A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə68/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   64   65   66   67   68   69   70   71   ...   168

 243 

etibarına dəyəcək zərbədən sarsılacağından qorxurdum. Lakin 

indi elə bil aylardan bəri çəkdiyim bu qorxu birdən-birə yox 

olurdu. Məndə Fuadın işinə, onun mübahisəli təcrübələrinə elə 

inam, elə etibar hissi əmələ  gəlmişdi ki, çoxdan bəri özümü 

belə arxayın hiss eləməmişdim.  Əlbəttə elmi şurada çıxış 

etməzdən  əvvəl dönə-dönə o təcrübələri yoxlamaq lazımdır. 

Mən onları şəxsən özüm yoxlayacağam. Mən bu yoxlamaların 

müsbət nəticəsinə artıq həştad yox, yüz faiz əminəm. Daha 

doğrusu, doxsan doqquz faiz elmi dəqiqlik tələb edir. 

Kefim yenə durulmuşdu. Balaxanı  şosesində avtobusa 

gənclər doluşdular. O saat da bərkdən "Ala göz" mahnısını 

oxumağa başladılar. Qabaq cərgədəki uşaq onlardan qorxub 

ağlamağa başladı. Təsbehli kişi zənbilindən bir salxım qara 

şanı çıxardıb uşağa uzatdı: 

–Al, bala, al, ağlama, hə pişt, hə pişt. 

Uşaq sakit oldu. 

Avtobus Bakıya girdi. 

Yağış kəsdi... 

 

1962 




 244 

 

 



QARAGİLƏ 

 

Rübabə Muradovanın xatirəsinə1 

 

Musiqi  şöbəsinin məsul redaktoru İmran bir əlində  qələm 



sabahkı verilişlərin proqramını  nəzərdən keçirirdi. Onun başı 

üstündə dayanmış Tahir izahat verirdi: 

–7.15-də opera musiqisi. – "Koroğlu",  "Sevil", "Vətən". – 

Sabahkı proqramı o hazırlamışdı – 8.20-də rəqslər. 9.40-da aşıq 

musiqisi. 10.15-də simfonik saat. 11.00. Muğamat konserti. 

12.50–də... 13.30–da... 17.15-də.... 

İmran diqqətlə qulaq asırdı. Onun heç bir etirazı yox idi. 

Proqram rəngarəng, maraqlı tərtib olunmuşdu. 

–20.30–da lirik mahnılar. "Küçələrə su səpmişəm",  "Aman 

ovçu", "Bəxtəvər oldum" – Tahir susdu.  

İmran başını qaldırdı: 

–Yaxşı sonra? 

Tahir bir an duruxdu, sonra qətiyyətlə əlavə etdi: 

–Bir də Eldar Musayevin "Rəna" mahnısı.  

İmran təəccüblə ona baxdı. 

–Düzdür, İmran müəllim, – Tahir izah etməyə başladı, – bu 

mahnını bu gün vermişik, amma... 

–Nə amma? 

Tahir özü də bilmirdi "nə amma?". Amma o, İmrana necə 

başa salsın ki, mahnını bu gün ondan xəbərsiz veriblər, nahaq 

veriblər. Bu mahnı  məhz sabah, özü də  məhz 20.30-da 

getməlidir. 

Gənc bəstəkar Eldar Tahirin dostu idi. Amma məsələ bunda 

deyil. Rəna Eldarın nişanlısıdır, mahnı ona həsr olunub, amma 

məsələ bunda da deyil. Məsələ ondadır ki, sabah Rənanın ad 

günüdür. Tahir Eldara söz vermişdi: onlar Rənagilə girib 

paltolarını çıxaran dəqiqələrdə Eldar cibindən hədiyyəsini – cib 

radiocihazını  çıxaracaq, Tahir də deyəcəkdi: Eldar, bir Bakını 




 245 

tut. Eldar da Bakının dalğasını tutacaqdı  və bu zaman, düz 

dəqiqəbədəqiqə diktor elan edəcəkdi: Eldar Musayev: "Rəna". 

Və məlahətli bir səs Eldarın adından Rənaya vurğun bir könlün 

eşq–məhəbbət təranəsini oxuyacaqdı. 

İmran dedi: 

–"Rəna" mahnısını çıxart, yerinə ayrı bir şey sal. 

Tahir dinmədi. Bütün bu səbəbləri izah etmək çox çətin 

olardı. 

–Bəlkə  qalsın...  bilirsiz... – deyə o zəif bir cəhd etdi. 

İmran quru bir tərzdə: 

–Yox, Tahir, – dedi, – mütləq dəyiş. Bilirsən ki, gündə eyni 

mahnıları vermək olmaz, – o ayağa qalxdı – Yaxşı, mən 

studiyaya gedirəm – qapıya çatarkən bir də Tahirə tərəf döndü 

– əvəzinə bir xalq mahnısı sal. "Gül oğlan", ya "Qaragilə". 

–Yaxşı. 


Tahirin ovqatı  təlx olmuşdu. O, Eldara nə deyəcəyi və 

Rənaya nə sürpriz hazırlayacaqları haqqında düşünürdü. 

 

*** 

Kazım Təbriz yaxınlığındakı Hacı  Yəhya çayxanasında bir 

küncdə oturub düşünürdü: hansı yaxşıdır – sıldırım qayadan 

uçuruma atılmaq, ya baş gicəlləndirən sürətlə gündə belədən-

belə gedən Amerika hərbi maşınlarının altına tullanmaq? 

Onun qərarı qəti idi. 

Kazımın 37 yaşı vardı. Ömrünün on dörd ilini məhbəsdə 

keçirmişdi. On dörd il idi ki, o ulduzları, günəşi, istini, sazağı 

mil-mil barmaqlıqlar arasından görmüş, duymuşdu. On dörd il 

idi ki, o, anasının, Mihinin, dostlarının taleyindən, otların 

iyindən, quşların səsindən, cahan hadisələrindən, Savalandan 

əsən sərin mehdən – insanlardan, dünyadan xəbərsizdi. On 

dörd il idi ki, o haqqa, ədalətə inamını, xoşbəxt gələcəyə 

inamını qırıb sınıq güzgü kimi atmışdı. Ömrünün on dörd ilini 

Kazım məhbəsdə çürütmüşdü.  İndi o azad idi. Neçə gün idi 

məhbəsdən buraxılmışdı. 




 246 

Ümidsizliyin sal divarına dirənmiş adam belə özünə bir baba 

yolu qoyur. Kazım məhbəsdə ümid güzgüsünü sındırıb atarkən 

bir parçasını saxlamışdı. Bu parçada onun son pənahı, son 

sığnağı, ömrünün yeganə  və axırıncı xilas cığırı – baba yolu 

əks olunmaqdaydı. "Bəlkə, anam hələ yaşayır? Bəlkə, Mihin 

diridir? Bəlkə, dostlardan sağ qalanı var?". Səhərsiz məhbəs 

gecələrinin on dörd illik qaranlığında heç kəsin 

maraqlanmadığı, heç kəsin soruşmadığı Kazım bu nigaran 

fərziyyələrlə yaşamışdı. 

Bir nəfər, heç olmasa bircə nəfər onu yada salmalı idi. Bir 

cüt göz ana gözləri, dost gözləri, ya da Mihinin qara gözləri 

onun yolunu çəkməliydi. Yoxsa hər şey mənasızlaşardı. Gərək 

o kiməsə, bir nəfərə, bircə  nəfərə lazım olaydı. Lakin bu puç 

bir ümid idi. Anası altı il bundan qabaq ölmüşdü. 

Qardaşlarından biri itkin düşmüş, o biri asılmışdı. Dostlar... 

Uzun məhbəs illəri  ərzində o dostları tez–tez yada salırdı. 

Qurban, Hüseyn, Əyyub... "Bizə dost demək olarmı? Hüseynlə 

bir böyümüş, Qurbanla, Əyyubla bir oxumuşuq. Lakin 

yollarımız çox tez ayrıldı. Uşaqlıq, ilk gənçlik dövrü 

qurtaranda, yol seçmək məqamı gələndə biz ayrı–ayrı səmtlərə 

getdik... Daha doğrusu, onlar getdi. Mən getmədim. Öz 

yerimdə durdum. O vaxt mənə elə gəlirdi ki, ən doğru yol heç 

bir yol seçməmək, heç bir səmtə getməməkdir. Bir yerdə durub 

dayandığın yeri seyr etmək, dərk etmək, dərindən öyrənmək, 

sevmək. Günəşə baxmaq. Məgər günəşə baxmaqçün harasa 

getmək lazımdır. Günəş hər yerdən görünür. (Doğrudur günəş 

hər yerdən görünür, lakin bəzən ona dəmir barmaqlıqlar 

arasından baxmalı olursan – bu həqiqəti Kazım sonralar başa 

düşdü). 


Məgər ayın, ulduzların, bahar yağışının gözəlliyini 

duymaqçün mütləq bir yol seçmək, baş alıb harasa getmək, bu 

uzun səfərdə yüz işgəncəyə, əzaba dözmək lazım idi... 

Əyyub mənim müddəalarıma cavab verirdi ki, aya, ulduza, 

yağışa, küləyə, günəşə öz dilində ay, ulduz, yağış, külək, günəş 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə