280
Bu plan martın 26-sı gecə saat birin yarısına qədər
müvəffəqiyyətlə icra olunmaqda idi. Mazanı maşından atıb
cinayətkarlar Şəkiyə çatmağa tələsirdilər. Təbii ki, Kürdəmirdə
onların heç qohumu-filanı yox idi.
Məmməd hələ çox təcrübəsiz surücü idi. Cinayətkarlığı da
"ilk işi" idi. Bəlkə bu səbəbdən, bəlkə də ona görə ki, o
"Moskviç"in əl sükanları ilə idarə olunmaq xüsusiyyətlərini
hələ yaxşı mənimsəməmişdi. Qorxu, həyəcan, tutduqları işin
vahiməsi düşündüklərindən güclü oldu. Bir yandan da həmin o
bədnam "daz" təkərlər. Hər halda bu səbəblərin hansındansa ya
da elə hamısının nəticəsində hadisə yerindən otuz kilometr
uzaqlaşmamış, Padar kəndinin yaxınlığında onlar qəzaya
uğradılar. Saatda yüz kilometrlə gedən maşın üç dəfə aşaraq 30
metr kənara atıldı. Mat qalınasıdır, amma həqiqətdir:
cinayətkarlar yalnız yüngülcə zədələnərək maşından sağ-
salamat çıxdılar. Əhməd plaşını və çamadanını götürdü, amma
şərfi yadından çıxdı maşında qaldı. Şərfi bir də Həmzəyevin
çertyoju. Kim bilir nə səbəbdən, nə yolla bu çertyoj onda idi,
amma hər halda cinayətin tez açılması və canilərin
tapılmasında maşında unudulub qalmış bu kağız parçasının
son dərəcə böyük əhəmiyyəti oldu. Oğlanlar çölə tərəf getdilər.
Gecəni təpənin dalında keçirtdilər. Səhər tezdən yola
düzəldilər. Yolda yaxşıca yeyib içdilər. 80 manat xərcləyərək
gəlib Şəkiyə çıxdılar. Pulların qalanını Əbdülrəhimov yarıya
böldü. Əlbəttə əzilib tanınmaz olmuş maşını söküb hissə-hissə
satmaq barədə daha söz ola bilməzdi. Odur ki, canilər üçün bu
əməliyyatın yeganə maddi faydası dörd yüz manat pul oldu –
hərəsinə iki yuz.
***
Ancaq o gecə hadisələr başqa bir istiqamətdə də cərəyan
edirdi və həmin işin ən qəribə, maraqlı cəhəti də elə budur:
məsələ ondadır ki, Mazan Əliyev diri qalmışdı. Bəli, bəli,
möcüzə baş vermişdi. Davada dönə-dönə yaralar almış, sol
281
qıçını itirmiş, arıq, bədəncə zəif, 51 yaşlı Mazana 23 yaşlı,
fiziki cəhətdən güclü cani fin bıçağı ilə on iki zərbə vurur, onun
taqətsiz bədənini tam sürətlə gedən maşından yola tullayırlar, o
isə ölmür, ağır–ağır qalxır, yol kənarındakı arxdan ovuclarına
su alıb üzünə çəkir və şosenin kənarında dayanıb keçən
maşınları saxlamağa cəhd edir. İki maşın ötüb gedir – sürücülər
onu görmür. Mazan Əliyevin başı hərlənir, gözləri qaralır,
barmaqlarını hulqumunun yanına çəkir – ordan bıçağın ucu
çıxıb – Mazana elə gəlir ki, mismarın ucudur. Bıçağın dəstəyi
isə gicgahındadır. Mazan bu dəstəkdən yapışır, amma
dözülməz ağrıya tab gətirə bilməyib dərhal buraxır. Ağzında
dilini tərpədə bilmir, ağzı qanla dolub. Ancaq o hələ tam dərk
edə bilmir ki, bütün bunlar – hülqumun yanındakı "mismar
ucu", gicgahdakı dəstək, ağızdakı qan, ağrı, əziyyət – hamısı
vahid bir əşyayla – soyuq silahla, fin bıçağı ilə əlaqələnir. O
bıçaqla ki, dəstəyinin ucu – cüyür ayağındandır.
QAZ-51 markalı maşın Mazanı faraları ilə işıqlandırdı və
dayandı. Bu maşında "Şirvanneftin" fəhlələri gecə növbəsindən
qayıdırdılar. Sürücüyə və sərnişinlərə elə gəldi ki, vahiməli
yuxu görürlər. Qanına qəltan olmuş adamın alnında,
gicgahında buynuz vardı – sarı tüklü ucu qara sümük dırnaqlı –
tək buynuz!
Mazanı qan aparırdı, amma o güclə dilini tərpədərək yolu
göstərdi:
–İki şəkili balası maşınımı qaçırtdılar, qovaq çataq onlara.
Sürücü:
–Əşi sən öz halına qal – dedi. – Səni bu saat təcili yardım
məntəqəsinə çatdırmaq lazımdır.
İyirmi dəqiqədən sonra Mazan Əliyevi Qazıməmmədli
şəhərinin təcili yardım məntəqəsinə çatdırdılar. Bıçağı heç cür
çıxartmaq olmurdu. Gecə gözətçisi bərk–bərk Mazanın
çiyinlərindən yapışdı, cavan həkim kətilin üstünə çıxdı və var
gücü ilə bıçağın dəstəyindən tutub dartdı. Bıçaq çıxan an
Mazan Əliyev hadisələr başlanandan bəri ilk dəfə olaraq
282
huşunu itirdi və yalnız üç gündən sonra özünə gəldi.
***
Məhkəmə – tibbi ekspertizanın rəyi belədir:
"1.Vətəndaş M.H.Əliyevin boyun, baş nahiyəsi, bel və sol
əlinə çoxlu deşici–kəsici yaralar vurulmuşdur... Təsvir olunan
xəsarətlər; uzun müddətdə ümumi iş qabiliyyətinin üç də
birdən artıq dərəcədə itirilməsinə səbəb olduğuna görə ağır
bədən zədələri hesab olunmalıdırlar.
2.Birinci maddədə təsvir olunan xəsarətlər edilən zaman
həyat üçün təhlükəli olmamışlar. Ona görə ki, şokla, qan
itirilməsi ilə müşayiət olunmamışlar, yaralar bədənə dərin
işləməmişlər".
Sonralar, məhkəmə iclasında çıxış edərkən Azərbaycan SSR
Səhiyyə Nazirliyinin baş məhkəmə-tibbi eksperti professor
Ə.Atakişiyev izah etdi ki, on iki bıçaq yarası Mazan Əliyevə
ağır xəsarət yetiribsə də (zahirən bu xəsarətin nəticəsi belə
təzahür edir: Mazan boynunu döndərə bilmir, dönəndə bütün
bədəni ilə dönür, baş ağrısını azaltmaq üçün daima gickahını
ovxalayır) və bu xəsarət çox ciddi sayılmalıdırsa da,
xoşbəxtlikdən, bu yaraların heç biri vacib həyat mərkəzlərini
zədələməmişdir. Adama möcüzə kimi görünür, amma hətta
gicgaha endirilmiş on ikinci zərbənin belə yönü bir qədər başqa
olsaydı, bıçaq sümüyü dağıdardı və ani ölümün qarşısını almaq
olmazdı. Görünür maşının alçaq damı daha sərrast zərbə
vurmağa mane olub. Və bir də – bu artıq tibbi ekspertin fikri
deyil, həyatın paradoksudur – bıçağın pərçim olması, dartılıb
çıxmaması Mazanı daha pis aqibətdən xilas edib: axı gözlərini
qan tutmuş, öz amansızlıqlarından məst olmuş canilər, qızışıb
yeni-yeni zərbələr vura bilərdilər.
Ümumiyyətlə bu əhvalatın paradoksları çoxdur. Məmməd
Əhmədovun təqsirini – heç bir bəraəti olmayan təqsiri bir qədər
azaltmağa çalışan vəkil, bəlkə də peşəsindən doğan
məcburiyyət səbəbinə, belə bir fikir dedi ki, Məmmədin Mazan
Dostları ilə paylaş: |