A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə46/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   42   43   44   45   46   47   48   49   ...   61
id55880

 
 
 
TƏSVİRİ SƏNƏT 
XIX yüzillik Azərbaycan mədəniyyətinin ən zəngin və parlaq səhifələrindən 
biridir. 
Bu dövrün səciyyəvi xüsusiyyətlərindən biri mədəniyyətimizin Qərbi 
Avropa və Rusiya bədii yaradıcılığının mütərəqqi ənənələrilə əlaqələri və 
zənginləşməsi idi. Lakin bu ənənələr heç zaman, kor-koranə surətdə mənim-
sənilməmiş, onlar yerli zəminə söykənərək qədim mədəniyyətimizə uyğun şəkildə 
qavranılmışdır. Bu meyillərin təsiri incəsənətin bir çox sahələrində aydın görünür. XIX 
yüzillik təsviri sənətində də bu təsir böyük rol oynamışdır. 
Yeni meyillərin güclənməsinə bu dövrdə Azərbaycanda olub fəaliyyət göstərmiş 
rus, Qərbi Avropa rəssamlarının da (Q.Qaqarin, V.Vereşşakin, Jül Buron və s.) az 
təsiri olmamışdır. Yeni meyillər ilk növbədə rəssamların iş üslubunda və təsvir 


203 
formasında bilinirdi. O dövrün bir sıra görkəmli rəssamları bu gələnlərdən 
bəhrələnərək müstəqil iş üslubu, özünəməxsus sənət yolu seçə bilmişdilər. 
Azərbaycanın təsviri sənətində realist meyillərin inkişafı o zamankı 
rəssamlığımızın ən görkəmli nümayəndələrindən sayılan M.Q.İrəvani, M.M.Nəvvab, 
X.Natəvan və başqalarının yaradıcılığında öz əksini tapmışdır. 
Mirzə Qədim İrəvani. 1
826-cı ildə İrəvan şəhərində varlı sənətkar ailəsində 
anadan olmuşdur. Deyildiyinə görə, onun atası taxta üzərində oyma işləri aparan 
istedadlı bir usta imiş. Güman etmək olar ki, Mirzə Qədimin rəssamlığa, bəzək 
sənətinə olan ilk həvəsi də atası Məhəmməd Hüseyndən almışdır. 
Mirzə Qədimin o zaman Zaqafqaziyanın mədəniyyət mərkəzi sayılan Tiflis 
şəhərində təhsili, burada gimnaziyanı bitirməsi gələcək rəssam kimi onun 
yaradıcılığına böyük təsir göstərir. Araşdırmalar göstərir ki, Mirzə Qədim 15 yaşında 
gimnaziyanı bitirərək İrəvana qayıdır və ömrünün axırınadək, yəni 1875-ci ilə qədər 
poçtda teleqrafçı vəzifəsində çalışır. Deyildiyinə görə, Mirzə qədim öz dövrünün təhsilli 
adamlarından olmuşdur. O, fars, rus və fransız dillərini mükəmməl bilmişdir. Şərq 
musiqi tarixi və nəzəriyyəsi ilə məşğul olmuşdur. Onun evində Şərq, Qərbi Avropa 
və rus ədəbiyyatına dair böyük bir kitabxana olduğu haqqında maraqlı məlumatlar var. 
Aparılmış elmi araşdırmalar göstərir ki, Mirzə Qədim rəssamlığın bir çox 
sahələrində fəaliyyət göstərən sənətkarlarımızdan olmuşdur. O, portret və ornamental 
kompozisiyalar sahəsində xüsusilə böyük məharət göstərmişdir. Onun şüşə, dəri, 
parça üzərində işlənmiş əsərləri Bakıda Azərbaycan Dövlət İncəsənət Muzeyində, 
Tbilisidə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət 
Ermitajında nümayiş etdirilir. Mirzə Qədim çox kiçik yaşlarından rəsm çəkməyə 
başlamışdır. Onun Bakıda yaşayan qohumlarının verdiyi məlumatlara görə, Mirzə 
Qədim ilk əsərlərini şüşə üzərində çəkməyi sevirmiş. Bunlar da əsas etibarilə gənc 
qadın portretləri olmuşdur. Gənclik illərində Mirzə Qədim yerli təkəlduzçular üçün 
nümunə-ornamental çeşnilər də hazırlayırdı. Zəmanəmizədək qalmış bu tipli çeşni 
nümunələri göstərir ki, Mirzə Qədim Azərbaycan ornament sənətini dərindən bilən 
sənətkar olmuşdur. 
Onun ornamental çeşniləri orijinal kompozisiyası və müxtəlifliyi ilə diqqəti 
cəlb edir. Mirzə Qədimin divar boyakarlığı üçün yaratdığı ornamental çeşniləri də 
məlumdur. Bu tipli ornamental çeşnilərin əksəriyyətini simmetriya əsasında 
qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən götürülmüş motivlər təşkil edirdi. 
Canlılar aləmindən götürülmüş motivlər içərisində bülbül, qaranquş, tovuz quşu, 
nəbati oraamentlərdə isə ot kolları, qızılgül, nar gülü əsas yer tuturdu. 
Bu baxımdan Mirzə Qədimin hazırda Azərbaycan Dövlət İncəsənət 
Muzeyində saxlanılan qızılgül şaxəsi üzərində oturan bülbül rəsmi xüsusilə diqqəti 
cəlb edir. Bu motiv Mirzə Qədim yaradıcılığında müxtəlif kompozisiya və ayrı-ayrı 
materiallar üzərində (şüşə, dəri, parça, kağız) dönə-dönə təkrar olunmuşdur. Bu 
motivin rəssamın yaradıcılığında mühüm rol oynaması səbəbsiz olmamışdır. 


204 
Araşdırmalar göstərir ki, gül ilə bülbül uzaq 
keçmişlərdən məhəbbət rəmzi sayılmışdır. Gül və 
bülbül vasitəsilə aşiq və məşuqun görüşmələri, 
onların bir-birinə olan münasibətləri klassik 
şairlərimiz 
tərəfındən 
dönə-dönə 
deyilmiş, 
xanəndələr tərəfindən məclislərdə oxunmuşdur. 
Mirzə Qədim 25 yaşına çatdıqda artıq tanınmış 
rəssam idi. Məlumdur ki, 1850-ci ilin əvvəllərində 
ona İrəvandakı Sərdarlar sarayının divar rəsmlərini 
bərpa etmək kimi vacib bir iş tapşırılır. 
Bu möhtəşəm sarayın keçmiş divar 
bəzəklərini bərpa etməklə bərabər Mirzə Qədim 
burada bir neçə yeni əsər də yaradır. Rəssamın 
Bakıda yaşayan qohumlarının verdiyi məlumata görə, 
Mirzə Qədim bu sarayda 2 metr hündürlüyü 1 metr 
enində yağlı boya ilə çəkilmiş portret yaradır. Tarixi 
sənədlər göstərir ki, 1918-ci ildə saray uçub dağıldığı 
zaman Mirzə Qədimin portretləri divardan çıxarılıb 
Tiflisə gətirilmişdir. Hazırda Gürcüstan Dövlət 
Muzeyində saxlanılan "Sərkərdə", "Fətəli şah"ın 
portretləri rəssamın bu saray üçün yaratdığı 
əsərlərdəndir. 
Bu portretləri Azərbaycan incəsənəti tarixində 
yağlı boya ilə çəkilmiş ilk əsərlərdən saymaq olar. 
Hazırda Mirzə Qədimin 23 əsəri məlumdur. Onun 
sulu boya və qələmlə çəkilmiş 20 ədədi Bakıda 
Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş 
olunur. 
Mirzə 
Qədimin 
əsərlərinin 
gözəl 
xüsusiyyətlərindən biri ondadır ki, onların 
əksəriyyətində müəllifin imzası vardır. Portretlərin 
altındakı yazılar daha ətraflıdır. Burada təsvir olunan 
şəxsin adı, rütbəsi də verilir. 

Mirzə Qədim İrəvaninin yaradıcılığına 
ətraflı nəzər yetirdikdə onun ən böyük nailiyyətinin 
portret janrı sahəsində olduğunu görərik. Hazırda 
Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan 
"Abbas Mirzə", "Məculla Mirzə", "Gənc qadın", 
"Qadın" portretləri bu baxımdan xüsusi maraq 
doğurur. Adlarını çəkdiyimiz bu portretlərin həllində 
Mirzə Qədim ilk növbədə milli yerli ənənələrə sadiq 
qalan bir rəssam kimi çıxış edir. Millilik çəkilən 
obrazların bəzəkli geyimlərində, duruşlarında, 


205 
nisbətən dekorativ ifasında özünü büruzə verir. Lakin bu dekorativlik heç də orta 
əsr Azərbaycan miniatürlərində təsadüf edilən şərti dekorativliyə bənzəmir. 
Bunların hər birində realist ünsürlər özünü göstərir. Bu da Azərbaycan təsviri 
sənətində realizm ənənələrinə doğru atılan ilk addım idi. Bu baxımdan rəs-samın 
hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan "Abbas Mirzə" 
portreti xüsusilə qiymətlidir. Rəssamın digər əsərlərində daha çox 
ümumiləşdirilmiş gənc qız, sərkərdə və s. obrazlara təsadüf ediriksə, bu əsərdə 
konkret tarixi bir şəxsin obrazı təsvir olunmuşdur. 
Böyük bir kağız vərəqi üzərində çəkilmiş bu portretdə vüqarla dayanan bir 
zadəgan obrazı verilmişdir. Onun başında hündür xəz papaq, əynində yaxası, 
qollarının dəstəyi, cibinin ağzı tirmə haşiyəli uzun çuxa vardır. Cibindən qılınc 
qınının sümük dəstəyi çıxmışdır. 
Abbas Mirzənin itaətkar bir duruşda əlləri sinəsində verilməsi onun çox 
güman ki, şah və ya xan hüzurunda duran əyan olduğunu göstərir. Rəssam bu 
portretində zahiri əlamət vasitəsilə də olsa insan xarakterini, onun əhval-ruhiyyəsini 
açıb göstərməyə çalışmışdır. 
Portret sənətkarlıq baxımından da diqqəti cəlb edir. Fiqurda tənasüblər 
düzgün qurulmuş, işıq-kölgə prinsiplərindən lazımınca istifadə edilmişdir. Abbas 
Mirzənin sifəti, xəz papağı, topa saqqalı xüsusilə dəqiq və canlı işlənmişdir. Bu 
portretin bizim üçün qiymətli cəhəti ondan ibarətdir ki, burada biz yalnız rəssamın 
rəng çalarlarının zənginliyini deyil, təsvir olunan obyektin həyatiliyini bir də 
görürük. Bu portret Mirzə Qədimin dərin müşahidə qabiliyyətinə malik, insan 
psixologiyasını açıb göstərən bir rəssam olduğunu təsdiq edir. 
Mirzə Qədimin portret sahəsindəki fəaliyyəti, əlbəttə, bununla bitmir. 
Onun müxtəlif çağlarda yağlı boya ilə işlənmiş "Fətəli şah", "Sərkərdə", "Dərviş", 
"Rəqqasə" adlı portretləri də vardır. Bu portretlər kompozisiyalarının orijinallığı və 
dekorativ ifası ilə diqqəti çəksə də, yuxarıda şərhini verdiyimiz əsərlərdən bədii 
cəhətdən sönük görünürlər. 
Mirzə Qədim tək kətan üzərində yox, qeyd etdiyimiz kimi, həm də dəri və 
şüşə üzərində bacarıqla işləyirdi. Onun hazırda Sankt-Peterburq Dövlət Ermitajında 
saxlanılan bir əsəri bu baxımdan diqqətəlayiqdir. Bu əsər ilk baxımda orta yüzillik 
Şərq əlyazmalarının üz qabığını andırır, əslində isə o, qovluq şəkilli bir hədiyyədir. 
Qovluğun içərisində sağda güzgü bənd edilmiş, sol tərəfinə isə bir kişi portreti 
çəkilmişdir. Portretin altındakı yazıdan ("General Karvilin üçün") bəlli olur ki, 
Mirzə Qədim bu əsərini o vaxtlar Qafqazda olan bir rus generalına hədiyyə 
etmişdir. 
Bu əsərin maraqlı cəhəti ondadır ki, burada biz milli ornamental 
sənətimizin ən gözəl nümunələrindən biri ilə qarşılaşırıq. Ornamental bəzəklər 
qovluğun alt və üst qabığında yerləşdirilərək dəbdəbəli bir xalça kompozisiyasını 
andırır. Bu ornamental kompozisiyanın ən gözəl hissəsini onun geniş ara sahəsində 
yerləşən bəzəklər təşkil edir. Burada şəffaf boyalarla, süsən və qızılgüldən böyük 
bir dəstə, onun da üzərində bülbül təsvir edilmişdir. Bu ornamental kompozisiya öz 


206 
üslub xüsusiyyətinə görə Şəkidə yerləşən Şəkixanovların evinin və keçmiş İrəvan 
Sərdarlar sarayının divar bəzəklərini xatırladır. Bundan başqa qovluqda nəsx xəttilə 
fars dilində Sədinin şeirlərindən götürülmüş beytlərə və fransız dilində "Qədim bəy 
çəkmişdir" sözlərinə də təsadüf edilir. 
Mirzə Qədimin yaradıcılığı Azərbaycan təsviri incəsənəti tarixinin çox 
maraqlı bir dövrünə düşür. 
Yazıqlar olsun ki, onun əsərlərinin böyük bir qisminin itirilməsi və tələf 
olması üzündən biz onun yaradıcılığı haqqında dolğun, bitkin təsəvvür yarada 
bilmirik. Bununla belə, demək lazımdır ki, Mirzə Qədim İrəvani yaradıcılığı öz 
dövrünün incəsənətinə təsir göstərmiş və sənət tariximizdə özünəməxsus yer 
qazana bilmişdir. Rəssamın Azərbaycan təsviri sənətinə gətirdiyi yenilik heç zaman 
milli zəmində yaradılmış divar rəsmlərimizin, dekorativ və miniatür sənətimizin ən 
gözəl gələnəkləri ilə ziddiyyətdə olmamış, əksinə, üzvü birlik yaratmışdır. 
Mirzə Qədim İrəvaninin yaradıcılığı üçün səciyyəvi olan xüsusiyyətlər
yəni orta əsr miniatür sənətinin üslub əlamətləri ilə realist təsvir vasitələrinin 
ahəngdarlığı Mir Möhsün Nəvvabın da yaradıcılığında öz əksini tapmışdır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə