A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə33/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   149

 

102


müfəssəl bir türk tarixi və nə də ümumi və müqayisəli türk 

sərfi və lüğəti yapmağa kafi olmadığını meydana çıxardı 

(MM-1926, № 2-3); Şərqə doğru gediyor deyib: i l ə r i . Yol 

veriniz, gəlir qırmızı əskər! (K-12.04.1921). 

Bu misallarda verilən zərflər sonrakı dövrlərdə 

Azərbaycan dilinə məxsus indi, irəli kimi sözlərlə əvəz 

olunmuşdur. 

İnqilabdan sonrakı ilk onillikdə Azərbaycan ədəbi 

dilində türk dili üçün xarakter olan bəzi fellərə də rast 

gəlmək olur. Doğrudur, bu fellər genetik cəhətdən

ümumiyyətlə, türk dilləri, o cümlədən də Azərbaycan dili 

üçün ümumi olan vahidlərdən ibarətdir. Lakin leksik-

semantik diferensiallaşma nəticəsində hər bir dilin lüğət 

tərkibində bu və ya digər fellər daha fəal mövqe tutmuşdur. 

Bir müddət sovet dövrü Azərbaycan ədəbi dilində 

işlədilmiş  bulmaq, çınlamaq, qullanmaq kimi sözlər 

Azərbaycan dilində tarixən fəallığını itirmiş sözlərdir. 20-ci 

illər Azərbaycan ədəbi dilində təsadüf olunan belə sözlər 

sonralar öz yerini ümumxalq dilində geniş işlədilən 

tapmaq, çinlənmək, işlənmək kimi vahidlərə verdi: 

Dilimizin anarşı qarşılıqdan qurtarması üçün bütün 

vasitələr  q u l l a n m ı ş d ı r   (MM-1926, № 2-3); Onuncu 

əsrdə nihayət b u l m u ş d u r  (MM-1926, № 2-3); 

Qulağımda ç ı n l a y ı r …! polad kimi (R. Rza). 

Türk dili vasitəsilə alınıb işlədilən Avropa mənşəli 

sözlər.  20-ci illər Azərbaycan ədəbi dilində, əvvəlki 

dövrlərin qalıqlarından biri kimi, türk dilindən keçən 

Avropa alınmalarına da təsadüf olunur

1

. Bu cür alınmalar, 



başlıca olaraq, ictimai-siyasi və elmi-mədəni məzmunlu 

sözlərdən ibarət idi. Azərbaycan dilində bu cür sözlərin 

                                                           

1

 Bax: M.Ş.Qasımov. Azərbaycan dili terminologiyasının əsasları. Doktorluq 



dissertasiyası, Bakı, 1973, səh. 190. 


 

103


böyük qisminin türk dilindəki kimi işlədilməsi, heç 

şübhəsiz, inqilabdan əvvəlki dövrün türkçülük təsiri hesab 

edilirdir. Məsələn: 

İngiltərə p a r l a m a n ı n d a   münaqişə  baş  vermişdir 

(K-3.11.1926); Burada  O r u p a - r u s   alimlərinin  türk-şərq 

maarifçiləri ilə əl-ələ çalışdığını görməmək mümkün 

deyildir  (K-3.11.1926);  Çin dəmir yolunda Çan-Lan Tun 

s t a s i o n u   dairəsində  yer  tərpənmişdir  (K-1.10.1926); 

Azərbaycan inqilabi hərəkatından türk və rus dillərində 

t e a t r o  əsərləri müsabiqəsi keçiriləcək (K-5.04.1921);  Bu 

paraxodun uzunluğu 148 m e t r o  olub, həcmi isə 15 bin 

tonajdır 

(K-5.04.1929); 

T i y a t r o n u n   Bakıdakı 

qastrolları başa çatmışdır (K-26.04.1928); 

Bütün 


keçmişləri, hətta beş yaşından bəri başına nələr gəlmişdisə, 

hamısı birər s i n e m a  lentası kimi gözündən gəlib keçirdi. 

Vapor Bakı ə s k ə l ə s i n ə  yanaşdıqca Həmid göyərtədə bir 

sevinclə cocuqluğunu keçirdiyi altun yurdu Bakıya baxırdı 

(C.Cabbarlı). 

20-ci illər Azərbaycan ədəbi dilində müvəqqəti 

işlədilən bu cür sözlər müasir türk dilində geniş 

işlədilməkdədir

1

. Qeyd etməliyik ki, o dövrdə türk dili 



vasitəsilə alınmış Avropa dillərinə məxsus sözlərin bəziləri 

Azərbaycan dilində işlədilərkən müəyyən dərəcədə dəyiş-

dirilmişdir. Məsələn, türk dilində parlament  şəklində 

işlədilən  parlament  sözü Azərbaycan dilində parlaman; 

istasyon  şəklində işlədilən stansiya  sözü  stasiyon  və s. 

şəklində dəyişdirilmişdir. Türk dilində parlament  sözü ilə 

əlaqədar parlamento binası, parlamento üyələri (parlament 

üzvləri),  istasyon  sözü ilə əlaqədar yük istasyonu, dəmir-

yolu istasyonu və s. ifadələr işlədilirdi. 20-ci illər 

                                                           

1

  Bax: Русско-турецкий словарь. M., 1972, стр. 72, 690, 560, 894, 901; 



Türkcə-rusca lüğət, M., 1977, səh. 622, 893, 779 və s 


 

104


Azərbaycan ədəbi dilində işlədilən bu tipli sözlərin 

bəzilərində dəyişiklik çox cüzidir. Məsələn, türk dilində 

Arupa  şəklində olan Avropa  sözü Azərbaycan dilində 

Orupa, vapur sözü  vapor  şəklində işlədilmişdir. Oşema, 

kontrol, tiyatro, metro kimi sözlər isə, demək olar ki, hər 

iki dildə eyni şəkildə olmuşdur. 

20-ci illərin təcrübəsi göstərdi ki, türk dilləri 

arasındakı əlaqələr onlardan birinin sıxışdırılıb, digərinin 

«ümumi ədəbi dil» kimi təqdimi şəklində olmamalıdır; əgər 

Azərbaycan dilində kənd  sözü varsa, bunun əvəzində köy 

işlədilməsini qanuniləşdirmək qeyri-demokratik cəhd 

olardı: amma həmin təcrübə onu da göstərdi ki, mütləq söz 

almaq lazım gəlirsə, həmin sözü imkan daxilində qohum 

türk dillərindən almaq daha uğurlu yoldur, çünki bu halda 

alınmış sözün leksik-semantik, eləcə də leksik-qrammatik 

həcmi asanlıqla uyğun gəlir. Həmin söz söz yaradıcılığı 

prosesində aktiv olur. 

20-ci illər üçün bir xarakterik cəhət də türk sözlərinə 

üstünlük verənlərin eyni zamanda purizmlə bağlı larıdır – 

dil mübahisələri bunları eyni cəbhədə birləşdirmişdi. 

20-ci illərdə ədəbiyyata gələn gənclik S.Vurğun, S. 

Rüstəm, M.Müşfiq və b. əsərlərinin dilində türk sözlərini 

(yaxud türk dilinə keçən): aşk, bəkləmək, tiren, cınğıraq, 

hazla, kurnaz, hasta, nerdə, küçük, bıqmaq, taqım, sıcaq, 

bəkçi, türkü, süslü, yavru və s. gen-bol işlədirdilər. Bu 

ənənə 30-cu illərin ortalarına kimi davam edir. 

 

* * * 


 

XIX əsrin əvvəllərindən Azərbaycanın Rusiyanın 

tərkibinə daxil olması ilə əlaqədar rus dilindən söz alınması 

prosesi güclənmişdi. Bu zaman alınan sözlər əsas etibarilə 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə