64
şərqindəcə əzmək istəyirdi. Ərzincanda Uzun Həsən sultana qarşı tədbirlər görmüşdü. Ağqoyunlu hökmdarı
düş-mən qüvvələrini əlverişsiz təbii şəraiti olan yerdə haqlamaq üçün irəli buraxdı. Osmanlılar Fəratın
sağ sahili
ilə Malatiyaya qədər irəlilədilər. Burada, çayın sol sahilində Ağqoyunlu qüvvələrinin mövqe tutduğu aydın
oldu.
Beləliklə, o dövrün bir-birilə rəqabət aparan iki məşhur türk sərkərdəsi Uzun Həsən və sultan II Mehmet
öz qoşunları ilə Fərat sahillərin-də qarşı-qarşıya dayandılar. Uzun Həsən keçmiş döyüş təcrübələrindən istifadə
edərək, oğlu Uğurlu Məhəmmədin başçılıq etdiyi əsas qüvvələr Fəratın sahilində pusquda qoydu, başqa bir atlı
dəstə isə hücum edə-edə Fəratı keçməli idi. Düşmən bu dəstəyə hücum etdikdə onlar geri çəkilməli, düşmən
qüvvələrini Fəratın sol sahilinə çəkməli və Uğurlu Məhəmmədin qoşunları onları mühasirəyə almalı idilər.
Uzun Həsənin bu hiyləsi baş tutdu. 1473-cü il avqustun 1-də Uzun Həsənin seçdiyi düzgün döyüş taktikası
nəticəsində Ağqoyunlu süvariləri Türkiyə qoşununun zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə keçirdilər və
Malatiya döyüşü adlanan bu vuruşmada Türkiyə qoşunlarının zərbə qüvvəsi məhv edildi.
Bu məğlubiyyət osmanlı qoşununda intizamın pozulmasına və böyük ruh düşkünlüyünə səbəb oldu.
Qələbə ümidini itirən Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini
sülh bağlamaq üçün Ağqoyunlu
hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən II Mehmetin sülh təklifini rədd etdi.
Malatiya vuruşmasından on gün sonra, yəni 1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri
Ərzincanla, Ərzurum arasındakı Üçağızlı dərəsi adlanan yerdə II Mehmetin qoşunlarını qabaqladılar. Döyüşün
planına görə həm qarşıdan, həm də cinahlardan hücum edən Ağqoyunlu atlıları Türkiyə qoşununu qəflətən
yaxalamalı, onu dərədən düzə çıxmağa qoymamalı idi. II Mehmetin qoşunu geri çəkildikdə isə onu Uzun
Həsənin özünün başçılıq etdiyi süvarilər qarşılamalı idi.
Uzun Həsənin məqsədini başa düşən II Mehmet bütün diqqəti ön cəbhəyə verdi və Otluqbel döyüşü
osmanlıların qələbəsi ilə qurtardı.
Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinə ağır zərbə vuruldu. Ağqoyunlu dövləti
Uzun Həsənin
öz rəqibləri üzə-rində bir-birinin ardınca əldə etdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ərazicə genişlənmiş
və müvəqqəti güclənmiş-di. Bu dövlətin mövcudluğu onun apardığı qəsbkarlıq müharibələrinin nəticəsi ilə sıx
bağlı idi. Xarici dövlətlərlə toqquşmalardakı kiçik bir uğursuzluq belə ölkə daxilindəki narazı qrupların mərkəzi
hakimiyyətə qarşı fəallaşmasına səbəb oldu və Ağqoyunlu dövlətinin süqutunu sürətləndirirdi. İri feodalların,
xüsusilə hərbi köçəri əyanların mərkəzi hakimiyyətə qarşı mübarizəsi canlandı.
II Mehmet Otluqbeli döyüşündən sonra Avropa dövlətləri ilə əlaqələrini genişləndirməyə xüsusui fikir
verən Ağqoyunlu dövlətinə qarşı növbəti müharibəyə hazırlaşırdı. O, Xorasan hakimi Hüseyn Baykaraya
məktub yazaraq Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün iki tərəfdən hücuma keçməyi təklif etmiş, lakin
cavab almamışdı. Buna görə də sultan atasına qarşı qiyam qaldırmış və məğlub olmuş Ağqoyunlu hökmdarının
oğlu Uğurlu Məhəmmədi İstanbulda böyük təntənə ilə qarşıladı, qızı Gövhərxan sultanı Uğurlu Məhəmmədə
ərə verdi. Bu izdivacdan Uğurlu Məhəmmədin Gödək Əhməd adlı bir oğlu oldu. II Mehmet Uğurlu
Məhəmmədi bir qədər hərbi qüvvə ilə Sivasa Azərbaycan-Türkiyə sərhədinə hakim təyin etdi. II Mehmet bu
izdivacla Ağqoyunlu hökmdarının ölümün-dən sonra sülalə qohumluğu vasitəsilə Azərbaycan taxtına sahib
olmaq niyyətində idi.
Ağqoyunlu hökmdarının apardığı aramsız müharibələr dövlətin iqtisadi özülünü sarsıtmış,
daxili
ziddiyyətləri son həddə çatdırmışdı. Xalq kütlələri dövlətin xarici siyasətindən narazı idilər. Çünki müxtəlif
ölkələrlə aparılan bu müharibələrin əsas ağırlığı ilk növbədə onların çiyinlərinə düşürdü. Ağır vergi və
mükəlləfiyyətlərdən, habelə feodal özbaşınalıqlarından əziyyət çəkən kəndlilərdən tutmuş sənətkarlara, xırda
tacirlərə və şəhər əhalisinə qədər hamı narazılıq edirdi.
Buna baxmayaraq, Osmanlı imperiyasının Avropadakı düşmənləri Ağqoyunlu dövlətinin Türkiyəyə
qarşı müharibəyə qızışdırmağa və onu Uzun Həsənin əli ilə boğmağa çalışırdı. Ağqoyunlular Misir sultanlığı ilə
münasibətləri səhmana sala bilmədilər ki, bu da onların qüvvəsinin iki hissəyə parçalanmasına səbəb oldu.
Təsadüfi
deyildi ki, Misir sultanı Uzun Həsənin Türkiyə əleyhinə ittifaq bağlamaq təklifini qəbul etmədi və
Ağqoyunlu hökmdarına qarşı onun oğlu Uğurlu Məhəmmədə hərbi qüvvə ilə yardım göstərdi. Türkiyənin
əleyhinə olmalarına baxmayaraq, Gürcü knyazları da Türkiyəyə qarşı Ağqoyunlu hökmdarı ilə əlbir hərəkət
etməkdən boyun qaçırdılar. Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi, Tiflis və Qori,
eləcə də
ölkənin mühüm hissəsi Ağqoyunlular tərəfindən işğal olundu. Uzun Həsənin gürcü hakimi VI Baqratla
bağladığı sülhə görə (1477), Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına
düşdü. Ağqoyunlu hökmdarı gürcü knyazlarından 16 nün dukat bac alaraq sərkərdə Xəlil bəy Bəktaşini Tiflisə
canişin təyin etdi və Təbrizə qayıtdı.
Uzun Həsən Gürcüstan səfəri zamanı hərbi qüvvələrin mühüm bir qismini Misir sultanlığına qarşı
göndərmişdi. Ağqoyunlular 1477-ci ildə Amid və Urfa (döyüşlərində) yaxınlığında məmlüklər üzərində parlaq
qələbə çaldılar, Urfa Ağqoyunluların əlinə keçdi.
Uzun Həsənin ölümündən sonra, Yaqub Mirzənin dövründə (1478—1490) Ağqoyunlu ordusu
Süleyman bəy Bican oğlunun başçılığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid
(1482-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanları nəinki Cənubi Qafqazı heç
65
Azərbaycanı işğal edə bilmədilər.
Yaqub Mirzə Uzun Həsənin siyasətini davam etdirərək Şirvanla dostluq əlaqələrini saxlayırdı.
Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək bu əlaqələri daha da möhkəmləndirdi. Lakin atasının Səfəvilərin
Ərdəbil hakimiyyətinə olan müsbət meylini qoruyub saxlamadı. Çünki getdikcə qüvvətlənən bu hakimliyi o özü
üçün təhlükə hesab edirdi. Ona görə də Ərdəbil hakimliyi ilə də Ağqoyunlular arasında ziddiyyət başlamış və
bu çox tezliklə hərbi-siyasi qarşıdurmanı şərtləndirmişdi.
Ağqoyunlu dövlətinin qüdrəti və nüfuzu nəinki Avropa dövlətlərini, habelə Şərqdə Teymurilərin və
Misir Sultanlarının, Şimalda Rusiyanın diqqətini cəlb edirdi. Rus çarı III İvan Qızıl Ordaya qarşı mübarizə
aparmaq üçün Ağqoyunlularla ittifaq bağlamağa çalışırdı. Mənbələrdə III İvanın Ağqoyunlu dövlətinə
göndərdiyi 200 nəfərlik elçilik, Uzun Həsənin Polşa kralına göndərdiyi üç məktub haqqında maraqlı
məlumatları qoruyub saxlamaqdadır. Bütün bunlar qısa, lakin keşməkeşli tarix yaşamış Ağqoyunlu dövlətinin
beynəlxalq əlaqələrinin konturlarını müəyyənləşdirməyə imkan verir.
Mövzuya dair suallar
1.
Ağqoyunlu dövlətinin meydana gəldiyi
tarixi şəraitin səciyyəsi
2.
Ağqoyunluların Qaraqoyunlulara, Teymurilərə və Osmanlı Türkiyəsinə qarşı hərbi-siyasi mübarizəsi.
3.
Uzun Həsənin xarici siyasəti və Avropa diplomatiyası
4.
Uzun Həsənin antitürk koalisiyasının yaradılması uğrunda mübarizəsi.
5.
Ağqoyunlu-Rusiya münasibətləri
6.
Ağqoyunlu-Türkiyə müharibələrinin Yaxın Şərqdə siyasi vəziyyətə təsiri
7.
Avropa diplomatiyasının iki türk dövləti arasında düşmənçiliyin dərinləşdirilməsində rolu
8.
Ağqoyunlu dövlətinin dünya siyasətində yeri
Ədəbiyyat
1.
Azərbaycan tarixi. III cild, B., 1999
2.
Beynəlxalq münasibətlər tarixi fənninin proqramı (bakalavr pilləsi üçün) B., Şirvannəşr, 2005
3.
Əfəndiyev O. Azərbaycan Səfəvi dövləti. B., 1993
4.
İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. B., 1958
5.
Mahmudlu J. Azərbaycan diplomatiyası. B., 1996
6.
Məmmədov C. Azərbaycan tarixi. Dərslik. B., 2004
7.
Европа в средние века: экономика, политика, культура. Сб. статией. М., 1972
8.
История Византии, т.III, М., 1983
9.
Османская империя: могущество и гибель. Исторические очерки. М., Наука, 1990
10.
Очерки истории Турции. М., 1983
11.
Путещественники об Азербайджане. Вып. 1. Б., 1961
XI Mövzu
Son orta əsrlər və yeni dövrün əvvəllərində beynəlxalq münasibətlər
Məlum olduğu kimi, XIV-XVI
yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal
dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdə İngiltərə hələ ancaq adalardan ibarət olub,
3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir.
Son dərəcə böyük əraziyə və əhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək
imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa
və İspaniya sayıla bilər.
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin
müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən
dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii
ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu
proses burjua istehsalını şərtləndirdi.
Tədqiqatçılardan Tarle qeyd edirdi ki, Avropanın beynəlxalq münasibətlərdə dominantlıq
etməsi öz
başlanğıcını coğrafi kəşflər nəticəsində yaranmış dünya ticarətindən götürür. Kapitalist istehsalı üsulunun ən
qədim vətəni İtaliya hesab edilir. İlk burjua millətçilərinin vətəni də buradır. Burjua istehsalı nəticəsində tarixi
vətən anlayışı və onun qorunması leksikona daxil olur. Dövlətlərin ticarət marağı meydana gəlir. Dəniz
yollarının açılmasının digər nəticəsi dünya müstəmləkə sisteminin yaranması oldu. Lakin müstəmləkə
siyasətində İngiltərə Portuqaliya, İspaniya və Fransadan sonra sonuncu yerdə gəlirdi.
XIV-XV əsrlərdə Portuqaliyanın tədricən Afrikanın qərb sahilləri boyu apardığı ekspedisiyalar artıq
XVI əsrin ortaları üçün Portuqaliya mülklərinin Yaponiyanın sahillərinə qədər yayılmasına gətirib çıxardı.