A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə44/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   40   41   42   43   44   45   46   47   ...   61
id55880

 
 
MEMARLIQ
Xanlıqlar dövründə həm xanlara məxsus saray binaları, həm də tez-tez baş 
verən daxili toqquşmalar və xarici işğallar zamanı istifadə olunan müdafiə qalaları 
tikilirdi. 
Şəki xanlarının sarayı. 
XVIII əsrdə tikilən xan sarayları içərisində ən 
qiymətlisi Şəki xanlarının sarayıdır. Şəki xan sarayı Şəki qalasının daxilində yerləşir. 
Saray XVIII əsrin ikinci yarısına aid abidədir. Binanın memarı, ehtimal ki, adı ikinci 
mərtəbədə yazılmış Ustad Abbasquludur. Şəki Xan sarayı ikimərtəbəlidir. Binanın 
hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və onun hər iki 
tərəfindəki dəhlizlərə bitişən yan otaqlar vardır. İstər birinci və istərsə də mərkəzi 
salonlar xüsusilə diqqəti cəlb edir. Həm mərkəzdəki, həm də kənarındakı otaqların 
fasada çıxan hissələrində pəncərə əvəzinə Azərbaycanın yaşayış binaları üçün 
səciyyəvi olan şəbəkələr işlədilmişdir. Fasadın divarlarındakı suvaq rəngli naxışlarla 
örtülüdür. Nəticədə, binanın əsas fasadını təşkil edən cənub fasadı tamamilə naxışlarla 
örtülmüş olur. Eyni zamanda fasadın əsas bölgüləri də aydın nəzərə çarpır. 
Şəki xan sarayının ümumi memarlıq quruluşu ilə yanaşı, onun salonlarını 
bəzəyən dekorativ sənət nümunələrinin də böyük əhəmiyyəti vardır. Suvaq üzərində 
rəngli naxış, şəbəkə şəkilli ağac oyması, salon və otaqlardakı divar təsvirləri 
qiymətli sənət əsərləridir. 
Bakı xanlarının sarayı. 
Bu kompleks, İçərişəhərin Şamaxı darvazasına 
yaxın, sağ tərəfdəki binaların yerində olmuş və bizim dövrümüzə qədər qalmamışdır. 
Axırıncı Bakı xanı Hüseynqulu xanın sarayından, Əbdürrəhim bəy və Mehdiqulu bəyin 
evindən ibarət olan bu kompleks yeddi qapalı həyətin ətrafında düzülmüş yüzdən çox 
otaqdan ibarət imiş. Kompleksin əsasını təşkil edən Xan sarayının böyük həyətində 
meyvə bağı və bağın ortasında hovuz olduğu planda göstərilmişdir. Saray və eləcə 
də bəylərin evi əsasən ikimərtəbəli olub, memarlıq quruluşuna görə Azərbaycan 
yaşayış binalarının bir çox xüsusiyyətlərini əks etdirmişdir. Eyvanlar, şəbəkəli 


201 
pəncərələr, balaxana kimi memarlıq elementləri bu qəbildəndir. Eyni zamanda, 
yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar sarayının planını 
xatırladır. Kompleksin inşaat tarixi haqqında əlimizdəki plan və fasadlarda bir məlumat 
yoxdur. Xan sarayının XVII əsrin sonlarında və ya XVIII əsrin əvvəllərində 
tikildiyini ehtimal etmək olar. 
Atəşgah. 
Memarlıq cəhətdən olmasa da, qiymətli tarixi abidələrdən biri də 
Suraxanıdakı Atəşgah məbədidir. Bina beşbucaqlı həyətin ətrafında tikilmiş 
otaqlardan və mərkəzdə yerləşmiş dördbucaqlı, yan tərəfləri açıq, üstü günbəzli 
tikintidən ibarətdir. 
Abidənin ümumi planı karvansaralara oxşayır. Atəşgahın əsas hissəsi - 
məbədi, həyətin ortasındakı tikintidir. Vaxtilə borular ilə gətirilmiş qaz buradan 
bayıra çıxır və daim yanırmış. Məbədin Atəşgah adlanmasının da səbəbi budur. Bu 
məbəd Hindistandan gəlmə atəşpərəstlərin məbədi olmuşdur. Hindli kahinlərin 
hələ XIX əsrin axırlarına qədər burada ibadətlə məşğul olduqları məlumdur. 
Həyəti əhatə edən hücrələrin üzərində hind dilində bir neçə kitabə vardır. 
Abidənin inşa tarixini göstərən heç bir kitabə yoxdursa da, ancaq XVII əsrin 
axırlarında və XVIII əsrin əvvəllərində Bakıya gələn səyyahların verdiyi məlumata 
və abidədəki bəzi kitabələrə əsasən, Atəşgahın əsas hissəsinin 1713-1720-ci illərdə 
tikildiyi mülahizəsi irəli sürülmüşdür. 
Atəşgah həyətin ortasındakı od məbədi quruluşuna görə Azərbaycanın 
qədim dövrlərə aid atəş ibadətgahları ilə əlaqədardır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə