Azərbaycan döVLƏt məDƏNİYYƏt və İNCƏSƏNƏt universiteti NƏZNİNDƏ humanitar kolleci SƏRBƏst iŞ


Turizm fəaliyyətinin genişləndirilməsi (XX əsrin II yarısı)



Yüklə 82,94 Kb.
səhifə3/3
tarix13.12.2023
ölçüsü82,94 Kb.
#148987
1   2   3
DOC-20231104-WA0000.

Turizm fəaliyyətinin genişləndirilməsi (XX əsrin II yarısı)
İnkişaf təməlini qədim əsrlərdən götürən turizm, XX əsrin II yarısında kütləvi hadisəyə çevrildi. İqtisadiyyatın, elmin və mədəniyyətin inkişafına güclü təsir etməyə başladı. Beynəlxalq turizm sayəsində xalqlar bir-birini daha yaxşı anlayır, insanlar ziyarət etdikləri ölkənin tarixi ilə tanış olur, elmi-texniki tərəqqinin nailiyyətləri mübadiləsi yer alır, ticarət canlanır. Bütün bunlar istehsalat sahəsində birgə fəaliyyətə təkan verir, yeni iş yerləri açılır. Turist mübadiləsi nəticəsində yaranmış inam və qarşılıqlı anlaşma xalqlar arasında dağıdıcı müharibələrin qarşısını almağa yardım edir. Bu da öz növbəsində planetimizi gələcək nəsillər üçün qoruyub saxlamaq imkanı yaradır. XX əsrdə baş verən mürəkkəb ictimai-siyasi, iqtisadi və texnoloji proseslər planetimizin mənzərəsini kəskin dəyişdi. Sənaye və mədəniyyət sahələrində inanılmaz dəyişikliklər baş verdi. Elmi-texniki tərəqqinin nailiyyətlərinin nəticəsi olan çeviklik uzaq məsafələrin dəf edilməsini sürətləndirdi. Bu da öz növbəsində turizmə kütləvilik gətirdi. Qabaqlar qonşu Ölkələrə səyahətə çıxırdılar. İndi isə istənilən qitəyə getmək əhəmiyyətli dərəcədə sadələşib. Dövlətlər turistləri öz ölkələrinə cəlb etmək uğrunda rəqabət aparır. Bu mübarizədə qalib çıxmaq üçün həm beynəlxalq, həm də daxili turizmin təşkili və idarə edilməsinin elmi əsaslarına yiyələnmək zəruridir.
Turizm haqqında elm nisbətən cavan elmdir. Əsasən iri tədqiqat mərkəzlərinin yerləşdiyi xarici ölkələrdə inkişaf edib. Ölkəmizdə turizm sahəsinin tədqiqi, tədrisi məsələsi mübahisə doğurur. Odur ki, xaricdə nəşr edilmiş materialların müqayisəsi problemi nəzərdən keçirməyə imkan yaradır. Turizmi insan həyatının ayrılmaz hissəsi, onun fəal istirahəti, əylənməsi və zövq alması, təbiətin ictimai-mədəni cəhətlərini yaxından dərk etməsi kimi təsvir etsək, turizm fənninin bir çox elmi-tədqiqat və tədris müəssisələrimizin tədqiqat proqramlarına daxil edilməsi zərurətini anlayarıq.
8

AMEA-nın institutlarında və respublikanın ali məktəblərində bir çox mühüm elmi və tətbiqi problemlər tədqiq edilir. Lakin insan həyatında böyük rol oynayan turizm


probleminin öyrənilməsinə hələ olduqca cüzi yer ayrılır. Beynəlxalq turizmin tarixi, hüquqi, iqtisadi, iqlim və coğrafi, demoqrafik və başqa cəhətləri də tədqiqat mövzusudur. Bunları bir əsərdə nəzərdən keçirmək mümkün deyil. Bundan başqa turizm, təbiət və iqlim, ictimai-siyasi, iqtisadi qüvvələrin, qəflətən baş verən (terrorizm) və bir çox başqa amillərin təsirinə məruz qalır. Bütün bunlar onun inkişafında çətinliklər doğurur və bu sahədə ciddi tədqiqatların aparılmasını labüd edir. Doğrudur, son dövrlərdə Azərbaycanda beynəlxalq turizmə həsr edilmiş kitabların nəşr edilməsi müsbət hadisədir. Buna baxmayaraq, bu sahədə işıq üzü görmüş ədəbiyyat bu mürəkkəb prosesin bir çox cəhətini əhatə etmir və ona artan marağı təmin edə bilmir. Hazırda turizm sənayesi beynəlxalq xidmət ticarətinin dinamik inkişaf edən formalarından biridir. Son onillikdə də dünyada xarici turistlərin səfərlərinin orta illik artımı 4.3 %, daxil olan valyutanın orta illik artımı 12 % təşkil etmişdir. 1950-ci ildən 1995-ci ilə qədər, il ərzində xarici turistlərin miqdarı (ÜTT-nın məlumatlarına əsasən) 25 mln-dan 560 mln-a qədər, yəni 22.6 dəfə artmışdır.
Mütəxəssislərin hesablamalarına görə 2020-ci ildə dünyada turist səfərlərinin sayı təqribən 1602 mln-a çatacaq.
1995-ci ildə beynəlxalq turizmdən gələn gəlir 399 mlrd $, 1998-ci ildə - 444.7 mlrd $, 2000-ci ildə 476 mlrd $ təşkil etmişdi. 2020-ci ildə isə 2000 mlrd $ həcmində gözlənilir. Bu proqnoz beynəlxalq turizmə aiddir. Ölkədaxili turizmin inkişafı daha böyük əhəmiyyət kəsb edir. Ölkədaxili turizmdə hesaba alınsa, səyahət edənlərin sayı planet əhalisinin yarısının sayını ötmüş olacaq. Bütün bunlar həm dünya əhalisinin fəallığına, həm də turizmin maliyyə göstəricilərinə təsir edəcək. XX əsrin sonunda beynəlxalq turizm iqtisadiyyatın nəhəng sahələrindən birinə çevrildi. Ondan öndə dünya idxalında xüsusi çəkisi 11 % təşkil edən neftçıxarma sənayesi və 8.6 %-lə avtomobil istehsalı sənayesi gedirdi. Belə bir ehtimal vardır ki, XXI əsrin 20-ci illərində turizm sənayesi maliyyə göstəricilərinə görə iqtisadiyyatın bu sahələrini də üstələyib birinci yerə çıxacaq.
1991-ci ildə dünya ölkələrinin beynəlxalq turizmdən götürdüyü gəlir ümumi dünya ixracının 7 %-ni təşkil etmişdi. Bu rəqəm durmadan artsa da, beynəlxalq vəziyyətdən asılı olaraq, onun enməsi də baş verir.
ABŞ-da 11 sentyabr hadisəsindən sonra beynəlxalq və ölkədaxili turizmin göstəriciləri elə ilk aylarda 20 % aşağı düşmüşü. Az sonra sabitləşmə baş verdi. Bu da turizmin səciyyəvi əlamətlərindəndir. Bəzi ölkələrdə isə əksinə oldu. Məsələn, ABŞ-da 11 sentyabr hadisələrindən sonra Türkiyəyə gələn turistlərin sayı 12 % artaraq, 13 mln nəfər təşkil etdi. İndoneziyanın Bali adasında baş verən faciə insan
9

tələfatı ilə nəticələndi və dünya ictimaiyyətini sarsıtdı. Lakin belə hadisələr


turizmin inkişafını dayandırmaq iqtidarında deyil. İqtisadi təhlil göstərir ki, işgüzar səyahətlər etmək, səhhətin bərpası üçün istirahətə getmək, əylənmək müasir həyat tərzində dərin kök salıb. Zahiri amillər turizmə güclü təsir göstərə bilər, lakin onu dayandırmağa qadir deyil.
Azərbaycan Respublikası bazar iqtisadiyyatı münasibətlərinə beynəlxalq aləmdə turizm sahəsində əhəmiyyətli dəyişikliklər baş verdikdən sonra daxil olmuşdur. Bazar iqtisadiyyatı dövründə qazanılmış turizm təcrübəsi zəmanəmizin tələblərinə cavab vermir. Bu gün ölkənin turizm sahəsini inkişaf etdirib gəlirli etmək üçün dünya birliyinin əldə etdiyi təcrübəni öyrənmək zəruridir.
Odur ki, qabaqcıl dünya ölkələrinin turizm sahəsində turizmin inkişafı və təşəkkülü ilə bağlı təcrübəsinin təhlilinə və ümumiləşdirilməsinə dərslikdə böyük yer ayrılır.
XXI əsr inkişaf etmiş turizm əsridir. İnkişafının sürətinə görə turizmi əsrin iqtisadi fenomeni adlandırırlar.
Dünya ölkələrinin bir çoxunda o, daxili ümumi məhsul istehsalının formalaşmasında mühüm rol oynayır, əhalini işlə təmin edir, xarici ticarəti fəallaşdırır. Turizm iqtisadiyyatın əsas sahələrinə böyük təsir göstərir, ictimai-siyasi inkişafa təkan verir.
Bu gün ölkədaxili və beynəlxalq turizm sahələri qeyri-bərabər inkişaf edib. Bunu müxtəlif ölkə və bölgələrin fərqli ictimai-iqtisadi inkişafı ilə izah etmək olar. Məsələn, Avropa ölkələrində turizm sahəsi daha güclü inkişaf edib. Dünya turizm bazarının 59%-i və valyuta mədaxilinin 51%-i bu bölgənin payına düşür. Amerikanın payı təqribən 20%, Asiya, Afrika və Avstraliyanın birgə payı 10 %-dən az hissəni təşkil edir. Qərbin İsveçrə, Avstriya, Fransa, İtaliya, Böyük Britaniya kimi güclü inkişaf etmiş ölkələrinin firavanlığının təməli əhəmiyyətli dərəcədə turizmdən gələn gəlirlər üzərində qurulub. Avropa turizmin inkişafına görə dünyanın qabaqcıl bölgəsidir. Burada Qərb və Cənub istiqamətləri xüsusilə fərqlənir. Avropaya gələn turistlərin 60 %-i məhz bu istiqamətləri seçir. Avropada turizmin inkişafı üçün əlverişli coğrafi, tarixi, ictimai-siyasi şərait mövcuddur. Nisbətən çox da böyük olmayan ərazidə çox sayda dövlətlər yerləşir. Onların arasında mövcud olan yüksək iqtisadi, mədəni-etnik əlaqələr, mükəmməl yeraltı və nəqliyyat kommunikasiyaları, turizm sənədləşməsinin sadələşdirilmiş forması, təbii əyləncə imkanları və mədəni tarixi abidələr, nəhayət, gur inkişaf etmiş turizm xidmət sahəsi, bölgədaxili turist mübadiləsini daha səmərəli edir. Bu gün Avropada siyasi və iqtisadi sabitlik hökm sürür, bu da turizmin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
10

Avropa dövlətləri «Vahid Avropa» müddəasına uyğun olaraq vahid Avropa turizm bazarının yaradılması siyasətini həyata keçirir. Qərbi Avropa ölkələri arasında


əmtəə, fəhlə qüvvəsi və kapitalların, habelə turistlərin vizasız hərəkəti haqqında Şengen sazişi imzalanıb. Birgə sazişə qoşulan ölkələrin sayı durmadan artır. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində dünyanın siyasi xəritəsində baş vermiş dəyişikliklər bu bölgədə turizmin inkişafına güclü təkan verdi. MDB və Şərqi Avropa ölkələrinin sərhədlərinin açılması və onların bazar iqtisadiyyatına qədəm qoyması bu ölkələrdən Qərbə turist axınlarının artmasına şərait yaratdı. Öz növbəsində Şərqi Avropanın Macarıstan, Çexiya, Polşa və s. Ölkələri qonaq qəbulu üzrə aparıcı yer tuturdu. Bu gün Avropa vahid turizm bazarı (AVTB) ölkələri ilə bu quruma daxil olmayan ölkələr arasında turist mübadiləsi istənilən səviyyədə deyil. Halbuki, Avropa birliyinə daxil olan ölkələrin sayı durmadan artır. Belə bərabərsizliyi ittifaqa daxil olan ölkələrin iqtisadi inkişafında olan fərqlə izah etmək olar. Kommersiya səmərəliliyi nöqteyi-nəzərindən Avropa turizm bölgələrinə ayrılır. Qərbi, Şimali, Cənubi Avropa ölkələri və Aralıq dənizi ölkələri (Türkiyə, Kipr, İsrail) başlıca yerləri tutur. Onların ardınca Mərkəzi Avropa və Şərqi Avropa ölkələri (sosializm düşərgəsinin sabiq üzvləri), Rusiya və MDB dövlətləri gəlir.
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olundu.
Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.
2003-cü ildə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”, 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addımlar oldu. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz min nəfəri ötüb keçdi. 2009-cu ilin aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində (Heydər Əliyev adına İdman Arenası) artıq 8-ci dəfə
11
Beynəlxalq Turizm Sərgisi keçirildi. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir.
“2009–2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanda yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.
2022-ci ildə Dövlət Turizm Agentliyinin məlumatına görə, qış mövsümündə Azərbaycana ən çox Rusiya, Türkiyə, İran və ərəb ölkələrindən qonaqlar gəlir və otellərdə qalan qış turizmi regionlarının 40% xaricilərdir.
2023-cü ilin yanvarında Azərbaycan Xarici İşlər Nazirliyi ölkəyə gəlmək istəyən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə elektron viza ərizəsi formasını doldurmaq imkanı verən “Viza Müraciət Portalı”nı istifadəyə verib. Daha sonra onlar bu anketi təsdiqləyib, baxılmaq üçün respublikanın diplomatik nümayəndəliklərinə və konsulluqlarına göndərə bilərlər.
İstifadə olunan ədəbiyyat siyahısı


  1. B .Bilalov Turizm fəaliyyətinin tənzimlənməsi 2006

  2. İlqar Hüseynov, Nigar Əfəndiyeva-Turizmin əsasları, Bakı-2007

  3. https://az.baku-art.com/az/181-il-evvel-tomas-kuk-dunyada-birinci-turizm-agentliyini-achib



12
Yüklə 82,94 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə