonra  Fərabi  insan  haqqında 
elm
dən  (bu  sahədə  Fərabi  əslində  mədəniyyətşünaslıq  və  antropologiyaya 
dair bilikləri toplayır) bəhs edir. Daha sonra Fərabi hüquq və ilahiyyatı da 
öz təsnifatına daxil etməklə o dövr üçün ən mükəmməl bir təsnifat sistemi 
təqdim edir (10, s. 107-192).  
İbn Sina isə xeyli dərəcədə fərqli bir təsnifat irəli sürür: 
 
- 112 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə