A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə32/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   149

 

99

olmur. Mümkün olsa da, o, dadsız-duzsuz kəlmələrə qarşı 



türkün (azərbaycanlının – N. X.) ruhunda heç bir məhəbbət 

duyulmur. Belə kəlmələrin türkləşdirilməsi (azərbaycan-

calaşdırılması – N.X.) üsulları faydasız olduğundan, burada 

başqa tədbirlər görülməlidir. Məsələn, türkləşə bilməyən 

əcnəbi kəlmələrin əski türkcələri varsa, həmin əski 

kəlmələri bulub canlandırmalı; məsələn, «sərya», «zəhrə», 

«dübbi-əkbər», «səttarə», «məstərə», «tərcüman», «səndə-

liyyə» kimi kəlmələrin əvəzinə «ülkər», «çolpan» (çoban 

ulduzu), «yeddigər» (yeddi ulduz), «cızğac», «köçürgəc», 

«popurğac» kimi kəlmələri diriltməlidir. 

İkincisi, hərgah türkləşə bilməyən kəlmələrin əski 

türkçələri yoxdursa, başqa türk şivələrindən qarşılıqlarını 

almalı; məsələn, zərbül-məsəl 

yerinə cığataycanın 

«hövcək» kəlməsi götürülürsə, az bir zamandan sonra 

ərəbin bu uydurma tərkibinə qələbə çalar. Həmçinin 

türkləşə bilməyən «əfsanə» kəlməsinin yerinə altaycanın 

«çörnək» kəlməsi də dilimizdə tezcə qərarlaşa bilər. 

Hər ərəb kəlməsinə «etmək» felini qoşmaqla 

«müharibə etmək», «təsadüf etmək» kimi minlərcə 

uydurma tərkiblər yaradılmışdır. Bu isə türk (Azərbaycan – 

N. X.) dilini çox çirkin hallara salır. Halbuki cığataycanın 

«çəriləşmək» feli «müharibə etmək» tərkibinin eynidir. 

«Çərik» cığatayca «əskər» deməkdir»

1



Beləliklə, 1920-1930-cu illərdə, xüsusən, mətbuatda



lüğətlərdə həmin prinsipin tətbiqi nəticəsində vaxtilə türk 

dillərində ümumişlək vahidlər olmuş «çəri», «yenicəri», 

«qovğa», «cəng», «bənək», «çolpan», «çörnək», «hizgi» 

(tarix mənasında), «yozumsu» («məcazi» əvəzinə) sözlə-

rindən istifadə edilirdi. 

                                                           

1

 F.Ağazadə. Türkcəni zənginləşdirilmək yolları. «Maarif işçisi»; 1926, № 8-



9, səh. 14-15. 


 

100


İnqilabdan sonrakı ilk onillikdə Azərbaycan ədəbi 

dilində türk dili üçün xarakterik olan əski, sıkı, yovuq kimi 

sifətlərin işlədilməsinə də təsadüf olunurdu. Məsələn: 

Rusiya xalqı düçar olduğu bu böyük müharibə 

illərinin ağırlığı altında ə s k i  həyat, ə s k i  üsul məişəti 

qaib etdiyi sırada iki həyatı vicuda gətirmək deyil, onu 

xəyalinə gətirməyi dəxi imkan bulamıyordu (Kİ-4.9.1929); 

Bir-biri ilə s ı k ı  surətdə mərbut olan bir haldır (K-

7.11.1927);  İşin axırına y o v u q  yoldaş Nərimanov təklif 

etdi ki, bütün işə gələnləri siyahıya dutsunlar (K-

4.04.1921) və s. 

Türk dilinə məxsus bu sifətlər Azərbaycan dilində 

uzun müddətdən bəri istifadə olunan və ümumxalq 

səciyyəsi daşıyan ərəb-fars mənşəli köhnə, möhkəm, habelə 

Azərbaycan dilinin özünəməxsus yaxın  sözünün yerində 

işlədildiyi üçün sonralar dilin lüğət tərkibində normalaşa 

bilməmişdir. 

Sovet dövrü Azərbaycan ədəbi dilinin ilk onilliyində 

türk dilinə məxsus bir sıra əvəzliklərin də işlədilməsinə rast 

gəlmək olur. Bunlar, əsas etibarilə aşağıdakılardan ibarət-

dir: 

Sual əvəzlikləri. 20-ci illər Azərbaycan ədəbi dilində 



türk dilinə məxsus nerə, hanki, kaç kimi sual əvəzliklərinə 

daha tez-tez təsadüf olunur: 

Azərbaycana n e r ə d ə n  və nə zaman gəldikləri bəlli 

deyildir  (MM-1926, № 2-9); H a n k i   mövhumat  sözlərlə 

damağımızı ləkəliyorlar (Kİ-2.06.1926); Bu kiçik məqalədə 

qurultayın yalnız bəzi qərarları üzərində bir k a ç  sözlə 

durmaq istiyoruz (MM-1926, № 2-3) və s. 

Bu cümlələrdə işlənmiş nerə, hanki, kaç sözlərinin 

əvəzinə Azərbaycan dilində hara, hansı, neçə kimi para-

lellər mövcud idi və sonrakı dövrlərdə bunlar mənaca 




 

101


müvafiq türk paralellərini sıxışdırıb sıradan çıxartdı. 

Təyin və qeyri-müəyyənlik əvəzlikləri. Bu əvəzliklər 

içərisində türk dilinə məxsus kəndi və həpsi sözlərinə daha 

çox rast gəlmək olur. Məsələn: 

Axırda zülmdən təngə gəlmiş füqərayi-kasibənin səbr 

kasası dolub kapital üsul-idarəsini k ə n d i  müdhiş dalğa-

ları yuvarladıb dağıtdı (K-6.04.1921); Fəqət onlar k ə n d i  

ciblərini güdərək dad-fəryad ediyorlar (Kİ-2.06.1923); 

Neyləyir onlar alalar çoxlu pul. Etmişəm h e p s i n  özümə 

sanki qul (Kİ-4.11. 1923). 

Sonralar bunların yerinə Azərbaycan dilinin özünə-

məxsus öz və hamısı əvəzlikləri sabitləşmişdir. 

İşarə əvəzlikləri. İlk mərhələdə Azərbaycan ədəbi 

dilində türk dilinə məxsus bir sıra işarə əvəzlikləri də 

işlədilirdi. Onlar əsas etibarilə şöylə, şu, bəylə kimi 

sözlərdən ibarət idi. Məsələn: 

Ş ö y l ə  ki, birinci dərəcəli məktəblərdə məhəlli iş nə 

əsas tutulacaqdır (MM-1926, № 2-3); Bu qərarlar 

arasında ən mühümləri ş u n l a r d ı r  (MM-1926, № 2-9, 

səh. 4); Bakı komitəsinin Qala-Maştağa dairə konfransı 

tərəfindən b ö y l ə  bir təbrik məktubu gəlmişdir (Kİ-

5.5.1923);  Bununla Azərbaycan İctimai Şura Cümhuriy-

yətinin maliyyə komissarlığı elan ediyor ki, ş u  ayın 11-dən 

Azərbaycan İctimai Şura Cümhuriyyətinin beş min manat 

dəyərində parçaları intişarə başlayır (K-12.06.1921). 

Ədəbi dilin sonrakı dövrlərində bu əvəzliklər də 

sıradan çıxmış, onların yerinə Azərbaycan dilinə məxsus 

elə, belə, bu əvəzlikləri sabitləşmişdir. 

20-ci illər Azərbaycan ədəbi dilində türk dilinə 

məxsus şimdi, iləri kimi zərflər də işlədilirdi. Məsələn: 

Ümumiyyətlə, türkoloji haqqında yazılan üç böyük 

məruzə ş i m d i y ə  qədər yapılan tədqiqatın nə ümumi və 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə