A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə31/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   149

 

96

edilən cümlələrin çoxu quraşdırma xarakterli konstruk-



siyalardan ibarət idi. 

Bu jurnallar, habelə «həyat», «İrşad» və s. kimi burjua 

mətbuatı «dil birliyi» şüarı altında Azərbaycan dilinin 

müstəqilliyini inkar edir, onu osmanlılaşdırmağa can 

atırdı

1



Oktyabr inqilabından əvvəlki dövrdə fəaliyyət gös-

tərən inqilabi-demokratik mətbuatın ətrafında toplaşmış 

görkəmli Azərbaycan ziyalıları – C.Məmmədquluzadə, Ə. 

Haqvardiyev, M.Ə.Sabir, N.Nərimanov, F.Köçərli, M.S. 

Ordubadi, Ə.Nəzmi və başqaları belə türkçülük tərəf-

darlarına qarşı mübarizə aparırdılar. 

Azərbaycan mətbuatında türk dili elementlərinin 

qalıqlarını 20-ci illərdə də görmək mümkündür. Bu 

elementləri xaraktercə iki qrupa bölmək olar. 

Ümumxalq Azərbaycan dilində leksik və ya semantik 

paralelləri olan türk dili sözləri. Ümumtürk leksikasına 

daxil olub,  müəyyən tarixi dövrlərdə Azərbaycan dilində 

işlənmiş bir sıra sözlər sonrakı leksik-semantik diferen-

siallaşma nəticəsində Azərbaycan ədəbi dilində unudulmuş, 

türk ədəbi dilində isə daha güclü şəkildə mühafizə 

olunmuşdur. Onların XX əsrin ilk onilliklərində Azər-

baycan ədəbi dilində yenidən işlədilməsi bilavasitə «dil 

birliyi» siyasətçilərinin məzmunsuz təşəbbüsü ilə bağlı idi. 

Axı uzun əsrlərdən bəri diferensiallaşaraq bir dildə 

normalaşan elementləri zorla başqa dilə gətirmək mümkün 

deyildi. Buna görə də inqilabdan sonrakı ilk onilliyin 

sonlarına doğru belə sözlərin işlədilmə potensialı zəifləyir 

və getdikcə sönməyə başlayır. «Dil birliyi» siyasətçilərinin 

tarixi-ənənəvi prinsip üzrə işlətdiyi və 20-ci illər Azər-

                                                           

1

 Bax: Ə. Aslanov. Lenin milli siyasəti və Azərbaycan dilinin yeni mərhələsi. 



«Bilik» cəmiyyətinin nəşri, Bakı, 1980, səh. 16. 


 

97

baycan ədəbi dilində hələ də qalmaqda davam edən türk 



dili elementləri, başlıca olaraq, modal sözlərdən, bəzi isim, 

sifət, zərf, əvəzlik və fellərdən ibarət idi. Bir daha qeyd 

etməliyik ki, həmin elementlərin içərisində modal sözlər 

daha geniş yer tuturdu. Modal sözlərə artıq yer verilməsi

xüsusilə, türkçülük təsirinə uymuş ziyalıların danışıq 

dilində onların çox işlənməsi ilə əlaqədar idi. Beləliklə, dil 

siyasətçiləri bu sözlərin ədəbi dildən xalq dilinə keçəcəyinə 

və ümumxalq səciyyəsi daşıyacağına daha çox ümid 

bəsləyirdilər. 

20-ci illər ədəbi dilində türk dilinə məxsus – pək, əvət, 

həp, iştə kimi modal sözlər və ədatlar işlədilməkdə davam 

edirdi. Bunlar Azərbaycan dili üçün səciyyəvi olan ən, bəli, 

bütün, budur kimi sözlərin yerini tuturdu. 

Dünyanın p ə k   b ö y ü k  bir insanı vəfat ediyordu 

(İM-1926, № 1); Ə v ə t ,  biz  bunları  biliyoruz  (Kİ-

2.06.1923); H ə p  xain pəncəli mollalar və papaslardır (Kİ-

2.U1.1929);  İ ş t ə  dünyayı qaplayan bir müti var… (Kİ-

2.04.1923);  İ ş t ə  bunlar füqəreyi-kasibənin xeyrinədir 

(MM-1926, № 2-3). 

Bu cür sözlər ümumxalq dilində işlənmə imkanı 

qazana bilmədiyindən normalaşma dövründə ədəbi dildəki 

mövqeyini itirməyə başladı. Bunların yerinə ümumxalq 

səciyyəli müvafiq sözlərin işlədilməsi ədəbi dilin cilalan-

masında və onun vahid ünsiyyət vasitəsi kimi inkişafında 

mühüm rol oynadı. 

20-ci illər Azərbaycan ədəbi dilində işlədilən türk 

dilinə məxsus isimlər, başlıca olaraq, türk dilləri üçün 

qədim dövrlərdən ortaq olan sözlərdən ibarətdir. Vaxtilə bu 

cür sözlər türk dillərində ümumişlək vahidlər olmuşdur. 

Türk ədəbi dili leksikası üçün normalaşmış belə vahidlərin 

Azərbaycan dilində yenidən işlədilmə cəhdi qədim sözlərin 



 

98

yenidən həyata qaytarılması istəyinin nəticəsi idi. Halbuki 



həmin sözlərin Azərbaycan ədəbi dilinə daxil edildiyi 

dövrlərdə onların qarşılığı olan daha anlaşıqlı sözlərimiz 

var idi. Təsadüfi deyildir ki, çox keçmədən həmin sözlər 

Azərbaycan ədəbi dili üçün normaya çevrilə bilməyən türk 

dili alınmalarını yazı dilində də əvəz etməyə başladı. Türk 

dili üçün səciyyəvi olan belə sözlər, əsas etibarilə, ümumi 

isimlərdən ibarət idi. Azərbaycan dilində bir qrup isimlər 

diferensiallaşaraq ümumtürk leksikasından ayrılmış olsa 

da, keçid dövrü ədəbi dilində: kişi  əvəzinə  erkək, kənd 

əvəzinə köy tipli sözlər işlədilirdi. Məsələn: 

E r k ə k l ə r i n  yumruğu və təpiyi sizləri incitdi (Kİ-

4.11.1929);  K ö y l ə r d ə  özəklər təşkil etməyə başladı (Kİ-

4.11.1929) və s. 

Şübhəsiz, həmin dövrdə də ümumxalq dilində erkək 

sözü  kişi  mənasında başa düşülmürdü və göy  sözü 

işləklikdən qalmışdı. Qədim türk dillərinə məxsus sözləri 

yenidən canlandırmaq və terminləri «təmiz türk dilindən» 

almaq haqqında həmin dövrdə mətbuatda hökm sürən fikir 

də yanlış bir fikir idi. Azərbaycan dilində terminlər 

yaradılarkən qədim türk dillərinə məxsus sözlərə qayıtmaq, 

yaxud da bu dillərə aid arxaik sözləri diriltmək bir neçə yüz 

il ərzində keçirdiyimiz tarixi inkar etmək demək idi. 

Onu da qeyd etmək lazımdır ki, həmin illərdə 

Azərbaycan dilini ərəb və fars dillərinə məxsus sözlərdən 

təmizləmək, bu sözləri başqa sözlərlə əvəz etmək məsələsi 

irəli sürülərkən bəziləri termin yaradıcılığında məhz qədim 

türk dillərinə qayıtmağı təklif edirdilər. Məsələn, F.Ağa-

zadə «Maarif işçisi» jurnalında dərc etdirdiyi «Türkcənin 

zənginləşdirilməsi yolları» adlı məqaləsində yazırdı: 

«…Yüzlərcə, bəlkə minlərcə əcnəbi kəlmələr var ki, onları 

türkləşdirmək (azərbaycancalaşdırmaq – N. X.) mümkün 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə