142
SAYLARIN SƏRGÜZƏŞTİ
Günlərin bir günündə Bir İkiyə dedi:
–Ay İki, gəl dur yanımda olaq On İki.
İki cavab verdi:
–Yox, ay Bir, sən gəl dur mənim yanımda olaq İyirmi Bir,
İyirmi Bir On İkidən çoxdur.
Bir dedi:
–Yox, mən gərək səndən qabaq duram, çünki mən səndən
əvvələm.
İki dedi:
–Yox, mən gərək səndən qabaq duram, çünki mən səndən
böyüyəm.
Bir dedi...
İki dedi...
Sözləri çəp düşdü...
Axırda dedilər kedək Üçün yanına, o bizdən böyükdür,
davamızı o kəssin.
Üç çoxbilmiş idi, çox haqq-hesabdan çıxmışdı. Aşiq olanda,
Vurulanda On İki də olurdu, lap İyirmi Bir də. Bildi ki, bu
sövda baş tutan deyil.
Amma Üçün könlündən ayrı şey keçirdi. O, çoxdan altı
olmaq istəyirdi. İndi Biri və İkini görəndə fikirləşdi ki, əlimə
əcəb fürsət düşüb. Bir ilə İki ikisi bir olsa onlarla bacarmaram,
gücümüz tən gələr. Gərək ayrı-ayrılıqda ikisini də aldadıb
özümə qatam.
Üç əvvəl İkini xəlvətə çəkdi, aldadıb özünə qatdı, sonra da
Biri. Oldu Altı.
Dörd Beşə dedi:
–Gördün? Üç əvvəllər bizə aşağıdan yuxarı baxırdı. İndi
Altı olub qudurub. Bizə yuxarıdan aşağı baxır.
Beş Dördə dedi:
143
–Eybi yoxdur. Gəl biz də birləşək onun qabağına Doqquz
qoyaq.
Dördlə Beş birləşib oldular Doqquz.
Altı bunu eşidəndə coşub çıxdı özündən, dombalaq aşıb o da
oldu... Doqquz.
Əvvəlki Doqquz bunu eşidib xəbər göndərdi ki, sən əsil
Doqquz deyilsən, Yalançı Doqquzsan, Altıdan dönməsən. Çox
o yan bu yan eləsən bir dənə çəkərəm kəllə mayallaq olub yenə
dönərsən Altıya.
Altıdan dönmə Doqquz da əvvəlki Doqquza xəbər göndərdi
ki, çox danışma, bir dənə vurram üç bölünərsən.
Daha bundan sonra bir-birinə sataşmadılar.
Günlərin bir günündə əvvəlki Doqquz fikirləşdi; nə vaxta
qədər tək qalacağam. Gərək özümə bir yoldaş tapıb olam cüt.
Belə qərara gələndən sonra Doqquz Yeddiyə elçi getdi.
O biri Doqquz da fikirləşdi ki, mən də təkəm, gərək özümə
bir çüt tapam. O da getdi Səkkizə elçi.
Əvvəlki Doqquz bunu eşidib təzədən fikrə getdi. Yaxşı mən
Yeddiylə qoşa duranda olacağam Doxsan Yeddi. O biri
Doqquz Səkkizlə qoşalaşanda olacaq Doxsan Səkkiz. Axı, nə
səbəbə o məndən artıq olsun?
Belə fikirləşən kimi bu Doqquz Yeddini atdı, getdi o da
yapışdı Səkkizdən.
Bir Doqquz Səkkizin bu başından tutub bu tərəfə çəkdi, o
biri Doqquz Səkkizin o başından tutub o biri tərəfə çəkdi.
Səkkizin incə beli qırıldı, bir yumru qaldı bu Doqquzla, bir
yumru qaldı o Doqquzla.
Əvvəlki Doqquz çox fikirləşdi ki, bu yumrunu neyləsin?
Axır tapdı. Başladı yumrunu üfürməyə. Üfürdü, üfürdü, yumru
şişdi, şişdi oldu Sıfır. Doqquz qoydu bu Sıfırı yanına.
Bunu görüb o biri Doqquz da başladı öz yumrusunu
üfürməyə. Şişirtdi elədi Sıfır, qoydu yanına. Ancaq qaranlıqda
sağı, solu çaşdırdı. Sıfrı sağ tərəfdən qoymaqdansa, sol
tərəfdən toydu. Odur ki, o Doqquz oldu 90, çıxdı göyün
144
doqquz qatına, bu doqquz oldu 09, düşdü yerin doqquz qatına.
Yerin doqquz qatındakı 09 göyün doqquz qatındakı 90-a
qışqırdı ki, məni burda qoyma, çək yanına. Axı, vaxtilə sən də
doqquz olmusan, mən də.
Amma Doxsan Sıfır Doqquza istehza ilə baxıb cavab verdi:
Düzdü, vaxtilə mən də Doqquz olmuşam, sən də. Amma indi
sənin kimi "Doqquzu" mənim yanımda görsələr mənə dəli
deyərlər, Doxsan Doqquz deyərlər.
Sıfır Doqquz dinmədi. Nə desin?
Dünyada qəribə işlər olurdu.
Bu iki rəqəmdən başqa say qalmamışdı, odur ki,
məktəblərdə hesab dərsi keçilmirdi. Hesab müəllimlərinə
doxsan manat təqaüd təyin edib evə göndərmişdilər.
Bazarda hər şeyin qiyməti 90 manat olmuşdu: istəyirsən
doxsan xalça al, istəyirsən doxsan kibrit.
Havalar bəzi yerlərdə isti keçirdi, doxsan dərəcə, bəzi
yerlərdə soyuq – doxsan dərəcə.
Futbol oyunları doxsan dəqiqə çəkirdi və hamısı eyni
hesabla qurtarırdı: 0:9.
Yazıçılar nə qədər əlləşirdilər doxsan səhifədən uzun kitab
yaza bilmirdilər.
Hamı telefonu götürəndə yalnız məlumat bürosuna zəng
eləyirdi: sıfır doqquz.
Məlumat bürosundan cavab verirdilər:
–Doxsan dəfə demişik, hansı nömrəni istəyirsiniz istəyin, ya
doxsan – sıfır doqquzdur, ya da sıfır doqquz – doxsan.
Təyyarələr, maşınlar, gəmilər, qatarlar hamısı doxsan
dəqiqədə doxsan kilometr sürətlə gedirdi.
Rəyləri yalnız doxsan dərəcə dəyişmək olurdu.
Hamının boyu doxsan santimetr, çəkisi doxsan kiloqram
olmuşdu.
Hamının doxsan yaşı vardı.
İclaslar səhər saat 9.0-da başlayır, axşam saat 9.0-da
qurtarırdı.
145
Hamı axşam saat 9.0-da yatır,səhər saat 9.0-da dururdu.
Mən də yəqin ki, bu nağılı o vaxt yazmış olsaydım belə
başlardım: günlərin doxsan günündə…
Doxsan gün belə keçdi, axır adamlar darıxdı:
–Əşi, belə iş olar, – dedilər, – öz barmaqlarımızı saya
bilmirik.
Gəldilər Doxsanın yanına.
–Yaxşı, ay Doxsan müəllim, – Dedilər, – orda yalqız
qalmısan, darıxmırsan?
Demə Doxsan elə bu sözə bənd imiş:
–Əşi, darıxırsan da sözdür. Qalmışam yalqız bu kəllə-
çarxda. Bu Sıfırın da elə adı var, bilmirəm niyə bunu özümə
calayıb Doxsan oldum. Gül kimi Doqquz idim. Tək idim. Kimə
istəyirdim vurulurdum. Kim bilir, bəlkə elə günlərin bir
günündə məni artırıb edəcəkdilər On.
Adamlar dedi:
–Yaxşı, Doxsan müəllim. Səndə nə desən tapılar. Gəlsənə
özündən bir ayırasan. Bir birlə səni kim tanıyacaq?
Doxsan fikrə getdi. Deyəsən, bu söz onun beyninə batdı.
Özündən Bir ayırıb aşağı göndərdi.
–Ay sağ ol, Doxsan müəllim. Yox, bağışla. Səksən Doqquz
müəllim.
Bundan sonra Səksən Doqquzdan Üç, Dörd, Beş, Altı,
Yeddi, Səkkiz çıxdılar. Qaldı Əlli Dörd, onu da Altıya bölüb
Doqquz qazandılar.
Bir, İki, Üç, Dörd, Beş, Altı, Yeddi, Səkkiz Doqquz yan-
yana düzüldülər.
Adamlar üzlərini saylara tutub dedilər:
–Əziz dostlar, bunu bilin ki, hər sayın öz yeri var. Bir
olmasa, On da olmaz, yüz də, min də, milyon da. Doqquz Sıfra
uyub çox yüksəklərə qalxdı, amma yalqız qalıb başa düşdü ki,
sizsiz o heç nə eləyə bilməz. Odur ki, hərəniz öz yerinizi tutun,
öz işinizi görün. Mehriban olun. Tez-tez görüşün. Cihazlarda,
məktəb taxtalarında, kitablarda, layihələrdə. Üstə gəlin, çıxılın,
Dostları ilə paylaş: |