A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə47/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   43   44   45   46   47   48   49   50   ...   61
id55880

Mir Möhsün Nəvvabın 
(1833-1919) həyat və yaradıcılığı Qarabağ 
xanlığının mərkəzi sayılan Şuşa şəhərində keçmişdir. Məlumatlara görə o vaxtlar 
Şuşa şəhəri mədəniyyət və incəsənətimizin ən görkəmli mərkəzlərindən sayılırdı. 
Burada görkəmli şairlər, musiqişünaslar, rəssamlar, zərgərlər, bədii tikmə ilə 
məşğul olan ustalar və b. yaşayaraq yüksək səviyyəli sənət əsərləri yaratmışlar. Bu 
əsərlərin çoxu hazırda dünya muzeylərinin yaraşığına çevrilmişdir. 
Şuşada yaşayıb yaradan sənətkarların ən maraqlı xüsusiyyətlərindən biri 
ondan ibarət idi ki, onların əksəriyyəti bir sənəti yox, bir neçəsini mükəmməl 
bilirdilər. Buna ən gözəl nümunə Mir Möhsün Nəvvabdır. 
Araşdırmalar göstərir ki, Nəvvab hərtərəfli biliyə və çoxcəhətli 
yaradıcılığa malik ziyalı sənətkar idi. Xəttat və rəssam, şair və musiqişünas 
Nəvvab, ornamental divar rəsmləri də çəkmiş, gözəl xətlə yazdığı əlyazma nüsxə-
lərinin və şəxsi mətbəəsində litoqrafiya üsulu ilə çap etdiyi kitabların illüstrasiyalarını 
vermiş, gül və quş təsvirləri, portretlər yaratmışdır. Nəvvab bundan əlavə klassik 
Şərq musiqisi haqqında "Vüzuhül-ərqəm", "Ədəbiyyata aid", "Təzkireyi-Nəvvab" 
və s. elmi və ədəbi-bədii əsərlərin də müəllifidir. 
Nəvvabın rəssamlıq sənəti sahəsindəki də fəaliyyəti çox geniş olmuşdur. O, 
monumental divar boyakarlığı, kitab tərtibatı, portret janrı və hətta dekorativ-tətbiqi 
sənət sahəsində də səmərəli çalışmışdır. Nəvvab, M.Q.İrəvanidən fərqli olaraq 
nəinki yaratdığı əsərlərində altda öz imzasını qoymuş, hətta tarix də yazmışdır. 
Onun əsərləri əsas etibarilə Bakıda, Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də 
Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. Bunların 
içərisində də qrafika nümunələri əsas yer tutur. 
Nəvvab ilk növbədə sözün əsil və tam mənasında kitab tərtibatı sahəsində 
istedadlı sənətkar olmuşdur. O, əsərlərini öz dəst-xətti ilə yazar, bədii tərtibatını 
verər, özünün kiçik çapxanasında daşbasma üsulu ilə onları çap edər, cildləyib kitab 


207 
şəklinə salardı. Bir çox hallarda illüstrasiyaları da çəkərdi. 
Nəvvabın yaratdığı kitab illüstrasiyaları sırasında ilk növbədə 1864-1865-
ci illərdə yazdığı "Bəhrül həzən" ("Hüznlər dəryası") adlı poetik əsərə çəkdiyi 
şəkilləri qeyd etmək olar. Əsər hazırda Azərbaycan Elmlər Akademiyasının 
Əlyazmaları İnstitutunda saxlanılır. 
Beş ayrı-ayrı kompozisiyada verilmiş bu illüstrasiyalarda vaxtilə Kərbəlada 
baş vermiş müsibətlər, müharibə səhnələri, İmam Hüseyn mücahidlərinin şücaətləri 
və s. təsvir olunmuşdur. Bu illüstrasiyalar öz üslub xüsusiyyətlərinə görə klassik 
miniatür boyakarlığından daha çox Şəki xan sarayının müharibə və ov səhnələrini 
təsvir edən frizləri xatırladır. Nəvvabın bu əsərləri klassik miniatür sənətindən 
realist təsvir metoduna keçidi öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb edir. 
Nəvvabın geniş mövzuya həsr edilən orijinal kompozisiyalı iki çoxfiqurlu 
əsəri də vardır. Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan bu 
əsərlər, üzərindəki tarixə görə, 1873-cü ildə Şuşada yaradılıb və "Şuşa şəhərində 
Aşura" adlanır. Burada müəllif məhərrəm ayında Aşura günündə Şuşada keçirilən dini 
ayinləri; şəbih, baş yarmaq, zəncir vurmaq və s. səhnələri maraqlı bir şəkildə təsvir 
edə bilmişdir. 
Əsərlərin kompozisiya quruluşlarında, orada verilən ayrı süjetlərdə fərqin 
olmasına baxmayaraq bu iki şəklə biri o birisinin davamı kimi baxılır. Tutqun, boz 
rənglər vəhdətində işlənmiş bu əsərlərin hər birində yüzə yaxın insan və bir neçə at 
fiquru vardır. Onların müxtəlif şəkillərdə duruşu, hərəkəti və s. rəssamın dərin 
müşahidəçi olduğunu göstərir. 
M.Nəvvab kitab illüstrasiyası və müxtəlif tipli qrafik rəsmlərlə yanaşı, öz 
yaradıcılığında portret janrına da müraciət etmişdir. Rəssamın 1902-ci ildə çəkdiyi 
"Teymurun portreti" adlı əsəri buna misal ola bilər. Azərbaycan Dövlət İncəsənət 
Muzeyində saxlanılan bu əsərdə XIV yüzillikdə yaşamış Orta Asiyanın görkəmli 
dövlət xadimi və sərkərdəsi Əmir Teymurun portreti verilmişdir. Qeyd etmək 
lazımdır ki, Azərbaycan incəsənətində bu şəxsiyyətin obrazı ilə biz tez-tez 
rastlaşırıq. Ona hətta xalı və tikmə sənəti üzərində də təsadüf edilir. 
Nəvvabın açıq-qəhvəyi, çəhrayı rənglərlə və qara tuşla ağ kağız üzərində 
çəkdiyi bu portretdə başına daş-qaşlı tac qoyub əyninə qiymətli libas geymiş bir 
şəxs təsvir olunmuşdur. Fərdi xüsusiyyət və psixoloji səciyyəsi olmadığından bu 
portret konkret bir şəxsin yox, naməlum şahın surəti kimi qəbul olunur. Professionallıq 
baxımından portretdə bəzi rəsm xətaları vardır. 
M.M.Nəvvabın öz müşahidələri əsasında canlı həyatdan götürüb çəkdiyi əsərlər 
xüsusi maraq doğurur. Bu baxımdan rəssamın 1872-ci ildə çəkdiyi "Quşlar" adlı əsəri 
xüsusilə əhəmiyyətlidir. Kompozisiyada ağac şaxəsində oturmuş iki quş təsvir 
olunmuşdur. Ağacın kağız səthindən ayrılan həcmli təsviri, şaxənin üstündə oturan 
quşların, xüsusən böcəyi tutmaq üçün şığımaqda olan quşun təsviri realistik ifadəliyi 
ilə fərqlənir. Şuşa şəhərində anadan olmuş görkəmli şairə, rəssam, bədii tikmə ustası 
Xurşidbanu Natəvanın da M.M.Nəvvab kimi yaradıcılığı bu şəhərlə möhkəm bağlı 
olmuşdur. 


208 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə