A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə140/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   149

 

436


daxil olmağa başlamışdır. Bədii ədəbiyyatda bunlar müəy-

yən hallarda öz terminlik xüsusiyyətini saxlasa da, bəzən 

onlardan okkazional şəkildə istifadəyə də meyil özünü 

göstərir. İstər terminoloji: səciyyəli və istərsə də okkazional 

xarakterli qısaltmaların tərcümə ədəbiyyatında işlədil-

məsinin iki başlıca xüsusiyyəti müşahidə olunur. Bunlardan 

birincisi, qısaltmaların Azərbaycan variantı əsasında tər-

cümə edilmədən işlədilməsi, ikinci isə bunların bəzilərinin 

bütöv, bəzilərinin isə müəyyən komponentlərinin ekviva-

lentinin işlədilməsindən ibarətdir.  

20-ci illər üçün xas olan abbreviaturaların əksəriyyəti 

müasir dövrdə artıq işlənmir. Məsələn, ÇK (çeka), lavkom, 

qubkom, qubsovet, qubçeka, kombed, revkom, narkom, 

narkomat və s. 

Tərcümə ədəbiyyatında təsadüf edilən terminoloji 

səciyyəli qısaltmalarda əsas etibarilə orijinala məxsus 

koloritin saxlanılması diqqət mərkəzində olduğu üçün onlar 

bir çox hallarda dəyişdirilmədən işlədilir. Terminoloji 

səciyyəli bəzi qısaltmalar hazırda Azərbaycan ədəbi dilində 

işlədilməsə də onlar bədii ədəbiyyatda, xüsusən tərcümə 

dilində özlərinin işlək olduğu dövrə aid koloriti ifadə 

etməklə səciyyələnir. Belə terminoloji qısaltmaların bəzi-

lərinin tərcüməyə ehtiyacı olmasa da, bəzilərinin Azər-

baycan dilində ekvivalenti mövcuddur. Ədəbi dilin 

müəyyən tarixi dövrünü nəzərə çarpdırmaq məqsədi ilə 

bunların hamısı tərcümə dilində orijinala Uyğun işlədilir. 

Məsələn: – Göydələnlər üstündə a e r o s t a n s i y a  var (V. 

Mayakovski);  S k o r o x o d d a n   şeir,  şeirdən  çəkmə  (V. 

Mayakovski). 

Aerostansiya və skoroxod sözləri qısaltma yolla əmələ 

gəlmişdir. Onlar alınma terminoloji vahidlər kimi motiv-

ləşmiş olduğundan tərcümə variantında orijinaldakı kimi 




 

437


saxlanılmışdır. 

Qısaltma terminlərin bir qismi dövrün koloritinin 

saxlanması məqsədi ilə tərcümə edilmədən işlədilir. Bun-

lara aid aşağıdakıları misal göstərmək olar: 

 

Möhürsüz kağızda olmaz etibar, 



Möhrü M o s p o l i q r a f  daim hazırlar. 

(V. Mayakovski) 

 

Bu  masanı  k o m m u n x o z d a n   çiyinlərinə  alıb 



gətirmişdilər  (N.Ostrovski);  İstəyir ki, ağzımı z a v k o m  

çəkib bağlasın (V.Mayakovski); Z a v x o z  filankəs… sonra 

vurub gödənə (V.Mayakovski);  S o v n a r x o z   əzişdirir, 

sürünüb gələn möhtəkirləri (V.Mayakovski);  Köhnə çarığı 

lakla əvəz edib duranlar, ey, p r o l e t k u l t ç u l a r ! (V. 

Mayakovski);  İ s p o l k o m d a   işlərdim  sədr  vəzifəsində  (S. 

Yesenin);  Məruzələr eləsin, Şaxtadan, soyuqdan qorxmaz 

heç  zaman,  Q u m d a n   gedib  isti  pal-paltar  alan  (V. 

Mayakovski);  Ç e k a  öz mövqeyindən enib gəlmişdir bura 

(V.Mayakovski). 

Bu misallardakı Mospoliqraf, kommunxoz, zavkom, 

zavxoz, sovnarxoz, proletkult, ispolkom, QUM, çeka kimi 

qısaltmaların hamısını Azərbaycan dilindəki ekvivalentlə 

vermək mümkündür. Lakin bu halda orijinala məxsus 

kolorit pozulardı. 

Qısaltmaların bir qismi bədii ədəbiyyatda okkazional 

şəkildə işlədilir. Buna uyğun olaraq tərcümədə də onların 

okkazional şəkildə işlədilməsi öz əksini tapır. Tərcümə 

dilində okkazional qısaltmaların bu və ya digər kompo-

nentinin qarşılığı verilir. Bu da tərcüməçinin orijinala aid 

mənanı qabarıq şəkildə əks etdirməsi məqsədindən irəli 

gəlir. Aşağıdakı kimi misallarda bu xüsusiyyəti müşahidə 




 

438


etmək olur: – Qavrik dodaqlarını büzüb: – l ü t k o m  

özünsən, dedi (V.Katayev);  Qardaşı x a l k o m a t d a , 

yeznəsi də vurmaqda (V.Mayakovski); 

Oradadır 

x a l q k o m s o v u n   və  MİK-in  binaları  (V.Mayakovski). 

Misallarda verilən lütkom, xalqkom, xalqkomsov 

sözlərinin birinci komponentləri tərcümə olunmuşdur. 

Onların okkazional xarakteri tərcümə variantında xüsusilə 

qabarıq şəkildə öz əksini tapır. 

Tərcümə vasitəsilə müxtəlif milli ifadə mədəniyyətləri 

qarşılaşır, idraki-linqvistik müqayisə gedir. Bu da, nəticə 

etibarilə, ədəbi dillərin (o cümlədən də Azərbaycan ədəbi 

dilinin) lüğət tərkibinin inkişaf istiqamətlərindən birini 

təşkil edir. 

 

* * * 


 

Beləliklə, Azərbaycan ədəbi dili lüğət tərkibinin sovet 

dövründə zənginləşməsi, əslində, müxtəlif aspektləri olan 

mürəkkəb hadisədir – başlıca qənaət bundan ibarətdir ki, 

zənginləşmə prosesi milli dilin daxili potensiyasına əsas-

lanır, başqa dillərin təsiri də daxili imkanlarla idarə olunur, 

ona tabe olur. 

 



 

439


 

 

Ə L A V Ə  



 

CƏNUBİ AZƏRBAYCANDA ƏDƏBİ DİLİN  

LÜĞƏT TƏRKİBİNİN ÜMUMİ MƏNZƏRƏSİ 

 

Cənubi Azərbaycanda ədəbi dilin funksional xüsu-



siyyətləri son illərdə Şimaldakı ilə müqayisəli şəkildə 

tədqiq edilməkdədir – T.Hacıyevin, N.Cəfərovun araşdır-

malarını misal göstərmək olar

1

, lakin demək lazımdır ki, bu 



sahədə işlər hələ təzəcə başlayır; bir sıra nəzəri və praktik 

məsələlərin həlli üçün Şimaldan və Cənubdan olan 

dilçilərin qüvvələrini birləşdirmək lazım gəlir. 

Cənubi Azərbaycanda ədəbi dilin lüğət tərkibinin 

mənzərəsini, hər şeydən əvvəl, ədəbi dilin özünün düşmüş 

olduğu mədəni-ictimai mühit müəyyən edir; 50-ci illərdən 

başlayaraq ədəbi dil Cənubda əsasən etnoqrafik dayaqlar 

üzərində tədricən yüksəlir (məsələn, deyək ki, mərhum şair 

Şəhriyarın «Heydərbabaya salam»ı meydana çıxır), ona 

görə də lüğət tərkibi ümumilikdə etnoqrafik məzmunlu 

leksik vahidlərlə zəngin olur: 

 

                   Qarı nənə gecə nağıl deyəndə,  



Külək qalxıb qap-bacanı döyəndə,  

                                                           

1

 

Т.И.Гаджиев. Отношение историческом диалектологии к диалектам в 



условиях дифференцированного языка. – Вопросы диалектологии и 

истории языка, Душанбе, изд. «Дониш», 1984, стр. 246-249;

 N.Cəfərov. 

Cənubi Azərbaycanda ədəbi dil (normalar). «Azərbaycan müəllimi» qəz., 23 

noyabr 1988-ci il; yenə onun. Cənubi Azərbaycanda ədəbi dil (üslublar). 

«Ulduz» jur., 1989, № 1, səh. 86-91; həmçinin bax: N.Xudiyev. Cənubi 

Azərbaycanda ədəbi dilin lüğət tərkibi. «Azərbaycan müəllimi» qəz., 14 

dekabr, 1988-ci il. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə