A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə48/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   44   45   46   47   48   49   50   51   ...   82

Elmşünaslıq 
 
ki, bunlar da müst
əqil bir elm olmayaraq fəlsəfə, sosiologiya, menecment və 
iqtisadiyyat f
ənlərinin strukturuna daxildir. Lakin bütün bu tədqiqatlar başqa 
bir en k
əsiyində, məhz təhsil ön plana çəkildiyi təqdirdə, nisbi müstəqil bir 
f
ənnin – təhsilşünaslığın tərkib hissələri kimi də nəzərdən keçirilə bilər. 
Elm
şünaslığın  özü də  müxtəlif fənlərin, tədqiqat istiqamətlərinin 
k
əsişmə sahəsindəki düyünlərdən biridir. Elmin tarixi, sosiologiyası, iqtisa-
diy
yatı, metodologiyası, fəlsəfi və epistemoloji rakursları, hətta məhz elmin 
t
ədqiqi ilə  əlaqədar  yaranmış  yeni  sahələr  –  hamısı  belə  bir düyündən 
budaqlanır.  
Müasir kimyada madd
ənin quruluşu ilə bağlı müxtəlif struktur səviy-
y
ələrinin hər birində fizika tətbiq olunmağa başlamışdır. Yəni kimya prob-
leml
ərinin  araşdırılmasında  riyazi  və  fiziki biliklərin və  qanunauyğunluq-
ların tətbiq olunması əvvəlcə fiziki kimyanın, daha sonra riyazi kimyanın və 
n
əhayət kvant kimyasının nisbi müstəqil fənlər kimi formalaşmasına gətirib 
çıxarmışdır.  Ənənəvi kimya məsələlərinin daha dərindən və  dəqiq tətbiq 
olun
ması  onların  fiziki  problemlər müstəvisinə  keçirilməsi ilə  nəticələnir. 
Amma XIX 
əsrdə O.Kont kimyəvi və fiziki problemlər arasında həmişə bir 
s
ərhəd  olduğu  qənaətində  idi və  kimya məsələlərinin fizikalaşdırılmasının 
əleyhinə  çıxış  edirdi.  Hətta XX əsrdə  akademik B.M.Kedrov da ona haqq 
qazandıraraq fizika ilə kimya arasında fərqlərin guya obyektiv təbiətə malik 
olduğunu iddia edir. Amma zaman keçdikcə tarixən kimyaya aid olan məsə-
l
ələr getdikcə daha çox dərəcədə fizikanın predmetinə daxil olur. Başqa söz-
l
ə desək, fiziklər kimyanın ərazisinə daxil olaraq, sanki onu özününküləşdir-
m
əyə çalışırlar. Amma elmlərin bir-birinə nüfuz etməsi qaçılmaz prosesdir 
v
ə ortaq sahələrdə  yeni-yeni fənlər və ixtisaslar yaranır (23, s. 71). T.Kun 
bel
ə hesab edir ki, hər bir yeni fənnin yaranması ancaq müvafiq paradiqma-
nın yaranması sayəsində mümkündür (18, s. 226-227). Amma fizikada elə 
n
əzəriyyələr var  ki, onlar bir fənnin çərçivəsindən kənara  çıxaraq bir çox 
f
ənlərə təsir göstərirlər. Doğrudan da, hər bir normal elm sanki bir paradiq-
ma
nın ətrafında yaranır. Yeni paradiqmaya keçid Kuna görə, elmdə inqilab 
kimi d
əyərləndirilir. Halbuki, yeni paradiqma həm də  yeni fənn üçün baş-
lan
ğıc rolu oynaya bilər. Yəni nəyi isə inkar etmədən, elmi əvvəlki inkişaf 
tra
yektoriyasından  döndərmədən,  başqa  bir  səmtdə  də  inkişafın  təməlinin 
qo
yulması prosesi gedir. Bu mənada düyün nöqtələri iki cür olur. Birincisi, 
əvvəlki inkişaf xəttinin tamamlanması və yeni inkişaf xəttinə keçid. İkincisi, 
düyün nöqt
əsindən haçalanma və yeni budaqların ayrılması. Bax, bu ikinci 
 
- 109 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
yol Kun t
əlimində  nəzərə  alınmamışdır.  Bizim  təklif etdiyimiz  düyün 
nöqt
ələri və haçalanmalar təlimi daha universal modeldir.  
Müxt
əlif elm sahələri nə  zaman eyni düyün nöqtəsində  birləşir?  Bu 
suala cavab verm
ək üçün öncə pozitiv və neqativ təbiətli düyünlərin fərqlən-
dirilm
əsi lazımdır. Neqativ düyünlər adətən metod çatışmazlığında və ya di-
lin m
əhdudluğunda özünü göstərir. Müxtəlif elmlər çox vaxt eyni metodlar-
dan, eyni riyazi aparatdan v
ə modellərdən istifadə etdikləri üçün hələ kəşf 
olun
mamış  bir  universal  əlaqə, qanun, düstur və  ya  metodun  çatışmazlığı, 
boşluğu özünü fərqli vaxtlarda da olsa, bu elmlərin hamısında göstərir. Yəni 
h
ər bir fənn, elmi tədqiqat istiqaməti gec-tez bu çatışmazlığı, boşluğu hiss 
ed
ərək  onu  doldurmağa,  yeni  metodu  öz  imkanları  daxilində  axtarıb-tap-
mağa çalışır. Düzdür, burada bir vaxt sürüşməsi, asinxronluq da olur, amma 
m
əsələnin həllini tapa bilməyən hər bir fənn gözləmə  mövqeyi tutur, ta o 
vaxta q
ədər ki, başqa fənlər də gəlib burada ilişirlər. Nəhayət, günlərin bir 

nü,  hansı  elminsə  kontekstində  problemin həll  metodu  tapılanda,  gözlə-
m
ədə  olan digər elmlər də  inkişaf  üçün  yeni  impuls  almış  olurlar.  Kun 
t
əlimində  bu mənzərənin təsviri  problem-bilməcə  (puzzle-solving) termini 
vasit
əsilə verilir. Amma bu termin elmin inkişafında daha universal proses-
l
əri ifadə eləmək üçün nəinki yetərli deyil, hətta əsas konseptdən kənara çıx-
maqla terminoloji sistem
ə  daxil ola bilmir. Digər tərəfdən də, yuxarıda 
göst
ərdiyimiz kimi, Kunun işlətdiyi problem-bilməcə (puzzle-solving) ifadə-
si düyün termini
nin daşıdığı ikinci mənanı, yəni yeni haçalanmalar üçün tə-
m
əl olmaq funksiyasını ehtiva edə bilmir. 
Bir t
ərəfdən, haçalanma, genişlənmə və yeni dar ixtisas sahələrinin ya-
ran
ması  baş  verirsə, digər tərəfdən, inteqrativ proseslər gedir. Amma hər 
halda min ill
ər boyu əsasən sabit qalan fundamental bölgülər vardır. Söhbət 
makrostrukturdan gedir. M
əsələn, alimlərin böyük əksəriyyəti hələ  Platon 
v
ə Aristotel dövründən qalan bir bölgünü indi də davam etdirirlər. Belə ki, 
m
əntiq-riyaziyyat sahəsi, təbiət elmləri və ictimai elmlər indi də təsnifatların 
əsas sütunlarını təşkil edir.  
Əlbəttə,  elmin  inkişafının  müasir  mərhələsində  olduqca müxtəlif və 
sayca  olduqca  çox  ixtisasların  olması  təsnifatı  xeyli  çətinləşdirir.  Və  belə 
düşünmək olardı ki, qədimdə – elmlərin sayı az olanda təsnifat daha rahat 
aparıla bilərdi. Amma tərsinə: ancaq elmin ən yüksək inkişaf səviyyəsindən 
baxdıqda  dərin  qatdakı  əlaqələr üzə  çıxır  və  ənənəvi olaraq formalaşmış 
müxt
əlif fənləri vahid prinsiplər  əsasında  qruplaşdırmaq  imkanı  yaranır. 
 
- 110 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə