107
də şərtləri Qarabağ xanlığı ilə bağlanan
müqavilənin, demək olar ki, eyni idi.
Az sonra Səlim xan öz əvvəlki qeyri-məhdud hakimiyyətini bərpa etməyə çalışdı. 1806-cı ilin iyununda
Şuşa qalasında çar zabiti Lisaneviçin əmri ilə Səlim xanın bacısı və əri İbrahimxəlil xan, bütün ailəsi ilə birlikdə
qətlə yetirildi. Qara-bağda gözlənilmədən baş vermiş bu faciə Səlim xanın
Rusiya himayəsindən imtina
etməsinə səbəb oldu. O, Şəkidə yerləşən rus qarnizonuna basqın etdi. Rus qoşun dəstəsi Gəncəyə qayıtmalı
oldu. Tezliklə, Abbas Mirzə Şəkiyə 300 sərbaz və ləzgilərdən muzdlu qoşun yığmaq üçün Səlim xana 30 min
çervon pul göndərdi. Sisianov 1806-cı il sentyabrın 9-da general Bulqakova yazırdı ki, Bakım ələ keçirəndən
sonra "Kür boyu irəliləyərək xəyanət etmiş Şəki xanını cəzalandırsın". Həmin ildə Şamaxı xanı Mustafa xan da
ona kömək etməli, müqabilində Şəki xanlığı ərazisinin bir hissəsi Mustafa xana verilməli idi.
Səlim xan nəyin
bahasına olursa-olsun öz hakimiyyətini saxlamağa çalışırdı. Lakin çarizm Səlim xanı kənar etməyi qət etdi və
general Nebolsinin başçılığı altında Şəkiyə qoşun göndərdi.
Abbas Mirzədən aldığı pul ilə avar və ləzgilərin topladığı qoşunun Səlim xana köməyi olmadı. 1806-cı
il oktyabrın 22-də Şəki yaxınlığında baş vermiş döyüşdə Səlim xan basıldı və ailəsi ilə birlikdə xanlıqda olan
Gəldək kəndinə qaçdı. Səlim xanın nəsli xan olmaq hüququndan məhrum edildi. Xanlığı idarə etmək üçün 4
bəydən ibarət müvəqqəti idarə yaradıldı. Səlim xan hər şeyin əldən çıxdığını görərək Abbas Mirzənin
düşərgəsinə qaçdı. Çar hökuməti İran şahından üz döndərərək Rusiyaya köçmüş Cəfərqulu xanı Şəkiyə hakim
təyin et-di. Lakin yenə də Şəki əhalisi sakitləşmədi. Aşağı və Yuxarı Göynük kəndlərinin əhalisi üsyan etdi və
Cəfərqulu xana tabe olmayacaqlarmı bildirdi. Ələ keçmiş 40 nəfər üsyançı öldürüldü.
Başqa kəndlərdə də
narazılıq artdı. Əhalinin bu çıxışı obyektiv olaraq çarizmin müstəmləkə siyasətinə qarşı, habelə ona can-başla
qulluq edən satqın yerli feodal hakimlərə qarşı yönəldildi. 1807-ci ilin sonuna yaxın Cəfərqulu xana qarşı
müvəffəqiyyətsiz sui-qəsd oldu. Çar hökuməti əhalini qorxutmaq üçün Şəkiyə əlavə bir batalyon qoşun
göndərdi. Beləliklə, Şəkidə də çar idarə-üsulu bərqərar oldu.
Şamaxı, Bakı və Quba xanlıqlarının işğal edilməsi. Qarabağ yə Şəki xanlıqlarının Rusiyaya
qatılmasından bir ay sonra İran qoşunu Tiflis üzərinə yeridi. Onlar yolüstü İrana tabe
olmaq təklifini rədd etmiş
Qazax camaatmı tənbeh etmək fikrinə düşdülər. Qazaxlılar İran vəliəhdi Abbas Mirzəyə təkcə ciddi müqavimət
göstərmir, hətta hücuma keçib onu qaçmağa məcbur etdilər. Bir İran tarixçisi yazır ki, "Qazax əhalisi İrəvana
doğru gedən farslara müqavimət göstərdi. Qazaxlılar İrəvan düzünə qədər olan 18 fərsəxlik (hər fərsəx 6 km
bərabərdir-red.) məsafənin hər fərsəxində İran qoşun-larına tələ düzəldirdilər. Onlar şahzadəyə (Abbas Mirzəyə-
red.) silahdan atəş açdılar". General Sisianov Rusiya-İran müharibəsində Rus qoşunları tərəfindən iştirak etmək
üçün yerli əsilzadələrdən atlı dəstələr təşkil edirdi. Bu atlı dəstələrə nökərlər və maaflar da daxil idilər.
İranla müharibə aparan çar qoşunları Azərbaycanın digər xanlıqlarmı da tabe etmək üçün ölkənin
içərilərinə doğru irəliləməkdə davam edirdi. Sisianov Şamaxı, Bakı və Quba xanlıqlarını tezliklə ələ keçirmək
fikrində idi. "Qarabağnamə"nin müəllifi yazır ki, "Sisianovun indi qarşıda duran başlıca
məqsədi dənizlər
(Kaspi və Qara) arasmdakı yerləri ələ keçirməkdən ibarətdir. Sisianovun qoşunları Şamaxı üzərinə yeridi.
Şamaxı xanı tərəddüd edirdi. Hələ 1804-cü ildə və 1805-ci ilin yazında Şirvanın Rusiyanın hakimiyyəti altına
keçməsi barədə Sisianovla Şamaxı xanı Mustafa xan arasında danışıqlar olmuşdu. Sisianov Mustafa xandan
Qarabağ və Şəki xanlıqlarının qəbul etdikləri şərtləri eyni ilə qəbul etməsini tələb edirdi. Lakin Mustafa xan
gəlirinin bir hissəsinin Rusiya xəzinəsinə verilməsi tələbindən əl çəkməyi və Şəki xanlığı torpaqlarının Şirvana
qatılmasında ona kömək etməyi Sisianova təklif etdi. Şamaxı xanı eyni zamanda Qarabağ xanlığına qatılmış
Cavad torpaqlarının geri qaytarılacağı haqqında təminat verməsini və həm də ona Rusiyadan daimi maaş
verilməsini xahiş edirdi. Lakin xanın bu tələbləri çar hökumətini təmin etmirdi. Ona görə də 1805-ci ilin
noyabrında Sisianovun qoşun dəstəsi Mingəçevir yaxınlığında Kürü keçib Şamaxı istiqamətində hərəkət etdi.
Mustafa xan Sisianovun şərtlərini qəbul etməyə məcbur oldu. Lakin o, Şamaxı xanlığının Rusiyanın
hakimiyyəti
altına keçməsi barədə müqaviləyə qol çəkmək üçün Sisianovun düşərgəsinə getmədi. Belə olduqda, Sisianov
qoşunlarmı Şamaxı yaxınlığındakı ərazidə cəmləşdirməyə başladı. Mustafa xan,
öz növbəsində, Fitdağdakı
qalada gizlənərək hücumu dəf etməyə hazırlaşırdı. Lakin dekabrın ortalarında tərkibində Qarabağ erməniləri
olan rus qoşunu ilə Şamaxı xanının qoşunu arasında elə bir ciddi hərbi əməliyyat olmadı. Mustafa xan xanlığın
Rusiyanın hakimiyyəti altına keçməsinə razılıq verməli oldu. Öz şəxsi təhlükəsizliyini nəzərə alan xan
müqaviləni Sisianovun düşərgəsində yox, Fitdağla düşərgə arasındakı çöldə imzalamağa razı oldu. Bu
müqaviləyə görə, Şamaxı xanı başqa dövlətlərlə əlaqələrini kəsməyi, öz gəlirindən Rusi-ya xəzinəsinə 8 min
çervon ayırmağı, rus hökuməti üçün Kürün mənsəbində istehkam tikilməsinə şərait yaratmağı, rus qoşununu
ərzaqla
təchiz etməyi, yolların təhlükəsizliyini təmin etməyi öhdəsinə götürdü. Beləliklə, 1805-ci il dekabrın 25-
də Şamaxı xanlığı Rusiyanın tərkibinə qatıldı. Şimali Azərbaycan xanlıqları içərisində ən böyük və zəngin
xanlıqlardan biri olan Şamaxı xanlığının Rusiya tərəfindən işğalının Rusiya üçün böyük iqtisadi-siyasi və hərbi-
strateji əhəmiyyəti var idi. Sisianov Şamaxı xanlığını tutduqdan sonra, 1805-ci ilin qışında Bakıya doğru hərəkət
etdi. Sisianov öz dəstəsini geri Zavalşinin desant
dəstəsi ilə birləşdirərək, 1806-cı ilin yanvarında Bakıya
yaxınlaşdı və Rusiyanın hakimiyyəti altına keçmək haqqmda müqavilə layihəsini Hüseynqulu xana gön-dərdi.
Hüseynqulu xan Sisianovun təklif etdiyi şərtləri qəbul etdiyini, Bakı qalası darvazalarının açarlarını Sisianova
vermək istədiyini və "bir neçə məxfi söz demək istədiyini" bildirdi.