A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə139/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   149

 

433


göstərmək olar: 

-ka şəkilçisi. Sovet dövrü Azərbaycan ədəbi dilinin ilk 

mərhələsinə təsadüf edən tərcümə dilində rus dilindən 

alınmış və -ka  şəkilçisi ilə işlənən sözlərdən müəyyən 

hadisə və situasiyanın canlandırılmasında istifadə 

olunmuşdur. Aşağıdakı misallarda bu xüsusiyyəti görmək 

mümkündür: – Suyu qızmış M a k s i m k a  səsini kəsdi (M. 

Şoloxov);  S a n i t a r k a  Frosya onun yanından uzaqlaşmır 

(N.Ostrovski). 

Bu misallardakı maksimka  silah adıdır. Sözün 

sonundakı  -ka  şəkilçisi Azərbaycan dili üçün əhəmiyyətli 

deyildir. Sözün özü isə artıq işlək olmadığından müəyyən 

dərəcədə tarixizm xarakterli sözlər sırasına keçmişdir. 

Sanitarka sözü isə müasir dildə sanitar şəklində işlədilir; -

Ka  şəkilçisi qrammatik səciyyə daşımadığı üçün işlədil-

məsinə də lüzum qalmamışdır. 

-a şəkilçisi. Rus dilində bu qrammatik əlamət bəzi 

sözlərdə son şəkilçi kimi işlədilir. Sovet dövrü Azərbaycan 

ədəbi dilinin ilk mərhələsində rus dilindən alınma sözlərdə 

həmin şəkilçi sözün özü ilə birlikdə işlədilmiş, lakin heç bir 

qrammatik funksiya daşımamışdır. Buma görə də sonralar 

öz işləkliyini itirmişdir: – P o ç t a  paketləri yığınını əda ilə 

özünə tərəf çəkdi (N.Ostrovski); P l a n e t a , əzizim, hərlən, 

ye, iç, kefə bax (S.Yesenin). 

Müasir ədəbi dildə bu sözlər norma kimi, poçt  və 

planet şəklində işlədilir. 

-o şəkilçisi. Rus dilindən alınma sözlərin sonunda -o 

qrammatik əlamətinin işlənməsi də Azərbaycan sovet ədəbi 

dilinin ilk mərhələsini xatırladır: – Alayın  o r k e s t r o s u  

gurlayırdı (N.Ostrovski). 

Müasir dilimizdə orkestro  sözü  orkestr  şəklində 

formalaşmışdır. 




 

434


Tərcümə dilində ekoloji leksikanın da rolu vardır. 

Adətən ekoloji mühit dedikdə xalqı əhatə edən ekoloji 

aləm, coğrafi şərait, bitki və heyvanat aləmi nəzərdə 

tutulur. Yaşadığı şəraitlə, ekoloji mühitlə əlaqəsi olmayan 

elə bir xalq təsəvvürə gəlməz. İnsanlar daim onları əhatə 

edən mühitlə, coğrafi şəraitlə əlaqədar olmuş, heyvanat və 

bitkilərdən öz məişətlərində geniş istifadə etmişlər. Nəinki 

azərbaycanlıların, hətta bütün türkdilli xalqların ekoloji 

mühitlə əlaqəsi onun dilində, nitqində də öz əksini 

tapmışdır

1

. Odur ki, dil də ekoloji informasiyaların yayıl-



masında, verilməsində mühüm rol oynayır. 

Bədii ədəbiyyatda öz inikasını tapmış hadisə və 

əhvalatlar həmişə müəyyən zaman çərçivəsində olmuşdur 

və məkanca sabitdir

2

. Deməli, ədəbiyyatda hadisələrin 



məkanla əlaqəsi, müəyyən məkan hüdudunda baş verməsi 

onun leksikasına da təsir edir. Məkan hüdudu olan yerdə 

ekoloji leksika da formalaşır. Bu da bədii əsərin dilini 

zənginləşdirir, onun tədqiqat obyekti olmasına təsir 

göstərir. 

Ekoloji leksikası zəngin olan hər hansı bədii 

ədəbiyyat tərcümə prosesində bir o qədər də dəyişikliyə 

məruz qalmır. Çünki hər xalqın özünəməxsus coğrafi 

şəraiti, spesifik ekoloji leksikası mövcuddur. Tərcümə 

prosesində bütün bu məsələlər nəzərə alınır və bu hal əsərin 

səsləndiyi ikinci dili zənginləşdirir: – Çayların meşənin 

sahillərində xal-xal o s e l o t l a r

3

,  p u m a l a r



4

  və  y a q u a r  

adlı pələnglər dolaşır (M. Rid) – cümləsində oselotlar, 

                                                           

1

 Bax: 


И.З.Гаджиев. Тюркоязычные ареалы Кавказа, М., 1979, стр. 132-

166.


 

2

 Bax: 



Л.Тимофеев. Стих и проза (Популярный очерк теории), М., 1938, 

стр. 10.


 

3

 Oselatlar – vəhşi Meksika pişiyi. 



4

 Pumalar – Amerikada vəhşi pişiyin bir növüdür. 




 

435


pumalar, yaquar Amerika qitəsində yaşayan vəhşi heyvan 

adlarıdır. Həmin coğrafi şəraitdə baş verən hadisələri əks 

etdirən bədii əsər bunlarsız keçinə bilməz. Odur ki, 

tərcüməçi həmin sözləri saxlamaq zərurəti ilə qarşılaşır. 

Adətən tərcümə olunan əsərin ekoloji leksikasına daxil olan 

sözlərin Azərbaycan dilində ekvivalenti olmur. Məsələn, L. 

Tolstoyun «Dirilmə» əsərində quruyandan sonra da öz təbii 

rəngini və şəklini saxlayan immortel  çiçəyi Azərbaycan 

xalqının yaşadığı ərazidə bitmir. Tərcüməçi məhz bu 

çiçəyin adını olduğu kimi saxlamalı olmuşdur: – Altından 

isə üstünü toz basmış bir dəstə immortel asılmışdı (L. 

Tolstoy). 

Əfsanəvi yonca adı olan müşkülgüta  da belə 

sözlərdəndir: —Əmi, deyirlər ki, səndə müşkülgüta, – deyib 

susdu (L.Tolstoy). 

M.Ridin «Başsız atlı» romanının ekoloji leksikasına 

daxil olan İrlandiya cinsli, maral ovlayan itin adını – 

maralit sözünü saxlamaq lazım gəlmişdir. 

M.Qorkinin «Artomonovların işi» romanında verilən 

xüsusi toyuq növü – kuryata  da tərcümədə olduğu kimi 

saxlanmışdır: – Styonka! – dedi, şəhəri xəcalətə vermə, 

özünü bu k u r y a t a y a  göstər (M. Qorki). 

Yuxarıda göründüyü kimi, tərcümə ədəbiyyatı 

hesabına dilin lüğət tərkibinə daxil olan məişət leksikası 

olduqca rəngarəng və çoxcəhətlidir. 

Tərcümə ədəbiyyatında qısaltmaların da işlədilməsinə 

təsadüf olunur. Qısaltmalar tərcümə ədəbiyyatında həm 

terminoloji vasitələrin bir növü kimi, həm də okkazional 

şəkildə işlədilir. Qısaltmalardan bu şəkildə istifadə edilmə-

sində orijinala məxsus cəhətlərdən kənara çıxılmasına, 

demək olar ki, yol verilmir. Terminoloji xüsusiyyət daşı-

yan: qısaltmalar Azərbaycan ədəbi dilinə 1920-ci illərdən 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə