DEKORATIV SƏNƏTLƏR
Araşdırmalar göstərir ki, bu dövrdə Azərbaycan şəhərlərindəki sənətkarların
əksəriyyəti əsnaf və ya həmkar adlanan müəyyən sex təşkilatının ətrafında
birləşmişdi. Lakin bu sex birləşmələri bir çox Yaxın Şərq ölkələrində olduğu kimi
(Qərbi Avropa sex birləşmələrindən fərqli olaraq), şəhər həyatında həlledici rol
oynamırdı.
Əsnaflar
zəif
təşkilat
olaraq
"ölkənin
həyatına heç bir əhəmiyyətli
təsir göstərə bilmirdi".
Sex
başçılarının
hüquqları sex təşkilatının
hüquqlarından
kənara
çıxmırdı. Sex təşkilatlarının
zəifliyi üzündən, demək olar
ki, şəhərlərin hamısında əsnaf
və ya həmkar üzvləri ilə
yanaşı, fərdi sənətkarlar da
mövcud idi.
Qərbi
Avropa
sexlərində
olduğu
kimi,
əsnaflar da öz birliklərini
nümayiş etdirərək sənətlərə
görə müəyyən küçələrdə və
məhəllələrdə yerləşdirilirdi.
Sənətkarların müəyyən bir yerdə cəmləşməsinə xanların özləri də maraq göstərirdilər.
Məhz buna görə də onlar həvəslə sənətkarların yerləşmələri üçün karvansaralar və
dükanlar tikdirirdilər. Qədim şəhərlərdəki küçələrin adları bunu bir daha sübut edir.
Məsələn, son vaxtlara qədər Şəki, Şuşa, Gəncə və Bakıda zərgərlər,
misgərlər, dulusçular, xarratlar və başqa adlı məhəllələrin olması bunu əyani təsdiq
179
edir.
Mənbələr
göstərir
ki,
şəhərlərdəki sənətkarların bəzilərinin
öz bayraqları da var idi. Hər bayrağın
üzərində həmin sənətkarın gerbi
vurulurdu.
R.Əfəndizadə
Şəki
sənətkarlarından
bəhs
edərkən
əsnafların bayrağını belə təsvir edir:
"Bayraqlar qırmızı mahud üstündə
qullab tikilmiş və güləbətin saçağı və
qotaz ilə bəzənmiş halda hər əsnafın
özünəməxsus idi. Bu xüsusiyyət hər
əsnafın öz hacətlərini andırırdı.
Bunları təkəlduzlar ipək ilə işlərdi".
Azərbaycanda bu dövrdə
ümumi bir mərkəz olmadığından bir
çox xanlıqlarda istehsal olunan parça,
xalça və qeyri sənət nümunələri qonşu ölkələrə satılır və ya özlərinin istifadəsinə
verilirdi. Xanlıqların belə xüsusi çərçivədə, başqa-başqa siyasi və iqtisadi
vəziyyətdə yaşamaları el sənətlərinin, üzdən də olsa, yerli xüsusiyyət daşımalarına
səbəb olmuşdur.
Mənbələr göstərir ki, bu yüzillikdə əhalinin geyimindən (arxalıq, araqçın,
corab və s.) asılı olaraq onun hansı xanlıqdan gəldiyini də asanlıqla təyin etmək
olurdu.
Lakin bu xırdalıqları atsaq, XVIII yüzillikdə hazırlanmış sənət
nümunələrimizin qədimlərdən gələn ümumi irsimizlə nə qədər möhkəm bağlı
olaraq inkişaf etdiyini əyani görə bilərik. Bu ümumilik nəinki düzəldilən əşyanın
forması, bəzəklərinin məzmunu və hətta adlarında belə özünü büruzə verir.
Əvvəlki əsrlərdə olduğu kimi, XVIII yüzillikdə də Azərbaycanda çox geniş
yayılmış sənətlərdən biri xalçaçılıq idi. Mənbələr göstərir ki, Azərbaycan xalçaları
bu əsrdə də bir çox Şərq ölkələri xalçalarından özünün rəngi, davamlılığı, toxunma
texnikası ilə fərqlənirdi. Həmin əsrdə Quba xalçaları daxili və xarici bazarlarda
xüsusilə geniş şöhrət tapmışdı. Mənbələrdə göstərildiyi kimi, XVIII yüzillikdə
"...Quba xalçaları öz naxışlarının müxtəlifliyi və zərif toxunuşu ilə, hətta İran
xalçalarından xeyli fərqlənirdi...".
Əvvəlki dövrlərdə olduğu kimi, XVIII yüzillikdə də Azərbaycan xalçalarına
həm ornamental, həm də süjet xarakterli bəzəklər vurulurdu. Lakin bu dövrdə süjet
xarakterli xalçalarımız ornamental xalçalara nisbətən az olmuş, həm də xeyli kobud
və sxematik bir səpkidə toxunmuşdur.
180
XVIII yüzillikdə Qarabağ, Gəncə, Qazax, Quba, Şamaxı və Bakıda toxunmuş
bir neçə xovlu və xovsuz nadir
xalça hazırda ölkəmizdə, eləcə də
xaricdə bəzi muzey və şəxsi
kolleksiyalarda
saxlanmaqdadır.
Avropa muzeylərində saxlanılan
belə nadir xalçalarımızdan 1800-
cü ildə Bakının Suraxanı və yenə
həmin
ildə
Xilə
kəndində
toxunmuş
xalçaları,
XVIII
yüzillikdə
Qazaxın
Lambalı
kəndində hazırlanmış xalçanı və
s. göstərə bilərik.
1800-cü
il
tarixli
Suraxanı xalçası öz rəngi və
ornament bəzəklərinin zənginliyi
ilə daha çox diqqəti cəlb edir.
147x340 sm ölçüdə olan bu xalça
dörd rombvari kətəbəyə bölünmüş
iri ara sahədən və nazik yeləndən
ibarətdir. Ara sahənin rəngi və
bəzək
quruluşu
xüsusilə
maraqlıdır. Onun qızılı rəngli
yerliyi üzərində kiçik həcmli
stilizə edilmiş çoxlu gül-çiçək
rəsmi, qoç, quş fiqurları təsvir
olunmuşdur.
Ara sahədəki naxışların
təxminən bir ölçüdə və eyni
üslubda
toxunmasına
baxmayaraq, onlar o qədər zərif
və rəngarəngdir ki, indi də insanı
valeh edir. Xalçanın ara sahəsinə
onu enli qurşağadək dörd hissəyə
bölən firuzəyi kətəbələr xüsusi
gözəllik verir.
Əlvanrəngli
rombvari
kətəbələr bütün xalçanın bəzək kompozisiyasını canlandırır, həm də onun müxtəlif
məsafələrdən görünməsinə kömək edir.
Xalçanın ara sahəsinin ornament kompozisiyası memarlıqda istifadə edilən
kaşıları xatırladır.
Xalçanın yeləni də öz ornament motivi və rəngləri ilə diqqəti cəlb edir.
181
Yelən kompozisiya etibarilə üç hissədən: iki nazik yan və enli ara haşiyədən
ibarətdir. Yan haşiyələrdə islimi kompozisiyasını xatırladan sxematik nəbati
ornamentlər verilmişdir. Bu ornament motivləri xalçanın ara sahəsində rast gəlinən
firuzəyi, qızılı-qırmızı, ağ rəngli iplərlə toxunmuşdur.
Ara haşiyənin bəzəkləri daha zəngindir. Burada Quba-Şirvan növlü
xalçalarda tez-tez rast gəlinən "kaşı" adlı mürəkkəb bəzək ünsürü verilmişdir.
Bəzi araşdırıcılar bu tipli haşiyə bəzəklərini kufi yazılarla da
əlaqələndirirlər. Belə xalça haşiyəsinin ən qədim örnəyini biz XV yüzillikdə İtaliya
rəssamı Manteniyanın "Lodoviko Qonzaqanın ailəsi" əsərində təsvir edilmiş Şirvan
xalçasında görürük. Eyni bədii və texnoloji xüsusiyyətlər 1800-cü ildə Bakının Xilə
kəndində toxunmuş xalçada da vardır. Hazırda İtaliyada bir şəxsi kolleksiyada
saxlanılan bu xalça indiyədək Xilə kəndində (Əmirhacıyan) toxunan ənənəvi Xilə
Əfşan adlı xalçaları xatırladır. Burada da Suraxanı xalçasında olduğu kimi, xalça
kompozisiya etibarilə üç hissədən ibarət yelən və enli ara sahədən ibarətdir.
"İslimi" və "kaşı" tipli ornament ünsüründən təşkil edilmiş yelən bütünlüklə Suraxanı
xalçasının yelənini təkrar etsə də, Xilə xalçasının ara sahəsində bir çox orijinal kompo-
zisiyalı ornament motivlərinə rast gəlirik. Bunlardan üz-üzə dayanıb bədii bir xonçanı
təşkil edən dörd ədəd qarmağa-bənzər ornament motivlərini xüsusilə qeyd etmək
lazımdır. Simmetrik bir şəkildə xalçanın ara sahəsini dolduran bu ornament
motivlərini Abşeron xalçaçıları bugünədək sacayağı adlandırırlar.
Araşdırmalar göstərir ki, bu tipli bəzək ünsürü keçmişdə odun, bir sözlə,
müqəddəs ocağın rəmzi sayılmışdır.
XVIII yüzillikdə Qazax rayonunda toxunmuş və hazırda Almaniyada
saxlanılan kiçik bir xalça da öz intensiv rəngli naxışlarının orijinallığı ilə diqqəti cəlb
edir. Haqqında bəhs etdiyimiz xalçanı təsvirdən əvvəl qeyd etməliyik ki, Qazax adı ilə
bir çox ölkəyə yayılmış xalçalarımız təkcə Qazax rayonunda deyil, ondan çox-çox
uzaqlarda, şimalda - Tbilisiyə qədər (Lambalı, Kamallı, Muğanlı, Düzaqram, Qarayazı,
Borçalı, Qacağan və s. kəndlərdə), cənub-qərbdə - Göyçə gölünün sağ sahilinədək
(Polad, Salah, Göyərçin, Çaykənd, Kölkənd, Toğanaq və s. kəndlərdə) geniş bir
ərazidə şöhrət qazanmışdır.
Eni 168 sm, uzunu 235 sm olan bu xalça geniş ara sahə qoşa qoç buynuzu və
rombvari naxışlı yelən ilə bəzədilmişdir.
Xalçanın ara sahəsi xüsusilə bəzəkli və rəngarəngdir. Xalçanın al-qırmızı
yerliyində, ardıcıl olaraq təkrarən rəngli yeddi göy sxematik xonça yerləşdirilmişdir. Öz
konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları dörd müxtəlif tərəfə
ayrılan svastikanı andıran bu rəsmlər elə real səpkidə toxunmuşdur ki, sanki onlar bir
nöqtə ətrafında fırlanaraq daim hərəkət edir.
Araşdırmalar göstərir ki, bu ornament elementinə təkcə Qazax xalçalarında
deyil, Azərbaycanın müxtəlif yerlərində, müxtəlif dövrlərində yaranmış sənət
nümunələri üzərində də rast gəlirik. Onu biz Quba, Bakı, Şamaxı və s. yerlərdə
toxunmuş xalçaların da üzərində görürük.
Azərbaycan dekorativ-tətbiqi sənəti tarixinin demək olar ki, bütün tarixi
182
mərhələlərində bu bəzək həm səma cisimlərinin "şahı" sayılan günəşi, həm də
kainatın dörd əsas varlığını təmsil etmişdir.
Bu bəzək ünsürü çoxdandır ki, dünya alimlərinin diqqətini özünə cəlb
etmişdir. Ona "çarxı fələk", "dördlük",
"svastika" adı da verilmişdir. Azərbaycanda
bu bəzək daha çox dördlük adı ilə yayılmışdır.
Deyildiyinə görə, bu dairəvi qarmaqların biri
odu, biri havanı, biri suyu, axırıncısı isə
torpağı təmsil etmişdir.
Alman
səyyahı
Avqust
fon
Haksthauzen 1830-cu ildə Bakıda olarkən
Suraxanı kəndində belə maraqlı bir hadi-
sənin şahidi olmuşdur: "...Birdən yaxınlıqda
bir şəxsin özünü torpağa basdırdığını gördüm.
Soruşduqda ki, nə üçün bunu edirsən, o belə
cavab verdi: bəşəriyyətin dörd əsas
varlığından biri olan torpağı mən hamısından
üstün tuturam və ona görə də torpağa
girmişəm ki, daim onunla sıx əlaqədə
olum".
Mənbələr göstərir ki, XVIII yüzillikdə Azərbaycanda xovlu xalçalarla
yanaşı, külli miqdarda yüksək keyfiyyətli, həyat və məişətdə geniş istifadə olunan
xovsuz xalça: kilim, palaz, vərni, şəddə, sumax, zilli də istehsal olunurdu.
XVIII yüzillikdə toxunmuş yüksək bədii və texniki xüsusiyyətlərə malik bir
neçə xovsuz xalçamıza da nəzər salaq. Belə nadir xovsuz xalçalar sırasına ən əvvəl
Kiyevdəki Qərb və Şərq İncəsənəti Muzeyində saxlanılan şəddəni, Bakıda
Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilən vərnini və s. daxil edə
bilərik.
XVIII yüzillikdə Qarabağda toxunmuş şəddə öz bəzəkləri ilə diqqəti daha
çox cəlb edir.
Şəddənin bəzəkləri xalçanın eninə üfüqi şəkildə ardıcıl düzülmüş bir neçə
qızıl quşla ova çıxan atlı və bir neçə dəvə fiquru rəsmlərindən ibarətdir. Buradakı
rəsmlər nisbətən statik və sxematik bir səpkidə verilsə də, öz rəngarəngliyi və xalq
sənətinə xas olan şərti dekorativliyi ilə diqqəti cəlb edir. Həmin rəsmlər üslub
xüsusiyyətlərinə görə dövrün daş oymalarında rast gəlinən fiqurları xatırladır.
Oymalarda olduğu kimi, şəddə üzərindəki fiqurların təsvirlərində də ayaqların
yandan, çiyinlərin və başların öndən təsvirinə rast gəlirik.
XVIII yüzillikdə Qarabağda toxunulmuş vərninin kompozisiyası nisbətən
sadə olsa da, ornament motivlərinin orijinallığı ilə diqqəti cəlb edir. Bu xovsuz
xalça enli ara sahə və nazik yeləndən ibarətdir.
Ara sahədə horizontal və vertikal bir tərzdə dörd cərgə, cəmi 16 ədəd qarmaq
formasını andıran böyük naxış motivləri toxunmuşdur. Xalçanın qırmızı yerliyində
183
müxtəlif rəngli iplərlə toxunmuş bu mücərrəd formalı naxışları toxucular əjdaha
adlandırırlar. XVIII yüzillikdə belə bir mücərrəd formaya düşmüş bu rəsmin aydındır
ki, keçmişdə daha real təsviri olmuşdur. Bu rəsmin canlılara aid olmasını rus alimi
A.Bobrinski də qeyd etmişdir.
Hələ 1898-ci ildə A.Bobrinski Qarabağda qazıntı işləri aparan alman dili
müəllimi E.Reslerə məktub yazaraq Qarabağ xalçalarında tez-tez rast gəlinən S
hərfinə bənzər naxışın mənşəyini öyrənməyi
ondan xahiş etmişdir: "...Mən əminəm ki, hazırda
rəmzi mahiyyətli bu bəzək uzaq keçmişdə real
varlığı təmsil etmişdir. Ona görə də biz bunun
əcdadını canlı təbiətdə axtarmalıyıq..."
Bu əsrlərdə Azərbaycan şəhərlərində
toxunan
parçaların
keyfiyyəti
XVI-XVII
yüzilliklərə nisbətən xeyli aşağı səviyyədə olsa
da, onlar ümumdünya bazarlarında hələ də öz
keçmiş dəyərini, nüfuzunu itirməmişdi.
Təbriz, Şamaxı, Gəncə, Şəki, Ordubad
və s. şəhərlər bu sahədə hələ də öz keçmiş
mövqelərini saxlamaqda idi. Bunu o vaxt
Azərbaycanda olmuş xarici ölkə səyyahlarının
gündəliklərindəki məlumatlar da təsdiq edir.
Məsələn, belə məxəzlərin birində
Şamaxıda hələ XVIII yüzillikdə 1500 ipək parça
toxuyan dəzgah işlədiyini, digərində isə Şamaxı yaxınlığında iki kənddə: Basqalda
və Mücidə həm parça toxuyan emalatxanaların, həm də toxucu dəzgahları düzəldən
emalatxanaların olduğunu bildirən faktlara rast gəlirik.
İpəkçilik yerli hakimlərə böyük gəlir verdiyindən onlar daim bu sənətin
inkişafı üçün əllərindən gələni əsirgəmirdilər. Səyyah S.Qmelinin verdiyi məlumata
görə, təkcə Məhəmməd Seyid xan Şamaxıda ipəkçiliyi bərpa etmək üçün Təbriz
şəhərindən 100 nəfərə yaxın usta dəvət etmişdi.
XVIII yüzilliyin sonu, XIX yüzilliyin əvvəllərinə aid olan bir mənbədə
Təbrizdə yüksək keyfiyyətli qənouz parçalar toxunduğu və onların Rusiya və
Gürcüstana ixrac olunduğu bildirilir. Bu mənbələrdə Təbriz ətrafında toxunan bədii
şallardan da ətraflı bəhs edilir. Onların Kirman və Kəşmir şallarından da üstün
olduğu qeyd edilir.
Bütün bunlara baxmayaraq, Təbriz, Şamaxı, Şəki, Gəncə kimi şəhərlərdə
toxunan parçaların keyfiyyəti XVI-XVII yüzilliklərə nisbətən xeyli aşağı səviyyədə
idi. XVIII yüzillikdə toxunan müxtəlif parça növlərinin bəzək ünsürləri artıq
keçmişdəkilərə xas olan incəlik və şairanəliyini itirmişdi.
XVIII yüzillikdən başlayaraq Azərbaycanda toxunan parçalarda Qərbi
Avropa naxışları ünsürlərinə də rast gəlinir. Bu dövrdə müxtəlif məzmuna malik süjetli
parça naxışları bütünlüklə sıradan çıxır, nəbati və həndəsi formalı naxışlarla əvəz
184
olunurdu.
Bu dövrün parçaları üzərində rast gəlinən bəzəklər əsas etibarilə basma və
tikmə üsulu ilə icra edilirdi.
Parçanı basma qəliblərlə bəzəmək Azərbaycanın bir çox yerlərində inkişaf
etmişdi. Bu işdə Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Ordubad ustaları xüsusilə
şöhrət qazanmışdılar.
Parçalara bəzək vurmaq üçün istifadə olunan ornamental taxta qəliblər qoz
və palıd ağaclarından, əsasən bəzəyin forması və ölçüsü ilə əlaqədar olan formada
düzəldilirdi. Belə taxta qəliblərin üzərində böyük ustalıqla oyulmuş nəbati və həndəsi
naxışlara, stilizə edilmiş quş, heyvan, bəzən de insan təsvirlərinə rast gəlirik.
Taxta qəliblər üzərindəki bu rəsmlər elə bədii səpkidə və sənətkarlıqla
oyulmuşdur ki, hətta indi də əməli əhəmiyyətini itirməmişdir. Məsələn, heç də
təsadüfi deyildir ki, Basqalda, Şəkidə, Gəncədə və s. yerlərdə hazırlanan
kəlağayılar bugünədək həmin qədim qəliblərlə bəzədilir. Sənətkarlar parçanı təkcə
taxta qəliblərə basıb naxışlamaqla kifayətlənmir, daha əlvan və rəngarəng
görünməsi üçün onu əlavə rənglərlə boyayırdılar. Parçanı boyayarkən basılmış
naxışların üzəri bulaşmasın deyə, onu mumla örtür və rəngli məhlulun içərisinə
salırdılar. Parça boyanıb qurtardıqdan sonra mum örtüklər götürülür və beləliklə,
parça üzərində rəngbərəng bəzəklər əmələ gəlirdi.
Dövrümüzə qədər qalmış, Azərbaycan sənətkarları tərəfindən XVIII
yüzilliyin sonu, XIX yüzilliyin əvvəllərində hazırlanmış bir neçə bədii qələmkar
parçalar Bakının muzeylərində saxlanmaqdadır.
Usta Hacı Məhəmməd tərəfindən hazırlanmış iki qələmkarnamazlıq
hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şuşa sənətkarları tərəfindən
hazırlanmış bir orijinal köynək isə Nizami adına Azərbaycan Ədəbiyyat Tarixi
Muzeyindədir.
Axırıncı qələmkar parça bizim üçün xüsusilə maraqlıdır. Çünki o, deyildiyinə
görə Pənahxan Cavanşirin geydiyi "Gülləbatmaz" adlı köynəkdir. Başdan-ayağa ərəb
əlifbası ilə ərəb dilində dua və ayələrlə bəzədilmiş bu köynək o dövrün qələmkar
parçaları haqqında çox gözəl təsəvvür verir.
Tikmə sənəti keçmiş əsrlərdə olduğu kimi, bu əsrdədə geyim və məişət əşyalarının
bəzədilməsində geniş istifadə edilirdi.
Bu əsrlərdə yurdumuzda olmuş əcnəbi səyyahların qeydinə görə, Azərbaycanda
elə şəhər və oba yox idi ki, orada bu sənətlə məşğul olan olmasın.
Hələ XIX yüzilliyin ikinci yarısında, yəni xalq sənətimizin geridə qaldığı bir
vaxtda Azərbaycanda olmuş fransız yazıçısı Aleksandr Düma Azərbaycan tikmələrinə valeh
olduğunu qeyd edir: "...Şəkidə mən 24 manata bədii tikməli iki yəhər aldım. Belə yəhəri
Fransada 200 franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə heç bir qiymətə tapmaq
da olmaz..."
Mənbələr göstərir ki, Aleksandr Düma Şəkidə olduğu vaxt burada 20-dən artıq
təkəlduz emalatxanası mövcud idi. Burada həm təkəlduz məmulatları istehsal olunur, həmdə
satılırdı. Hər emalatxanada 5-6 nəfər usta çalışırdı. Bu da təkəlduzluq sənətkarlığının
185
əmtəə xarakterli olmasına sübutdur.
Azərbaycan tikmələrinin bu əsrlərdə belə geniş şöhrəti hər şeydən əvvəl onların
orijinal texniki icrası ilə əlaqədar idi. Bunlardan təkəlduz, saya, güləbətin, pilək, cülmə,
muncuqlu, qurama və oturtma (qondarma) xalq arasında daha çox yayılmışdı. Bu tikmə
növləri içərisində təkcə biri - pilək bu dövrün məhsulu sayıla bilərdi. Qalanları isə ənənəvi
xarakter daşıyaraq, XVIII yüzillikdə inkişaf edib, daha da mürəkkəb bir şəklə
düşmüşdü.
Pilək əsasən böyük və kiçikölçülü taxta və pəncərələr üçün düzəldilmiş pərdələrin
üzərində işlənirdi. Pilək metal parçalarından (dəmir, bürünc, gümüş, qızıl, dairəvi formada
çox nazik kəsilib, xırda düymə kimi müxtəlif rəngli ipək parçalara bənd edilir. Rəngbərəng
effektlər verən bu piləklər bir-birinin yanına düzüldükdə, müxtəlif formalı nəbati və
həndəsi ornamentlər əmələ gətirirdi).
Tədqiqatlar göstərir ki, XVIII yüzillikdə və sonralar tikmələrimizdə istifadə
edilən rənglər təkcə bədii xüsusiyyət kəsb etməmiş, el-oba arasına onlar müxtəlif mənalar
da daşımışdır.
Məsələn, sevgilisinə sarı rəngli tikmələrlə bəzədilmiş yaylıq göndərən gənc aşiq
olduğunu, saralıb-solduğunu bildirmişdir. Yaşıl rəngli tikmə - arzu bildirir. Mavi - ümidli və
şübhəli qaldığına işarə idi.
XVIII yüzillikdə Azərbaycanda müxtəlif metallardan ev avadanlığı, zinət
əşyaları hazırlamaq Təbriz, Şamaxı, Gəncə, Ordubad, Şəki, Şuşa, Quba və Naxçıvanda
xüsusilə geniş şöhrət tapmışdı.
Hazırda Bakı, Moskva, Sankt-Peterburq və eləcə də bir çox xarici ölkə
muzeylərində (xüsusilə Bern Tarix Muzeyində) bu əsrlərdə Azərbaycanda
düzəldilmiş bir çox bədii metal nümunələri saxlanmaqdadır.
Mənbələr göstərir ki, Azərbaycanda XVIII yüzillikdə ən çox misgərlik
sənəti inkişaf etmişdi. Xarici ölkə səyyahları Təbriz, Gəncə, Şəki, Şuşa, Şamaxı,
Bakı şəhərlərində bu əsrlərdə xüsusi misgərlik küçəsi olduğunu və oradamisdən
bəzəkli, orijinal formalı qab-qacaqlar düzəldilməsini qeyd edirlər.
Azərbaycanda bu əsrlərdə elə yerlər var idi ki, nəinki bir-iki küçə, hətta
əhalinin əksəriyyəti misgərlik sənəti ilə məşğul olurdu. Belə mərkəzlərdən biri o
vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc idi.
Lahıcda bu əsrdə külli miqdarda məişət əşyası və ev avadanlıqları (dolça,
satıl, sərnic, aftafa, məcməyi, sərpuş, küyiim və s.) hazırlanırdı. Lahıcda istehsal
olunan məhsullar həm kəmiyyət və həm də keyfiyyət etibarilə o dövrün mərkəzi
şəhərlərində hazırlanan məhsullardan heç də geridə qalmırdı. Belə bir fikir
söylənilir ki, XIX yüzilliyin birinci yarısında rus çar məmurları Şirvan ustalarının
təcrübəsinin İjevsk silah ustalarına öyrədilməsi haqqında təşəbbüs qaldırmışdılar.
Deyildiyinə görə, hələ XIX yüzilliyin ortalarında Lahıcda 1000 nəfərə
qədər şəxs sırf misgərliklə məşğul olurdu. Onlar əsasən Ağalı məhəlləsində
yerləşən 200-ə yaxın mis karxanası və dükanlarda toplaşmışdılar.
Lahıcda düzəldilmiş metal məmulatları içərisində əlimizdə olan sənət
nümunələrindən XVIII yüzilliyə aid bir samovar xüsusilə diqqəti cəlb edir. Burada
186
nisbətən stilizə edilmiş gül, çiçək naxışları ilə yanaşı, heyvan, quş və insan
təsvirləri həkk olunmuşdur. Canlı təsvirlər samovarın gövdəsində enli qurşaq
arasında verilmiş, nəbati və həndəsi naxışlar isə aşağı və yuxarı səthləri
doldurmuşdur. Qurşaq arasında verilmiş fiqurlar xüsusilə maraqlıdır. Burada qol-
qola verib dayanmış uzundonlu üç qız və bir əlində tapança tutmuş uzunbığlı bir
gəncin surəti təsvir edilmişdir. Bundan əlavə, qurşaq arasında başını geri döndərib
iti hərəkətdə qaçan ceyran, qaz fiquru və saçaqlı dairə içərisində qadın sifətini
andıran dairəvi günəş şəkli vardır. Qeyd olunan təsvirlər zərif nəbati naxışlarla
haşiyələnmiş tağlar içərisində verilmişdir. Samovar üzərində həkk edilmiş naxış-
ların əksəriyyətinə biz Azərbaycan el sənətlərinin bir çox növlərində (daş və divar
bəzəkləri, parça, tikmə və s.) rast gəlirik.
Burada xüsusilə haşiyələnmiş tağlar arasında verilən hündür, zərif sərv
ağacları öz bədii üslubu və kompozisiyasına görə bütünlüklə Şəki xan sarayının
divar bəzəklərini xatırladır.
Samovar Lahıc kəndinin sakini misgər usta Nəcəfqulu tərəfindən hicri
1130 (1717)-cu ildə misdən hazırlanmış və bəzədilmişdir. Hündürlüyü 59 sm,
çevrəsi 84 sm, diametri 28 sm olan bu samovar hazırda Lahıc kəndindəki pirdə
saxlanılaraq, ehsan və qeyri-yığıncaqlar vaxtı istifadə edilir.
Respublikamızın incəsənət və tarix muzeylərində müxtəlif elmi
ekspedisiyalar zamanı Lahıcdan alınıb gətirilmiş bir qrup ev avadanlığı
saxlanmaqdadır. Bunlar gözəl məişət əşyaları sayılmaqla bərabər, həm də o dövrdə
Azərbaycanda rəsmin, naxışın nə vəziyyətdə olduğunu bildirən nadir sənət
nümunələrindəndir. Bunların üzərində düz, əkri ("ilan yolu"), sınıq xətlərdən və
onların əmələ gətirdiyi üçbucaq, "paxlavadan" (rombdan) ibarət olan qədim hən-
dəsi naxışlarla yanaşı, tədricən mürəkkəb yarpaq, gül, müxtəlif formalı butalar,
quş, heyvan və insan təsvirlərinə təsadüf edilir. Bu qab-qacaqların bədii
tərtibatında müxtəlif yazı nümunələrindən də məharətlə istifadə edilmişdir. Ərəb
əlifbasının çətin hərfləri Lahıc ustalarının əlində adi ornament elementlərinə
çevrilərək hər hansı qabın bəzəyində istifadə edilmişdir. Bəzəkdən başqa bu yazılar
həm də qiymətli bir tarixi məxəzdilər. Məsələn, Azərbaycan Tarixi Muzeyində
saxlanılan, hicri tarixlə 1263-cü ildə usta Molla Məlik tərəfindən Lahıcda
düzəldilmiş gözəl bir nimçənin üzərində iki misradan ibarət belə bir şeir vardır:
Haqqında yazıram bunu, ey ruzigar.
Mən ölərsəm xəttim qalsın yadigar.
Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan Lahıcda düzəldilmiş
incə naxışlı bir şərbət qabında isə əşyanın hansı ildə, kimin üçün və kim tərəfindən
yaradıldığı qeyd olunmuşdur.
Hazırda bir çox muzeylərdə nümayiş etdirilən bu bədii qab-qacaqlar Lahıc
sənətkarları tərəfindən çox ağır və çətin şəraitdə yaradılırdı. Bunun səbəblərindən
biri Lahıcda xammalın olmaması idi.
187
Lahıca mis Borçalıdan, Gəncədən, Gədəbəy və Allahverdi mis
mədənindən gətirilirdi.
Lahıc qəsəbəsinə mis və dəmirin başqa yerlərdən gətirilməsi haqqında
xalq arasında bir sıra mahnılar oxunur. Onlardan birində belə deyilirdi:
Biz gedirik ikimiz
Dəmir, misdir yükümüz.
Kirdmanla gedə-gedə
Yorğun düşür atımız.
Elə bunun səbəbindən də yerli sənətkarlar yavaş-yavaş mis çıxarılan
yerlərə keçərək elə orada yaşayıb, orada da yaradırdılar.
Mənbələr göstərir ki, Lahıc ustaları ən gözəl işlərini çox vaxt Şamaxıya
gətirib, burada çalışan qravüraçılarla birlikdə başa çatdırırdılar. 1745-ci ildə
Şamaxıda olmuş doktor M.Y.Lerx burada xüsusi qravüraçıların olduğunu və orada
çalışan sənətkarların hazır qab-qacaq üzərində bəzək açmalarını qeyd etmişdir.
XVIII yüzillikdə Şəki şəhəri də metaldan ev avadanlığı, bəzək nümunələri
hazırlamaq işində görkəmli yerlərdən birini tuturdu. Şəki sənətkarları bəzəkli
tökmə manqallar düzəltməkdə xüsusi məharət qazanmışdılar.
Hazırda respublika muzeylərinin bir çoxunda (Bakıda, Gəncədə, Şuşada,
Şəkidə) XVIII-XIX yüzilliklərdə hazırlanmış bu tipli manqalların bir çox
nümunələri saxlanılır. Bu manqalların əksəriyyəti bir-birinə qarmaqla bənd edilmiş
6-8 ədəd tökmə bürünc hissəciklərdən ibarətdir. Bu tökmə hissəciklər üzərində
qabarıq, yarım həcmli səpkidə işlənmiş nəbati və həndəsi ornamentlər, əjdaha və
aslan fiqurları vardır.
Hazırda Şəki Diyarşünaslıq Muzeyində nümayiş etdirilən bürünc manqalın
ən çox maraq doğuran hissəsi bir-birinə ardıcıl olaraq bənd edilmiş bürünc
lövhəciklərdir. Burada nəbati naxışlar arasında simmetrik şəkildə üz-üzə durmuş cüt
aslan fiqurları verilmişdir.
Aslanlar dal ayaqları üstə qalxmış vəziyyətdə göstərilmişdir. Onlar
188
pəncələrini irəli vermiş, başlarını isə geri çevirmişlər. Bu orijinal kompozisiya
aslanların canlı və hərəkətdə görünməsinə xeyli kömək etmişdir.
Belə kompozisiyalı təsviri motivlər XVIII-XIX yüzilliklərin abidəsi
üzərində icra edilsə də, onlara biz uzaq keçmişlərə aid edilən Hun, Səlcuq sənətində də
təsadüf edirik. Xüsusilə, XI-XII yüzilliklərdə Səlcuqların adı ilə bağlı olan bürünc
manqalların, kəmərlərin fraqmentlərində bu səpkidə işlənmiş oxşar kompozisiyalara
tez-tez rast gəlinir.
XVIII-XIX yüzilliklərdən dövrümüzə qədər bir çox zərgərlik sənəti
nümunələri də gəlib çatmışdır. Bu əsrlərdə zərgərlik sənətinin ən inkişaf etmiş
mərkəzləri Təbriz, Bakı, Gəncə, Şuşa və Şəki şəhərləri idi.
1886-cı ildə təkcə Şəkidə 31 zərgərxana vardı. Burada gümüşbəndlik
xüsusilə geniş inkişaf etmişdi. Əsrin ortalarında 41 nəfər gümüşbənd çalışırdı. Usta
Müftəli bəy, Şəkər bəy, Əbdülrəhim Hacı Mahmud oğlu gümüşbəndlik sahəsində
şöhrət qazanmış sənətkarlar idi. Onların hazırladığı gül bilərzik, gümüş belbağı,
xəncər və qılınc qını Şəkinin hüdudlarından çox uzaqlara yayılmışdı.
Bədii metal sənəti sahəsində aparılmış araşdırmalar göstərir ki, XVIII
yüzillikdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri
əsas etibarilə 6 texniki üsulda bəzədilirdi. Bunlar döymə, basma, qarasavad, şəbəkə,
xatəmkarlıq və minaçılıqdır.
Döymə ən qədim üsullardan biridir. Sənətkarlığın başqa texniki üsullarına
nisbətən xeyli sadədir. İti göz və böyük ustalıq tələb edir. Sənətkarlar çəkic və ucu
nazik iti alətlərlə işləyirdilər.
Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını
hündür, naxışlı və yaxud rəsmli qəlib üstünə qoyurlar. Sonra bu qiymətli metal
parçasını hündür. naxışlı və yaxud rəsmli qəlib üstünə qoyurlar. Sonra bu qiymətli metal
parçasının üstündən də elə bu ölçüdə həmin qurğuşun parçasını qoyaraq, taxta çəkiclə
döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Bu
basma üsulu sənətkarlıqda döyməyə nisbətən irəli atılmış bir addım idi. Basmada az
müddətdə daha keyfiyyətli, çox məhsul əldə etmək olurdu. Burada əsas iş bir dəfə
çox diqqətlə yaxşı qəlib düzəltməkdən ibarət idi.
Müxtəlif metallardan düzəldilmiş sənət nümunəsinin basma üsulu ilə
bəzənməsi bununla qurtarmırdı. Sənətkar metalın üzərində yenidən müxtəlif iynə və
bıçaqlarla işləyərək bəzi əlavələr də edirdi. Basma üsulu daha çox kəmər, düymə,
qolbaq və s. şeylərin düzəldilməsində işlədilirdi.
Qarasavad, məlum olduğuna görə əsas etibarilə gümüş üzərində işlənərdi,
çünki gümüş qara yerlikdə (fonda) daha təmiz və ağ xətlər verir.
Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra
onun ətrafı qara məhlulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər,
bilərzik, sinəbənd, çarpaz, vəzn və s.) və silahlar (qılınc, xəncər, tapança, bantqabı
və s.) bəzənərdi. Bu texniki üsul XVIII-XIX yüzilliklərdə xüsusilə Şəki, Zaqatala,
Quba və Şamaxıda inkişaf etmişdi. Bu sahədə XVIII yüzilliyin sonu XIX yüzilliyin
birinci yarısında yaşamış Zaqatala zərgəri Əbdül Həmid və Şəki zərgəri Ömər Nəsir
189
oğlu xüsusilə məşhur olmuşlar.
XVIII-XIX yüzilliklərdə zinət şeylərinin bəzədilməsində istifadə edilən
texniki üsullardan biri də şəbəkə idi.
Şəbəkə zərgərlikdə nazik
dolama simdən düzəldilmiş rəsmə
və yaxud naxışlara deyilir. Şəbəkə
əsasən iki şəkildə olur: birincisi, qızıl
və gümüş tellərlə əşyanın əsasını
təşkil edir, ikincisi isə həmin əşyanın
üzərini bəzəyir. Zərif şəbəkəli
əşyaların bədii keyfiyyəti texniki
əməliyyatın xüsusi səylə icra
edilməsindən asılıdır. Əməliyyatın
ilk mərhələsində nazik metal
vərəqələr tellərə çevrilir, sonra bu
məf-tillər
ustanın
özünün
hazırladığı
polad
həddədək
incəldilir ki, nəticədə olduqca zərif
və yaraşıqlı bəzək və ornamentlər
alınır.
Şəbəkə üsulu ən çox
Təbriz, Bakı, Şuşa, Şəki və
Naxçıvanda inkişaf etmişdir. Bu
sahədə XVIII yüzillikdə yaşamış Şəki zərgəri Teymur Nəbi oğlu, XIX yüzillikdə yaşamış
Bakı zərgəri Mir Dadaş və Şuşa zərgəri Torlamaçı Əliş kişi şöhrət qazanmışlar.
Xatəmkarlıq Azərbaycanda zərgərlik sənəti sahəsində böyük irsə malikdir.
Xəncər, qılınc, müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəmək üçün istənilən
çeşni əsasında həmin cismi üzdən azacıq deşir, sonra bu dəliklər qızıl, gümüş və s.
rəngli metal mıxlarla doldurulur. Bütün bu proses qurtardıqdan sonra cismin üstü
hamarlanır və elə bil gözəl bir mozaikanı andırır. Xatəmkarlığın ən çətin və maraqlı
sahələrindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdi.
Bu, sənətkardan böyük zövq və ustalıq tələb edir. Azərbaycan sənətkarları bu sahədə
də böyük məharət göstərmişlər.
Minaçılıq Azərbaycan zərgərlik sənətini yüksəklərə qaldıran sahələrdən
biri idi. Minaçılığın ən çətin və maraqlı sahələrindən biri pərdəli minadır. Əldə
edilən materiallardan görünür ki, Azərbaycanda ən çox pərdəli mina işləri Təbrizdə,
Naxçıvanda və Bakıda olmuşdur. Tarixdən məlumdur ki, yüksək keyfiyyətli Bakı
pərdəli minaları hələ XVIII yüzillikdə dünya bazarlarında aparıcı yer tutmuşdu. Əbəs
deyildir ki, indiyə qədər xalq arasında hələ XIX yüzillikdə yaşamış məşhur Bakı
minaçılarından Məşədi Əbüləziz, usta Aslan, Molla Fərəc kimi sənətkarların adları
unudulmur. Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın rəngli mina mayesi
(şiri) ilə doldurmaqdan ibarətdir. Bundan ötrü qızıl, gümüş və qeyri-metal parçası
190
üzərində lazım olan (quş, heyvan, bitki və s.) rəsmli naxışlı qəlibi basma üsulu ilə ona
keçirdikdən sonra burada əmələ gələn boşluqları mina mayesi ilə doldururlar.
Azərbaycan minaçılığında ən çox işlədilən rənglər açıq-çəhrayı, yaşıl, göy,
firuzəyi, qara və qırmızı olmuşdur. Yaşılla, əsasən yarpaq və budaqlar örtülmüş,
firuzəyi və göy rənglərlə
nəbati rəsmlərdən ibarət
naxışların bəzi ara sahə
yerlikləri, qırmızı rənglə
adətən ləçəkləri, çəhrayı
rəngdə
olan
güllərin
ləçək dibləri işlənmişdir.
Bu
cəhətdən
minaçılıq sənəti başqa
sənətlərə nisbətən daha
çox
kaşıçılıq
sənətini
xatırladır. Digər ölkələrin
minaçılarına
nisbətən
Azərbaycan minaçılarının
əsərləri daha çox şöhrət
qazanmışdı, çünki onların
əsərlərində
qarışıq,
bulanıq rəng olmazdı. Onların, rəsmin boşluqlarına tökdükləri hər rəngin öz
xüsusiyyəti olduğundan, bu rənglər qızıl və s. tel pərdələri ilə bir-birindən ayrılır.
Azərbaycan minalarının belə rəngarəng olması, bu rənglərin bir-birilə ahəngdarlığı
insanı valeh edir.
XVIII yüzillikdə Azərbaycanda daş üzərində ən zərif oyma işlərinə biz
məzar daşlarında rast gəlirik. Hazırda Abşeron, Şamaxı, Quba, Şəki, Ağdam,
Gəncə, Qazax, Tovuz və s. yerlərdə bədii xüsusiyyət daşıyan bir çox məzar daşları
vardır. Bu əsrlərdə məzar daşlarının bəzəkləri bir çox hallarda ənənəvi xarakter
daşısa da, onların tərtibatında çoxlu yeniliklər də özünü büruzə verməyə başlayırdı.
Məzar daşlarının tərtibatında müxtəlif növlü ornament ünsürlərindən, oyma
ilə yanaşı boyadan və qeyri-qiymətli daşlardan (mərmər, qranit və s.) geniş istifadə
edilməsi bu əsrin üslub xüsusiyyətlərindən biri idi. Bu əsr məzar daşlarının bəzəkləri
içərisində ən çox yayılanları fərdi xarakter daşıyan rəsmlərdir. Bunlardan kişi məzar
daşlarında xəncər, qılınc, tapança, tüfəng, at rəsmini, qadın məzar daşlarında isə
güzgü, daraq, iynə-sap və s. məişət əşyalarından olan rəsmləri göstərmək olar. Bu
əsrlərin məzar daşı bəzəklərində süjet xarakterli kompozisiyalara artıq rast
gəlinmir.
Arabir Quba, Gəncə, Tovuz, Qazax, Lənkəran rayonundakı məzar daşları
üzərində rast gəlinən insan fiqurları isə heç bir mövzu ilə bağlı olmadığı üçün sırf
individual xarakter daşıyırdı.
XVIII yüzilliyin məzar daşları bəzəklərinin əsas xarakterik xüsusiyyəti onun
191
bədii tərtibatında müxtəlif növlü ornamentlərdən istifadə edilməsidir. Bir abidədə
onun məzmunundan asılı olmayaraq, həndəsi, nəbati ornamentlərlə yanaşı, insan,
heyvan, quş fiquru, müxtəlif məişət əşyaları və s. bəzəklərə rast gəlinir.
Quba şəhər qəbiristanlığında olan 1799-cu il tarixli məzar daşı qeyd
etdiyimizi əyani bir şəkildə təsdiq edir.
Bozdaşdan yonulmuş bu hündür məzar daşı üzərində biz zərif oyulmuş bir
qrup ornament ünsürlərinə rast gəlirik. Məzar daşının üzəri kompozisiya etibarilə beş
ayrı-ayrı çərçivələrlə bölünmüşdür. Aşağıda yerləşdirilmiş ən böyük çərçivədə qəşəng
bir tağ arasında qanadlarını gərmiş qartal fiquru oyulmuşdur. Qartalın hündür ağac
üstündə başını sol tərəfə əyərək təsvir edilməsi kompozisiyanı xeyli canlandırmış,
ona dinamik bir hərəkət vermişdir. Bu medalyondan yuxarı, üç çərçivə içərisində
"şəbəkə" kompozisiyasını xatırladan beş, səkkizbucaqlı ulduz, dairə, üçbucaq və s.
həndəsi naxışlar yerləşdirilmişdir. Bəhs etdiyimiz məzar daşı vertikalformalı
çərçivə və onun içərisində verilmiş zərif gül-çiçək rəsmləri ilə bitir. Bu qəbirdaşının
bəzəklərinin ümumi kompozisiyası ayrı-ayrı ornament ünsürləri və eləcə də texniki
icrası onun Abşeron oyma işlərinə yaxın olduğunu göstərir.
Bu əsrlərdə başqa sənət nümunələrində gözəçarpan lokal xüsusiyyətlər
qəbir daşları bəzəklərində də görünməkdə idi. Bu yerli xüsusiyyətlər, ilk növbədə,
yerin iqlimindən, düzəldilən materialın keyfiyyətindən və bədii ənənəsindən irəli
gəlirdi. Bu cəhətdən həmin dövrdə Şamaxı, Şəki, Qax, Qazax, Tovuz, Gəncə,
Ağdamda rast gəlinən məzar daşları öz forma və bədii tərtibatına görə, üzdən də
olsa, müstəqil xüsusiyyət daşıyır. Bu tipli məzar daşlarının bəzilərini nəzərdən
keçirək. Şəki rayonunda qalan ən orijinal məzar daşları Xan məscidi həyətində
yerləşmişdir. Bu məzar daşları çaylaqlarda təsadüf edilən sərt bozdaşdan yonulmuş,
səthi oyulmuş gül-çiçək və yazılarla bəzədilmişdir.
Şəki məzar daşlarının ən gözəl xüsusiyyətlərini özündə əks etdirən bu
kompleks məzar daşları çox böyük deyildir. Təpəsi tağ formasında kəsilmiş bu vertikal
məzar daşlarının hündürlüyü 1-1,5 m-ə qədərdir.
İqlim ilə əlaqədar olaraq, yağış və seldən qorunmaq üçün bu daşlar ətraf və
arxadan kərpiclə hörülmüşdür. Bəzəklər də buna müvafiq olaraq abidənin bir
tərəfində, yəni önündə yerləşdirilmişdir.
Şəki Xan məscidi həyətində yerləşən məzar daşları içərisində hicri 1215
(1801)-ci il Əbdül Kilidaqiyə həsr edilmiş abidə xüsusilə diqqəti cəlb edir.
Haqqında bəhs etdiyimiz məzardaşının bəzəkləri nəbatat aləmindən
götürülmüş naxışlar, nəsx xətli yazı abidənin formasına müvafiq bir şəkildə
oyulmuşdur. Daşın bəzəkləri kompozisiya etibarilə iki hissəyə bölünmüşdür.
Aşağıda, düzbucaq hissəsində horizontal sətirlərlə yazı, yuxarıda isə simmetrik
quruluşlu oraament verilmişdir. Yazıların nəbati ornamentəoxşar nəsx xəttilə
yazılması onun ornamentlə bir vəhdət yaratmasına kömək etmişdir.
Məzar daşının yuxarı hissəsi bütünlüklə gül-çiçək, yarpaq və şaxə
rəsmlərindən təşkil edilmiş naxışlarla örtülmüşdür. Bu oyma naxışlar yeknəsəq
görünməsin deyə, sənətkar böyük ustalıqla arabir qırmızı, göy, yaşıl, sarı rəngdən
192
də istifadə etmişdir.
Sənət tariximizin tədqiqatçıları haqlı olaraq bu məzar daşlarını düzəldən
ustaların yaradıcılığına Şəkinin XVIII-XIX yüzilliklər memarlığında geniş yayılmış
divar rəsminin təsiri olduğunu göstərirlər. Bunu biz nəinki onların istifadə etdikləri
ornament motivlərində, kompozisiyalarda, hətta iş üsulunda da açıq-aydın görə
bilərik.
Haqqında bəhs etdiyimiz Şəki məzar daşları üzdən qrafik bir səpkidə, həm
də səthi (dərinliyi 1-1,5 mm) oyulmağına baxmayaraq, müxtəlif məsafələrdən bədii və
aydın görünə bilir. Daşların bədii tərtibatında arabir istifadə olunan boyalar bu
ornamentə xüsusilə böyük yaraşıq verir.
Şəki xanlarına və onların nəsillərinə aid bu daşlar öz üzərindəki kitabələri
ilə də diqqəti cəlb edir. Burada Qurandan götürülmüş ayə və duadan başqa vəfat
edən şəxsin tərcümeyi-halına və hətta xarakterini göstərən sözlərə də rast gəlirik.
Məsələn, Şəki xanı Hüseyn xanın oğlu Fətəli xanın başdaşında biz belə bir
cümləyə rast gəlirik: "Bizim səhvlərimizdən keç və günahlarımızı bağışla. Sən
doğrudan da böyük günahları bağışlayansan, ey Allah, mənim ehtiyacım sənədir və
canım sənin əlindədir. Başqasından üz çevirib, sənə doğru döndük, mənim arxalana
biləcək heç bir yaxşı işim yoxdur, sənə ümid bağlayaraq təvəkkül edirəm. Ey
mənim Allahım, cənnət əhli deyiləm, cəhənnəm oduna da tabım yoxdur".
Şəki daş oymalarının
maraqlı cəhəti təkcə onun
bəzəyi və ya kitabələrinin
məzmununda deyil, bir də
ondadır
ki,
bunların
əksəriyyətində
biz
onu
düzəldən ustanın adına rast
gəlirik.
Daşlar
üzərində
xüsusilə usta Şirinin adına
tez-tez təsadüf edilir.
Şəki, Qax, Qazax,
Gədəbəy və s. yerlərdə rast
gəlinən
məzar
daşları
bəzəklərinin səthi yonulması,
ilk növbədə, bu dağətəyi
rayonlarda
yumşaq, asan
yonunan daşların olmamasından irəli gəlirdi.
Elə buna görə də bu yerlərdə məzar daşlarının daha bədii görünməsi üçün
sənətkarlar boya və qiymətli daşların (mərmər, qranit və s.) kombinasiyasından geniş
istifadə edirdilər.
Bu barədə Qazax rayonunun Birinci Şıxlı, Daş Salahlı, Poylu və Dağ
Kəsəmən kəndlərində rast gəlinən məzar daşları xüsusilə diqqəti cəlb edir.
Bu məzar daşlarının tərtibatında xalq ustaları boya ilə birlikdə mərmər
193
hissələrindən də geniş istifadə etmişlər. Bəzəkli mərmər hissələri, adətən bu daşların
yuxarı hissələrində səliqə ilə oyulmuş geniş çərçivələrdə yerləşdirilirdi. Əsas etibarilə
qırmızı tufdan yonulmuş Qazax rayonunun məzar daşları öz monumentallığı və
ornament motivlərinin orijinallığı ilə diqqəti cəlb edir. Stella formasında olan Qazax
məzar daşlarının hündürlüyü bəzi kəndlərdə 4 metrə çatır.
Başqa yerlərin məzar daşlarına nisbətən Qazax rayonunun məzar daşlarının
bəzəklərinin əksəriyyətini emblem və rəmzi mahiyyətli ornament ünsürləri təşkil
edir. Bunlardan zolaqlı dairəni, üz-üzə durmuş iki və ya dörd qoç buynuzunu,
qarmağabənzər ornament elementini və s. göstərmək olar.
Bundan əlavə, bu ərazinin məzar daşlarının bəzəkləri arasında at, maral;
məişət əşyalarından gülabdan, xəncər, qılınc, tüfəng, tapança, patrondaş və s.
predmetlərin də təsvirinə rast gəlinir.
El
ustaları
XVIII
yüzillikdə də əvvəlki dövrlərin
dini etiqadları ilə bağlı olaraq
daşdan at və qoç fiqurları yonub
düzəldirdilər.
Bu
əsrlərdə
düzəldilmiş ən orijinal qoç fiquruna
biz hazırda Gədəbəy rayonunun
Kiçik Qara Murad kəndində, at
fiquruna isə Tovuz rayonunun
Ağdam kəndi qəbiristanlığının Al-
Dədə piri yanında rast gəlirik.
Mahir sənətkar əli ilə daşdan
yonulmuş bu at fiquru bizim üçün
xüsusilə qiymətlidir, çünki onun
üzərində onu yaradan sənətkarın -
Usta Hüseynin adı yazılmışdır.
Gəc üzərində oyma üsulu
ilə bəzək açmaq XVIII-XIX yüzilliklərin birinci yarısında da geniş yayılmış
sənətlərdən sayılırdı. Bunlardan Şəkidə Şəkixanovların ev və sarayında istifadə edilmiş
oyma işlərini, Gəncədə "Günbəzli ev" yaşayış binasının daxili bəzəyində tətbiq
olunmuş gəc oymalı bəzəkləri və s. qeyd etmək olar.
Son vaxtlarda yaradılmış gəc oymalı işlərin sayı əvvəlki dövrlərə nisbətən
xeyli çox olsa da, bunlar öz bədii xüsusiyyətləri cəhətdən keçmişin gəc oymalarından
zəifdir.
Bu zəiflik bəzədilən gəc əşyasının və ya səthinin çox quru və səthi bir
üsulda icra edilməsində və tətbiq olunan ornamentlərin eklektik bir şəkildə ifasında
özünü büruzə verir.
Nəzərdən keçirdiyimiz oyma işləri göstərir ki, XVIII yüzillikdə dövrün
üslub xüsusiyyətlərindən irəli gələrək düzəldilən abidələrin bəzəkləri əvvəlki
dövrlərə nisbətən səthi və eklektik bir səpkidə icra olunurdusa da, onların ornament
194
motivləri və xüsusilə kompozisiya quruluşu hələ də keçmiş ənənələrə sadiq qalırdı.
Min il və ondan da artıq dövr ərzində yurdumuzda yaranmış ornament motivi və
kompozisiya üslublarına biz bu əsrlərin sənət nümunələrində rast gəlirik.
XVIII yüzillikdə əvvəlki dövrlərdə olduğu kimi, taxtadan düzəldilmiş məişət
əşyaları, musiqi alətləri və xalq memarlıq abidələri hissələri ayrı-ayrı ornament
motivləri ilə bəzədilirdi. Bəzəklər taxta məmulatları üzərində keçmişdə olduğu kimi,
üç texnoloji üsulda icra edilirdi. Bunlar oyma, şəbəkə və xatəmkarlıqdır. Taxtadan
düzəldilmiş əşyaların bəzəmə üsulları içərisində ən geniş yayılmışı oyma idi.
Ən gözəl oyma işlərinə biz bu vaxt memarlıqda geniş istifadə edilən taxta
sütunlarda, məhəccər, pəncərə, qapı və bir qrup məişət əşyalarının (təhnə, cəhrə,
tabaq, qəlib, qaşıq və s.) üzərində rast gəlirik.
Memarlıqda ən maraqlı oyma işləri qapı üzərində icra edilirdi. Bir qayda
olaraq ənənəvi kompozisiyalar əsasında qurulmuş bu oyma işlərinin ən geniş
yayılanı hər tərəfi üç pannoya bölünərək bəzədilmiş qapılardı.
Bu səpkidə bəzədilmiş qapılann ən gözəl nümunələrinə Şəki xan
sarayında, İrəvanda Azərbaycan sənətkarları tərəfindən tikilib bəzədilmiş
Hüseynqulu xanın sarayında və digər abidələrdə rast gəlirik.
Oyma üsulu ilə bəzədilmiş bu qapılarda biz nəbati, həndəsi naxışlarla
yanaşı, müxtəlif yazılar və hətta rəmzi mahiyyət daşıyan rəsmlərə də rast gəlirik.
Azərbaycanda taxta üzərində həkk edilmiş bədii oyma işlərinə bu əsrlərdə
məişət əşyalarında da tez-tez təsadüf edilir. Hazırda Azərbaycan Dövlət İncəsənət
Muzeyində, Azərbaycan Elmlər Akademiyasının Tarix və Nizami muzeylərində
belə işlərin bir çox gözəl nümunələri saxlanmaqdadır. Bunlardan parça üzərini
bəzəyən basma taxta qəlibləri, şərbət qaşıqlarını, mücrü və başqa sənət nümunə-
lərini göstərmək olar.
Bu əsrlərdə Azərbaycanda oyma sənətinin ikinci bir üsulu da inkişaf
etmişdi. Bu üsulda bəzəklər taxtanın hər iki üzündə aparılırdı.
İkiüzlü oyma işləri nümunələrinə hazırda Azərbaycan Dövlət İncəsənət
Muzeyində saxlanılan bir qrup bədii taxta qaşıqları nümunə göstərmək olar.
Taxta qaşıqlar üzərində ikiüzlü oyma işləri əsasən dəstəkdə icra edilirdi.
Məzmun etibarilə bu bəzəklər çox müxtəlifdir. Burada üz-üzə dayanmış iki bülbül
təsvirinə, nəbati və həndəsi ornamentlərə, qaşığın kimə aid olduğunu bildirən
yazılara və xüsusən "nuş olsun", "afiyət olsun" sözlərinə rast gəlinir. Taxta qaşıqlar
içərisində oyulmuş bəzəklərdən ən geniş yayılanı buta rəsmidir.
Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan taxta qaşıqların
əksəriyyəti bu rəsmlə bəzədilmişdir. Həmin qaşıqlardakı bəzəklərin xarakterik
cəhətlərdən biri də ondadır ki, sənətkar böyük ustalıqla oymanın iki üsulundan da
istifadə etmişdir.
XVIII yüzillikdə şəbəkəçilik sənəti də taxtadan düzəldilmiş məişət
əşyalarının, memarlıq abidələrinin bəzədilməsində geniş istifadə edilirdi.
Bu əsrlərdə şəbəkənin hazırlanması ənənəvi xarakter daşısa da, onun
ornament
motivləri xeyli mürəkkəbləşmişdi. Belə mürəkkəb ornament
195
kompozisiyalardan biri şəmsi idi.
Bu tipli ornamental kompozisiyalı şəbəkə işlərinin ən gözəl nümunələrinə
hazırda Şəkidə Şəkixanovların ev və sarayında rast gəlirik.
XVIII-XIX yüzilliklərin birinci yarısında taxta üzərində bəzəkaçma sənətinin
başqa üsullarından biri olan xatəmkarlıq da inkişaf etmişdi.
Qiymətli metalların bəzədilməsindən fərqli olaraq taxta üzərində
xatəmkarlıq daha zərif və rəngarəngdir. Bu da onunla izah edilir ki, sənətkar üçün
taxta üzərində işləmək metala nisbətən daha asandır. Burada sənətkar metalda
işlədilən qızıl, gümüşdən başqa, qeyri materiallardan, o cümlədən sədəf, fil
sümüyü, kəhrəba, müxtəlif qiymətli daş-qaşlardan və rəngli ağaclardan da istifadə
edə bilir.
Həmin əsrlərdə Azərbaycan sənətkarları tərəfindən bu üsulda bəzənmiş bir
çox tar, kamança, saz, mücrü və sair şeylər bir sıra muzeylərdə nümayiş etdirilir.
Xatəmkarlıq sənəti bu dövrdə xüsusilə Təbriz, Ərdəbil, Naxçıvan və Şuşa
şəhərlərində geniş yayılmışdı.
XVIII yüzillikdə Azərbaycan geyimləri də çox rəngarəng olmuşdur. Bakı,
Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran, Şəki və s. bu kimi müstəqil
xanlıqların əmələ gəlməsi geyim məsələlərinə də az təsir etmirdi. Xanlıqların belə
xüsusi çərçivədə, başqa-başqa siyasi və iqtisadi vəziyyətdə yaşamaları geyimin
(üzdən də olsa) dəyişməsinə səbəb olmuşdur. Bu dəyişkənlik əsas etibarilə geyimin
biçimi və siluetində deyil, onun tikildiyi malda və bəzəklərində idi.
XVIII yüzillikdə Azərbaycanda kişilər üstündən uzunqollu, bədənə kip
oturan çuxa geyərdilər. Çuxa əsas etibarilə qalın parçadan tikilərdi. Şəxsin yaşından
asılı olaraq çuxanın rəngi və boyu başqa-başqa olardı. Gənclər nisbətən gödək və
açıqrəngli, uzunətəkli çuxa geyərdilər. Bu dövrdə üstdən enli, uzunqollu əbalar da
işlənmişdir.
XVIII yüzillikdə əbanı əvvəlki dövrlərə nisbətən, əsas etibarilə mollalar
və hörmətli qocalar geyərdilər.
Azərbaycanın soyuq dağlıq rayonlarında, xüsusən qışda, qəşəng biçimdə
tikilmiş kürk geyərdilər. Bu kürklər, əsasən, qoyun dərisindən olub, yunlu tərəfi içəri
tikilərdi. Əla keyfiyyətli kürklərin boynundan tutmuş ətəklərinə qədər bədii tikməsi
olardı. Azərbaycanda bu əsrdə ən gözəl kürklər Şuşa, Şəki və Qubada tikilirdi. Əhali
arasında İrandan gətirilmə Xorasan kürkləri də geniş yayılmışdı.
Çuxanın, əbanın və kürkün altından uzun və darqollu, bədəndə kip oturan
arxalıq olurdu. Ümumiyyətlə, arxalıq gözəl biçimdə tikilirdi. Nisbətən varlı şəxslərin
arxalıqları böyük zövqlə qızılı və gümüşü saplarla naxışlanardı. Arxalıq qabaq tərəfdən
döşdən uzununa tutmuş yumru ipək və sair parçalardan tikilmiş düymələrlə və ya
kiçik parça bəndlərlə bağlanardı. Çox vaxt bunun da üstündən beldən nazik gümüş
kəmər və ya qurşaq bağlanardı.
XVIII yüzillikdə kişi ayaqqabıları da çox müxtəlif olmuşdur. Ən çox
işlədilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız kiçik başmaqlar idi. Bu zaman
dövlətlilər arasında nazik dəridən tikilmiş uzunboğaz çəkmələr və kəndlilər
196
tərəfindən keçmişlərdən XX yüzilliyinin əvvəllərinə qədər geyilən çarıqlar da var
idi.
XVI-XVII yüzilliklərdə yayılmış
adi araqçınlar, enli və üstü yastı ağ
çalmalarla yanaşı, XVIII yüzillikdə dəbdə
olan papaqlardan biri də xəz papaqlar idi.
Əsasən quzu dərisindən tikilmiş uzun,
şişbaşlı bu papaqlar XIX yüzilliyin
axırlarınadək geniş yayılmışdı. Belə papaqlar
xüsusilə Qarabağda, Gəncə, Şəki, Qubada,
cənubda isə Təbrizdə dəbdə olmuşdur.
Çox hallarda zadəganlar gözəl
görünmək üçün belə xəz papaqların aşağı
hissəsində qiymətli ağ və zolaqlı parça
dolayırdılar.
Bu dövrdə kişi bəzəkləri üzük,
qurşağa taxılan və ya nazik gümüş kəmərdən
asılan xəncər olmuşdur. XVIII yüzillikdə
demək olar ki, bütün kişilər xəncər
gəzdirərdilər.
XVIII yüzillikdə qadın geyimləri
nisbətən daha gözəl və zövqlə hazırlanırdı.
Bu əsrin axırlarında Azərbaycanda olmuş
səyyah marşal Fon Biberşteyn bu ölkənin
qadınlarının
və
onların
geyimlərinin
gözəlliyinə valeh olduğunu xüsusi qeyd edir.
Azərbaycan qadınlarının yüksək zövqlə geydiyi libaslara böyük şairimiz
Molla Pənah Vaqifin şeirlərində də rast gəlirik. Öz dövrünün qadın bəzək və
geyimlərinə valeh olan Vaqif yazır:
Barmağında xatənı, güşində tənə,
Gireh-gireh zülfün tökə gərdənə,
Güləbətin köynək, abı nimtənə,
Yaxasında qızıl düymə gərəkdir.
XVIII yüzillikdə qadın üst geyimləri - üst köynəyi, çəpkən, arxalıq, kürdü,
küləçə, ləbbadə, eşmək və baharıdan ibarət idi.
Qadın üst köynəyinin qolu əsasən uzun, enli və düz olurdu. O, boyun
hissədə bir düymə ilə düymələnərdi. Üst köynəyi adətən qanovuz və ipək parçadan
tikilərdi. Köynəyin boynuna, yaxasına, qolunun ağzına və ətəyinə qabaq hissədə qızıl
ətəklik, qızıl və ya gümüş pul tikilərdi.
Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif
197
olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə
köynək geyərdilər.
Bu əsrdə gözəl biçimli üst qadın
geyimlərindən biri çəpkən idi. Çəpkən astarlı
olub, belə qədər bədənə kip biçilirdi. Onun yan
tərəflərində aşağıda çapıq adlanan qabarıq
hissələri olurdu ki, bu da bədənin daha gözəl və
fiqurlu görünməsinə imkan verirdi. Bundan
əlavə çəpkənin (bəzən əlcək ilə bitən) qondarma
qolları da olurdu. Qondarma qolun astarı adətən
qiymətli parçadan tikilərdi. Çəpkən qırmızı, yaşıl,
göy məxmərdən və müxtəlif zərli parçalardan
hazırlanardı. Çəpkənin yaxasına, çapığın qırağına,
ətəyinə və qolunun kənarlarına sarıma və başqa
baftalar, köbə, zəncirə və s. tutulurdu.
Qadınlar arasında geniş yayılmış
geyimlərdən biri də arxalıq idi. Arxalıq da
çəpkən kimi astarlı və belə qədər bədənə kip
biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə,
yaxud qırçınlı müxtəlif endə ətək tikilirdi. Bəzi
arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə
çapığı olurdu.
Arxalıqların qollarının da biçimləri
müxtəlif idi. Bəziləri düz və uzun, bəzilərinin
isə qolları dirsəyə qədər düz olub dirsəkdən aşağı qondarma qol şəklində tikilirdi.
Adətən arxalıqların yaxası açıq olurdu. Arxalıqlar məxmər, tirmə və müxtəlif zərli
xara parçalardan tikilirdi. Qadın arxalıqları kişi arxalıqlarından əsasən, öz gödəkliyi
və üstünü bədii tikmələri ilə fərqlənirdi.
Bu əsrdə ən gözəl qadın arxalıqları Şuşa, Şəki, Naxçıvan və Şamaxıda
tikilirdi.
Qeyd etmək lazımdır ki, arxalıq, eləcə də başqa qadın üst köynəklərinin
qollarının altında çapıq (kəsik) olardı. Bu çapıqlar qolun rahat hərəkət etməsi və
isti havalarda tərləməməsindən ötrü idi.
Zəngin qadın üst geyimlərindən biri də bu əsrdə kürdü olmuşdur. Kürdü
sarıqlı və qolsuz idi. O, qış fəslində geyildiyi üçün onun boynuna, yaxası və ətəklərinə
xəz tikilirdi. Kürdü döşdən aşağı hissədə mis və ya gümüş qarmaqlarla bağlanırdı.
Bu dövrdə Qarabağ kürdüləri xüsusilə şöhrət tapmışdı. Onlar məxmər və tirmədən
tikilər, yaxası, ətəkləri və ciblərinin ətrafı bafta ilə bəzədilərdi. Bu əsrdə Azərbaycanda
Xorasan kürdüləri də dəbdə olmuşdur. Bu kürdülər tünd-sarı rəngli dəridən
hazırlanırdı. Üzərində həmin rəngli ipək sapla bəzək vurulurdu. Bu əsrdə dəbdə olan
üst geyimlərindən biri də küləçə idi. Bu geyim belə qədər düz, açıq, ətəyi isə
büzməli olurdu.
198
Küləçənin yaxası açıq, uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı
olurdu. O, əsasən məxmər və tirmədən tikilirdi. Yaxasına, bel kəsiyinə və
qollarının ağzına çox vaxt güləbətin, muncuq və pilək ilə tikmə vurulurdu.
XVIII yüzillikdə qadınlar çox uzun və enli, üst-üstə bir neçə tumanda
gəzirdilər. Lap birinci üst tumanın ətəyi iki-üç barmaq enliyində, ümumiyyətlə,
tirmə və ya rəngli qalın parçadan tikilirdi.
Qadın ayaqqabısı formaca bəzi kişi
ayaqqabısına bənzəyirdisə də, onlardan öz zərif
biçimi və gözəl bəzəkləri ilə ayrılırdı. Nisbətən
kübar qadınların ayaqqabılarının üstünə tikmə
salınır, içərisinə isə dabandan tutmuş pəncəyə
qədər naxışlarla bəzənmiş gümüş parçası
bərkidilirdi
(respublikamızın
bir
çox
muzeylərində saxlanılan belə qadın ayaqqabıları
buna misal ola bilər).
XVIII yüzillikdə qadın baş geyimləri
də əvvəlki dövrlərdə olduğu kimi çox müxtəlif
olmuşdur.
Qadınlar saçı bir yerə yığmaq üçün
cuna və kətandan istifadə edərdilər. Buna həm
də tərgötürən vasitə kimi baxılırdı (Qəşbənd-
Naxçıvanda). Sürüşməməsi üçün qullabıdan
(çəngəl, boğazaltı) istifadə edirdilər.
Qulabı (çəngəl, boğazaltı) əsasən
qızıldan hazırlanar, uclarına üstünə qarmaq
yapışdırılmış qızıl pul bərkidilərdi.
Cuna ağ rəngli pambıq parçadan, çarqat
isə narıncı, al çəhrayı rənglərdə və bəzən də
saçaqlı olurdu.
Kəlağayının əlvan rənglərinə üstünlük verilərdi.
Ləçəyin kəlağayının üstündən bağlanmasına da təsadüf edilirdi. Deməli,
eyni zamanda üç baş geyimi geyilirdi, birinci cuna (və ya kətan), ikinci kəlağayı,
üçüncü ləçək (və ya qəsabə, sərəndaz, zərdab).
Soyuq havalarda bütün bu geyimin üstündən şal salardılar (tirmə şal, kəşmiri
şal, təbii yundan əllə toxunmuş şal).
Bu dövrdə ən çox yayılmış baş geyimlərindən biri araqçın idi. Lakin bu
araxçınlar XVI-XVII yüzilliklərdəki araqçınlardan arxa tərəfdə hörük torbasının
olmaması ilə fərqlənirdi. İndiki araqçınlar daha bəzəkli olurdu. Bu dövrdə qızıl və
gümüş saplarla naxışlanmış güləbətin tikməli araqçınlar xüsusilə geniş yayılmışdı.
Bu araqçınlara qabaq tərəfindən, alından silsilə adlanan qızıl, gümüş
hissəciklərindən düzəldilmiş bəzəklər asardılar. Belə bəzəklər Qarabağda,
Gəncədə, Naxçıvanda, Qazaxda və s. yerlərdə daha çox yayılmışdı. Bakıda, Şama-
199
xıda, Təbrizdə isə qadınlar belə araqçınların qabağından kiçik tacı andıran
cütqabağı taxardılar.
XVIII yüzilliklərdə ən çox yayılmış qadın baş geyimlərindən biri də
əmmaməyəbənzər baş geyimi idi. Bunu geymək üçün qadınlar kişilər kimi başlarına
araqçına bənzər, lakin adi araqçınlardan xeyli hündür və bərk parçadan tikilmiş papaq
qoyar və onun ətrafına parça dolayardılar.
Kişilərdən fərqli olaraq qadınlar əmmamənin axırını, çənələrinin üstündən
gətirərək yaşmaq kimi ağızlarının üstündən bağlayardılar.
Əmmamənin başda möhkəm qalması və
gözəl görünməsi üçün onun üstündən iki cərgə
zəncirlə bir-birinə bənd olunmuş gümüş-qızıl pullar
və ya üstü naxışlanmış dəyirmi gümüş, qızıl dikkələr
taxardılar. Onu da qeyd edək ki, belə
əmmaməyəbənzər
qadın
baş
geyimlərini
Azərbaycanın ucqar dağlıq yerlərində çarşabsız
gəzən qadınlar geyərdilər, çünki yaşmaq özü burada
qadının üzünün aşağı hissəsini bütünlükdə örtərək
çarşabı əvəz edirdi.
Əlbəttə, çadraya nisbətən belə baş geyimi
açıq gəzmək cəhətdən xeyli irəliləyiş idi. Belə
geyimdə qadın özünü sərbəst hiss edir, işlədiyi vaxt
ona heç bir şey mane olmurdu.
XVIII
yüzillikdə
və
sonralar
Azərbaycanda "təsəkqabağı" adlı parçadan tikilmiş
baş geyimi də geniş yayılmışdı.
Daha çox qadınların alnını bəzəyən bu
baş geyimlərini həmin dövrdə dərzilər yox, zərgərlər
hazırlayardılar. Basma üsulu ilə düzəldilmiş buta,
aypara, buynuz, çiçək formalı, qızıl-gümüşdən
fiqurlu piləklər təsəkqabağının üzərinə tikilən
əsas bəzək elementlərindən sayılırdı.
Bu tip baş geyimləri əsas etibarilə Qarabağ, Gəncə, Qazax, Tovuz, Borçalı
mahalında geniş yayılmışdı. Təsəkqabağı XIX yüzillikdə də geniş yayılmış baş
bəzəklərindəndir. Tarixi sənədlərə görə, bu əsrlərdə yaşamış Gəncə zərgəri
Ağamirzə "təsəkqabağı" hazırlamaqda dövrün ən məşhur ustası olmuşdur.
Al-qırmızı, yaşıl, abı, yaxud bənövşəyi rəngdə məxmər təsəkqabağına tikilən
qızıl piləklər qamətli gəlinlərin alnında kontrast dekorativ rəng vəhdəti yaradaraq
diqqəti cəlb edirdi.
XVIII yüzillikdə qadın baş və üst geyimləri üzərində müxtəlif forma və
bəzəkli metal hissələri ilə yanaşı, muncuq, qiymətli daş-qaşlara da təsadüf edilirdi.
Muncuq və daş-qaşlar arasında ən çox istifadə edilənləri kəhrəba, əqiq, mərcan,
şəvə və gözmuncuğu idi.
200
XVIII yüzillikdə yurdumuzda düzəldilmiş bir çox xalq sənəti növlərilə
yaxından tanış olduq.
İlk baxışda xalq sənətkarları tərəfindən yaradılmış əşyalar forma və bəzək
etibarilə elə bil ki, əvvəlki dövrlərin sənət nümunələrini təkrar edir. Keçmiş əsrlərin
xalça, parça, tikmə, daş, dəmir, taxta məmulatlarına biz bu əsrlərdə də rast gəlirik. Lakin
bu bəzək ünsürləri daha əvvəlki dövrlərdə olduğu kimi həyati, real yox, daha çox şərti-
dekorativ bir səpkidə icra olunurdu. Hiss edilir ki, sənətkar ornament motivlərini artıq
(XVI-XVII yüzilliklərdə olduğu kimi) canlı təbiətdən mənimsəmir, kor-koranə
keçmiş dövrün sənət əsərlərinin üzündən köçürür. Beləliklə, bu əsrlərdə xalq
ustaları tərəfindən düzəldilmiş əşyalar hələ də öz forma və bəzəkləri ilə diqqəti cəlb
etmələrinə baxmayaraq, onların icrasında az da olsa günü-gündən inkişaf edən
qüsurları da görməmək olmur.
Dostları ilə paylaş: |