133
Taxta biti
Qayalar yumruq kimi dənizə uzanıb. Ay dənizə bir işıq xətti
çəkib. Haradasa xor həzin bir nəğmə oxuyur. Mahnı uzaqlardan
pərdə-pərdə dənizə yayılır. Ağ yelkənli qayıqlar dəniz üzərində
çiçəyə bənzəyirdilər. Qayıqların birində mənəm, bir də odur.
Yarımdır. O gülləri yarpaq-yarpaq qırıb dənizə tökür. Şer
oxuyur. Məhəbbətdən danışır. Məni sevdiyindən danışır. Mən
də ona eşqimdən söhbət açıram. O xoşbəxtdir. Mən də
xoşbəxtəm. O deyir ki, bu anlar həyatının ən xoş anlarıdır. Mən
də deyirəm ki, bu anlar həyatımın ən gözəl dəqiqələridir.
Kefim yaman kökdür. Xoşbəxtəm. Bircə qıçım yaman qaşınır.
Qaşıyıram, qaşıyıram, qanayanacan qaşıyıram. Sakit olmur ki,
olmur. Yenə cırmaqlaya-cırmaqlaya qaşıyıram və ağrıdan
oyanıram. Taxta biti!
Ay görüm səni andıra qalasan taxta biti! Görüm səni ağ
günə çıxmayasan taxta biti! Görüm səni lənətə gələsən taxta
biti! Ay taxta biti! Ay taxta biti!
Qara yanğın
Atəş dayanandan sonra biz, bir dəstə jurnalist döyüş
meydanını gəzdik. Böyük çöl meyitlə dolu idi. Diqqətimizi
bəzi meyitlərdən eşidilən yeknəsək tıqqıltı səsi cəlb etdi.
Məlum oldu ki, meyitlərin bəzilərinin üstündə saatları işləyir.
Görünür bu adamlar ölümlərindən əvvəl saatlarını qurublarmış.
Özləri bir neçə müddət qabaq ölmüşlər. Saatları isə laqeyd bir
dəqiqliklə hələ işləyirlər. Qurum vaxtları qurtaranacan
işləyəcəklər.
Sonra dayanacaqlar.
134
Ay
Dəniz. Gecə. Bir də ay. O mənə etiraf – eşq edirdi. Mən
dənizi bir cərgə şumlamış ay işığına tamaşa edirdim.
Çox illər sonra yenə o dəniz dururdu. Gecə də dururdu.
Amma o artıq məni sevmirdi, mən aysız bir gecədə sahildə
durub dənizə baxırdım və mənə elə gəlirdi ki, dənizin zülməti
ayı udub həzm eləmişdir.
Şopenin balladası
Kişi taxtın üstündə uzanıb papiros çəkirdi. Qadın yumşaq
kürsüdə oturub Stendalı oxuyurdu. Radio Şopenin balladasını
verirdi. Bayırda yağış yağırdı.
Kişi dedi:
–Dünyada bundan gözəl nə ola bilər?
Qadın dedi:
–Nədən?
Kişi dedi:
–Səndən. – O Şopenin musiqisini nəzərdə tuturdu – Sənin
saçlarından.
Qadın güldü və Stendalın kitabını qapadı.
Kişi:
–Bura gəl – dedi.
Kişi qadını öpürdü, saçlarını oxşayırdı və ona elə gəlirdi ki,
o Şopenin musiqisini oxşayır.
Füzuli
O ölürdü. Arvadı dedi ki, onun xəstəliyi ağır deyil. Lakin o
bilirdi ki, öləcək. "Ölüm allah əmridir, ayrılıq olmayaydıU.
İnsan çox-çox qədim vaxtlarda – allah mövcud olan bir zaman
deyilmiş bu misraları ürəyində təkrar edir və onlara gülür.
Ölümlə barışan ayrılığa etiraz edən bu misralarda kəsgin bir
135
təzad vardı. Bu təzad misraları mənasızlaşdırırdı. "Ayrılıq
olmayaydı" Məgər ayrılıqların ən böyüyü ölüm deyildimi.
Vüsalsız hicran ölüm deyildimi? Ölüm ayrılığı olmasaydı,
bütün başqa ayrılıqlar əbədiyyətin adi, keçəri-gedəri bir
epizodu olmazmıdı? "Ölüm allah əmridir" Allah çoxdandıki
yox idi. Deməli onun əmri də gerçək ola bilməzdi. Amma ölüm
gerçək idi. O labüd, əbədi, qaçılmaz bir qüvvə idi. O allahdan
daha qədim idi. O, allah mövcud olan çox qədim zamanlarda
onun əmri adlanırdı, lakin o allahdan güclü idi. O allahın özünə
belə son qoymaq iqtidarında olan yenilməz bir qüdrət idi. O,
insanlar ürəklərində və beyinlərində allahı basdırdıqdan sonra
belə yaşayırdı. O, öldürməkçün yaşayırdı. O, hər gün, hər saat,
hər dəqiqə hər saniyə öz işini görməkdə idi. Onun müxtəlif
yerlərdəki müxtəlif əməllərindən biri də bu gün ölən insan idi.
İnsan ölürdü və bunu da yaxşıca bilirdi. Axırıncı gün o
arvadını çağırdı və xahiş elədi ki, arvadı ona "Leyli
Məcnundan" bir qəzəl oxusun.
Arvad oxumağa başladı:
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir.
O dedi:
–Yetər. – O bu qəzəli əzbər bilirdi və o bəxtiyar idi ki, heç
kim bu barədə Füzulidən gözəl deyə bilməmişdir.
Tolstoy
Sonra arvadı ona "İvan İliçin ölümünü" oxudu. O
təəccübləndi. Nə cür olub ki, Tolstoy əvvəlcə ölüb, sonra isə öz
ölümünü təsvir edə bilmişdir.
Kölgələr
Şəhərin kənarında böyük beş mərtəbə bir bina vardı. Bina
yanmışdı. İndi o boş idi. Yalnız divarları qalmışdı. Hə, bir də
divarların birində dəstəyi qaldırılmış telefon-avtomat qalmışdı.
Bu binada kölgələr yaşayırdı.
136
Mən gündə işə bu evin yanından gedib gəlirdim. Mənim
şəhərdə böyük bir otağım vardı. Mən bu otaqda təpə-tənha
yaşayırdım və gecələr məni qara basırdı. Gecə mənə elə gəlirdi
ki, otaqda məndən başqa da kimsə var. Mənə elə gəlirdi ki, bu
naməlum adam mənim başımın üstündə dayanıb və hər an
kirimişcə, sakitcə mənim başımdan vurub cəhənnəmə vasil
eləməyə hazırdır. Mən bilirdim ki, bu ancaq vahiməli yuxudur,
oyanmaq istəyirdim və oyana bilmirdim. Mənə elə gəlirdi ki,
otağım tabutdur və mən çox qorxurdum ki, bir dəfə yuxulu-
yuxulu öləm. Bir də mən yaman qorxurdum ki, bir gecə mənə
zəng olsun. O boş yanmış evdə yaşayan kölgələr mənə zəng
eləsinlər.
Bu dəfə gecə saat 4-də telefon zəngi eşitdim. Mən dəstəyi
götürməyə qorxurdum. İşığı yandırdım və səhərəcən daha
yatmadım. Səhər bir dostum mənə dedi ki, gecə hardasa
qonaqlıqda imiş və mənə zəng eləyirmiş. Mən sakit oldum,
lakin axşam yadıma düşdü ki, dostum mənə nə isə bir söz də
dedi. Məncə o demişdi ki, mənə yanmış 5 mərtəbədəki
telefondan zəng eləyirmiş. Mən dostuma zəng elədim və bu
barədə soruşdum. Təəccübləndi və dedi ki, yox, mən elə söz
deməmişəm. Mən sənə qonaq olduğum evdən zəng eləmişdim,
amma dünən yox, iki ay bundan qabaq. İndi niyə yadına
düşüb?
Gecə mən öldüm. Kölgələr məni nəhəng boş 5 mərtəbəli
yanmış evə apardılar və orada öldürdülər. Qəribə də o idi ki,
telefon avtomatın dəstəyi yoxdu, yoxdu.
Uşaqlıq
Uşaqlığım yadımdadır. Biz dəniz sahilində yaşayırdıq.
Dəniz böyük, təmiz və hamar idi. Sahil sonsuz, hamar və
adamsız idi. Uzaqda üfiq xətti görünürdü, göydə isə bir dənə də
olsun bulud yox idi. Hər gün, günorta vaxtı üfüqün o tayından
təyyarələr uçub gəlirdilər. Onlar nizamla, bir sırada və çox-çox
Dostları ilə paylaş: |