2
A.MİRZƏCANZADƏ.
Z.ƏHMƏDOV, R.QURBANOV
NEFT LAYININ
FİZİKASI
Ali texniki məktəblər üçün
dərslik
Azərbaycan SSR Ali və Orta İxtisas
Təhsili Nazirliyi tərəfindən təsdiq
edilmişdir
“MAARİF” NƏŞRİYYATI
BAKI – 1983
3
33.361
M67
Dərslikdə süxurların, neft, qaz və suyun lay şəraitində fiziki
xassələrinin, faza keçid və səthi molekulyar hadisələrin, neft və qazın
məsaməli mühitdən sıxışdırılması prosesinin, həmçinin layın neft və
qazvermə qabiliyyətinin artırılması məsələsinin müasir elmi əsasları
verilmişdir.
Burada oxşarlıq nəzəriyyəsinin və riyazi statistikanın tətbiqi ilə
lay fizikasının bir çox məsələlərinin həlli yolları da göstərilmişdir.
Dərslik neft ixtisaslı tələblər üçün nəzərdə tutulmuşdur.
Əsərə rəy verən: Azərbaycan EA müxbir üzvü
prof.
Q.Cəlilov,
İxtisas redaktoru: texnika elmləri doktoru,
prof. Ə.Qasımov
82
124
82
652
000
20403
M
M
1904050000
“Maarif” nəşriyyatı, 1983.
4
MÜƏLLİFLƏRDƏN
Ölkəmizin ağır sənaye sahəsində neft və qazçıxarma sənayesi
xüsusi yer tutur. Bu əsas etibarıilə neft və qazın ölkəmizin yanacaq-
energetika kompleksinin inkişafında və neft-kimya istehsalının
xammala təlabatının ödənilməsindəki rolu ilə müəyyən edilir.
Yanacaq-energetika balansında neftin və qazın yanacaq kimi istifadə
olunan hissəsi 60,4%-dən (1970-ci ildə) 70,7%-ə (1980-cı ildə)
çatmışdır.
Sov. İKP XXVI qurultayının qəbul etdiyi “1981-1985-ci
illərdə və 1990-cı ilədək SSRİ-nin iqtisadi və sosial inkişafının əsas
istiqamətləri”
qətnaməsində
ölkəmizdə 1985-ci ildə neft
çıxarılmasının 620-645 mln. M-a, qazın isə 600-640 mlrd. m
3
-ə
çatdırılması nəzərdə tutulmuşdur.
Bu
məsul vəzifəninyerinə yetirilməsində yeni yataqların
sənaye mioqyasında yüksək sürətlə istismarına başlanması ilə
bərabər, istismarda olan yataqların neft və qazvermə qabiliyyətinin
artırılması da əsas məsələlərdən biridir.
Neft,
qaz
və qaz-kondensat yataqlarının səmərəli istismar
rejimlərinin təyin edilməsində, layda baş verən proseslərin neft və
qazın laydan tam çıxarılmasını təmin edən istiqamətdə idarə
olunması məsələsinin həllində “Neft layının fizikası” fəninin rolu
böyükdür.
“Neft layının fizikası” neft mühəndisi ixtisası alan ali məktəb
tələbələri üçün əsas fəndlərdən biridir. Bu fənn neft və qaz layının,
onları təşkil edən süxur, neft, qaz və suyun fiziki-mexaniki
xassələrini, onların qarşılıqlı təsirini öyrənən, layın neft, qazvermə
qabiliyyətinin fiziki əsaslarını müəyyən edən müstəqil elm sahəsidir.
Məhz buna görə də neft layının fizikası elmini neft və qaz layının
fiziki-kimyəvi mexanikası adlandırmaq daha düzgün olardı.
Dərslik ali texniki məktəblərin neft və qaz yataqlarının
işlənməsi və istismarı ixtisası üzrə təsdiq edilmiş proqram əsasında
yazılmışdır.
5
Neft layının fizikasının
problemləri həm nəzəri, həm də praktik
baxımdan çox mürəkkəbdir. Bu problemləri öyrənmək üçün tələbələr
fizika, riyaziyyat, kimya, nəzəri mexanika, materiallar müqaviməti,
termodinamika ümümi və yeraltı hidravlika və s. fənləri kifayət qədər
yaxşı bilməlidirlər.
Müəlliflər dərsliyi yazarkən neft layının fiziki-kimyəvi
mexanikasının əsaslarını, neft və qazçıxarma proseslərin tənzimetmə
prinsiplərini və onlara nəzarətetmə bacarığını tələbələrə aşılamağı
əsas götürmüşlər. Öyrəniləcək hadisələri seçərkən nəzərdə tutmuşlar
ki, “təbiət özünün ən kiçik təzahüründə də qəribədir”. Ona görə də
neft layında baş verən ən kiçik təzahürləri ayrı-ayrılıqda deyil, bu və
ya digər lay hadisəsini həm izah etmək, həm də diaqnostlaşdırmaq
məqsədi ilə öyrınmıyı vacib saymışlar. Bununla əlaqədar olaraq
öyrənilən məsələlərin timsalında tələbələrə lay hadisəsini xarakterizə
edən bu və ya digər parametrləti qiymətləndirmə bacarığı aşılamağa
da çalışmışlar. Ona görə də dərslikdə Uiler qaydasına əməl
edilmişdir. Yəni “heç vaxt nəticəni bilmədən hesablamaya başlama!
Gözəyarı hesablamaya üstünlük ver; ətraflı çıxarılış etməzdən əvvəl
sadə fiziki qanunauyğunluqlara (simmetriya, invariantlıq və saxlama
qanunlarına) əl at; hər bir müəmmaya mümkün olan cavab hazırla.
Ürəkli ol, axı sınin nə təklif edəcəyinin heç kimə dəxli yoxdur. Ona
görə də bu təklifi tez və intusiya ilə yerinə yetir. Müvəffəqiyyətli
təklif bu intuisiyanı daha da möhkəmləndirirsə, səhv təklif ancaq
faydalı sarsıntı yaradar”.
Bu
məqsədlə dərslikdə ölçülər nəzəriyyəsinə, sadə modelləin
tətbiqinə geniş yer verilmişdir.
Məlum olduğu kimi, mürəkkəb coğrafi və sərt iqlim şəraitli
rayonlarda son vaxtlar kəşf olunan neft və qaz yataqlarının sayı
getdikcə artır (məsələnŞ dəniz tataqları,vkeçilməz bataqlıqlardakı,
kənd təsərrüfatı sahələrindəki yataqlar və s.). Belə şəraitdə istsmar
olunan neft və qaz yataqlarının işlənməsini tənzim etmək üçün lazım
olan məlumatın alınma imkanı xeyli çətinləşir. Buna baxmayaraq
göstərilən şəraitdə neft və qazvermə əmsalının artmasını təmin edən
qərar qəbul etmək lazımdır. Odur ki, dərslikdə determinik