152
Şəkil II. 5 Şəkil II. 6
olması, axının turbulentlik şəraiti, qazın soyuması və s. təsir göstərir.
Bəzən qazların hidrat yaratma şərtləri II. 5 şəklində göstərilmişdir.
Bu şəkildə əyrilər hidrat (su buxarı ilə doymuş qazların) yaranmasını
müəyyən edən müvazinət əyriləridir. Şəkildən görünür ki, hər
komponent (qaz) hidrat yaranan kritik temperatura (A nöqtələri)
malikdir. Belə ki, kritik temperaturdan böyük temperaturda hidrat
yaranmır. Ən böyük kritik temperatur kükürd qazına aiddir (t =
29,5°C). Deməli, kükürd qazı, hidrat əmələ gətirən ən fəal qazlardan
biridir.
Qazın tərkibində ağır komponentlər artdıqca hidratyaratma
təzyiqi də azalır. Bundan başqa, hidrat əmələ gəlməsinə qazın
tərkibindəki azot və hidrogenin (hidrat yaratmayan qazlar) miqdarı
da təsir göstərir. Belə qazların miqdarı artdıqca hidratyaratma təzyiqi
çoxalır (məsələn, qazın tərkibində azot və hidrogenin miqdarı 50% -
dənolduqda hidrat yaranmır).
153
Təbii qazların hidratyaratma qabiliyyətini xarakterizə edən
əyrilər II. 6 şəklində göstərilmişdir. Bu əyrilərdən istifadə edərək
real şərait üçün hidratyaratma şərtini təxmini müəyyən etmək olar.
Təbii qazların hidratyaratma şərtini aşağıdakı üsullarla
yoxlamaq olar:
1)
II. 6 şəklindən istifadə etməklə;
2) müxtəlif tərkibi qazlar üçün məlum olan empirik
düsturlarla;
3) tarazlıq sabitlərindən istifadə etməklə;
4)
təcrübə sınaqları ilə.
Birinci üsul bu üsulların ən sadəsidir.
Məlumdur ki, mineral yanacaqlar yer qatında karbon (daş
kömür və şistlər) və karbohidrogenlər (neft və qaz yataqları) şəklində
toplanmışdır. Elm və ptraktikada belə bir fikir hökm sürürdü ki,
molekulyar çəkisi 60-dan çox olan karbohidrogenlər maye şəklində,
yüngüllər isə qaz şəklində olur. Lakin ilk dəfə akad. A. A. Trofimuk
və b. tərəfindən aşkar edilmişdir ki, təbii qazlar müəyyən
termodinamik şəraitdə layda yerləşərək qaz-hidrat yataqlarını təşkil
edir. Qeyd etmək lazımdır ki, belə yatağın məsamələrinin vahid
həcmində qazın miqdarı adi qaz yataqlarındakından xeyli çox olur.
Hidrostatik
təzyiq alında +25°C temperatur şəraitinə qədər qaz
lay suyu ilə qarışaraq bərk maddəyə çevrilir.
Fiziki xüsusiyyətləri cəhətdən qaz-hidrat yataqları qaz
yataqlarından kəskin fərqlənir. Bu cür layların elektrik keçiricilik
qabiliyyəti adi qaz yataqlarından xeyli yüksəkdir.
Qaz-hidrat yataqları, adətən, uzun illərdən bəri əbədi donmuş
süxurlarda yerləşir. Belə yataqlara ölkəmizin ərazisinin 50%-dən çox
planetimizin quru sahəsinin
4
1
hissəsində və dünya okean sahəsinin
90%-dən çox hissısində rast gəlmək olar. Hesablamalara CCRİ-nin
quru sahəsində yerləşən qaz-hidrat yataqlarındakı qazın ehtiyatı 10
trilyon kubmetrə yaxındır (1970-ci ilə görə CCRİ-də kəşf olunmuş
yataqların qaz ehtiyatları 12 trilyon kubmetr olmuşdur).
154
Belə yataqların əsas istismar üsulu, layda bərk halda olan
hidratın qaz şəklinə çevrilməsidir. Bunun üçün layda ya təzyiqi
azaltmaq, ya temperaturu artırmaq (laya istiliklə tətir etmək) və ya
laya qazın sudan ayrılmasını gücləndirən katalizatorla təsir etmək
lazımdır.
§ 6. Neftin lay şəraitində xassələri və
onların tədqiqi üsulları
Neftin sıxlığı. Neftin atmosfer şəraitində sıxlığı 730-1060
kq/m
3
arasında dəyişir. Neftin lay şəraitindəki sıxlığı onun atmosfer
şəraitindəki sıxlığından temperaturun, təzyiqin və neftdə həll olan
qazın hesabına az olur. Elə neftlər də məlumdur ki, onun lay
şəraitindəki səxlığı 500 kq/m
3
olduğu halda, atmosfer şəraitindəki
sıxlığı 800 kq/sm
3
alınır.
Neftdə həll olmuş qazlar sıxlığına eyni cür təsir göstərmir.
Məsələn, neftdə metan, propan və etilen həll olarsa, təzyiq artdıqca
onun sıxlığı azalar, azot və ya karbon qazı həll olarsa, əksinə artar.
Təzyiqin qiyməti doyma təzyiqindən böyük qiymətlər aldıqda isə
neftin sıxlığı çoxalır (şəkil II. 7, 1-T =343,1 K-də Axtır, 2-T=361,1
K-də Novadmitriyevski nefti üçün çıxarılmışdır).
Şəkil II. 7
155
Neftin özlülüyü. Neftin quyudibinə axmasına neftin özlülüyü
bilavasitə böyük təsir göstərir, yəni neftin özlülüyü nə qədər az
olarsa, onun quyudibinə axma sürəti də bir o qədər artır. Atmosfer
şəraitində qazsız neftin özlülüyü böyük həddə dəyişir. Neftin lay
şəraitində özlülüyü, miqdarından aslılı olaraq dəyişir. Belə ki,
temperaturun artması ilə neftin özlülüyü azalır, neftdə qaz həll
olduqda isə özlülüyü daha da azalır. Ona görə də neftin atmosfer və
lay şəraitindəki özlülükləri fərqli olur. Məsələn,Bakı neft
yataqlarından alınmış neftin lay şəraitindəki özlülüyü onun atmosfer
şəraitindəki özlülüyündən 4 dəfə, Novodmitriyevski nefti üçün 10
dəfə, Romaşkin nefti üçün 5,5 dəfə az olmuşdur.
Təzyiq doyma təzyiqinə qədər böyüdükdə neftin özlülüyü
azalır və onun ən kiçik qiyməti doyma təzyiqində olur (şəkil II. 8).
Təcrübələr göstərir ki, təzyiqin doyma təzyiqindən başlayaraq
artması neftin özlülüyünü artırır.
Neftin özlülüyünün temperaturdan və həll olmuş qazın
miqdarından asılı olaraq dəyişməsi II. 9 şəklində verilmişditr.
əyridəki təzyiqlər doyma təzyiqləridir.
Qeyd
etmək lazımdır ki, müxtəlif qazlar neftin özlülüyünə
müxtəlif cür təsir göstərir. Məsələn, karbohidrogen qazlarının
molekulyar çəkisi artdıqca, neftin özlülüyü də azalır. Lakin neftdə
azot həll olduqda onun özlülüyü artır.
Neftin lay şəraitinə uyğun özlülüyü, yüksək təzyiqli
viskozimetr vasitəsilə təyin edilir. Bu viskozimetrlərdə neftin lay
nümunəsi tədqiq edilir.
Dostları ilə paylaş: |