176
yaxınlığındakı körpü xüsusi olaraq səciyyəvidir.
Quruluşuna görə bu dövrün
körpülərindən fərqlənən başqa bir abidəyə Naxçıvan Muxtar Respublikası ərazisində
rast gəlirik. Biz 1551-ci ildə Qazançı kəndinin yaxınlığında tikilmiş biraşırımlı
"Qozbel" körpünü nəzərdə tuturuq.
O dövrün hamamları da bir sıra xüsusiyyətlərə malikdir. Hamamlar daxildə,
əsas etibarilə, iki qrup otaqdan ibarətdir. Birinci qrup otaqlar soyunmaq, ikinci qrup
otaqlar isə yuyunmaq üçündür. Hər iki qrup otaqlar səkkizbucaqlı salonun ətrafında
cəmləşdirilirdi. Otaqlar arasındakı yolu
elə çəkirdilər ki, buxar yuyunma salonundan
soyunma salonuna keçə bilməsin.
Hamamların qızdırılması ilə əlaqədar olan işlərə də xüsusi fikir verilirdi.
İstiliyi təmin etmək üçün hamam binaları çox vaxt yarıya qədər torpağın
içərisində
tikilirdi. İkinci tərəfdən, suyu qızdıran ocaqdan çıxan isti hava kanallarla döşəmənin
altına buraxılır və bununla da binanın daxilində istilik təmin edilirdi. Bu quruluşda olan
hamamlar Bakıda,
Abşeronun bir çox kəndlərində, İsmayıllı
rayonunun Basqal
kəndində, Qubada və bir sıra başqa rayonlarda qalmışdır. Hamamların bəziləri hətta
bu gün istifadə oluna biləcək vəziyyətdir.
178
XVIII YÜZİLLİKDƏ İNCƏSƏNƏT
XVIII
yüzillikdə Azərbaycan, feodal xanlıqlar arasında parçalanmışdı. Ölkənin
ərazisi öz müstəqil iqtisadi və siyasi həyatilə yaşayan ayrı-ayrı hökmdarlıqlardan ibarət idi.
Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Şəki, Dərbənd, Təbriz, Ərdəbil, Urmiya,
Marağa və s. bu kimi müstəqil xanlıqların əmələ gəlməsi sənətlərin inkişafına da az təsir
etmirdi.
Aparılmış elmi araşdırmalar
göstərir ki, bu dövrdə
bir çox tarixi səbəblərlə
əlaqədar olaraq sənət növləri içərisində əsas etibarilə dekorativ sənət və memarlıq
inkişaf etmişdi.
Dostları ilə paylaş: