A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə52/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   48   49   50   51   52   53   54   55   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
ictimai v
ə humanitar elmlərlə əlaqəsi zəif olur. Halbuki müəyyən bir fənn 
daxilind
ə formalaşmış ənənəvi düşüncə tərzindən, metodologiya və metod-
lardan k
ənara çıxmaq və problemlərə başqa bucaq altında baxa bilmək üçün 
dig
ər elm sahələri ilə əlaqə qurmaq, onların bilik bazasından və metodların-
dan da yararlanmaq, 
ən başlıcası isə öz fənlərinin labirintindən xilas olmaq 
t
ələb  olunur.  Düzdür,  böyük  elm  adamları  heç  vaxt  məhdud elmi dünya-
görüşü  içərisində  qalmır,  fəlsəfi və  humanitar  düşüncə  tərzindən qidalan-
maqla elmd
ə qərarlaşmış şablonlardan xilas ola bilirlər. Bu kontekstdə adə-
t
ən  A.Eynşteynin  “mürəkkəb problemlərin həllində  F.Dostoyevski mənə 
Qausdan daha çox köm
ək etmişdir” fikrini misal çəkirlər. Belə misallar əs-
lind
ə çoxdur. Hətta müasir elmşünaslığın yaradılmasında da humanitar dü-
şüncənin az rolu olmamışdır. İxtisasca fizik olan Tomas Kun özünün məş-
hur “Elmi inqilabların strukturu” əsərinin necə ərsəyə gəldiyi barədə yazar-
k
ən, belə bir hadisəni xüsusilə vurğulayır ki, 1958–59-cu tədris ilində onu 
“davranış haqqında elm mərkəzi”nə təcrübə keçməyə göndərirlər. Və bu za-
man Kun bel
ə bir cəhətin şahidi olur ki, ictimai elm adamlarının məsələlərə 
ya
naşması və düşüncə tərzləri xeyli dərəcədə fərqlidir və onlar hadisələrin 
el
ə tərəflərinə toxunurlar ki, bu dəqiq elm adamlarının heç ağlına da gəlmir. 
Bax, bu f
ərqli yanaşmaların bir araya gətirilməsi “elmi paradiqma” anlayışı-
nın formalaşmasına da təkan vermişdir (18, s. 16-17).  
Daha sonra Kun ümumiyy
ətlə mühitdən, texniki tərəqqinin, xarici so-
sial-iqtisadi v
ə intellektual şəraitin elmlərin inkişafına təsirindən bəhs edir. 
Onun fikrin
ə görə, elmin inkişaf qanunauyğunluqları təkcə onun daxili epis-
temoloji t
əhlili ilə öyrənilə bilməz və burada mütləq humanitar, sosial-iqti-
sadi v
ə texniki şərait və onların elmin daxili məzmununun araşdırılmasına 
t
əsiri də nəzərə alınmalıdır (18, s. 19).  
Maraqlı haldır ki, Şərq ölkələrində elmin tarixi və inkişaf qanunauy-
ğunluqları elm adamları tərəfindən deyil, əsasən şərqşünaslar tərəfindən öy-
r
ənilmişdir. Amma bildiyimiz kimi, şərqşünaslıq özü humanitar elmlərə da-
xil edilir, çünki bu probleml
ərlə əsasən dilçilər və tarixçilər məşğul olur. Bu 
ba
xımdan  Şərqdə  elmin öyrənilməsi  bir  qayda  olaraq  humanitar  düşüncə 
priz
masından keçmişdir. Bu paradoksallıq L.Reysner tərəfindən hətta müs-
b
ət məqam kimi qələmə alınır. O, Y.Raşkovskinin “Elmşünaslıq və Şərq” 
ki
tabına  yazdığı  ön  sözdə  bu  əsərin  əsas məziyyətlərindən biri kimi məhz 
elmşünaslığa humanitar düşüncə aspektindən yanaşılması faktını qeyd edir 
(22, s. 4-5). Nec
ə deyərlər, hər pis şeyin yaxşı tərəfini də tapmaq olar. Bəli, 
 
- 118 - 


Elmşünaslıq 
 
biz bu hadis
əyə məhz pis bir ənənə kimi baxırıq. Belə ki, Şərqdə əldə olun-
muş bir sıra böyük elmi nailiyyətlərlə yanaşı, elmin bir tam halında dəyər-
l
əndirilməsi, ictimai fəaliyyət sahələri arasında elmi fəaliyyətin yerinin mü-
əyyənləşdirilməsi, bir sözlə, ümumi planda baxılması və adekvat münasibət 
b
əslənməsi halları  da  az  olmamışdır.  Bir  sistem  halında  olmasa  da,  belə 
fikirl
ər və dəyərləndirmələr Şərq elmşünaslığının rüşeymləri kimi götürülə 
bil
ər. Bununla belə, elm özü nisbi müstəqil bir ictimai sistem kimi məhz 
Avropada formalaşdığından elmin özünüdərki də məhz bu ölkələrdə getmiş 
v
ə elmşünaslıq da burada formalaşmışdır. Y.Raşkovskinin  yazdığına  görə, 
müasir dövrd
ə elmşünaslıq Şərq ölkələri içərisində ancaq Hindistanda geniş 
yayılmışdır  (21, s. 141).  Bu  da  görünür  Hindistanın  uzun  müddət ingilis 
müst
əmləkəsi olmasından irəli gəlir. Və bu mənada əslində söhbət hind yox, 
in
gilis elmşünaslığından getməlidir. Təəssüflər olsun ki, Yaponiya da daxil 
ol
maqla, Şərq ölkələrinin heç birində müstəqil bir elm konsepsiyası ortaya 
çıxmamışdır. Yəni indi bu ölkələrdə elm öz qədim elmi yaradıcılıq ənənələ-
ri
nin davamı kimi deyil, Qərb elminin transferi və inkişafı kimi mövcuddur.  
 
Əslində  dəqiq elmlərin özünüdərk səviyyəsinə  çatması  iki  aspektdə 
h
əyata keçir. Elmə  məntiqi-epistemoloji rakursda, biliklər sistemi və  elmi 
ya
radıcılıq aktlarının cəmi kimi baxan elm adamları elmi özünüdərk sistem-
l
ərində də riyaziyyatın və dəqiq elmlərin metodlarından istifadə edirlər. On-
lar t
əbii ki, ictimai elmlərin buraya qatılması haqqında heç düşünmürlər də. 
Halbuki, özünüd
ərk hadisəsi əslində fəlsəfənin predmetinə daxildir. Və də-
qiq elm adamla
rı  da  bu  məsələlərə  toxunarkən  əslində  fəlsəfi qatda bu-
lunduqla
rının  fərqində  olmurlar. Məsələyə  filosoflar müdaxilə  etdikdə  isə, 
onlar d
əqiq elm və ictimai elm arasında ayrıseçkilik etmədən, daha universal 
yanaşma üsulundan çıxış edirlər. Ona görə də, elm fəlsəfəsinin ictimai elm-
l
əri əhatə edən hissəsi daha çox dərəcədə fəlsəfə tədqiqatçıları və sosioloqlar 
t
ərəfindən həyata keçirilmişdir.
1
 H
əm də belə bir mövqe mövcuddur ki, icti-
1
 
Н.Стефанов.  Теория  и  метод  в  общественный  науках.  М.,  «Прогресс»,  1967; 
Г.А.Антипов,  А.Н.Кочергин.  Проблемы  методологии  исследования  общества  как 
целостной системы. Новосибирск, Наука, 1988; Д.Лукач. К онтологии общественного 
бытия.  Пролегомены.  Пер.  с  нем.  М.,  «Прогресс»,  1991;  Социо-логос.  Пер.  с  англ., 
нем.,  франц.,  М.,  «Прогресс»,  1991;  Л.  фон  Мизес.  Концепция  социальных  наук  // 
Теория  и  история:  интерпретация  социально-экономической  эволюции.  Челябинск, 
Социум, 2009, с. 229-232.    
 
- 119 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə