61
3.
İbrahimin Şirvanşahlar dövlətinin bütövlüyünü saxlamaq ugrunda diplomatik-siyasi
mübarizəsi
4.
Teymurilər dövlətinin beynəlxalq əlaqələri və Əmir Teymurun dünya imperiyası yaratmaq siyasəti.
5.
Cəlairi və Qaraqoyunlu dövlətlərinin Teymurilərin işgalçılıq siyasətinə qarşı mübarizəsi
6.
Cənubi Qafqaz ugrunda hərbi-siyasi mübarizə və beynəlxalq nəticələri
7.
Teymurilər dövlətinin süqutundan sonra Mərkəzi Asiya- Cənubi Qafqazda vəziyyət.
Ədəbiyyat
1.
Azərbaycan Sovet Ensiklopediyası, I cild, B., 1976
2.
Azərbaycan Sovet Ensiklopediyası, IX cild, B., 1986
3.
Azərbaycan tarixi, 1-ci cild, B., 1961
4.
Babayev İ.A., Əhmədov Q.M. Qəbələ, B., 1981
5.
Bünyadov T.Mərd qalalar, sərt qayalar, B., 1986
6.
Əliyev R.
Azərbaycan VII-XVI əsrlərdə, B., 1980
7.
Həmdullah Qəzvəni. Zeyl-e tarix-e qazide («Seçilmiş tarix»ə Həmdullah Qəzvini əlavə) B., 1990
8.
İbrahimova C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. B., 1956
9.
Nemətova M.K. Şirvanın XIV-XVI əsrlər tarixinin öürənilməsinə dair, B., 1959
10.
Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. B., 1982
11.
Mahmudov Y. Səyyahlar, kəşflər, Azərbaycan. B., 1985
12.
Mestopski F. Teymurləngin və onun xələflərinin tarixi. B., 1957
13.
Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki, 1977
14.
Məmmədov R., Piriyev V. Teymurləngin Əlincə səfəri, «Elm və həyat», 1977, №9
15.
Məmmədov S. Azərbaycan VII-XVI əsrlərdə, B., 1980
16.
Məmmədov S. Azərbaycan XV-XVIII əsrin birinci yarısındaB., 1981
17.
Piriyev Z.V. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə, B., 1978
18.
Ализаде А.А. Социально-экономическая и политческая история Азербайджана XIII-XIVвв. Б.,
1956
19.
Архив Маркса и Энгельса. T.VI, 1939
20.
Ашурбейли С. Государство Ширваншахов (VI-XVвв.) Б., 1983
21.
Гиясаддин Али. Дневник похода Тимура в Индию. М., 1958
22.
История Армении, Ереван, 1981
23.
История Грузии. Т.1, Тбилиси, 1962
24.
История Ирана с древнейших времен до конца XVIII века. Л., 1958
25.
История СССР, Т.II, М., 1966
26.
История Узбекской ССР Т.1, кн.2, Ташкент, 1955
27.
Муминов И. Роль и место Амира Теймура в истории Средней Азии. Ташкент, 1968
28.
Новосольцев А.П. Об исторической оценке Теймура. «Вопросы истории», 1973, №2
29.
Петрушевский И.П. Иран и Азербайджан под властью Хулагидов (1256-1353) и татаро-монголы
в Азии и Европе. М., 1970
30.
Сумбатзаде А.С. Азербайджанцы -этногенез и формирвание народа. B., 1990
62
X Mövzu
Ağqoyunlu dövlətinin xarici siyasəti və beynəlxalq əlaqələri
Beynəlxalq əlaqələrinin genişliyi baxımından Ağqoyunlu dövləti Azərbaycanın siyasi tarixində mühüm
yer tutur. Oğuz tayfalarının bir qolu olan Ağqoyunluların Azərbaycana köçü miladi tarixin VI-VII əsrlərinə
aiddir. Bu tayfalar Göyçə gölündən Diyarbəkirə qədər olduqca nəhəng ərazidə məskunlaşmış, Azərbaycan
dövlətçilik ənənələrinin qorunmasında və yaşadılmasında əhəmiyyətli rol oynamışdır.
Ağqoyunlu tayfalarının siyasi birliyinin əsası Bayandur tayfasının başçısı Pəhlivan bəy (1370-1388)
tərəfindən
qoyulmuş, bu ittifaq XIV əsrin 80-ci illərində olduqca əzəmətli qüvvəyə çevilmişdi. Sülalənin
görkəmli hökmdarlarından Qara Yuluq Osman bəyin, Əli bəyin, xüsusilə Uzun Həsən və Yaqub Mirzənin
dövründə Ağqoyunlular kifayət qədər möhkənləmlənmiş, Qaraqoyunlularla, teymurilərlə və osmanlı Türkiyəsi
ilə uğurla rəqabət aparmışdı.
Ağqoyunlu dövlətinin banisi Uzun Həsən hesab olunur. Onun 1453-cü ildən etibarən köçəri tayfaları,
hərbi-feodal əyanlarım mərkəzi hakimiyyətə tabe etmək üçün başladığı mübarizə uğurla nəticələndi. Belə ki,
Uzun Həsən feodalların müqavimətini qıra bildi. Lakin onların xeyrinə də bəzi güzəştlərə getməyə məcbur oldu.
Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi.
Bununla belə, ayrı-ayrı müəlliflərin Uzun Həsənin
müəyyən uğurlarına baxmayaraq, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi, həqiqətə uyğun deyil.
Çünki müxtəlif etnosların yaşadıqları bu geniş ərazidə onları birləşdirmək siyasəti qısa müddətə olsa da uğur
qazanmış, Ağqoyunlu dövləti beynəlxalq münasibətlər orbitinə daxil olmuşdu.
Ağqoyunlu dövlətinin başlıca rəqibi Fateh II Mehmet idi. Buna görə də Uzun Həsənin xarici siyasət
xəttində başlıca yeri Osmanlı Türkiyəsi ilə münasibətlər tuturdu. II Mehmetin Kiçik Asiyanın şərqini
istila
etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə yaratmışdı. Türkiyə sultanı Cənubi Qafqazı, xüsusilə Azərbaycanı
tutmağı planlaşdırırdı.
Ağqoyunlular Trabzon - yunan dövləti ilə hələ XIV əsrin ortalarından dostluq əlaqəsi yaratmışdılar.
Trabzon imperatorları Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idilər. Ağqoyunlu Tur
Əlibəyin oğlu Qutluq bəy, Qara Yuluq Osman bəy və Uzun Həsən Trabzon sarayı ilə qohum idilər. Ağqoyunlu
dövlətinin yaradıcısı olan Uzun Həsən Trabzon imperatoru IV İohann Homnenin qızı Feodra ilə (Şərq mənbələri
onu Dəspinə xatun adlandırırdılar) evlənmişdi. Uzun Həsən Dəspinə xatundan doğulan qızı Aləmşah Bəyimi
bacısı oğlu Şeyx
Heydərə ərə vermiş, Səfəvi hökmdarı Şah İsmayıl bu izdivacdan doğulmuşdur.
Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Məşhur türk
səyyahı Evliyyə Çələbi Trabzondan
bəhs edərkən vaxtilə bu şəhəri "Azərbaycan hakimi Sultan Uzun Həsənin genuyalıların əlindən aldığını",
Ağqoyunlu hökmdarının bu şəhərdə "böyük bir daş körpü saldırdığını" yazırdı. Trabzonun Ağqoyunlular üçün
böyük iqtisadi-ticarət əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirlərindən ötrü Qara dənizə oradan da
Avropaya əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirləri burada ipək və başqa şərq malları almağa gedən,
venesiyali və genuyalı tacirlərlə görüşürdülər. Ağqoyunlu tacirləri Trabzon vasitəsilə aparılan ticarətdən böyük
gəlir götürür, bu şəhər vasitəsilə Krımdakı ticarət faktorları ilə əlaqə saxlayırdılar.
Məhz buna görə də II
Mehmet 1461-ci ildə Ağqoyunlu dövlətinə qarşı müharibəyə başlamazdan əvvəl Ağqoyunluların müttəfiqi
Trabzon-Yunan imperiyası üzərinə güclü qoşun göndərmiş, yaranmış şəraitdə Uzun Həsən Trabzon imperiyasını
müdafiə etmək məcburiyyətində qalmışdı.
Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci il yayın əvvəllərində Qoylühisar döyüşü olmuşdu.
Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, osmanlıların hərbi baxımdan üstünlüyü Uzun Həsəni
sülh bağlamağa vadar etmişdi. Yaranmış şəraitdə Uzun Həsən bütün Yaxın Şərqdə diplomat qadın kimi məşhur
olan anası Sara Xatunu sultanın düşərgəsinə göndərmək qərarına gəlmişdi. Qaynaqların məlumatına görə,
danışıqlar zamanı
Sara Xatun və II Mehmet bir-birilərinə "ana" və "oğul" deyə müraciət edirdilər.
Uzun Həsən
Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən, qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla o,
Osmanlı Sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki müharibədən yeni
çıxmış Ağqoyunlu dövlətinə öz qüvvələrini səfərbər etmək üçün vaxt lazım idi.
Ağqoyunlu dövlətinə arxadan Qaraqoyunlu və Teymurilərin hücumu gözlənilirdi. Buna görə də Uzun
Həsən Türkiyə ilə sülh bağlamağa çalışırdı. Digər bundan başqa, II Mehmet qərbdə yarımçıq qoyduğu işğalçılıq
planlarını həyata keçirməyə tələsirdi. Sara xatun danışıqlar yolu ilə bu məqsədə nail oldu. Ikinci vəzifə daha
çətin idi. Belə ki, Sara Xatun Sultan Mehmeti Trabzonu fəth etmək fikrindən daşındırmalı idi.
Lakin sultan
Trabzon-Yunan dövlətini Türkiyəyə qatmaq fikrindən dönmədi, onun başlıca məqsədi Avropa ilə ipək ticarətini
Türkiyənin əlində cəmləşdirmək idi. Azərbaycanlı tədqiqatçılardan ilk olaraq Ə.Şahmalıyev Osmanlı-
Ağqoyunlu rəqabətində ipək təcarətinin izlərini, erməni tacirlərinin bu prosesdə mənfur rolunu araşdırmış,
Avropa diplomatiyasının Osmanlı-Ağqoyunlu rəqabətini düşmənçiliyə çevirmək planlarının elmi izahını
vermişdi.
II Mehmet Trabzon üzərinə yürüşə ciddi hazırlaşmışdı. Lakin o, Uzun Həsənin arxadan hücumundan
ehtiyat etdiyinə görə Sara Xatun başda olmaqla, Ağqoyunlu elçilərini də özü ilə apardı. Sara Xatunun səyləri
heç bir nəticə vermədi. İki tərəfdən mühasirəyə alınan Trabzon şəhəri bir aylıq
mühasirədən sonra, türklər