A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə71/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   67   68   69   70   71   72   73   74   ...   168

 253 

onların hərəkətlərinə, danışıqlarına diqqət verməyə başladı. 

Sanki həyatının bu axırıncı anlarında o gördüyü son insanların  

hərəkətlərini, danışıqlarını – həyatın  bir qəlpəsini özüylə ora, 

qaranlıq, mübhəm bir aləmə aparmaq istəyirdi. Qarşıdakı 

masanın arxasında oturan, kişilərdən biri xidmətçini çağırdı: 

–Gədə, – dedi, – o nəmənədir ora mindirmisiniz? 

–Radiodur, ərbab, ağa onu Amerika dükanından alıb. 

–Atan rəhmətlik, bə indi niyə lal Qulaməli kimi susub durub? 

–Ərbab, indi Tehran ingilis dili dərsi verir, odur ki, radionu 

qurmuruq. 

–Tehran olmasın, ayrı yer olsun, – kişi  əyilib xidmətçinin 

qulağına nə isə  pıçıldadı. Xidmətçi diksinib sıçradı. Xeyli 

həyəcanlı halda çayxana sahibinə yanaşdı. Nə isə ona dedi. 

Sonra çayxana sahibi qarşıdakı masaya tərəf gəldi. Kişiyə 

müraciətlə: 

–Əziz qonağımın bir sözü iki ola bilməz, – dedi. – Ağa nəyə 

qulaq asmaq istəyirsə qulaq asa bilər.  Əziz qonağa canımı da 

qurban verərəm. 

–Qurbanın quzudan olsun. Mən dedim bir muğamata qulaq 

asaq, – kişi qeyri-müəyyən bir səmtə işarə etdi. – O tayda yaxşı 

xanəndələr var. İcazə versəniz... 

Kişi cavab gözləmədən ayağa qalxdı, radiocihaza tərəf 

addımladı. Çayxana sahibinin bənizi qaçmışdı, amma özünü o 

yerə qoymurdu. Kişiyə müraciətlə: 

–Ağa, – dedi – ancaq siyasət... 

–Arxayın ol, – kişi onun sözünü kəsdi. – Muğamata qulaq 

asaq. Mən onların saatlarını bilirəm.  İndi muğamat verirlər. 

Segahın da ki, nə urusu, nə ingilisi, segah elə segahdır da... hə, 

elə ki, keçdi kommunist təbliğatına, o saat səsini batır. 

Ximdətçi Kazıma yaxınlaşdı: 

–Bəlkə, ərbab pulunu vermək istəyir.  

Kazım:                                                     

–Yox, – dedi, – mən hələ oturacam. Bir çay da gətir. 

Kişi radioyla əlləşirdi. Qarışıq səslər gəlirdi – ərəbcə, 



 254 

türkcə, ingiliscə, firəngcə – hər millətin öz səsi vardı.   

Birdən... çayxanaya iydə ağacının ətri doldu. 

Birdən çayxana yox oldu, adamlar yox oldu, ətrafa uzaq 

Təbriz axşamı çökdü. Yağış yağdı. Ortada tək bir ağac qaldı. 

Ağacdan şırıl-şırıl su damcıları tökülməyə başladı. Bu damcılar 

ağacın altında dayanmış qaragözlü qızın  saçlarına gildir-gildir 

axırdı, Kazım qızdırmalı kimi yerindən sıçradı, radioya tərəf 

cumdu. O, sanki radiodan gələn səsi  qurtum-qurtum içmək, 

udmaq istəyirdi. Radiodan mahnı eşidilirdi. 

 

Təbrizin yolları dolanbadolan, Qaragilə dolanbadolan  

Məni ki, sevmirsən get ayrı dolan, Qaragilə, get ayrı dolan. 

Nə sənə qız qəhətdir, nə mənə oğlan, Qaragilə, nə mənə oğlan. 

Qızılgül əsdi, səbrimi kəsdi, Sil gözün yaşın, Qaragilə ağlama bəsdi. 

 

Kazım üzünü radio cihazının üstünə qoydu. 



Çayxana  əvvəlki çayxana idi. Çayxana sahibi oturduğu 

yerdə qovrulurdu. Xidmətçi elə hey udqunurdu. Adamlar 

musiqi dinləyib feyziyab olurdular. Kazım sayıqlayırdı: Odur... 

odur. Mihin. 

Çayxana sahibi xidmətçiyə tərəf döndü: 

–Dəlidir? 

–Mən də elə güman edirəm, ağa. Bircə fincan çay içib, dörd 

saatdır oturub gözlərini zilləyib bir nöqtəyə. 

Çayxanadakılar təəccüblə ona baxırdılar. Hərə bir söz 

deyirdi. Radiodan isə nakam bir eşqin yanıqlı nəğməsi çağlayıb 

axırdı: 

 

Göz yaşımla sularam Tehran yolunu, Qaragilə, Tehran yolunu,  



Bir ildir görməmişəm yarın boyunu, Qaragilə, yarın, boyunu. 

 

–Bir il? On dörd il, Mihin, düz on dörd il, – Kazım radioya 

pıçıldayırdı. – Sən sağsanmış, Mihin, sən yenə oxuyursan. Öz 

nəğmələrini oxuyursan, bizim nəğmələri. Oxuya bilirsən, 

oxumağa ixtiyarın var. Sən məni də unutmamısan, Mihin, 

həmi?  



 255 

 

Gəlmişəm otağına oyadam səni, Qaragilə, oyadam səni...    



Nə gözəl xəlq eləyib yaradan səni, Qaragilə, yaradan səni. 

 

Bu sözləri belə yanıqlı deyən dodaqlar onu – Kazımı, ilk 



eşqin yarasını unuda bilməzdi. O, bu mahnını da Kazım üçün 

oxuyurdu. Bəlkə  də düz on dörd il idi ki, hər gün oxuyurdu. 

Kazım sağdırsa eşidəcək ümidiylə oxuyurdu. 

 

Qızılgül əsdi,  

Səbrimi kəsdi... 

 

Bu on dörd ildə onun səbri kəsilməmişdi, o hər gün oxuyur, 

oxuyurdu. 

 

...Sil gözün yaşın, Qaragilə, ağlama bəsdi. 

 

Vəsiqəsiz, vizasız radio dalğaların diliylə intizarlı Mihin 



sərhədsiz fəzalardan itkin sevgilisini haraylayırdı, təsəlli 

axtarır, təsəlli verirdi... Bədbin olma, kimsəsizləşmə, Kazım. 

Bax eşidirsənmi, mən oxuyuram, günəşə günəş, torpağa torpaq, 

sevgiyə sevgi, ayrılığa ayrılıq deyən bir dildə oxuyuram. Sən 

yaşamalısan, Kazım. Nəğmənin  şıltaq sözlərinə inanma, 

bilirəm məndən ayrı dolana bilmirsən, bu gen dünyada sənə qız 

qəhətdir, mənə  də  oğlan, Kazım. Mən sənin ümidinlə, Təbriz 

küçələrinin xəyalıyla, iydə ağaclarının bahar ətriylə yaşayıram. 

Ağlama Kazım, ağlama... 

 

Sil gözün yaşın, Qaragilə, ağlama bəsdi. 

 

Bu səs sanki qanad açıb çayxanadan çıxır, pərdə-pərdə, 



dalğa-dalğa həsrətli bir diyara yayılırdı... 

 

 



*** 

–Təbrik edirik, təbrik edirik. 

Eldar və Tahir Rənagilin dəhlizində dayanmışdılar. 

Eldar cibindən balaca radiocihazı çıxardı, Rənaya verdi.  

–Bu da sənin hədiyyən, – bir qədər pərt görünürdü. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə