Azərbaycan döVLƏt məDƏNİYYƏt və İNCƏSƏNƏt universiteti NƏZNİNDƏ humanitar kolleci SƏRBƏst iŞ



Yüklə 82,94 Kb.
səhifə1/3
tarix13.12.2023
ölçüsü82,94 Kb.
#148987
  1   2   3
DOC-20231104-WA0000.


AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ NƏZNİNDƏ HUMANİTAR KOLLECİ

SƏRBƏST İŞ


TURİZM NƏQLİYYAT XİDMƏTLƏRİ
(FƏNN)

2023
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ NƏZNİNDƏ HUMANİTAR KOLLECİ

FƏNN: TURİZM MARŞURUTLAR VƏ EKSKURSİYA İŞİNİN TƏŞKİLİ


QRUP: TBT - 022
MÜƏLLİM: ABBASOVA GÜLŞƏN
TƏLƏBƏ: FƏRZƏLİ SEVİNC
MÖVZU: Turizm məhsulunun inkişaf tarixi

2023


PLAN


  1. Səyahətlər turizmin başlanğıcı kimi (qədim dövr)

  2. Kütləvi turizmin inkişafı (Tom Kuk)

  3. Turizm fəaliyyətinin genişləndirilməsi (XX əsrin II yarısı)


2023


Səyahətlər turizmin başlanğıcı kimi (qədim dövr)
Səyahət və turizm kimi bir-birinə bağlı bu iki anlayış müəyyən həyat tərzini göstərir.
Turizmi səyahətdən ayıran cəhət onun məqsədli və kütləvi olmasıdır.
Turizmin kökləri ibtidai icma quruluşuna gedib çıxır.O zaman insanlar yaxşı məkan axtarmaq məqsədilə yerlərini dəyişdirirdilər.Yemək axtarmaq və münasib yerlərdə yaşamaq üçün insanlar öz marşrutlarını yadda saxlayırdılar. Təbii ki,o zamanlar yerdəyişmə piyada həyata keçirilirdi.Tədricən insanlar yerdəyişmək üçün, heyvanlardan –atdan, dəvədən və s. İstifadə edirdilər. Su (çay, dəniz, göl) vasitəsilə yerdəyişmək üçün isə kiçik qayıqlardan və sallardan istifadə olunurdu. Bir çox tayfalar yerlərini dəyişəndə, ulduzlar vasitəsilə səmti müəyyən edirdilər.
Bizə məlumdur ki, ilk səyyahlar tacir və zəvvarlar olmuşdur. B.e.ə 4-cü minilliyin əvvəlində finikiyalılar tərəfindən pulun icad olunmasıni və ticarətin inkişafını səyahətlər erasının başlanğıcı kimi qeyd etmək olar.
Turizmin tarixi qədimdən başlayır, lakin hansı əsrdən başlanması məlum deyil. Turizmin yaranması insanların qəbilə şəkilində yaşaması və ilk insan sivilizasiyasının əmələ gəlməsi ilə əlaqədardır. Minilliklərdən bəri insanlar böyük çətinliklər çərçivəsində yaşamaq uğrunda ölüm-dirim müharibəsini aparmış, bu yolda çoxlu qurbanlar vermiş və nəhayət, öz ilkin mədəniyyətini yaratmışdır. Daş dövründən bizə miras qalan qayalar üsündə rəsmlər, qədim dövrün arxeoloji tapıntıları buna əyani sübutdur.
Səyahətlər və yerdəyişmələr insanları tarix boyu müşahidə etmişdir. İnsan cəmiyyəti təkmilləşdikcə səyahətlər də dəyişmişdir. Daim sıxıntılar içərisində olan insanlar qədim zamanlardan uzun məsafələri ayaqla qət etməyə məhkum olmuşdur. Bu insanların təbiət ilə çox bağlı olması, mürəkkəb hallarda belə sıx meşələrdən, dərələrdən, çaylardan, dənizlərdən yol tapıb xilas olmaları müasir insanları çox təəcübləndirir. Səyahət zamanı insanlar sığınacaq üçün mağaralar axtarıb tapmış, yaşayış yerlərinə cığırlar salmış, hərəkət vasitələri yaratmış, bunların hamısını təkmilləşdirmiş, bütün yer kürəsini öyrənmiş və özünə tabe etmişdir.
Turizm müxtəlif insan sivilizasiyalarının yaranmasında və inkişafında mühüm rol oynamışdır. Beş min il bundan əvvəl dünyanın müxtəlif yerlərində - Çində, Hindistanda, Yaxın Şərqdə, Yunanıstanda insan sivilizasiyaları əmələ gəlmişdir. İnsanlar ölkələrarası səyahətlərə çıxmış, iqtisadi əlaqələr yaratmış və ideya mübadiləsi aparmışdır.

1

O dövrün qabaqcıl ideyalarını yayan alimlər və məşhur səyyahlar formalaşmışdır.


Herodotun, Strabonun, Aristotelin, Pifaqorun, Demokritin, Platonun və başqa
alimlərin elmi mübadilələri Avropa sivilizasiyasının yaranmasına səbəb olmuşdur.
Öz səyahətəri vasitəsilə dünyanı dərk etməyə çaşlışan “traixin atası” adlanan Herodot və Strabon çoxlu əsərlər yazmışlar, tarix, coğrafiya, etnoqrafiya, antropologiya kimi elmlərin əsasını qoymuşlar.
Misirin Aleksandriya (İsgəndəriyyə) şəhərində e.ə. I minilliyin ortalarında (ellinizm dövründə) turizmin Museyon adlı Elmi Mərkəzi yaradılmışdır. Həmin mərkəzdə dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzdən artıq məşhur alim fəaliyyət göstərmişdir.
Herodot e.ə. təxminən 484-cü ildə Kiçik Asiyanın Kalikarnas şəhərində anadan olmuşdur. Siyasi mübarizədə iştirak etdiyinə görə cavan yaşlarında ölkəni tərk etməyə məcbur olmuş və uzaq ölkələrə səyahətə çıxmışdır. Herodot öz əsərində göstərdiyi kimi, Kaspiy dənizində gəmi ilə səyahət etmiş, çox güman ki, Bakıda olmuş və Kaspiy dənizinin xəritəsini yaratmışdır. Herodotun səyahətəri 10 il davam etmişdir. Onun əsərləri külli miqdarda coğrafiya və təbiətşünaslıq sahəsində dəqiq elmi məlumatlarla zəngindir. Herodot Yunanıstanın bir saylı turisti hesab olunurdu.
İlk səyahətlərə Qədim Misir fironlarının padşahlığı dövründə, e.ə. VI-IV minilliklərdə hakim dairələrin tez-tez yaşadığı yerləri dəyişib səyahətərə çıxmalarını aid etmək olar. Misir papirusları təsdiq edirlər ki, qədim misirlilər uzaq məsafələrə səyahət edərdilər. Məsələn, 6 min il bundan əvvəl Misir hərbi sərkərdəsi Urdudu Assa padşahının dövründə uzaq Punta ölkəsinə (Somali dövlətinə) səyahət etmişdir. Punta ölkəsinə səyahətə çıxanlar gedib qayıtmaq üçün 2000 km məsafə qət edirdilər. Sonrakı minilliklərdə misirlilər XII fironlar dinastiyası dövründə Nil çayının yuxarlarına ekspedisiyalar göndərirdilər.
Qədim çinlilər nəinki Çinin daxilində səyahət edirdilər, hətta gəmilərlər üzə-üzə Sakit Okeana çıxa bilirdilər. Eramızdan çox-çox əvvəl onlar Çinin xəritəsini hazırlamışdırlar. Kompası da məhz ilk dəfə Çinlilər icad etmişdilər. Onlar Çinin daxili sularında rahat üzürdülər.
Qədim dövrün ilk dəniz səyahətəri finikiyalılara aiddir. Onlarda gəmiqayırma inkişaf etmişdir.
2
Onların yüngül, dəyanətli gəmiləri çox sürətlə hərəkət edirdi, asanlıqla dənizləri üzə-üzə Atlantik Okeanına çıxırdılar. İngiltərəyə səfər edən finikiyalılar bu ölkəni
“qalay ölkəsi” adlandırırdılar. Onlar iki qitəyə ad vermişdilər: Avropa və Asiya.
Finikiyalılar uzaq ölkələrə səyahət edən zaman müxtəlif xalqların danışıqlarını öz
əlifbalarında yaza bilirdilər. Onlar ilk dəfə qədim iyeroqlif işarələrini alfavit hərfləri ilə əvəz etmişdilər. Bu hərflərin hər birinin iyeroqliflərdən fərqli olaraq
səslənməsi var idi. Finikiyanın Afrikanın şimalında yaratdığı qüdrətli Karfagen dövləti cəsarətli dəniz səyyahlarını və “yeni” torpaqların kəşf edilməsini davam
etdirmişdir.
Müasir dövrdə ekskursiyalar ilk dəfə hələ XVII əsrin sonu, XVIII əsrin əvvəllərində böyük maarifçilərin təsiri altında Avropanın bəzi təhsil ocaqlarında təşkil edilmişdir. Həmin dövrlərdə tələbələr üçün qısa ekskursiyalar və piyada gəzintilər təçkil edilirdi. O. Dövrdə bunlar məhşur Polşa pedaqoqu Kominskinin üsulu ilə əyaniliyi təmin etmək və tərbiyəməqsədi ilə edilirdi. XVII əsrdə Rusiyada tanışlıq məqsədilə gəzmək, öyrənmək üçün səyahət edənlərin sayı artmağa başlamışdır. XVIII əsrdən artıq xarici ölkəkələrə səyahətlər təşkil olunurdu.
Ümumiyyətlə-turizm dedikdə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlıq, tanış olma, idrakı tarixi və mədəniyyət sərvətlərlərındən bəhrələnmə və s, iş-peşə ( vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlə daimi yaşayış yerindən müvəqqəti səhayətləri başa düşülür.
Turizmi səyahətdən ayıran əsas cəhət onun məqsədli və kütləvi olmasıdır. Səyahət insanların zaman və məkan daxilində hərəkətidir. Səyahət edən insan məqsəd, hərəkət vasitələrindən (piyada, nəqliyyat) asılı olmayaraq səyahətçi adlanır.
Hər bir ölkədə turizmin inkişafı nəinki o ölkənin iqtisadi dirçəlişinə təkan verir, həmçinin onun tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyətinin də inkişafına və əhalisinin dünyagörüşünə, mədəni əlaqələrin qurulmasına şərait yaradır. Bu əlaqələrin qurulmasında və turizmin inkişafında vacib olan əsas şərtlərdən biri də ekskursiya işinin təşkilidir. Ekskursiya işi turizmin inkişafında mühüm amillərdəndir. Belə ki, ekskursiya zamanı ekskursiya rəhbəri ölkənin iqtisadiyyatı. Mədəniyyəti, elminin inkişafı, təbii sərvətləri haqqında qonaqlara məlumat verir və təbliğ edir. Ekskursiya işinin yüksək səviyyədə təşkili daxili turizmin də inkişafına müsbət təsir edir.
Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə
3

əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda


olmuş səyyah və alimlərdən Plininin, Plutarxın, Herodotun, Ptolomey və
Strabonun adlarını çəkmək olar.
Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə Böyük İpək
Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur. Belə ki, filosof və tarixçi Strabon bu yol haqqında ilk dəfə müfəssəl surətdə ətraflı məlumat vermişdir. Strabonun yazdığına görə hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Gürgan (Xəzər) dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya və Kir (Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı. Böyük İpək Yolu trassları üzərində yerləşən şəhərlərin mühüm rolu qeyd olunurdu.
Hələ qədim zamanlardan marşrut boyu yerləşən şəhərlər beynəlxalq status alırdı. Çünki əcnəbi tacirlər və karvanları qəbul edən və xidmət göstərən belə şəhərlər müvafiq infrastrukturlara malik olmalı idilər. Çoxillik arxeoloji tədqiqatlar göstərir ki, Böyük İpək Yolu ilə gətirilən antik mallar əsas anbar məntəqələrində Mingəçevirdə yerləşdirilir və buradan da Qafqaz Albaniyasının digər şəhərlərinə göndərilirdi. Bu şəhərlərin əksəriyyəti Mingəçevirin yaxınlığında yerləşirdi. Antik mənbələrdə qeyd olunan Qafqaz Albaniyası paytaxtı – Qəbələ, Şamaxı və Bərdə şəhərlərində aparılan çoxillik irimiqyaslı arxeoloji qazıntılar bu məlumatları təsdiq edir. Bu cür təsəvvür etmək olar ki, Orta Asiya, Hindistan və Çindən Mingəçevirə gətirilən malların bir hissəsi Gürcüstana və Qara dəniz sahillərinə göndərilir, bir hissəsi isə Mingəçevirdən ticarət yolu (trassı) ilə yayılırdı. Bu trasslardan biri Bərdədən cənuba Naxçıvan–Kiçik Asiya istiqamətində digəri isə Mingəçevirdən Qəbələ–Böyük Qafqaz sıra dağlarının cənub ətəkləri və Xəzər sahili boyunca Şamaxı–Dərbənd Şimali Qafqaz istiqamətində gedirdi.
İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi.
Rusiyadan İrana və Hindistana gedən dəniz və quru yollarının ayrıcında yerləşən Bakının XIV əsrin ortalarında Qərblə Şərq arasında ticarət əlqələrində böyük rolu var idi. Ağ dənizdən Volqa çayı vasitəsilə Xəzər dənizinə və sonra İran və
4

Hindistana aparan Volqa–Xəzər dəniz yolu, Bakıda yeni karvansaraların


tikilməsinə səbəb oldu, bunların ölüçüləri əvvəlki dövrlərdə inşa edilənlərə nisbətən daha böyük idi. Müxtəlif zamanlarda Azərbaycana səyahət edən tarixçilər və səyyahlar karvansaraları öz səyahətnamələrində qeyd etmişlər. Hazırda bunlardan Multanı (XII–XIV), Buxara (XIV–XVI), Fars, Ləzgi və s. Bizim günlərə gəlib çıxmışlar.
Müxtəlif dövrlərdə Azərbaycanda olmuş səyyahların, tacirlərin, diplomatların (Marko Polo, Ryui Qonzales Klaxvio, Afanasi Nikitin, İosafat Barbaro, Ambrozio Kontarini, Antoni Cenkinson, Vincensi Alesandri, Sadko, Övliyə Çələbi, Fedor Kotov) səyahətnamələrində olan qeydlər Azərbaycan xalqının hələ o zaman ümumdünya tarixi tərəqqi prosesində layiqli yer tutduğunu göstərir.


Yüklə 82,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə