A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə46/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   42   43   44   45   46   47   48   49   ...   82

Elmşünaslıq 
 
Amma 
ən vacib olan və daha sıx birliyin təmin olunmasına xidmət edən mü-
vafiq ixtisas üzr
ə fakültələr, kafedralar, laboratoriyalardır. Keçmiş SSRİ-dən 
qalan 
ənənəni davam etdirən bəzi ölkələrdə Elmlər Akademiyaları və müva-
fiq institutlar, bölm
ələr fəaliyyət göstərir ki, əslində bunlar müvafiq ixtisas 
sah
ələri  üzrə  alimlərin  daha  sıx surətdə  təmərküzləşməsinə  imkan yaradır. 
Amma bir ölk
ə daxilində sıx birləşmək yetərli olmur. Ona görə də elmi ins-
ti
tutlaşma  beynəlxalq miqyasda həyata keçməli, bütün dünyadakı  müvafiq 
institutlar, fakült
ələr və kafedralarla əlaqə yaradılmalıdır. Bu problemə təhlil 
ed
ən R.Uitli diqqəti  koqnitiv  institutlaşma  ilə  sosial institutlaşma  arasında 
əlaqəyə yönəldir. Onun fikrinə görə, sosial təşkilatlanma olmasa alimlər öz 
arala
rında elmi informasiya mübadiləsi apara bilməsələr elmin koqnitiv 
müst
əvidə institutlaşması və müstəqil fənlərin yaranması da mümkün deyil 
(8, s. 69-95). Uitli bel
ə hesab edir ki, Kun hər bir elmdə vahid bir paradiq-
ma
nın  olduğunu  iddia  etsə  də,  əslində  fərqli koqnitiv strukturlar mövcud 
olur v
ə  onlar arasında  eninə  və  dərininə  əlaqələr  yaranır.  Yəni müxtəlif 
struktur s
əviyyələrindən danışmaq mümkündür (8, s. 71).  
Lakin elmin f
ənlərə ayrılması və hər fənnin öz daxili bölgüsü çox şərti 
v
ə bəzən mübahisəli olduğu kimi, sosial institutlaşma və təşkilati forma mə-
s
ələlərində  də  uyğun  problemlər  yaranır.  Əslində  vahid dəyişməz təsnifat 
apa
rıla  bilməz, çünki elmin daxili dinamikası  buna  imkan  vermir.  Zaman 
keçdikc
ə bəzi ixtisas sahələri arxa plana keçir və yeniləri yaranır. Bu proses 
müxt
əlif bilik sahələrinin  yaxınlaşması  və  kəsişmə  bölgəsində  yeni prob-
leml
ərin üzə  çıxması  sayəsində  həyata keçə  bildiyi kimi, eyni bir sahənin 
n
əzəri və tətbiqi səviyyələri arasında körpü atılması sayəsində də həyata ke-
ç
ə  bilər. Məsələn, psixiatriyanın  nisbi  müstəqil  şəkildə  institutlaşmasını 
M.Fuko bel
ə təsvir edir: “Qərarlaşdığı dövrdə, yəni XVIII əsrin sonu – XIX 
əsrin əvvəllərində psixiatriya ümumi təbabətin ixtisaslaşmış sahəsi deyildi. 
XIX 
əsrin  əvvəllərində, elə  sonralar da, bəlkə  lap XX əsrin ortalarınadək 
psixiatriya tibbi biliyin v
ə ya nəzəriyyənin xüsusi bir sahəsindən çox, icti-
mai gigiyena sah
əsi kimi fəaliyyət göstərirdi. Təbabətin bir bölməsinə çev-
rilm
əzdən əvvəl, psixiatriya sosial müdafiə, xəstəlik və ya xəstəliklə birbaşa, 
ya da dolayı surətdə bağlı olan hadisələr üzündən cəmiyyətin qarşılaşa bilə-
c
əyi hər hansı bir təhlükədən müdafiə sahəsi kimi institutlaşmışdır. Psixiat-
riya bir növ sosial profilaktika, bütövlükd
ə ictimai bədənin gigiyenası kimi 
ins
titutlaşırdı”  (24, s. 149). M.Fuko psixiatriyanın  elm  kimi  formalaşmaq 
yolunda bu sah
ədə  elmi jurnal nəşr  olunmasını  mühüm  bir  mərhələ  kimi 
 
- 105 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
qeyd edir. O, yazır ki, psixiatriyanın əsaslı tibbi bilik sahəsi kimi formalaş-
ması və elmi instituta çevrilməsi üçün bir tərəfdən onun predmetinin, yəni 
əqli xəstəliklərin müəyyənləşdirilməsi, digər tərəfdən də, müvafiq sosial təş-
kilatlanma t
ələb olunur (24, s. 149-150).  
Eyni bir predmetin müxt
əlif elmlərin tədqiqat obyektinə  çevrilməsi 
düyün nöqt
əsində sıxlığın artmasına gətirir. Sanki bir mənzərə fərqli dillərdə 
v
ə ya müxtəlif sənət vasitələri ilə təsvir olunur. Rəssamın, bəstəkarın və şai-
rin t
əsvirində təqdim olunan bir predmet haqqında yaranmalı olan daha mü-
k
əmməl təsəvvür əslində eklektik bir təsəvvürdür; yəni onun vahid ahəngi 
yoxdur. ona gör
ə də qarşıda duran vəzifə hər üç təsvir üslubunu və ya hər üç 
dili ehtiva ed
ən universal bir modelin yaradılmasından ibarət olur. İnsanın 
idrak f
əaliyyəti eyni vaxtda psixologiyanın, qnoseologiyanın və neyrofizio-
lo
giyanın predmeti olmaqla bərabər, sanki onun kənardakı bir modelini, süni 
intellekti öyr
ənən informatika və kibernetikanın da predmeti olur. Bu fərqli 
elm sah
ələri nəinki vahid bir elmdə birləşmir, əksinə, birləşmə yerində, dü-
yün nöqt
əsində  yeni bir elm sahəsinin yaranma  tendensiyası  hiss  olunur. 
Pensilvaniya Universitetinin professoru Gary Hatfield bunu “beyin haq
qın-
da yeni elm”  (3), Dr. Brian L.Keeley is
ə  neyroetologiya  (6)  adlandırır. 
V.F.Venda is
ə təbii və süni intellekti bir müstəvidə öyrənən elmin predmeti-
ni “hibrid intellekt” termini il
ə ifadə edir (12). Bir sözlə, intellekt özü intel-
lektin predmeti kimi
, çoxşaxəli bir problem kimi çoxlu müxtəlif fənlərin kə-
sişmə  nöqtəsində  dayanaraq elmin düyünlərindən  birinə  çevrilmişdir.  İndi 
bu düyünd
ən haçalanan yeni fənlərin kontekstində müvafiq olaraq intellek-
tin intensivliyini ölçm
ək üçün İQ, emosional intellektin səviyyəsini ölçmək 
üçün EQ v
ə  yaradıcı  intellektuallığın  qiymətləndirilməsi üçün CQ testləri 
hazırlanır (9, 17). Yəni intellekt hər dəfə bir rakursda və ya fərqli kəsişmə 
nöqt
ələrində  nəzərdən  keçirilir.  Kibernetikanın  əsasını  qoyan  N.Viner  elə 
kitabının adındaca həm maşınların, həm də canlıların idarə olunması siste-
mini 
əhatə edir (13). Kibernetikanın digər elmlərlə əlaqələri və əlaqədən ya-
ranan yeni t
ədqiqat istiqamətləri indi də geniş planda tədqiq olunmaqdadır.
1
  
1
  Bax, m
əs.:  А.В.Брушлинский.  Психология  мышления  и  кибернетика.  М., 
«Мысль»,  1970;  В.Н.Пушкин.    Психология  и  кибернетика.  М.,  «Педагогика»,  1971; 
«Искуственный  интеллект»  и  психология.  М.,  «Мысль»,  1976;  Д.И.Дубровский.  Ин-
формация, сознание, мозг. М., Высш. школа, 1980; В.Ю.Крылов, Ю.И.Морозов. Ки-
бернетические  модели  и  психология.  М..  Наука,  1984;  М.А.Холодная.  Психология 
интеллекта. СПб., «Питер», 2002.  
 
- 106 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə