289
cinayət sövdası çərçivəsində belə bir-birinə xəyanət edir, bir-
birini satırlar. "Əksinə nə desəm razı ol, satmaq hesab eləmə,
hər şeyi öz boynuna götür ki, mən canımı qurtarım. Sonra səni
də çıxardarıq, kişi kimi sənə söz verirəm" – məktubun
"sadəlövh" hiyləgər məğzi bundan ibarətdir. Axı deyəsən
yeniyetmə şüuru üçün bir az qəliz görünür. Yox, bəlkə bu da
sadəlövhlükdür? Sadəlikdən məktub yazıb, sadəlikdən aldığı
məktubu yandırıb. Xeyr, sadəliyin burada izi-tozu görünmür.
"Papam deyib ki, maşını mən düzəltdirəcəm". (Onu da
deyim ki, bütün bunlar yalandır – heç kəs bu barədə Mazanla
razılığa gəlməyib və Mazan da türməyə heç bir kağız-filan
yazmayıb.) Ancaq məsələ tək bunda deyil. Maşını
duzəltdirmək olar – deməli hadisənin bütün mahiyyəti yalnız
maddi zərərdə imiş, maddi zərəri isə sövdalaşıb ödəmək olar.
Xırda haqq-hesab, alçaqlıq, pulun hər şeyə qadir olması
əqidəsi-öldürmək də mümkündür, cəzadan qurtarmaq da,
cinayət "dostunu" satmaq da, sonra asudə, rahat yaşamaq da –
bax budur Məmmədin məktubunun və dünyagörüşünün əsası!
(Əlbəttə "dünyagörüşü" kimi siqlətli bir sözün ona şamil
edilməsi caizsə). Pulun sonsuz qüdrəti haqqında zəhərli ideya
– məlum deyil hansı yolla bu ideya bəzi gənc və qeyri-gənc
şüurlara hakim kəsilib – ciddi təhlükədir. Və bəlkə elə bu
təhlükənin ciddiliyi A.İbrahimov yoldaşı ancaq ilk baxışda adi
cinayət işi görünə biləcək bu hadisə haqqında dərindən–dərinə
düşündürür.
Əlbəttə pul ehtirası, sərvət hərisliyi, varlanmaq həvəsi belə
ciddi hadisələrə, bu cür mənəvi eybəcərliyə gətirib çıxarmaya
da bilər. Amma bu ehtirasın mayasında bizim cəmiyyətimizə
yad olan, bununla belə müəyyən təhlükə törədən bir keyfiyyət
var. Bizdə belə dünyagörüşə zəmin olacaq fəlsəfi, psixoloji,
içtimai səbəblər yoxdur, ancaq bununla belə elə adamlar peyda
olur ki, (onların arasında cavanlar da az deyil) nəinki həmin
dünyagörüşünü passiv surətdə mənimsəyirlər, həm də onun
prinsiplərini aktiv şəkildə həyata keçirməyə cəhd edirlər.
290
Rüşvət, daşbaş, oğurluq bizim fəlsəfəmizə, əxlaqımıza,
dünyagörüşümüzə qarşı, necə deyərlər iqtisadi təxribat
formalarıdır. Bunlardan bir addım, bəlkə yarım addım o yana
isə – cinayətkarlıq, qatillik, amansızlıq, zor dayanıb.
–Bəzi cavanlarımızda bu amansızlıq, zalımlıq hardandır? –
bu fikirlər Abdulla İbrahimovu daima narahat edir. Axı lap
bəsit düşünsək belə, bizə aydındır ki, bu gənclər müharibələrdə
amansızlaşmamışlar, ictimai-siyasi sarsıntıları da yaşlı nəslə
nisbətən qat-qat az görüblər, yaşlı adamların rastlaşdığı həyat
çətinlikləri ilə üzləşməyiblər. Bəs məsələ nədədir. Niyə görə
bizim istintaq orqanları bəzən cinayətin zalımlığına görə
cinayətkarın yaşını səhvsiz təyin edə bilirlər. 20-25 yaş. Niyə
səbəbsiz cinayətlərin sayı artır? Bu problemlər haqqında
danışmaq lazımdır və bərkdən danışmaq lazımdır. Müəyyən
problemlər haqqında susmaq – onları həll etmək demək deyil,
əksinə bu sükut xəstəliyi şiddətləndirə bilər. – Bu məsələlərdə
səriştəsi və təcrübəsi olan ali məhkəmə sədrinin fikirləri barədə
ciddi düşünmək lazımdır.
İnsanaqənim bir burjua nəzəriyyəsi var, həm də guya bu
nəzəriyyə statistikaya əsaslanır. Bu nəzəriyyəyə görə, guya
uzun zaman müharibə qırğınları olmadıqda səbəbsiz
cinayətlərin sayı artır, zalımlıq şiddətlənir.
Biz müharibə fəlakətlərinə, insan qırğınına dolayısı ilə və
açıqdan-açığa haqq qazandıran bu cahil nəzəriyyəni rədd
edirik. Biz təcavüzkarlığın, qaniçənliyin, amansızlığın insanın
anadangəlmə bioloji keyfiyyətləri olması fikrini qəbul eləmirik.
Ancaq biz də öz cavabımızı verməliyik – elmi, siyasi,
emosional cavabımızı – belə adamlar necə meydana gəlir, nə
cür formalaşırlar. Axı 20-25 il bundan qabaq doğulmuş bu
adamlar radioya qulaq asır və filmlərə baxırlar, onlar öz
yaşıdlarını görürlər – şəhərlər tikən, tarlalarda çalışan, kosmosu
fəth edən, yerin və dənizin dibindən neft çıxaran yaşıdlarını,
onlar müharibənin və dağıntı dövrünün çətin sınaqlarından
çıxmış yaşlı nəsli görürlər, onlar cəmiyyətimizdəki ən yüksək
291
və ən işıqlı şeyləri görürlər və bununla belə, onların əli qalxır
ki, soyuqqanlıqla dünyada müqəddəsdən-müqəddəs insan
həyatına – başqa birisinin həyatına qəsd eləsin. Bizim ictimai
mühitdə bu rəzillərdə pula, dövlətə belə yüksək hörmət və
insan həyatına belə alçaq hörmətsizlik necə meydana gəlir.
Mən diqqət verdim ki, məhkəmədə sədrin protokol suallarına
cavab verərkən Əhməd Əbdülrəhimov həvəssiz–həvəssiz bir
təhər adını, familini, doğulduğu yeri, ili deyə bildi, amma
doğulduğu ayı və günü heç cür yadına sala bilmədi. Və bu
yalan deyildi. O doğrudan da bu günü – hər insan həyatının ən
vaçib gününü, möcüzə gününü, dunyaya gəldiyi günü
yaddaşına yük eləmək istəmirdi. Mənə elə gəldi ki, bu təsadüfi
deyil. Bu kiçik də olsa çox xarakterik təfərrüat idi. Həyata,
ümumən insan həyatına və o cümlədən də öz həyatına
etinasızlıq əlaməti idi bu. Nə fərqi var dünyaya haçan
gəlmisən, nə fərqi var dünyadan haçan və necə gedəcəksən –
bəlkə maşında qəzaya uğrayıb öldün, bəlkə bıçaqlandın, bəlkə
gülləyə məhkum edildin – nə fərqi var...
İlk dəfə məhkəmə salonunda gördüyüm bu canilərin
sifətlərində məni ən çox sarsıdan – biganəlik ifadəsi idi.
Üzlərində qorxu ifadəsi də vardı. Əhməd hətta bir neçə dəfə
isterikaya da qapıldı. Aldatmaq, kələk gəlmək, yalan danışmaq
cəhdləri də oldu. Ancaq onlara hakim kəsilmiş əsas hiss –
laqeydlik hissi idi, bütün duyğuların, emosiyaların süstlüyü,
dünyada hər şeyə qarşı, o cümlədən öz aqibətlərinə qarşı da
tam bir biganəlik...
Mazanı təsadüfən seçmişdilər – onun maşınına da minə
bilərdilər, başqa bir maşına da – ondan qabaq keçən, ondan
sonra keçənə. Məhz bu adamı – əlili, on bir uşaq atasını da
öldürə bilərdilər, başqa birisini – subayı, sonsuzu da, qocanı da,
cavanı da... Seçdikləri adam müharibə yaralarından, neftçi
əməyindən də danışa bilərdi, Afrika qadınlarından, Soçi
plyajlarından da... fərqi yox idi. Xoşxasiyyət olsun, ya çılğın –
bunun da təfavütü yoxdur. Söhbətcil, ya qaradinməz, şux ya
Dostları ilə paylaş: |