A z ə r b a y c a n diLİ VƏ t a r I x I


İctimai ehtiyaclara aid binalar



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə42/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   38   39   40   41   42   43   44   45   ...   61
id55880

İctimai ehtiyaclara aid binalar. 
XVI-XVII əsrlərdə Azərbaycanda ictimai 
ehtiyacları ödəmək üçün də binalar tikilirdi. Körpülər, ovdanlar, hamamlar buna misal 
ola bilər. Azərbaycanda bu dövrdə tikilən körpülər aşırımlı quruluşdadır. Ağsu 


176 
yaxınlığındakı körpü xüsusi olaraq səciyyəvidir. Quruluşuna görə bu dövrün 
körpülərindən fərqlənən başqa bir abidəyə Naxçıvan Muxtar Respublikası ərazisində 
rast gəlirik. Biz 1551-ci ildə Qazançı kəndinin yaxınlığında tikilmiş biraşırımlı 
"Qozbel" körpünü nəzərdə tuturuq. 
O dövrün hamamları da bir sıra xüsusiyyətlərə malikdir. Hamamlar daxildə, 
əsas etibarilə, iki qrup otaqdan ibarətdir. Birinci qrup otaqlar soyunmaq, ikinci qrup 
otaqlar isə yuyunmaq üçündür. Hər iki qrup otaqlar səkkizbucaqlı salonun ətrafında 
cəmləşdirilirdi. Otaqlar arasındakı yolu elə çəkirdilər ki, buxar yuyunma salonundan 
soyunma salonuna keçə bilməsin. 
Hamamların qızdırılması ilə əlaqədar olan işlərə də xüsusi fikir verilirdi. 
İstiliyi təmin etmək üçün hamam binaları çox vaxt yarıya qədər torpağın içərisində 
tikilirdi. İkinci tərəfdən, suyu qızdıran ocaqdan çıxan isti hava kanallarla döşəmənin 
altına buraxılır və bununla da binanın daxilində istilik təmin edilirdi. Bu quruluşda olan 
hamamlar Bakıda, Abşeronun bir çox kəndlərində, İsmayıllı rayonunun Basqal 
kəndində, Qubada və bir sıra başqa rayonlarda qalmışdır. Hamamların bəziləri hətta 
bu gün istifadə oluna biləcək vəziyyətdir. 


177 


178 
XVIII YÜZİLLİKDƏ İNCƏSƏNƏT
XVIII yüzillikdə Azərbaycan, feodal xanlıqlar arasında parçalanmışdı. Ölkənin 
ərazisi öz müstəqil iqtisadi və siyasi həyatilə yaşayan ayrı-ayrı hökmdarlıqlardan ibarət idi. 
Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Şəki, Dərbənd, Təbriz, Ərdəbil, Urmiya, 
Marağa və s. bu kimi müstəqil xanlıqların əmələ gəlməsi sənətlərin inkişafına da az təsir 
etmirdi. 
Aparılmış elmi araşdırmalar göstərir ki, bu dövrdə bir çox tarixi səbəblərlə 
əlaqədar olaraq sənət növləri içərisində əsas etibarilə dekorativ sənət və memarlıq 
inkişaf etmişdi. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə