A z ə r b a y c a n diLİ VƏ t a r I x I


Şamaxıdakı Yeddigünbəz türbələr



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   41   42   43   44   45   46   47   48   ...   61
id55880

Şamaxıdakı Yeddigünbəz türbələr. 
XVIII əsrin əvvəllərinə aid abidələr 
sırasına Şamaxı qəbiristanlığındakı "Yeddigünbəz" adlı məşhur türbələr də daxildir. 
Hal-hazırda bu türbələrdən üçü qalmışdır. Türbələrin axırıncısı Şamaxı xanı Mustafa 
xanın ailəsi üçün tikilmişdir. 
Türbələrdən birinin üzərindəki kitabədə onun 1810-cu ildə Mustafa xanın 
anası üçün tikildiyi yazılmışdır. Həmin türbənin üzərində onu tikən memarın adı da 
vardır. Kitabədə memar özünü ustad Tağı adlandırır. 
Yeddigünbəz türbələri Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna 
daxildir. Lakin burada türbələrin yuxarı hissəsi piramida şəklində çadırvari günbəzlə 
deyil, adi günbəzlə örtülmüşdür. 
 
 
 
 
 
 
 
 
 
 
 


202 
XIX-XX YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ İNCƏSƏNƏT
XIX yüzilliyin əvvəlində Şimali Azərbaycanın Rusiya tərəfindən işğal 
olunması 
nəticəsində 
müstəmləkəçilik 
siyasəti 
şiddətlənsə 
də 
milli 
mədəniyyətimizin və incəsənətimizin inkişafinda keyfiyyət etibarilə yeni mərhələ 
başlanır. Hər iki ölkənin siyasi və iqtisadi həyatında baş verən dəyişikliklər 
incəsənətin də yeni istiqamətdə inkişafına təkan verir. XIX əsrdə Azərbaycan xalqı 
rus mədəniyyəti vasitəsilə Avropa və dünya mədəniyyətinə və sivilizasiyasına 
qovuşur. İctimai və estetik fikir, elm, maarif, incəsənət sahələrində qarşılıqlı əlaqələr 
üçün əlverişli zəmin yaranır, yeni sənət növləri və janrları meydana çıxır, memarlıq, 
rəssamlıq, dekorativ-tətbiqi sənətlər üzrə peşəkar mütəxəssislərin fəaliyyəti üçün 
geniş meydan açılır. 
Bu mütərəqqi proses XX yüzillikdə daha geniş miqyas alır. Xalqın mənəvi 
həyatında maarif, mədəniyyət, mətbuat aparıcı rol oynamağa başlayır. Bədii ədəbiyyat, 
teatr, musiqi, memarlıq, təsviri sənətlər sahəsində zamanın estetik tələblərinə uyğun 
yeniləşmə, müasirləşmə meyilləri getdikcə güclənir. Xalq həyatının mədəni tərəqqi 
yolu ilə inkişafı Azərbaycan Demokratik Respublikasının yaranmasında faydalı rol 
oynamışdır. 
Kommunist rejiminin hökmranlığı dövründə bir sıra çox ciddi əyintilərə 
yol verildiyinə, Stalin repressiyasının tüğyan etdiyinə baxmayaraq Azərbaycanda 
da təhsil və mədəniyyət sahəsində mühüm dövlət proqramı həyata keçirilir. 
İncəsənət mənəvi həyatın ayrılmaz tərkib hissəsinə çevrilir. Onun inkişafına xüsusi 
əhəmiyyət verilir. Bütün bu obyektiv səbəblər üzündən çağdaş Azərbaycan təsviri 
sənəti və memarlığı mühüm nailiyyətlər qazanır. Son onilliklər ərzində 
respublikamızda istedadlı rəssamların və memarların milli yaradıcılıq məktəblərinin 
formalaşması estetik mədəniyyətimizin nailiyyətlərindəndir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə