A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə53/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   49   50   51   52   53   54   55   56   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
mai gerç
əkliyin dərk olunması təbiətin dərkinə nisbətən spesifik xüsusiyyət-
l
ərə malikdir və ona görə də, “ictimai idrak”, “sosial idrak”, “tarixi idrak” 
kimi terminl
ərdən istifadə olunur.
1
 T.Haff h
əm təbiət, həm də cəmiyyət elm-
l
əri üçün vahid metodoloji prinsipdən çıxış etməyin tərəfdarı olan K.Menqe-
lin “naturalistik monizm” mövqeyi il
ə V.Dilteyin iki fərqli metodologiyadan 
çıxış etmək mövqeyini qarşılaşdıraraq kompromis yaratmağa, ortaq bir vari-
ant tapmağa çalışır (4, s. 462-463). Həm də bu fikri T.Haff M.Veberin sosial 
elml
ərin metodologiyasına dair təlimini şərh edərkən söyləyir. J.Aqassi də 
ictimai elml
ərin spesifikasını öyrənməyin tərəfdarıdır. O, yazır: “Fizika hey-
r
ətamizdir, amma fiziklərin qiymət vermədiyi ictimai elmlər bəzən daha 
heyr
ətamiz olur” (1, s. 27).  
 
Müvafiq elm sah
ələri qarşısında qoyulan vəzifələri daha konkret dərk 
ed
ə  bilmək üçün bu sahələrin özünə  də  diferensial yanaşa  bilməli,  onları 
f
ərqləndirməliyik.  
Humanitar v
ə ictimai elmlər ilk baxışda nə qədər yaxın görünsələr də, 
əslində xeyli dərəcədə fərqli mahiyyət və məzmuna malikdirlər.  
Dig
ər tərəfdən də, bir var humanitar elmlər, bir də var ümumiyyətlə 
humanitar sah
ə.  
İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu və idealları – humanitar 
sah
ənin əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incəsənət də humanitar sa-
h
əyə aiddir. Bu başqa məsələ ki, göstərilən humanitar hadisələrin hər birinin 
öz elm v
ə fəlsəfə səviyyəsi də vardır. Tarix, tarixşünaslıq («tarix elmi» – bə-
z
ən sadəcə «tarix» də deyilir; yəni hər iki məna eyni sözlə ifadə olunur) və 
tarix f
əlsəfəsi, bədii ədəbiyyat, ədəbiyyatşünaslıq (filologiya) və ədəbiyyat 
f
əlsəfəsi (aşağı yarusda bu sahə «ədəbi tənqid» kimi məlumdur), incəsənət, 
s
ənətşünaslıq və sənət fəlsəfəsi (estetika), din, dinşünaslıq və din fəlsəfəsi
m
ənəvi tərbiyə, pedaqogika və etika geniş planda götürdükdə humanitar sa-
h
əyə aiddir. Son vaxtlar daha inteqrativ bir elm sahəsi kimi insanşünaslıq-
1
 
Проблемы  познания  социальных  явлений.  Свердловск,  Уральский  Гос.  Унив., 
1980; 
Г.А.Антипов. Историческое прошлое и пути его познания. Новосибирск, Наука, 
1987; 
В.Ж.Келле, М.Я.Ковальзон. Теория и история. (Проблемы теории исторического 
прогресса. М., Изд-во полит. литературы, 1981; Г.С.Арефьева. Общество, познание, 
практика. М., «Мысль», 1988; З.Бауман. Мыслить социологически. Пер. с англ., М., 
Аспект Пресс, 1996. 
 
- 120 - 
                                                 


Elmşünaslıq 
 
dan, b
əzən də antropologiyadan bəhs olunur. Mənaları eyni olsa da, bu iki 
t
ədqiqat istiqamətində bəzən fərqli məzmunlar qruplaşdırılır.  
Sovet dövründ
ə insan özü də ilk növbədə sosial varlıq kimi götürüldü-
yün
ə görə, insanşünaslıq da cəmiyyətşünaslığın içərisində əridilmişdi. İnsan 
f
ərdiyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb dünyası, kapitalist ölkə-
l
əri üçün səciyyəvi idi. Ona görədir ki, humanitar təfəkkür də, insan haqları 
mövzusu da, irsiyy
ət məsələləri də, fərdi-psixoloji problemlər də daha çox 
Q
ərbdə  öyrənilirdi.  İnsanın  sosiallaşması  hətta bədii  ədəbiyyatda da öz 
əksini  tapmışdı.  İndi  kommunist  ideologiyasından  ayrıldıqdan sonra, 
qarşımızda duran vəzifələrdən biri də insanşünaslığı bərpa etmək, fərdin cə-
miyy
ətdə itmək, fərdiyyətini itirmək təhlükəsinin qarşısını almaqdır.  
Din d
ə humanitar sahəyə aiddir. Çünki insanın mənəvi aləmi ilə bila-
vasit
ə bağlıdır. Lakin müxtəlif dinlərdə bu bağlılıq bir qədər fərqlidir. Məsə-
l
ən islamda dini etiqad ilk növbədə fərdə aiddirsə, xristianlıqda kilsələr in-
sanla Allah ara
sında vasitəçilik missiyasını üzərinə  götürərək dini ictimai-
l
əşdirmişlər. Ona görə  də, islam aləmində  ilahiyyat və  dinşünaslıq  əsasən 
humanitar sah
əyə aid olsa da, xristian dünyasında cəmiyyət sferasına aiddir. 
Amma islamda da h
ər bir fərd üçün nəzərdə tutulan həyat tərzi və davranış 
qaydala
rı (fiqh) dini yönlü dövlətlərdə cəmiyyət və dövlət səviyyəsində təs-
bit olunmaqla hüquq sisteminin 
əsasını təşkil edir və beləliklə ictimailəşmiş 
olur.  
İstənilən halda bütün dinlər həm humanitar, həm də cəmiyyət sferası 
il
ə sıx surətdə bağlıdır.  
Tarix d
ə həmçinin. Tarix özü və tarixlə tərbiyə daha çox humanitar sa-
h
əyə  aid olsa da, tarixşünaslıq  və  tarix fəlsəfəsi daha çox ictimai elmlərə 
aiddir. 
El
əcə  də  fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə  humanitar sahəyə  aid 
edilir. “Özünü d
ərk et” prinsipindən çıxış edildikdə, bu doğrudan da belədir. 
Amma insan f
əlsəfəsindən fərqli olaraq tarix fəlsəfəsi daha çox dərəcədə 
ictimai yönlüdür. Y
əni onun predmetini insan yox, cəmiyyət; fərdi ruh yox, 
ictimai ruh t
əşkil edir. İnsanın özünüdərki, millətin özünüdərki və nəhayət
b
əşəriyyətin özünüdərki fəlsəfənin strukturunda fərqli səviyyələrdir.  
Göründüyü kimi, biz humanitar v
ə ictimai elmlər bölgüsündə insan və 
c
əmiyyət bölgüsünə əsaslanırıq. 
Lakin sual olunur ki, insan problematikasına onun fiziki varlığı, bədə-
ni  il
ə  bağlı  məsələlər də  aiddirmi, yoxsa ancaq mənəvi aləm, onun iç 
 
- 121 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə