A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə70/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   66   67   68   69   70   71   72   73   ...   168

 250 

Kazım Mihinə baxır, onun səsini eşidirdi və nədənsə ona elə 

gəlirdi ki, bahar çağı iydə  ağaclarını iyləyir, iydə  ətri duyur. 

Elə bil kimsə yüz illər boyu qoca Şərq  şairlərinin yaratdıqları 

ən xəfif,  ən kövrək məhəbbət beytlərini onun qəlbinə 

pıçıldayırdı. 

Müsamirədən sonra Qurban Kazımı Mihinlə tanış elədi... 

Onlar yuxulu Təbriz küçələriylə gedirdilər. Mihin zümzümə 

edirdi, iydə  ağaclarının iyi gəlirdi. Onlar yağışa düşdülər. 

Mihin bir ağacın altında dayandı, ağacın yarpaqlarından, 

budaqlarından onun başına damcı-damcı su yağırdı. Kazım 

yağışın lap altında dayanıb Mihinə  şer oxuyurdu: nə 

Petrarkadan, nə Hafizdən, Füzulidən oxuyurdu: 

 

Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,  



Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.  

Nə müşkül dərd olursa, bulunur aləmdə dərmanı  

Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz. 

 

Yağış şiddətlənir, Kazım bu qəzəli oxuyur və başa düşürdü 



ki, Mihinə  aşiq olmuşdur, bir də o həqiqəti dərk edirdi ki, 

Füzuli də, Petrarka da, Hafiz də könlün dilində yazmışlar. 

Lakin aşiq olanda italiyalı sevgilisinə Petrarkadan oxuyur, fars 

Hafizi yada salır, Kazım isə bu yağışlı axşam qədim 

Azərbaycan  şəhərinin ağacları altında qaragözlü bir qıza 

Füzulinin ölümsüz beytlərini pıçıldayırdı. 

Mihinlə Kazım evləndilər. Kazımın qəlbini sarsıtmış Mihin, 

onun  əqidəsini, siyasətdən gen gəzmək  əqidəsini sarsıda 

bilməmişdi.  Əksinə o, Mihinə  təsir göstərməyə çalışırdı. 

"Mübarizəyə qarışma, istedadını, səsini, təbəssümünü siyasətə 

qurban vermə", – deyirdi.  

Daş qayaya rast gəlmişdi. Mihini qayəsindən döndərmək 

mümkün deyildi. O, tez-tez fədailər qarşısında çıxış edir, 

Təbriz radiosuyla inqilabi mahnılar oxuyurdu. 

...Bir-birindən ağır   səhnələr Kazımın   gözləri qarşısında 



 251 

canlandı. Aləm dağılırdı. Minlərlə insanın ümidi, fərəhi, əməyi 

Tehran sərbazlarının təpiyi altında yerlə yeksan olur, əzilirdi... 

Xaraba qalmış evlər, söndürülmüş ocaqlar, dərbədər olmuş 

ailələr... 

Kazım öz taleyindən arxayın idi – heç bir vaxt siyasətə 

qarışmamışdı, ona zaval yoxdu. O vicdan əzabı  çəkirdi. 

Dostlar, qardaşlar, ən yaxşı adamlar qurban gedərkən kənarda 

qalmaq, öz başını girləmək, sakit yerdə daldalanmaq kişilikdən 

deyildi. Nə etməli, vaxtında onlara qoşulmadı, indi də onların 

taleyinə şərik çıxa bilməz. Kazım nə biləydi ki, bütün bunlara 

baxmayaraq on dörd il məhbəsdə yatmalı olacaq. O, düşünən, 

ziyalı, savadlı bir Azəri idi – deməli,  şahənşah səltənətinin 

düşməniydi. Onun təqsiri – mübariz dostları idi. Onun günahı – 

arvadı Mihin idi. Səsini, təbəssümünü, istedadını inqilabın 

sərəncamına vermiş müğənni Mihin. 

Şah qoşunları  Təbrizə soxulduqları gün aləm qatışmışdı. 

Kazım böyük müsibətlə evlərinə çata bildi. O, dəli kimi otağa 

atılıb Mihini soruşduqda qoca anası: – gəlməyib, – dedi, – 

görəsən harda qaldı – qarı  əllərini göyə qaldırdı, – Allah sən 

özün xətadan saxla. 

Kazımın gümanı yalnız radio binasına idi. Lakin Radio 

mühasirə edilmişdi. O, binaya yaxın düşə bilmədi. İki saatdan 

sonra Kazımı da apardılar. 

Məhbəsə çatan qırıq məlumatlardan aydın olurdu ki, 

mübarizlərin çoxu son gülləyə qədər vuruşmuş, son gülləni öz 

gicgahına sıxmışlar. Lakin ələ keçənlər də olub. 

Kazım ələ keçmiş qadınlarla əsgərlərin vəhşi rəftarından çox 

şey eşitmişdi, çox şey bilirdi. Mihin haqqında, mühasirə 

olunmuş radio binası haqqında düşünərkən o həmişə Mihini 

həlak olmuş bilmək istəyirdi. Kazım xəyalən eşitdiyi fəryadlara 

–  şərbazlar  əlində çapalayan Mihinin fəryadlarına dözə 

bilmirdi. Bəzən o yuxuda Mihini görürdü. Kazım təhqir 

olunan, iztirab çəkən arvadının imdadına yuxuda belə çata 

bilmirdi. O, bu vahiməli yuxudan oyanır, dəhşət onu basırdı, 



 252 

doğrudanmı, Mihin bu vəhşilərin  əlindədir, min əzaba, 

işgəncəyə dözür. Yox, yox, – Kazım özünü sakit edirdi – 

"Mihin ölüb, rahatlanıb, dincəlib". 

Kazım Mihinin xəyali qəbrini gözləri önündə canlandırırdı. 

Bu onun təsəllisi idi. 

Kazım indi o məzar haqqında düşünürdü. Bu qəbir daşı tək 

Mihinin deyil, onun, Kazımın da ömrünün sonluğu, ömrünün 

axırıncı mənzili idi. 

Kazımın ümidi də, inamı, ömrünün mənası, məqsədi də 

məhz bu daşa dəyib çilik-çilik olmuşdu. Bu xəyali məzardan o 

yana yol yox idi. Kazım bunu bilirdi. Bəs ona nə qalırdı? Gec 

də olsa Kazım çox mətləbləri anlamışdı. O, xalqının qeyrətini 

yox, cəzasını  çəkmişdi. O, məhbəsdən çıxdığı bu müddətdə 

dövlətin narahat, nigaran bir tələsikliklə apardığı farslaşdırma 

siyasətini görürdü, lakin Kazım bu siyasətə qarşı duranların 

iyini-sorağını belə  eşitməmişdi. O bilirdi ki, təkbaşına 

mübarizə etmək ağılsızlıqdır. "Bəlkə, heç lazım da deyil" – 

deyə acı-acı sual edirdi. Tamam bədbinləşmişdi. 

Kazım  ətrafdakı söhbətləri dinləmir, lakin ayrı-ayrı sözləri 

eşidirdi. "Günəş, çörək, yağış". Birdən Kazıma elə gəldi ki, bu 

sözləri yalnız bax bu adamlar, bir də o özü – Kazım işlədir, 

başa düşür. Bu çayxananın çölündə, bütün bu şəhərdə, bu 

ölkədə, bu dünyada heç kəs, heç kəs bu dildə danışmır. Beş 

dəqiqədən sonra bu adamlar gedəcək, Kazım bir də heç vaxt 

onlara rast gəlməyəcəkdi. 

Kazıma elə gəldi ki, ölməsə, bir az da çox yaşasa yer üzündə 

bu sözləri bilən, bu dili anlayan yeganə adam olacaq, o, bu 

aqibəti istəmirdi. Lakin o bu ehtimala qarşı mübarizə yollarına 

da bələd deyildi. İndi o, yalnız bircə  şey istəyirdi: intihar 

etmək. 

Çayxana dolur, boşalır, kimsə gəlir, kimsə kedir... 



Künçdə oturub dərin fikirlərə dalmış, bayaqdan bəri yalnız 

bircə stəkan çay içib hərəkətsiz oturmuş adam heç kəsin 

diqqətini cəlb etmirdi... Kazım fikirlərindən ayrılıb adamlara, 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə