A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə47/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   43   44   45   46   47   48   49   50   ...   82

Elmşünaslıq 
 
Ənənəvi elmlərin: fizika, kimya, biologiya və s.-in predmeti çox geniş 
sah
ələri əhatə edir. Amma zaman keçdikcə, elmlər diferensiallaşır, budaqlar 
şaxələnir, sahələr daralır. Müəyyən problemlər aktuallaşır və onların tədqiqi 
üçün kifay
ət qədər alimlər qrupu cəmləşir, müvafiq institutlaşma, sosial təş-
kilatlanmalar gedir. Dig
ər tərəfdən də, elmlərin kəsişmə nöqtələrində prob-
leml
ər üzrə tədqiqat mərkəzləri yaranır. Biz yuxarıda “intellekt” mövzusunu 
bel
ə  fənlərarası  bir  problem  kimi  nəzərdən keçirdik. Eləcə  də, “insan” bir 
bütöv obyekt kimi müxt
əlif elmlərin predmetinə  daxil  olur,  insanşünaslıq 
m
ərkəzləri yaranır.
 
İnsan  fenomenini  bir  küll  halında  öyrənmək cəhdləri 
göst
ərilir.
1
 
Lakin insan haqqında biliklərin bir yerə cəmlənməsi hələ bütöv 
f
ənnin formalaşması deyil. Bu cür məcmuələr olsa-olsa kollektiv monoqrafi-
ya
2
, toplu
3
, lüğət və ya ensiklopediya
4
 
halında olur. İnsanın ayrı-ayrı rakurs-
larda deyil, bütövlükd
ə, vahid funksional bir sistem kimi nəzərdən keçiril-
m
əsi nəticə etibarilə yeni bir fənnin yaranmasına gətirə bilərdi. V.A.Lektor-
ski  yazır:  “Elmlər sistemi içərisində  insan problemindən  danışarkən etiraf 
etm
ək lazımdır ki, insan haqqında vahid termin hələ yoxdur; olsa-olsa mo-
zaik, bir-biril
ə  heç də  həmişə  əlaqələnməyən tədqiqatlardan söhbət gedə 
bil
ər. Biz hələ indi-indi üzərində insan haqqında gələcək elmi qurmaq üçün 
vahid ümumi 
əsaslar yaratmağa cəhd göstəririk”.
5
 
Doğrudan da, bu sahədəki 
elmi t
ədqiqatların inkişaf dinamikasının izlənməsi göstərir ki, sistem bütöv-
1
 Bax, m
əs.: Т. де Шарден. Феномен человека. М., Наука, 1987; М.Шелер. Положе-
ние человека в Космосе // Проблема человека в западной философии. М., «Прогресс», 
1988; 
А.Печчеи.  Человеческие  качества.  М.,  «Прогресс»,  1985;  В.Франкл.  Человек  в 
поисках  смысла.  М.,  «Прогресс»,  1990;  Н.Моисеев.  Человек  и  ноосфера.  М., 
Мол.гвардия. 1990; В.П.Казначеев, Е.А.Спирин. Космопланетарный феномен челове-
ка: проблемы комплексного изучения. Новосибирск, Наука, 1991; В.Дильтей. Воззре-
ние на мир и исследование человека со времен Возрождения и Реформации. М.-Иеру-
салим,  Унив.  книга  Gesharim, 2000; Ч.Х.Кули.  Человеческая  природа  и  социальный 
порядок.  М.,  Идея-пресс,  2000;  Д.Дьюи.  Проблемы  человека  //  Реконструкция 
философии. Проблемы человека. М., Республика, 2003 və s.  
2
  Bax, m
əs.:  Человек  и  его  бытие  как  проблема  современной  философии.  М., 
Наука, 1978; Человек в системе наук. Отв. ред. И.Т.Фролов. М., Наука, 1989.  
3
 
Проблема  человека  в  западной  философии.  М.,  «Прогресс»,  1988;  Человек: 
Мыслители прошлого и настоящего о его жизни, смерти и бессмертии. Древний мир 
– 
эпоха Просвещения. М., Политиздат, 1991. 
4
  Bax, m
əs.:  Ю.Г.Волков,  В.С.Поликарпов.  Человек:  Энциклопедический  словарь. 
М., Гардарики, 2000.  
5
 
В.А.Лекторский.  Человек  как  проблема  единого  исследования  //  Человек  в 
системе наук. Отв. ред. И.Т.Фролов. М., Наука, 1989. 
 
- 107 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
l
əşmədən parçalanır. “Şəxsiyyət” problemi ayrılaraq fəlsəfə, sosiologiya və 
psixologiya
nın kəsişmə xəttində nisbi müstəqillik kəsb edir.
1
 Amma bu sah
ə 
d
ə  bütövləşmədən  parçalanır  və  bəzi istiqamətlər, məsələn,  “şəxsiyyətin 
psixologiyası”, nisbi müstəqil fənn, yaxud Lakatosun termini ilə desək, təd-
qiqat proqramı kimi formalaşır.
2
  
Antropologiya artıq çoxdandır ki, müstəqil bir fənnə çevrilmiş və hətta 
onun öz daxili t
ədqiqat istiqamətləri də  nisbi müstəqillik  əldə  etmişdir. 
Düzdür, indi insanı cəmiyyət və mədəniyyət rakurslarında nəzərdən keçirən 
sah
ələr sosial-kulturoloji antropologiya fənnində birləşir. İnsanı fiziki varlıq 
kimi öyr
ənən sahələr fiziki antropologiyada, daha geniş planda, ruh və bədə-
nin v
əhdəti kimi öyrənən sahə isə fəlsəfi antropologiya adlanır. Amma bu 
sah
ələr özü də bir tərəfdən, təmərküzləşərək vahid antropologiya elmini təş-
kil ets
ə  də, bu düyündən  daha  geniş  şəbəkəli budaqlanma gedir və  çoxlu 
sayda konkret antropoloji f
ənlər yaranır: linqvistik, koqnitiv, tarixi, iqtisadi, 
siyasi, hüquqi v
ə s. antropologiyalar (7). Düzdür, Azərbaycanda və azərbay-
can
lı oxucuların bələd olduğu Rusiya mətbuatında sosial (kulturoloji) antro-
pologiyaya aid m
əsələlər əsasən “kulturologiya” adı altında araşdırılır, am-
ma son vaxtlarda dünyada q
əbul olunmuş təsnifata uyğun olaraq antropolo-
giya terminind
ən də istifadə olunur və bu adda kitabda kitablar yazılır.
3
 
Yaxud t
əhsil sisteminin cəmiyyətdə yerinin və özünəməxsus funksiya-
la
rının  öyrənilməsi sosial fəlsəfənin və  sosiologiyanın  predmetinə  aiddir. 
T
əhsil sistemində  idarəetmə  məsələləri menecmentin sahələrindən biridir. 
T
əhsilin maddi-texniki baza ilə təmin olunması, təhsil müəssisələrinin infra-
strukturunun formala
şdırılması,  təhsilin maliyyələşdirilməsi və  s. bu kimi 
probleml
ər də əslində iqtisadiyyatın predmetinə daxildir.  
Bel
əliklə, təhsilin fəlsəfəsi, təhsilin sosiologiyası, təhsil menecmenti, 
t
əhsilin iqtisadiyyatı və s. bu kimi nisbi müstəqil tədqiqat sahələri formalaşır 
1
 
Э.В.Ильенков. Что же такое личность? // С чего начинается личность. М., Полит-
издат, 1983;  В.И.Толстых. Человек человечества // С чего начинается личность. М., 
Политиздат,  1983;    Л.Хьелл,  Д.Зиглер.  Теории  личности.  СПб.,  «Питер»,  1997; 
К.С.Холл, Г.Линдсей. Теории личности. М., «КСП+», 1997; Психология личности. В 
2-
х томах. Самара, Изд. Дом. «Бахрах», 1999. 
2
 
Д.Фейдимен,  Р.Фрейгер.  Теория  и  практика  личностно-ориентированной 
психологии.  Сост.:  Р.Р.Кашапов.  М.,.  1995  Г.Айзенк.  Структура  личности.  М., 
«КСП+», 1999; В.Райх. Анализ личности. М., «КСП+», 1999.  
3
  Bax,  m
əs.:  В.Феллер.    Введение  в  историческую  антропологию.  Опыт  решения 
логической проблемы философии истории. М., КНОРУС, 2005.  
 
- 108 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə