104
XIX Mövzu
Azərbaycanın Rusiya tərəfindən
işğalı və beynəlxalq nəticələri
XVIII yüzilliyin sonu-XIX yüzilliyin başlanğıcında Azərbaycanda siyasi vəziyyət çox mürəkkəb idi.
Əvvəlcə Şəki, sonra isə Quba və Qarabağ xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək və
vahid dövlət yaratmaq cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi inkişafının geriliyi, digər
tərəfdən isə xarici istilalar - İranının və çar Rusiyasının bu yerləri ələ keçirmək üçün Azərbaycana yürüşləri
mane oldu.
Ayrı-ayrı xanların öz xanlığını qoruyub saxlamaq istəməsi və bir-birinə güzəştə getməməsi birləşmə
prosesinə əsaslı surətdə mane olurdu. Yaranmış şəraitdə Azərbaycanı istila etməyə çalışan İranın, Sultan
Türkiyəsinin və çar Rusiyasının işğalçı planlarına qarşı dura biləcək vahid qüvvə mövcud deyildi.
I Pyotr dövründə başlamış, II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı ələ keçirmək
cəhdlərindən sonra XIX yüzilliyin başlanğıcında çar Rusiyası bütün Cənubi Qafqazı istila etməyə hazırlaşırdı.
Rus əsilzadələrinin və tacirlərinin mənafeyi çar Rusiyasının yeni torpaqlar zəbt etməyə,
Rusiya sənayesi üçün
xammal mənbələri və satış bazarları əldə etməyə sövq edirdi. Çarizm Xəzər dənizini öz daxili dənizinə
çevirmək və Cənubi Qafqazı zəbt etməklə daha cənuba – İran körfəzinə doğru yol açmaq, Yaxın Şərqin iqtisadi
ehtiyatlarına, habelə bazarlarına sahiblənməklə İngiltərəni sıxışdırmaq planları mövcud reallıqlara əsaslanırdı.
Hindistanda sipahilər üsyanını yatırdıqdan sonra İngiltərənin də Rusiyaya münasibətdə ehtiyatlı olmağa
vadar edirdi. Xarici siyasət maraqları baxımından Cənubi Qafqaz Rusiya üçün hərbi-strateji əhəmiyyətə malik
idi. Yaranmış şəraitdə I Napoleon bilərəkdən İngiltərə və Rusiyanın Qafqaz maraqlarını qıcıqlandırmaqda idi.
Məqsəd II koalisiyanı diplomatik yolla dağıtmaqla yanaşı Fransaya qarşı gələcək koalisiyaların yaranmasına yol
verməmək idi. 1800-ci ildə İngiltərənin İranla bağladığı müqaviləyə cavab olaraq Fransa 1801-ci ilin
oktyabrında Türkiyə ilə müqavilə imzaladı vəMisiri Türkiyəyə qaytardı. 1805-ci ilin dekabrında olmuş
Austerlis döyüşündəki qələbədən sonra türk sultanı III Səlim I Napoleonu «Fransanın padişahı» və özunun «ən
qədim, sadiq və vacib dostu» elan etdi. Təsadüfi deyil ki, Fransa bundan Rusiyanın qüvvələrini parçalamaq və
onu Türkiyə ilə müharibəyə girmək kimi fakt qarşısında qoymaq məqsədilə istifadə etdi. I Napoleon çox tezliklə
İranla münasibətlərdə də diplomatik üstünlüyə nail oldu və Rusiya-İngiltərə ziddiyyətlərinə barışmaz xarakter
verdi.
XVIII əsrin sonu-XIX əsrin başlanğıcında belə bir ziddiyyətli və qeyri-sabit
beynəlxalq şəraitdə Cənubi
Qafqaz, məsələləri, xüsusilə Azərbaycan məsələsi mühüm yer tuturdu.
Vahid Azərbaycan dövlətinin olmaması xarici siyasətdə də özünü göstərirdi. Azərbaycan xanlıqları
özlərini qoruyub saxlamaq üçün vahid mövqe nümayiş etdirə bilmir, bir tərəfdən İran və Türkiyəyə, digər
tərəfdən isə Rusiyaya meyl edirdilər. Bunu xanlıqların 1768-1774-cü illər rus-türk müharibəsi ərəfəsi və
dövrünün siyasəti bariz şəikldə göstərir. Hətta müharibədən sonra - 1775-ci ildə Azərbaycan xanlıqlarının
böyük bir qisminin əvvəlcə Türkiyəyə, sonra isə Rusiyaya istiqamətlənməsi də açıq şəkildə nümayiş etdirilirdi.
Xüsusilə yaranmış şəraitdə İran və Türkiyə Azərbaycanın istiqlaliyyəti üçün təhlükəli deyildi, çünki bu
dövlətlər bəhs edilən dövrdə istilaçılıq siyasəti yeritmirdilər.
Avropa dövlətləri isə, əksinə, müstəmləkələr ələ
keçirmək uğrunda geniş müharibələrə başlamışdılar. İngiltərə və Fransanın Cənubi Qafqaz, habelə,
Azərbaycana münasibətləri onların bilavasitə İrandakı mövqeləri ilə müəyyən edilirdi. XVIII əsrin sonlarından
etibarən Azərbaycana qarşı əsas təhlükə şimaldan çar Rusiyası idi. Məhz bu zəmində Rusiya-İran münasibətləri
pisləşməkdə idi, buna isə həm İngiltərə, həm də Fransa çalışırdı.
Xeyli davam edən ciddi diplomatik-siyasi və hərbi hazırlıqdan sonra Georgiyevsk traktatına əsasən
1801-ci ildə Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiyaya birləşdirildi. O dövrdə Qazax və Şəmşəddil
sultanlıqları Gürcüstandan asılı vəziyyətdə olduğundan Şərqi Gürcüstanla birlikdə onlar da Rusiyaya ilhaq
edilmişdi. Azərbaycanın işğalına bununla da start verilmiş oldu. Rusiya Gürcüstanın ardınca Azərbaycanı ələ
keçirməyə hazırlaşırdı. Bu məqsədlə 1802-ci ilin sentyabrında P. D. Sisianov Rusiyanın Qafqaz ordusunun baş
komandanı təyin edilmişdi. I Aleksandrın bu vəzifəyə knyaz P.Sisianovu təyin etməsi təsadüfi deyildi. Mənşəcə
gürcü olan bu knyaz II Yekaterinanm göstərişilə vaxtilə V. Zubovun yürüşündə iştirak etmiş, 1796-1797-ci
illərdə Bakı qalasının komendantı olmuşdu.
İran bu siyasətlə razılaşmayaraq, Avropa dövlətlərinin köməyinə arxalanmaqla Gürcüstanı Rusiya
hakimiyyətindən qurtarmağa çalışır, antirus hərəkatına yardım göstərirdi.
Azərbaycan xanlıqları ilə dil tapmağa xüsusi diqqət verilirdi. 1802-ci ildə İrana tabe olmaq haqqında
Qarabağ və Ba-kı xanlıqlarına təkliflər edildi.
I Aleksandrın tapşırığı ilə Sisianov 1802-ci ilin dekabrında Georgiyevskdə xanlarla danışıqlara başladı.
Görüşə Quba, Dərbənd, Talış xanları və Dağıstanın bəzi hakimləri gəlmişdilər. Bakı xanı görüşə gəlmədi.
Dekabrın 26-da imzalanmış müqaviləyə görə onu imzalayan xanlar və hakimlər aralarındakı düşmənçiliyi,
narazılığı, mübahisələri və s. kənara qoymalı və ara müharibələri aparmamalı, ortaya çıxan mübahisələr yalnız
dinc yolla həll edilməli idi. İranın hücum edəcəyi halda ona qarşı birgə çıxış etmək ayrıca göstərilirdi.
105
Müqavilədə ticarətin inkişaf etdirilməsindən, dənizçiliklə bağlı məsələlərdən və s. bəhs olunurdu.
1803-cü ildə Bakı xanlığı ilə belə bir müqavilə imzalandı.
Georgiyevsk müqaviləsi bağlandığı vaxtdan əhəmiyyətsiz bir sənədə çevrildi.
Müqaviləyə qoşulan
xanlıqlar İranın deyil, məhz Rusiyanın təcavüzünə məruz qaldılar. Ona görə Georgiyevsk müqaviləsi qüvvəsini
itirdi.
Çar Rusiyası ayrı-ayrı xanları öz tərəfinə çəkmək, onları himayəsi altına almaqla yanaşı, işğalçı
qoşundan da istifadə etmək fikrindən daşınmamışdı. Gürcüstandan Şərqə Azərbaycanın əsas xanlıqlarına doğru
qoşunların irəliləyəcəyi yolun üzərində böyük hərbi-strateji əhəmiyyəti olan Car-Balakən camaatları idi. 1803-
cü ilin yazında rus qoşunları general Qulyakovun komandanlığı altın-da Alazan (Qanıq) çayı keçidində və
Balakən yaxınlığında da Car-Balakən camaatını məğlubiyyətə uğratdılar. Balakəni tutub viran etdilər. Sonra isə
Car camaatı müqavimət nəticə-sində Balakənin başına gətirilmiş fəlakəti nəzərə alaraq, martın 29-da
müqavimətsiz təslim oldu. Aprelin 12-də Tiflisdə Rusiya və Car-Balakən arasında "andlı öhdəlik" imzalandı.
Car-Balakən camaatının nümayəndələri Tiflisə gələrək Rusiyanın ali hakimiyyətini qəbul etmək barəsində
müqaviləni imzaladılar. Bu müqaviləyə görə Car-Balakənlilər hər il çar xəzinəsinə 220 pud ipək verməli, Tiflisə
girovlar göndərməli, Car-Balakəndə rus qoşunlarını yerləşdirməli idilər.
Rusiya hökuməti Car-Balakən
camaatının daxili idarə işlərinə qarışmayacağını vəd etmişdi.
Car-Balakənin tutulması Azərbaycanın sonrakı işğalını nisbətən asanlaşdırdı. Təsadüfi deyildir ki,
Sisianov Xarici işlər kollegiyasına bu qələbənin "xüsusi diqqətəlayiq olduğunu" yazmışdı.
"Andlı öhdəliyin" şərtləri Car-Balakən üçün ağır olduğundan onu yerinə yetirmək çətin idi. Rusiya
müəyyən edilmiş ipəyi vaxtında ala bilmirdi. Bu da Sisianovun Car-Balakən camaatına hədələyici məktublar
yazmasına səbəb oldu. Lakin bu onunla kifayətlənməyərək yenidən hərbi müdaxiləyə əl atdı. Qulyakov 2500
nəfərlik qüvvə ilə 1804-cü il yanvarın əvvəllərində yenidən Car-Balakənə yürüşə başladı. Əhalinin tərk etdiyi
Car tutuldu. Qulyakov camaatın müqavimətini qırmaq üçün təqiblərə başladı. Lakin 1804-cü il yanvarın 15-də
carlılar tərəfindən öldürüldü. Vəziyyəti belə görən Sisianov Car-Balakən camaatı ilə barışıq bağladı. Car-
Balakəndən sonra İlisu sultanlığı da Rusiyanın təbəəliyinə keçməyə məcbur oldu.
Cavad xan Rusiyaya birləşməyin əleyhinə idi, o xanlığı müstəqil idarə etməyi israr edirdi. Bu isə
Rusiya hökumətini təmin etmirdi. Cavad xanın dövründə Qazax, Şəki, Şəmşəddil və başqa yerlər Gəncə
xanlığına daxil edildi. O, Qarabağ ilə münasibəti sahmana saldı. Cavad xan sədaqət rəmzi olaraq bir qızını və
oğlunu İbrahimxəlil xanın yanına göndərdi. II İrakli daim Gəncəyə sahib olmağa can atırdı, yerli feodallar isə
onu sıxışdıranda, Cavad xandan imdad gözləyirdi. Gürcüstan Rusiya dövlətinin
himayəsinə keçəndə Şəmşəddil
barədə general Georgi ilə Cavad xanm sözləri çəp düşdü. Lazerevin başçılığı ilə Gəncəyə qoşun gəl-di. Cavad
xan bildirdi ki, həm ruslarla, həm də gürcülərlə dostluq münasibətləri saxlamaq istəyir, bircə şərtlə-gərək rus
qoşunu Şəmşəddildən çıxıb getsin. Sonra P. D. Sisianov gəldi. Qafqazdakı rus qoşunlarının başçısı təyin edilmiş
və burada çarizmin müstəmləkə siyasətini zor gücünə həyata keçirən general P.D. Sisianov Gəncəni zəbt etməyə
xüsusi əhəmiyyət verirdi. O, Gəncəyə yürüş üçün məqam axtarırdı. Lazarev iki nəfər erməninin məktubuna
əsaslanaraq 1803-cü il yanvarın 9-da Sisianova yazırdı ki, "Bütün Gəncə erməniləri rus ordusunun gəlişini
səbirsizliklə gözləyirlər. Gəncə xanının ehtiyat tədbiri yalnız
ondan ibarətdir ki, əmrlə hər gün Şəmkirədək on
nəfərlik süvari mühafizə dəstəsi yola nəzarət edir". Deməli, Lazarev rəsmi şəkildə bildirirdi ki, ermənilər
Gəncəyə yadların gəlişini səbirsizliklə gözləyirlər. Üstəlik xəbər verirdi ki, qorxmayın yollarınız açıqdır, vur-tut
onca nəfər yola göz qoyur.
Onda Cavad xan hələ ruslarla səmimi qonşuluq, dostluq arzusunda idi. Öz sözünü Sisianova açıqca
bildirmirdi. 1803-cü il fevralın 25-də Sisianov Cavad xana ilk məktubunda yazırdı:"...Sizi və sizin xalqı rus
imperatoru öz himayəsinə götürür. Şərafətli etimadmızın...ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə
alaraq yüksək mənsəbli böyük oğlunuzu - Uğurlu ağanı bir əmanət kimi Tiflisə göndərəydiniz".
Cavad xan ona
ikibaşlı bir cavab yazdı. Sisianov gördü ki, Cavad xan xoşluqla ipə-sapa yatmayacaq, Gəncəyə yürüşə
hazırlaşdı. 1803-cü il noyabrın 29-da Şəmkirə çatdı və Cavad xana təcili məktub yazdı:"...Gəlmişəm ki, şəhərini
Avropa adəti üzrə tutam... Sizdən ikicə söz tələb edirəm, birini seçin:"Hə", yaxud "yox".
Cavad xan elə həmin gün Sisianova ətraflı cavab yolladı. (29 noyabr, 1803-cü il). Məktubda
deyilirdi:"...Müharibə etmək istəyirsənsə mən hazır. Mənə müharibəyə hazır olmaq təklif edirsən? Sən
Şəmşəddilə girən gündən döyüşə hazıram. Savaşmaq istəyirsənsə savaşaq, hədələyirsən ki, təklifini qəbul
etməsəm bəlaya düçar olaram. Əslində bədbəxtlik səni Peterburqdan izləyə-izləyə bura çəkib gətirib. Bunu za-
man, bir də davanın özü göstərəcək".
1803-cü il noyabrın 30-da Sisianov Gəncə ermənilərinə müraciət etdi:"... Hamımızı əmin
edirəm ki,
Ümumrusiya tac-taxtının müdafiəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat
alacaq, müsəlmanların soyğun çuluğundan, hər cür təqib və sıxışdırmalardan canımız qurtaracaq. Sizə
Gürcüstanın hər hansı bir guşəsində Rusiya dövlətinin sakini kimi asudə yaşamaq hüququ veriləcəkdir".
...Sisianov az sonra 1803-cü ilin dekabrında təslim olmaq barədə Cavad xana ultimatum verdi. Cavad xan dərhal
məktub yazdı; bildirdi ki, şəhərin təhvil verilməsi barədə xam xəyal-dan əl çək. Gəncəyə yalnız meyidinin
üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra. Özgə cür yox". Rus qoşununun tərkibində 11 topu olan 6