A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   72

 
106
piyada batalyonu, 3 eskadron və 200-dək kazak vardı.  İlk döyüş  Gəncənin iki verstliyindəki Quluqobu adlı 
yerdə baş verdi. Cavad xan düşmənə ciddi müqavimət göstərdi. Lakin düşmən onu sıxışdırmağa başladı. Cavad 
xan Gəncə qalasına çəkildi. Sisianov 1804-cü il yanvarın 3-də səhər qalaya hər tərəfdən od yağdırmağa başİadı. 
Qarabağ qapısı tərəfdən hücum edən general S.A.Portnyakin qoşuna komandanlıq edirdi. Cavad xanın burada 
toplanan  əsas qüvvələri iki dəfə Portnyakinin hücumunu dəf edə bildi, yalnız üçüncü hücumda ruslar şəhərə 
daxil ola bildilər. 
Düşmənin digər hissəsi Tiflis qapıları səmtdən hücum edirdi. Onlar əsas qülləni tutduqdan sonra döyüş 
daha da şiddətləndi. Gəncəlilər  şir kimi müqavimət göstərir, rusların üzərinə dolu kimi güllə, daş  və ox 
yağdırdılar. Hücum zamanı xanın döyüşçülərindən 500 nəfəri öldürüldü, 500 nəfəri əsir ahındı. 
Qala bürclərinin birində Cavad xan topun üzərinə qalxaraq əlində siyirmə  qılınc rusların hücumunu 
fövqəladə  mətanətlə  dəf edirdi. Lakin mətanətli Cavad xanı ruslar qətlə yetirdilər. Elə  həmin gün oğlu 
Hüseynqulu ağa da döyüş meydanında vuruldu. Şəhər çar qoşunları tərəfindən zəbt edilib dairəyə çevrildi. 
Gəncə  işğal edildikdən sonra qalanın müdafiəçiləri arasında olan Cavad xanın arvadı  Bəyimxanım 
ərinin və  oğlunun meyitlərini döyüş yerindən saraya gətirilməsinə nail olmuşdu. Bu zaman Sisianov ağlaşma 
səsinə xanın cənazəsi olan otağa gəlib çıxdı. Sisianovu görən Bəyimxanım onu qılıncla öldürməyə  cəhd 
göstərdi. Bu hadisənin şahidi olan bir rus generalı yazırdı ki, "Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o 
qəhrəman tatar (azərbaycanlı-red.) xanın qəhrəman zövcəsinin qılıncından salamat qurtarmayacaqdı. Biz qalanı 
zəbt etmişdiksə də, bu tatar qadını özünü qalib kimi aparırdı və əmr etdi ki, onun otağından çıxaq. O nə ərinin, 
nə də oğlunun meyitləri üstə ağlamırdı. Yanaqlarında bir qətrə də olsun göz yaşı görmədim. Ağlayanlar saray 
adamları idilər... İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdan-
başa qara paltar içində idi, bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı..." 
Xan və onun oğlu yanvarın 5-də  Şah Abbas məscidinin həyətində  dəfn edildilər. Amansız düşmənlə 
qeyri-bərabər döyüşdə  həlak olmasına baxmayaraq, Cavad xanın qəhrəman-lığı Azərbaycan tarixinin 
unudulmaz səhifələrindəndir. Gəncənin işğal edilməsi çar Rusiyası üçün böyük əhəmiyyətə malik oldu. 
Azərbaycanın digər xanlıqlarının taleyi də faktik olaraq həll edildi. Rus qoşunlarının Xəzər sahillərinə  çıxıb 
Həştərxanla əlaqələri təmin etməsinə şərait yarandı. Cənubi Azərbaycana da yol açıldı. 
Ona görə də çar hökuməti Gəncə xanlığı üzərində qələbəni yüksək qiymətləndirərək, onu xüsusi qeyd 
etmişdi. Bu qələbəyə həsr edilmiş medal təsis olundu. Gəncə xanlığı ləğv edildi. Qədim Azərbaycan şəhərinin 
adı I Aleksandrın arvadı çariça Yelizaveta Alekseyevnanın  şərəfinə Yelizavetpol adlandırıldı. Gəncə sözünü 
dilinə  gətirənlər isə  cərimə edilməyə başlandı. Gəncə xanlığından asılı olan Samux hökmdarı  Şirin bəy də 
Rusiyanın hakimiyyəti altına gəlməyə  məcbur oldu və ildə Rusiyaya 1000 çervon xərac verməyi öhdəsinə 
götürdü. 
Rus qoşununun işğalçılıq hücumları sultan Türkiyəsi və  şah  İranını narahat etdi. Rusiyanın Cənubi 
Qafqazda güclən-məsi  İngiltərənin və Fransanın mənafelərinə zidd idi. Türkiyənin və  İranın vasitəsilə rus 
qoşunlarını  Cənubi Qafqazdan çıxarmaq məqsədilə onları Rusiyaya qarşı müharibəyə  təhrik edirdilər. Bu 
məqsədlə onlar Türkiyəyə və İrana hərbi yardım edirdilər. İngiltərə tərəfindən qızışdırılan şah İranı 1804-cü ilin 
mayında Rusiyadan öz qoşunlarını Cənubi Qafqazdan çıxarmağı tələb etdi, rədd cavabı aldıqdan sonra 1804-cü 
ilin iyunun 16-da Rusiya ilə İran arasında müharibə başlandı. Müharibə hər iki tərəfdən ədalətsiz idi, çünki özgə 
torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi. Eyni vaxtda İranla bərabər Rusiya Azərbaycan xanlıqlarına qarşı 
da müharibəni davam etdirir, onların  ərazisini işğal edir, yerli xal-qın mənafeyini tapdalayırdı. Rusiyanın  ələ 
keçirdiyi torpaq-ların etnik mənsubiyyətə görə vahid inzibati ərazidə birləşdirilməsi də Balkanlarda olduğu 
kimi, dövlət qurumları yaratmağa səy etməmək idi. Beləliklə,  İran öz qoşunlarmı,  əsasən, Ermənistanın  şərq 
torpaqlarında cəmləşdirmişdi. General Sisianov öz qoşunlarını həmin istiqamətə apardı. Onun məqsədi İrəvan 
qalasını  ələ keçirmək idi. Çoxsaylı  İran qoşunları ilə toqquşmada qələbə qazana bilməyən Sisianov geri 
çəkilməyə məcbur oldu. İran qoşunu da itkiyə məruz qaldığından hücumu davam etdirmədi. 
1805-ci ilin yazında Gəncə yaxınlığında düşərgə salmış Sisianov İbrahimxəlil xandan, onun öz xarici 
siyasətində kimə arxalanması haqqında son sözünü deməsini tələb etdi. Xanlığın siyasi taleyi həll olunurdu. Ya 
Rusiya ilə, ya da İranla birləşməli idi. İbrahimxəlil xan Rusiyanı seçməyə məcbur oldu. 1805-ci il mayın 14-də 
Gəncə yaxınlığında Kürəkçay adlı yerdə Sisianovla İbrahimxəlil xan arasında müqavilə" ("andlı öhdəlik") 
imzalandı. Bu müqaviləyə görə, Qarabağ xanı Rusiya çarının vassalı olmağa razılıq verir, xarici dövlətlər ilə 
müstəqil münasibətlər saxlamaq hüququn-dan Rusiya çarının xeyrinə imtina edir, çar xəzinəsinə  hər il 8 min 
çervon bac verməyi öhdəsinə götürürdü. Şuşa qalasın-da və xanlığın  ərazisində Rusiya qoşun dəstələri 
yerləşdirilirdi,  İbrahimxəlil xan öz nəvəsini Tiflisə baş komandanın qərargahında girov saxlanmaq üçün 
göndərməli idi. Çar qoşunları general-leytenantı  hərbi rütbəsi alan İbrahimxəlil xan birbaşa çar baş 
komandanına tabe edilirdi. Bununla ya-naşı, çar hökuməti xanın və onun qanuni varislərinin daxili idarə etmək 
hüquqlarına heç vaxt toxunmayacağım öhdəsinə götürürdü. 
Şəkidə hakimiyyət uğrunda mübarizədə Rusiyanın köməyinə arxalanmaq istəyən Səlim xan Kürəkçay 
sahilində düşərgə salmış Sisianovun iqamətgahına gəldi, yeznəsi İbrahimxəlil xandan bir həftə sonra, 1805-ci il 
mayın 21-də Şəki xanlığı da Rusiyanın hakimiyyəti altına keçmək barədə müqavilə imzaladı. Bu müqavilənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə