A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə61/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   57   58   59   60   61   62   63   64   ...   82

Milli-m
ənəvi dəyərlər 
 
 
Muğamın  fəlsəfəsinin  açılmasına  ən ciddi cəhd Asif Ata tərəfindən 
gerç
əkləşdirilmişdir. Estetik fəndlərin arxasında duran fəlsəfi mənaların şö-
b
ə-şöbə müxtəlif ideyalar üzrə izlənilərək şərh edilməsində onun tədqiqatla-
rının bu günə qədər bərabəri yoxdur.  
Lakin bütün d
ərinliyi ilə bərabər, biz onun fəlsəfi yanaşmasında mu-
ğamı  islamdan  aralamaq,  onun  islamdan  kənar  anlamını  vermək niyyətini 
görürük. Filosof mövzuya iki d
əfə müraciət etmişdir. Birinci dəfə o, muğa-
mı inqilab və üsyan patetikasına əsaslanaraq şərh etmişdir ki, bunu da yəqin 
filosofun  yaşadığı  kommunist  rejiminin  təsiri ilə  izah etmək  lazımdır  [5]. 
Şübhəsiz  ki,  muğamda  üsyan,  etiraz,  mübarizə  motivləri  vardır.  Lakin bu 
hal
da ordakı təslimiyyət və təslimiyyətdə tapılan sakitlik necə izah olunmalı 
idi?  Halbuki  muğamın  son  nöqtəsi məhz təslimiyyət,  islamdır.  Muğamlar 
Bethoven simfoniyaları kimi zəfərlə bitmir, insanın sakitləşməsi ilə bitir. 
Ikinci d
əfə Asif Ata muğam fəlsəfəsinə ayrıca kitab həsr etmək fikrinə 

şür və bu dəfə də əsər olduqca zəngin məna açılımları, ekzistensial şərh-
l
ərlə bol olur [6]. Lakin bu dəfə muğam üsyan və inqilab ideyaları ilə yox, 
da
ha ruhani üslubda (işıqlanma, təmizlənmə, zərdüştlük, xürrəmilik, sufilik, 
hürufilik, m
əcnunluq üstə) tədqiq edilir.  Lakin sufizmin, hürufizmin xatır-
lan
mağına baxmayaraq, biz yenə də muğamı islamdan kənar anlamaq və an-
latmaq niyy
əti ilə  rastlaşırıq.  Aydınlıq  üçün  qeyd  edək ki, filosof sufizmi 
ümumi 
Şərq  mistisizminə  bağlayır  və  onun islami mənşəyinə  anlaşılmaz 
qısqanclıqla yanaşırdı. Və təbii olaraq muğamın sonu yenə də doğru məna-
lan
dırıla bilmir: “ Son Pillə Mövzusunun bütün başqa mövzularla Təzad təş-
kil el
əməsi,”[7] – kimi tezislə filosof muğamın sonundakı təslimiyyət mo-
mentin
ə öz münasibətini bildirir. 
* * * 
Muğamın ən qabarıq estetik cəhəti bizə onu bir zikr (anma, xatırlama) 
musiqisi kimi mü
əyyənləşdirməyə  əsas  verir.  Muğam  hər cümləsiylə, hər 
sözüyl
ə, vergülü ilə, nöqtəsiylə  xatırlama,  yada salma vəzifəsinə  xidmət 
edir. Eynil
ə Quran kimi. 
Xatırlamanın  idrakın  əsası  olduğu  barədə  fikirlərə  biz Platonda da 
rastlaşmışdıq. Və bu mövqe Quranın mövqelərinə yaxındır. 
Xatırlamanın Quranda formaları çoxdur : 

 
 yol kimi – “Bel
əliklə biz Quranı ərəbcə endirdik və onda hədələr 
s
əpələdik,  -bəlkə  onlar qorxarlar,  yaxud  bu  onlarda  zikri  oyatmış  olar!” 
(19:113); 
 
- 139 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 

 
 
mistik  yaddaşın  oyadılması  kimi  –  “Allahın  sizə  lütfünü və 
Onun "Eşitdik və itaət edirik!", – dediyiniz zaman sizinlə bağladığı əhdini 
xa
tırlayın.  Allahdan  qorxun.  Şübhə  yoxdur ki, Allah qəlblərdə  olanları 
bil
əndir!”(5:7); 
 

 
t
əmizlənmə kimi – “Nə bilirsən, bəlkə o təmizlənəcək, yaxud xə-
b
ərdarlığı tez-tez yada salacaq və bu zikr ona kömək edəcəkdir.” (80:3-4); 

 
t
ərbiyəvi, kamilləşdirici alət kimi – “Və onu cəhənnəmə gətirdik-
l
əri  gün  insan  xatırlayacaqdır,  lakin  bu  xatırlama  nəyə  gərək olacaq?” 
(89:23); 

 
m
ənəvi sıxıntıdan çıxma vasitəsi kimi – “Və kim Mənim barəm-
d
ə  zikrdən üz çevirərsə, onun həqiqətən də  sıxıntılı  həyatı  olacaq!” 
(20:124); 

 
Allahın  mərhəmət və  diqqətini cəlb etmə  üsulu kimi –  “Məni 
zikr edin ki, M
ən də sizi zikr edim;...” (2:152);  

 
psixoloij adekvatlığı saxlama vasitəsi kimi – “Allahdan qorxan-
la
ra şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlar və dərhal görən 
olarlar”(7:201). 
Güman etmir
əm ki, siyahını tamamlaya bildim. Əslində Quranda ke-
ç
ən  xatırlamanın  bütün  palitrasını  göstərmək çətindir. Təkcə  onu qeyd et-
m
ək yerinə düşər ki, müsəlmanların bu müqəddəs kitabı elə xatırlama kimi 
t
əqdim olunur: “Sad. And olsun zikrlə dolu Qurana” (38:1) və başqa bir yer-
d
ə “Və biz Quranı zikr üçün asanlaşdırdıq, lakin heç bir nəfər zikr edən tapı-
lar
mı!” (54:17) deyə Quranın təyinatının da məhz zikrə xidmət etmək oldu-
ğu açıqca bəyan edilir. 
İslama görə insanın problemləri onun yalançı gerçəklikdə yaşaması ilə 
şərtlənir. İnsanın ağlını və duyğularını bürüyən cəhalət ucbatından (hind fəl-
s
əfəsində: avidya – bilməzlik) ətraf aləm və həyat insan şüurunda olduğu ki-
mi deyil, 
əyilmiş, yanlış əks olunur. Əks olunma ilə bağlı marksist konsepsi-
ya bu 
əyintinin dərinliyini və  incəliyini  tutmaq  iqtidarında  deyildi.  Orada 
əks olunma obyektivliyi obyektlərin yalnız ən kobud şəkildə identifikasiya-
sının marağındadır. Yəni stəkanın stəkan kimi tanınması və s. Tamam başqa 
bur s
əviyyədə Quran insanı öz görmə qabiliyyətini test etməyə çağırır: “Mə-
g
ər göydə və yerdə olanların və sıra ilə uçan quşların Allahın şəninə təriflər 
söyl
ədiyini görmürsən?..”(24:41). Quşun identifikasiyası elə də çətin iş de-
yil, lakin onun Allaha t
əriflər söyləməsi? Bu səviyyədə şəhadət üçün göz, 
 
- 140 - 


Milli-m
ənəvi dəyərlər 
 
qulaq v
ə Quranda anlama orqanı kimi keçən ürək tamamilə yenidən qurul-
malı, islama görə isə, əslində öz ilkin, əzəli parametrlərinə qaytarılmalıdır.  
Bu s
əbəbdən də Quranın insanla ünsiyyəti həkimin yaddaşını itirmiş, 
d
ərin amneziyaya məruz qalmış xəstə ilə müalicə seanslarını xatırladır. Bu-
rada şüurun ayrı-ayrı ustanovkalarının təftişinə dəvətlər, ibrətamiz hekayət-
l
ər, bol yadasalmalar vardır. Mətnin ayələrə bölünməsi də ayrı-ayrı cümlələ-
rin, b
əzən isə frazaların zikr obyektinə çevrilməsini, sonradan xatırlanmasını 
asanlaşdırır. Kitabla sistematik ünsiyyət və əməli təmizlənmə fəaliyyəti in-
sa
nın  daxili  aləmində,  qavrayışında,  təfəkküründə  korreksiyaların  yaradıl-
ma
sına  hesablanmışdır.  Nəticədə  insanın  qavrayış  və  davranışının  həqiqi 
gerç
əkliyə adekvatlığı yaranmalıdır. İnsan yaşantılarında adekvatlıq defisiti-
nin mövcudluğunu isə ekzistensialist filosoflar da gözəl açmışdılar.  
Muğamın yad mədəniyyətlərin nümayəndələri tərəfindən qavranılması 
da maraq doğurur. Məsələn, Nikita Xruşşov privat söhbətlərinin birində əs-
lind
ə azərbaycan muğamının ona yalnız ağlamağı xatırlatdığını səmimi şə-
kild
ə etiraf edir [8]. Lakin digərləri də vardır ki, ilk dinləmədən bu musiqi-
nin ilahi d
ərinliyinə valeh olduqlarını bildirirlər. Bəli, muğam ağlayır, fər-
yad qoparır. Və bu hal, Füzuli leksikonu ilə desək, bu “rüsvayçılıq” ümu-
m
ən qərb musiqisinə yaddır və qərb musiqisi nadir hallarda bu adekvatlığa 
ya
xınlaşa bilmişdir (məsələn, Motsartın “Rekviyem”ində, yaxud P.Çaykov-
skinin 6-
cı simfoniyasında). Zira muğam mütləq adekvatlıq musiqisidir. İn-
sa
nın içində olduğu gerçəkliyə bilavasitə və doğru reaksiyasıdır. “Yəni siz 
bu hekay
əyə təəccüb edirsiniz? Gülür və heç ağlamırsınız? Tez olun, Allah 
qar
şısında səcdə edin və Ona ibadət edin!”(53:59-62). Və muğam şöbədən 
şöbəyə, pillədən pilləyə dinləyicisini bu adekvatlığa  yüksəldir.  İnsanı özü-
nün t
əbiiliyi, fitrəti ilə tanış edir. 
Muğam  sözünün  məqamla  bağlılığı  daha  təbii  görünür.  Zira  muğam 
m
əqamlardan danışır həm də. Insanın reallığa oyanışı burada elektrik açarı-
nın vurulması ilə işiğın anıdən bərqərar olunması kimi deyil, qaranlıqdan sa-
ba
hın  açılması  kimi  göstərilir. Proses tədricidir,  gedişində  sıçrayışlar,  nur 
saç
maları  olsa  da.  Hər  muğamın  motivi  hər  şöbədə  yeni səviyyədə, yeni 
ade
kvatlıq dərəcəsində təkrarlanır. Muğamın qəhrəmanı yolda gəlib çatdığı 
insanlıq,  müdriklik  mərtəbəsini  nümayiş  etdirir.  Deməli,  muğam  insanın 
oyanışının bir modelini özündə ifadə etmiş olur. 
Din yol dem
əkdir. Muğamın konsepsiyası bu həqiqəti tam dolğunluğu 
il
ə əks etdirməkdədir. Banal təsəvvür dini özünə statik bir mövcudluq kimi 
 
- 141 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə