6
modellərinin tətbiqi ilə yanaşı, stoxastik modellərin də tətbiqinə
xüsusi yer verilmişdir. Məsələn: 1) ölçülən kəmiyyətin dəqiqliyinin
(orta keçiricilik) ilk məlumatların sayından və onların dəqiqliyindən
asılı olduğu göstərilərək imitasiya modelinin tətbiqi haqqında
mühakimə yürüdülür; 2) neftvermə əmsalı dolayı məlumatlar
əsasında təyin edildiyindən bu məsələnin həlli üçün müxtəlif öyrətmə
üsullarının, məsələn, ranq təsnifatının tətbiqinnin mümkünlüyü
göstərilir.
Müəlliflərin fikrincə mühəndis ideologiyasının formalaşması
elm, intuisiya və təcrübəyə əsaslanmalıdır. Buna görə də Viktor
Hüqonun fikrincə-“yazmaq üçün üç keyfiyyət-elm, intuisiya və
təcrübə olmalıdır...”. Bizə elə gəlir ki, bu keyfiyyətlər mühəndislərdə
də olmalıdır, çünki mühəndis də bir çox hallarda dolayı məlumatlar
əsasında qərar qəbul etməli olur.
Dərslikdə şərh edilən bütün anlayışlar və təyin olunmalar
kifayət qədər məlumat olmayan şəraitdə diaqnostlaşdırma məqsədi
ilə də tətbiq edilməlidir.
Neft layının fiziki-kimyəvi mexanikasında müxtəlif dərəcədə
tətbiq olunan anlayış və təyinolunmaların dərslikdə qəbul edilmiş
səpkidə təhlili, təbiidir ki, mübahisəyə və ayrı-ayrı müddəaların
tənqidinə səbəb ola bilər. Elə buna görə də dərslikdə, şübhəsiz,
müəyyən nöqsanlara yol verilə bilər. Görkəmli mexanik
D Alamberin dediyi kimi, tənqid ədalətli və xeyirxah olarsa, belə
tənqid həm təşəkkürə, həm də hörmətə layiqdir. Dərsliyə bu
məqsədlə yanaşan, öz dəyərli təklif və tənqidi qeydlərini bildirən
oxuculara müəlliflər əvvəlcədən öz minnətdarlıqlarını bildirirlər.
Müəlliflər bu dərsliyi i.lədikləri doğma institut–“alma-mater”
in tələbələri üçün yazmışlar. Onlar Azərbaycan dilində indiyə qədər
bu və buna uyğun dərslik olmadığından dərsliyi böyük məsuliyyət
hissi ilə tərtib etmişlər.
Latınlarda belə bir məsəl var ki, müəllim şagirdlərinin yanına
gəlməz, amma şagird müəlliminin yanına gələr. Əgər dərslik bu
fikrin həyata keçməsinə müəyyən dərəcədə kömək etmiş olarsa,
müəlliflər özlərini məqsədlərinə çatmış hesab ola bilərlər. Müəlliflər
7
arzu edirlər ki, dərslik, tələbələrə onlar yetkinləşdikcə, keçilən yolu
htnhjcgtrnbd* qiymətləndirə bilmək və daha yaxşısı perspektivi
duyma bacarığını aşılaya bilsin.
8
I FƏSİL
QAZLI BƏ NEFTLİ SÜXURLARIN FİZİKİ
XASSƏLƏRİ
Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii
yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə
çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə
və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd
etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplanma
bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün
münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı
40 50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. Beləliklə
məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı
həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur
deyilir.
Neft
və qaz kollektorlarının hissəcikləri bir-birilə əlaqəsi
olmayan və ya müəyyən maddə ilə əlaqələndirilmiş müxtəlif təbiətli,
xassəli, möhkəmlikli, ölçülü və formalı minerallardan (kvars
dənələri, çöl şpatı və s.) ibarətdir. Bu kollektorlar yer qabığının üst
hissəsi üçün səciyyəvi olan süxurlardır (yüksək təzyiq və temperatur
şəraitində). Yatağın işlənməsi və istismarı müddətində neft və qaz
kollektoru mürəkkəb deformasiyaya məruz qalır və istismar
prosesinə yüksək dərəcədə təsir göstərir. Ona görə də neft və qaz
yataqlarını təşkil edən süxurların fiziki xassələırinin, onların
başlanğıc gərginlikli vəziyyətinin, işlənmə müddətində baş verən
fiziki hadisələrin işlənmə prosesinə təsirini öyrənmək əsas məsələdir.
Neft
və qaz layının fiziki xassələrini öyrənmək üçün
aşagıdakıları bilmək lazımdır:
1)
süxurların qranulmetrik tərkibini;
2)
məsaməliliyini;
3)
keçiriciliyini;
4)
kapillyarlıq xassələrini;
5)
məsaməli süxurun xüsusi səthini;
9
6)
süxurların mexaniki xassələrini (elastiklik, plastiklik,
sıxılma, dağılma və başqa növ deformasiyalara göstərilən
müqaviməti);
7)
müxtəlif şəraitlərdə süxurun neft, qaz və su ilə doymasını.
§§ 1. Süxurların qranulometrik tərkibi
Süxurun qranulometrik tərkibi dedikdə onu təşkil edən
müxtəlıif ölçülü dənəciklərin miqdarı (kütlə ilə) nəzərdə tutulur.
Yuxarıda adları qeyd olunan əsas fiziki xassələr (məsaməlilik,
keçiricilik, kapillyarlıq, xüsusi səth və mexaniki xassələr) süxurun
qranulometrik tərkibindən çox asılıdır. İstismar prosesində laydan
quyuya gələ bilən quma qarşı mübarizə metodlarının seçilməsində
(qumun quyuya keçməsinə mane olan çınqıllı süzgəclərin tətbiqində,
quyudibi zonanın skeletinin saxlanması məsələsinin həllində və s.)
qranulometrik tərkibin məlum olmasının böyük əhəmiyyəti vardır.
Süxur dənəciklərinin ölçüləri böyük həddə-kolloid
hissəciklərinin ölçülərində başlamış ta çaqıl daşının ölçülərinədək
dəyişir. Aparılan tədqiqatlar göstətrir ki, neft və qazlı süxurları təşkil
edən hissəciklərin diametrləri əsas etibarıilə 0,01 1 mm arasında
dəyişir.
Süxurların qranulometrik tərkibi ələklə və sedimentometrik
(çökmə) təhlil vasitəsilə müəyyən edilir. Ələklə təhlil üsulu,
dənəciklərinin ölçüsü 0,05 mm–dən böyük olan süxurların
qranulometrik tərkibinin təyinində tətbiq olunur. Dənəciklərinin
ölçüsü 0,05 mm-dən kiçik olan süxurların tərkibi isə sedimentometrik
üsulla, yəni özlülüyü böyük olan maye içərisində hissəciklərin çökmə
sürətini təyin etməklə öyrənilir. Bu halda qəbul edilir ki, hissəciklərin
mayedə çökmə sürəti Stiks qanununa tabedir. Qeyd etmək lazımdır
ki, Stoksun düsturu kürəşəkilli ancaq bir dənəciyin məhdud olmayan
maye həcmində
çökmə sürəti üçün doğru olduğundan,
sedimentometrik təhlil vasitəsilə alınan nəticələr şərti xaraktetr
Dostları ilə paylaş: |