286
Respublikada ilk dəfə olaraq məhkəmə prosesində professor-
psixoloq və dosent-pedaqoq iştirak edirdi və bunun səbəbi də
müttəhimlərdən birinin – Məmməd Əhmədovun yeniyetmə
olması idi – cinayət baş verən vaxt Məmməd 16 yaş yarımında,
məhkəmə vaxtı 17 yaşında idi.
A.İbrahimov yoldaş məni də bu prosesə dəvət etmişdi.
Məhkəmə prosesindən bir neçə gün qabaq işlə tanış oldum.
İki qalın qovluqda zərərçəkmişin, müttəhimlərin, şahidlərin
ifadələri, üzləşdirmənin protokolları, sənədlər, arayışlar,
bıçağın, hadisə yerinin, əzilmiş maşının fotoları və s.
toplanmışdı. Hadisənin özündən başqa işdəki bəzi detallar da
adamı mat qoyur. Hər iki cinayətkar elə ilk dəfədən öz
cinayətlərini danmırlar. Əhməd boynuna alır ki, bıçaq
zərbələrini məhz o vurmuşdur. Məmməd boynuna alır ki,
cinayətdən sonra maşını məhz o sürmüşdür. Ancaq ən dəhşətli
şeyləri boyunlarına götürə–götürə, onlar bəzi təfərrüatdan
imtina edirlər. Bir qədər sonra, məhkəmə iclasından danışarkən
mən bu barədə söz açağacam. Qabaqcadan deyim ki,
məhkəmədə cinayətin əvvəlcədən düşünüldüyü, planlaşdırıldığı
inkar olunmaz dəlillərlə, tamamilə dəqiq sübuta yetirildi.
Amma ilk istintaq ifadələrində hadisələrin ardıcıllığı və
motivləri müxtəlif cür izah olunur. Məni ən çox sarsıdan
Məmmədin ifadələrinin birində verdiyi izah oldu: biz
əvvəlcədən onu öldürməyi istəmirdik. Ancaq benzin kolonunun
yanında o maşından düşəndə mən Əhmədə dedim: yaxşı bu
yolun pulunu necə verəcəyik. Axı bizim pulumuz yoxdur.
Əhməd çavab verdi: gəl onu öldürək. Mən razılaşdım.
Yol pulunu verə bilmədiklərinə görə sürücünü öldürmək!
Mən deyə bilmərəm, hansı daha dəhşətlidir. – Düşünülmüş,
planlaşdırılmış, qarət məqsədi güdən (əslində belə idi) cinayət
ya da bax bu cür psixoloji vəziyyət, bu cür düşüncə tərzi (əgər
bu sayıqlamanı düşüncə adlandırmaq caizsə), bu sayaq əxlaqi
eybəcərlik: başqa bir insanın həyat və ölüm məsələsinin belə
laqeydliklə, biganəliklə həll olunması, axı bu fikrin ağlasığmaz
287
sözaltı mənası budur ki, pulumuz yox idi, yaxşı düşmürdü,
odur ki, xəcalətdə qalmamaq üçün, onu öldürmək qərarına
gəldik. Bir vaxtlar Fransada deyərlərmiş ki, saçdakı kəpəkdən
canı qurtarmaq üçün ən asan yol, başın kəsilib atılmasıdır!
Etiraf edim ki, işlə tanış olanda da, sonralar məhkəmədə də
məndə şübhə oyanmışdı. Bu oğlanlar sözün tibbi, psixiatrik
mənasında normal adamlardırmı? Bir başqa sual da doğurdu:
cinayət gecəsi sərxoş olmayıblar ki, ya bəlkə anaşa
çəkiblərmiş? Bu sualların cavabı mənfidir. Nüfuzlu tibbi
ekspertiza onların şüurlarının psixiatrik cəhətdən tam normal
olduğunu təsdiq edir. Hadisə gecəsi hər ikisi tamamilə ayıq
imiş və nəşə–filan da çəkməyiblərmiş. Bunu qəti şəkildə zərər
çəkmiş iddia edir, iydən, danışıqdan, özlərini aparmaqlarından
Mazan bunu dərhal hiss edərdi. Bəs onda necə olsun? Əxlaqi
şüurun dəhşətli eybəcərliyi, xarakterin mənəvi pozğunluğu bir
yana qalsın, işdə belə detallar, təfərrüatlar da var ki, onlar tibbi,
mən təkrar edirəm, tibbi cəhətdən normal adam nöqteyi–
nəzərindən izah olunmazdır. Mən hadisə yerində qalmış
əşyayi–dəlilləri demirəm – hələ cinayətkarlar lazımi peşəkar
təcrübəyə malik deyildilər. Məni, indi aşağıda gətirəcəyim fakt
da mat-məəttəl qoyur və hadisələr bu qədər faciəvi olmasaydı,
bu fakt hətta məzəli görünə də bilərdi. İşin 64–cü səhifəsində
yazılıb ki, ilk istintaq zamanı, bir dəfə Əhməd Əbdülrəhimov
prokurorla görüş istəyib, deyib ki, işlə əlaqədar olaraq ona
deyiləsi vacib sözüm var. Prokuror şahidlərin iştirakı ilə onu
qəbul etdiyi zaman, Əhməd deyib ki, heç bir vacib sözü-filanı
yoxdur, amma prokurordan otuz manat borc pul istəyir! Buna
nə deyəsən? (həmin sənəd ciddi protokol üslubunda
yekunlaşdırılır: "prokuror müttəhimin istəyini rədd etdi").
İşdə bir maraqlı sənəd də var – boz kağız parçasında
Məmməd Əhmədovun yazdığı məktub. Həmin məktubu o
gəzinti vaxtı Əhməd Əbdülrəhimovun kamerasına atıb. Məktub
belədir (üslubu olduğu kimi saxlayıram):
"Salam Əhməd. Əhmədcan işimiz haqqında bilmək
288
istəyirsənsə, yazdığıma qulaq as. Əhməd, vəziyyət belədi.
Özün də bilirsən ki, yaşlısan, az–çox iki nəfər getsək bizə çox
iş verərlər, gəl bu işi götür sən boynuna, bu işdə cinayətkar sən
gedirsən... Əhməd sən inan ki, mən qurtarsam sən də çıxarsan,
onu da sənə kişi kimi söz verirəm. Papam kişiynən danışıb. Hər
şey öz yerindədi. Mən evdən, həm də vurduğumuzdan məktub
almışam. Yazırlar ki, mən çıxsam işimiz çox yüngül olar.
Papam deyir ki, maşını mən düzəltdirəcəyəm, düzəldirlər...
Mən qurtarsam sənin işin də az olar, mən nə yazıram sən razı
ol. Əhməd burda heç bir şey yoxdur, məni burada başa salıblar.
Mən can atıram çıxmağa və sənin işin asan olmağa, mən sənin
əksinə nə desəm ona razı ol. Atalar sözü var, dost-dosta yaman
gündə lazım olar. Əksinə nə desəm sən onu satmaq kimi hesab
etmə, ona görə ki, biz bunu öz qurtarmağımız naminə edirik.
Elə bil ki, mən qurtarsam, sən də qurtarırsan. Ona görə biz
çörək kəsmişik – dost olmuşuq. Mən nə desəm sən onu
boynuva götür, vurulan kişi, mənim atam, sənin atan da razı
olub, ona görə ki, sənin işin də az olar, səni məndən qabaq
çağırıb soruşsalar, deyinən onu mən məcbur etmişəm. Əhməd,
mənim sənə rəhmim gəlir, ona görə səni də çıxarmaq lazımdır.
Mən sənə əmr etmirəm ki, sən razı ol. Bu işlər səndən asılıdır.
İndi mənə yaz, özü də indi göndər. Kağızı da yandır, məni
burada öyrədiblər.
İmza: Mamed"
Fikir verin, söhbət dostluqdan gedir, atalar sözü yada salınır:
"dost-dosta yaman gündə lazım olar", "çörək kəsməkdən"
danışılır. O, "kişi kimi söz verir".
Əhməd Əbdülrəhimov məktubu müstəntiqə verir. Sonralar
Məmməd göstərmişdir ki, eyni məzmunlu belə bir məktubu
ona Əhməd də yazıbmış, amma o, Məmməd həmin məktubu
Əhmədin xahişi ilə yandırmışdır. Doğrudan da belə bir məktub
olub ya olmayıb? Məmməd aldadır ya bu dəfə düzgün deyir?
Məsələ bunda deyil. Bir şey aydındır – "dostlar" bir-birinə tən
gəlir. Onlar öz eybəcər əxlaq prinsiplərinin çərçivəsində,
Dostları ilə paylaş: |