A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə43/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   39   40   41   42   43   44   45   46   ...   61
id55880

DEKORATIV SƏNƏTLƏR
Araşdırmalar göstərir ki, bu dövrdə Azərbaycan şəhərlərindəki sənətkarların 
əksəriyyəti əsnaf və ya həmkar adlanan müəyyən sex təşkilatının ətrafında 
birləşmişdi. Lakin bu sex birləşmələri bir çox Yaxın Şərq ölkələrində olduğu kimi 
(Qərbi Avropa sex birləşmələrindən fərqli olaraq), şəhər həyatında həlledici rol 
oynamırdı. 
Əsnaflar 
zəif 
təşkilat 
olaraq 
"ölkənin 
həyatına heç bir əhəmiyyətli 
təsir göstərə bilmirdi". 
Sex 
başçılarının 
hüquqları sex təşkilatının 
hüquqlarından 
kənara 
çıxmırdı. Sex təşkilatlarının 
zəifliyi üzündən, demək olar 
ki, şəhərlərin hamısında əsnaf 
və ya həmkar üzvləri ilə 
yanaşı, fərdi sənətkarlar da 
mövcud idi. 
Qərbi 
Avropa 
sexlərində 
olduğu 
kimi, 
əsnaflar da öz birliklərini 
nümayiş etdirərək sənətlərə 
görə müəyyən küçələrdə və 
məhəllələrdə yerləşdirilirdi. 
Sənətkarların müəyyən bir yerdə cəmləşməsinə xanların özləri də maraq göstərirdilər. 
Məhz buna görə də onlar həvəslə sənətkarların yerləşmələri üçün karvansaralar və 
dükanlar tikdirirdilər. Qədim şəhərlərdəki küçələrin adları bunu bir daha sübut edir. 
Məsələn, son vaxtlara qədər Şəki, Şuşa, Gəncə və Bakıda zərgərlər, 
misgərlər, dulusçular, xarratlar və başqa adlı məhəllələrin olması bunu əyani təsdiq 


179 
edir. 
Mənbələr 
göstərir 
ki, 
şəhərlərdəki sənətkarların bəzilərinin 
öz bayraqları da var idi. Hər bayrağın 
üzərində həmin sənətkarın gerbi 
vurulurdu. 
R.Əfəndizadə 
Şəki 
sənətkarlarından 
bəhs 
edərkən 
əsnafların bayrağını belə təsvir edir: 
"Bayraqlar qırmızı mahud üstündə 
qullab tikilmiş və güləbətin saçağı və 
qotaz ilə bəzənmiş halda hər əsnafın 
özünəməxsus idi. Bu xüsusiyyət hər 
əsnafın öz hacətlərini andırırdı. 
Bunları təkəlduzlar ipək ilə işlərdi". 
Azərbaycanda bu dövrdə 
ümumi bir mərkəz olmadığından bir 
çox xanlıqlarda istehsal olunan parça, 
xalça və qeyri sənət nümunələri qonşu ölkələrə satılır və ya özlərinin istifadəsinə 
verilirdi. Xanlıqların belə xüsusi çərçivədə, başqa-başqa siyasi və iqtisadi 
vəziyyətdə yaşamaları el sənətlərinin, üzdən də olsa, yerli xüsusiyyət daşımalarına 
səbəb olmuşdur. 
Mənbələr göstərir ki, bu yüzillikdə əhalinin geyimindən (arxalıq, araqçın, 
corab və s.) asılı olaraq onun hansı xanlıqdan gəldiyini də asanlıqla təyin etmək 
olurdu. 
Lakin bu xırdalıqları atsaq, XVIII yüzillikdə hazırlanmış sənət 
nümunələrimizin qədimlərdən gələn ümumi irsimizlə nə qədər möhkəm bağlı 
olaraq inkişaf etdiyini əyani görə bilərik. Bu ümumilik nəinki düzəldilən əşyanın 
forması, bəzəklərinin məzmunu və hətta adlarında belə özünü büruzə verir. 
Əvvəlki əsrlərdə olduğu kimi, XVIII yüzillikdə də Azərbaycanda çox geniş 
yayılmış sənətlərdən biri xalçaçılıq idi. Mənbələr göstərir ki, Azərbaycan xalçaları 
bu əsrdə də bir çox Şərq ölkələri xalçalarından özünün rəngi, davamlılığı, toxunma 
texnikası ilə fərqlənirdi. Həmin əsrdə Quba xalçaları daxili və xarici bazarlarda 
xüsusilə geniş şöhrət tapmışdı. Mənbələrdə göstərildiyi kimi, XVIII yüzillikdə 
"...Quba xalçaları öz naxışlarının müxtəlifliyi və zərif toxunuşu ilə, hətta İran 
xalçalarından xeyli fərqlənirdi...". 
Əvvəlki dövrlərdə olduğu kimi, XVIII yüzillikdə də Azərbaycan xalçalarına 
həm ornamental, həm də süjet xarakterli bəzəklər vurulurdu. Lakin bu dövrdə süjet 
xarakterli xalçalarımız ornamental xalçalara nisbətən az olmuş, həm də xeyli kobud 
və sxematik bir səpkidə toxunmuşdur. 


180 
XVIII yüzillikdə Qarabağ, Gəncə, Qazax, Quba, Şamaxı və Bakıda toxunmuş 
bir neçə xovlu və xovsuz nadir 
xalça hazırda ölkəmizdə, eləcə də 
xaricdə bəzi muzey və şəxsi 
kolleksiyalarda 
saxlanmaqdadır. 
Avropa muzeylərində saxlanılan 
belə nadir xalçalarımızdan 1800-
cü ildə Bakının Suraxanı və yenə 
həmin 
ildə 
Xilə 
kəndində 
toxunmuş 
xalçaları, 
XVIII 
yüzillikdə 
Qazaxın 
Lambalı 
kəndində hazırlanmış xalçanı və 
s. göstərə bilərik. 
1800-cü 
il 
tarixli 
Suraxanı xalçası öz rəngi və 
ornament bəzəklərinin zənginliyi 
ilə daha çox diqqəti cəlb edir. 
147x340 sm ölçüdə olan bu xalça 
dörd rombvari kətəbəyə bölünmüş 
iri ara sahədən və nazik yeləndən 
ibarətdir. Ara sahənin rəngi və 
bəzək 
quruluşu 
xüsusilə 
maraqlıdır. Onun qızılı rəngli 
yerliyi üzərində kiçik həcmli 
stilizə edilmiş çoxlu gül-çiçək 
rəsmi, qoç, quş fiqurları təsvir 
olunmuşdur. 
Ara sahədəki naxışların 
təxminən bir ölçüdə və eyni 
üslubda 
toxunmasına 
baxmayaraq, onlar o qədər zərif 
və rəngarəngdir ki, indi də insanı 
valeh edir. Xalçanın ara sahəsinə 
onu enli qurşağadək dörd hissəyə 
bölən firuzəyi kətəbələr xüsusi 
gözəllik verir. 
Əlvanrəngli 
rombvari 
kətəbələr bütün xalçanın bəzək kompozisiyasını canlandırır, həm də onun müxtəlif 
məsafələrdən görünməsinə kömək edir. 
Xalçanın ara sahəsinin ornament kompozisiyası memarlıqda istifadə edilən 
kaşıları xatırladır. 
Xalçanın yeləni də öz ornament motivi və rəngləri ilə diqqəti cəlb edir. 


181 
Yelən kompozisiya etibarilə üç hissədən: iki nazik yan və enli ara haşiyədən 
ibarətdir. Yan haşiyələrdə islimi kompozisiyasını xatırladan sxematik nəbati 
ornamentlər verilmişdir. Bu ornament motivləri xalçanın ara sahəsində rast gəlinən 
firuzəyi, qızılı-qırmızı, ağ rəngli iplərlə toxunmuşdur. 
Ara haşiyənin bəzəkləri daha zəngindir. Burada Quba-Şirvan növlü 
xalçalarda tez-tez rast gəlinən "kaşı" adlı mürəkkəb bəzək ünsürü verilmişdir. 
Bəzi araşdırıcılar bu tipli haşiyə bəzəklərini kufi yazılarla da 
əlaqələndirirlər. Belə xalça haşiyəsinin ən qədim örnəyini biz XV yüzillikdə İtaliya 
rəssamı Manteniyanın "Lodoviko Qonzaqanın ailəsi" əsərində təsvir edilmiş Şirvan 
xalçasında görürük. Eyni bədii və texnoloji xüsusiyyətlər 1800-cü ildə Bakının Xilə 
kəndində toxunmuş xalçada da vardır. Hazırda İtaliyada bir şəxsi kolleksiyada 
saxlanılan bu xalça indiyədək Xilə kəndində (Əmirhacıyan) toxunan ənənəvi Xilə 
Əfşan adlı xalçaları xatırladır. Burada da Suraxanı xalçasında olduğu kimi, xalça 
kompozisiya etibarilə üç hissədən ibarət yelən və enli ara sahədən ibarətdir. 
"İslimi" və "kaşı" tipli ornament ünsüründən təşkil edilmiş yelən bütünlüklə Suraxanı 
xalçasının yelənini təkrar etsə də, Xilə xalçasının ara sahəsində bir çox orijinal kompo-
zisiyalı ornament motivlərinə rast gəlirik. Bunlardan üz-üzə dayanıb bədii bir xonçanı 
təşkil edən dörd ədəd qarmağa-bənzər ornament motivlərini xüsusilə qeyd etmək 
lazımdır. Simmetrik bir şəkildə xalçanın ara sahəsini dolduran bu ornament 
motivlərini Abşeron xalçaçıları bugünədək sacayağı adlandırırlar. 
Araşdırmalar göstərir ki, bu tipli bəzək ünsürü keçmişdə odun, bir sözlə, 
müqəddəs ocağın rəmzi sayılmışdır. 
XVIII yüzillikdə Qazax rayonunda toxunmuş və hazırda Almaniyada 
saxlanılan kiçik bir xalça da öz intensiv rəngli naxışlarının orijinallığı ilə diqqəti cəlb 
edir. Haqqında bəhs etdiyimiz xalçanı təsvirdən əvvəl qeyd etməliyik ki, Qazax adı ilə 
bir çox ölkəyə yayılmış xalçalarımız təkcə Qazax rayonunda deyil, ondan çox-çox 
uzaqlarda, şimalda - Tbilisiyə qədər (Lambalı, Kamallı, Muğanlı, Düzaqram, Qarayazı, 
Borçalı, Qacağan və s. kəndlərdə), cənub-qərbdə - Göyçə gölünün sağ sahilinədək 
(Polad, Salah, Göyərçin, Çaykənd, Kölkənd, Toğanaq və s. kəndlərdə) geniş bir 
ərazidə şöhrət qazanmışdır. 
Eni 168 sm, uzunu 235 sm olan bu xalça geniş ara sahə qoşa qoç buynuzu və 
rombvari naxışlı yelən ilə bəzədilmişdir. 
Xalçanın ara sahəsi xüsusilə bəzəkli və rəngarəngdir. Xalçanın al-qırmızı 
yerliyində, ardıcıl olaraq təkrarən rəngli yeddi göy sxematik xonça yerləşdirilmişdir. Öz 
konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları dörd müxtəlif tərəfə 
ayrılan svastikanı andıran bu rəsmlər elə real səpkidə toxunmuşdur ki, sanki onlar bir 
nöqtə ətrafında fırlanaraq daim hərəkət edir. 
Araşdırmalar göstərir ki, bu ornament elementinə təkcə Qazax xalçalarında 
deyil, Azərbaycanın müxtəlif yerlərində, müxtəlif dövrlərində yaranmış sənət 
nümunələri üzərində də rast gəlirik. Onu biz Quba, Bakı, Şamaxı və s. yerlərdə 
toxunmuş xalçaların da üzərində görürük. 
Azərbaycan dekorativ-tətbiqi sənəti tarixinin demək olar ki, bütün tarixi 


182 
mərhələlərində bu bəzək həm səma cisimlərinin "şahı" sayılan günəşi, həm də 
kainatın dörd əsas varlığını təmsil etmişdir. 
Bu bəzək ünsürü çoxdandır ki, dünya alimlərinin diqqətini özünə cəlb 
etmişdir. Ona "çarxı fələk", "dördlük", 
"svastika" adı da verilmişdir. Azərbaycanda 
bu bəzək daha çox dördlük adı ilə yayılmışdır. 
Deyildiyinə görə, bu dairəvi qarmaqların biri 
odu, biri havanı, biri suyu, axırıncısı isə 
torpağı təmsil etmişdir. 
Alman 
səyyahı 
Avqust 
fon 
Haksthauzen 1830-cu ildə Bakıda olarkən 
Suraxanı kəndində belə maraqlı bir hadi-
sənin şahidi olmuşdur: "...Birdən yaxınlıqda 
bir şəxsin özünü torpağa basdırdığını gördüm. 
Soruşduqda ki, nə üçün bunu edirsən, o belə 
cavab verdi: bəşəriyyətin dörd əsas 
varlığından biri olan torpağı mən hamısından 
üstün tuturam və ona görə də torpağa 
girmişəm ki, daim onunla sıx əlaqədə 
olum". 
Mənbələr göstərir ki, XVIII yüzillikdə Azərbaycanda xovlu xalçalarla 
yanaşı, külli miqdarda yüksək keyfiyyətli, həyat və məişətdə geniş istifadə olunan 
xovsuz xalça: kilim, palaz, vərni, şəddə, sumax, zilli də istehsal olunurdu. 
XVIII yüzillikdə toxunmuş yüksək bədii və texniki xüsusiyyətlərə malik bir 
neçə xovsuz xalçamıza da nəzər salaq. Belə nadir xovsuz xalçalar sırasına ən əvvəl 
Kiyevdəki Qərb və Şərq İncəsənəti Muzeyində saxlanılan şəddəni, Bakıda 
Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilən vərnini və s. daxil edə 
bilərik. 
XVIII yüzillikdə Qarabağda toxunmuş şəddə öz bəzəkləri ilə diqqəti daha 
çox cəlb edir. 
Şəddənin bəzəkləri xalçanın eninə üfüqi şəkildə ardıcıl düzülmüş bir neçə 
qızıl quşla ova çıxan atlı və bir neçə dəvə fiquru rəsmlərindən ibarətdir. Buradakı 
rəsmlər nisbətən statik və sxematik bir səpkidə verilsə də, öz rəngarəngliyi və xalq 
sənətinə xas olan şərti dekorativliyi ilə diqqəti cəlb edir. Həmin rəsmlər üslub 
xüsusiyyətlərinə görə dövrün daş oymalarında rast gəlinən fiqurları xatırladır. 
Oymalarda olduğu kimi, şəddə üzərindəki fiqurların təsvirlərində də ayaqların 
yandan, çiyinlərin və başların öndən təsvirinə rast gəlirik. 
XVIII yüzillikdə Qarabağda toxunulmuş vərninin kompozisiyası nisbətən 
sadə olsa da, ornament motivlərinin orijinallığı ilə diqqəti cəlb edir. Bu xovsuz 
xalça enli ara sahə və nazik yeləndən ibarətdir. 
Ara sahədə horizontal və vertikal bir tərzdə dörd cərgə, cəmi 16 ədəd qarmaq 
formasını andıran böyük naxış motivləri toxunmuşdur. Xalçanın qırmızı yerliyində 


183 
müxtəlif rəngli iplərlə toxunmuş bu mücərrəd formalı naxışları toxucular əjdaha 
adlandırırlar. XVIII yüzillikdə belə bir mücərrəd formaya düşmüş bu rəsmin aydındır 
ki, keçmişdə daha real təsviri olmuşdur. Bu rəsmin canlılara aid olmasını rus alimi 
A.Bobrinski də qeyd etmişdir. 
Hələ 1898-ci ildə A.Bobrinski Qarabağda qazıntı işləri aparan alman dili 
müəllimi E.Reslerə məktub yazaraq Qarabağ xalçalarında tez-tez rast gəlinən S 
hərfinə bənzər naxışın mənşəyini öyrənməyi 
ondan xahiş etmişdir: "...Mən əminəm ki, hazırda 
rəmzi mahiyyətli bu bəzək uzaq keçmişdə real 
varlığı təmsil etmişdir. Ona görə də biz bunun 
əcdadını canlı təbiətdə axtarmalıyıq..." 
Bu əsrlərdə Azərbaycan şəhərlərində 
toxunan 
parçaların 
keyfiyyəti 
XVI-XVII 
yüzilliklərə nisbətən xeyli aşağı səviyyədə olsa 
da, onlar ümumdünya bazarlarında hələ də öz 
keçmiş dəyərini, nüfuzunu itirməmişdi. 
Təbriz, Şamaxı, Gəncə, Şəki, Ordubad 
və s. şəhərlər bu sahədə hələ də öz keçmiş 
mövqelərini saxlamaqda idi. Bunu o vaxt 
Azərbaycanda olmuş xarici ölkə səyyahlarının 
gündəliklərindəki məlumatlar da təsdiq edir. 
Məsələn, belə məxəzlərin birində 
Şamaxıda hələ XVIII yüzillikdə 1500 ipək parça 
toxuyan dəzgah işlədiyini, digərində isə Şamaxı yaxınlığında iki kənddə: Basqalda 
və Mücidə həm parça toxuyan emalatxanaların, həm də toxucu dəzgahları düzəldən 
emalatxanaların olduğunu bildirən faktlara rast gəlirik. 
İpəkçilik yerli hakimlərə böyük gəlir verdiyindən onlar daim bu sənətin 
inkişafı üçün əllərindən gələni əsirgəmirdilər. Səyyah S.Qmelinin verdiyi məlumata 
görə, təkcə Məhəmməd Seyid xan Şamaxıda ipəkçiliyi bərpa etmək üçün Təbriz 
şəhərindən 100 nəfərə yaxın usta dəvət etmişdi. 
XVIII yüzilliyin sonu, XIX yüzilliyin əvvəllərinə aid olan bir mənbədə 
Təbrizdə yüksək keyfiyyətli qənouz parçalar toxunduğu və onların Rusiya və 
Gürcüstana ixrac olunduğu bildirilir. Bu mənbələrdə Təbriz ətrafında toxunan bədii 
şallardan da ətraflı bəhs edilir. Onların Kirman və Kəşmir şallarından da üstün 
olduğu qeyd edilir. 
Bütün bunlara baxmayaraq, Təbriz, Şamaxı, Şəki, Gəncə kimi şəhərlərdə 
toxunan parçaların keyfiyyəti XVI-XVII yüzilliklərə nisbətən xeyli aşağı səviyyədə 
idi. XVIII yüzillikdə toxunan müxtəlif parça növlərinin bəzək ünsürləri artıq 
keçmişdəkilərə xas olan incəlik və şairanəliyini itirmişdi. 
XVIII yüzillikdən başlayaraq Azərbaycanda toxunan parçalarda Qərbi 
Avropa naxışları ünsürlərinə də rast gəlinir. Bu dövrdə müxtəlif məzmuna malik süjetli 
parça naxışları bütünlüklə sıradan çıxır, nəbati və həndəsi formalı naxışlarla əvəz 


184 
olunurdu. 
Bu dövrün parçaları üzərində rast gəlinən bəzəklər əsas etibarilə basma və 
tikmə üsulu ilə icra edilirdi. 
Parçanı basma qəliblərlə bəzəmək Azərbaycanın bir çox yerlərində inkişaf 
etmişdi. Bu işdə Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Ordubad ustaları xüsusilə 
şöhrət qazanmışdılar. 
Parçalara bəzək vurmaq üçün istifadə olunan ornamental taxta qəliblər qoz 
və palıd ağaclarından, əsasən bəzəyin forması və ölçüsü ilə əlaqədar olan formada 
düzəldilirdi. Belə taxta qəliblərin üzərində böyük ustalıqla oyulmuş nəbati və həndəsi 
naxışlara, stilizə edilmiş quş, heyvan, bəzən de insan təsvirlərinə rast gəlirik. 
Taxta qəliblər üzərindəki bu rəsmlər elə bədii səpkidə və sənətkarlıqla 
oyulmuşdur ki, hətta indi də əməli əhəmiyyətini itirməmişdir. Məsələn, heç də 
təsadüfi deyildir ki, Basqalda, Şəkidə, Gəncədə və s. yerlərdə hazırlanan 
kəlağayılar bugünədək həmin qədim qəliblərlə bəzədilir. Sənətkarlar parçanı təkcə 
taxta qəliblərə basıb naxışlamaqla kifayətlənmir, daha əlvan və rəngarəng 
görünməsi üçün onu əlavə rənglərlə boyayırdılar. Parçanı boyayarkən basılmış 
naxışların üzəri bulaşmasın deyə, onu mumla örtür və rəngli məhlulun içərisinə 
salırdılar. Parça boyanıb qurtardıqdan sonra mum örtüklər götürülür və beləliklə, 
parça üzərində rəngbərəng bəzəklər əmələ gəlirdi. 
Dövrümüzə qədər qalmış, Azərbaycan sənətkarları tərəfindən XVIII 
yüzilliyin sonu, XIX yüzilliyin əvvəllərində hazırlanmış bir neçə bədii qələmkar 
parçalar Bakının muzeylərində saxlanmaqdadır. 
Usta Hacı Məhəmməd tərəfindən hazırlanmış iki qələmkarnamazlıq 
hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şuşa sənətkarları tərəfindən 
hazırlanmış bir orijinal köynək isə Nizami adına Azərbaycan Ədəbiyyat Tarixi 
Muzeyindədir. 
Axırıncı qələmkar parça bizim üçün xüsusilə maraqlıdır. Çünki o, deyildiyinə 
görə Pənahxan Cavanşirin geydiyi "Gülləbatmaz" adlı köynəkdir. Başdan-ayağa ərəb 
əlifbası ilə ərəb dilində dua və ayələrlə bəzədilmiş bu köynək o dövrün qələmkar 
parçaları haqqında çox gözəl təsəvvür verir. 
Tikmə sənəti keçmiş əsrlərdə olduğu kimi, bu əsrdədə geyim və məişət əşyalarının 
bəzədilməsində geniş istifadə edilirdi. 
Bu əsrlərdə yurdumuzda olmuş əcnəbi səyyahların qeydinə görə, Azərbaycanda 
elə şəhər və oba yox idi ki, orada bu sənətlə məşğul olan olmasın. 
Hələ XIX yüzilliyin ikinci yarısında, yəni xalq sənətimizin geridə qaldığı bir 
vaxtda Azərbaycanda olmuş fransız yazıçısı Aleksandr Düma Azərbaycan tikmələrinə valeh 
olduğunu qeyd edir: "...Şəkidə mən 24 manata bədii tikməli iki yəhər aldım. Belə yəhəri 
Fransada 200 franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə heç bir qiymətə tapmaq 
da olmaz..." 
Mənbələr göstərir ki, Aleksandr Düma Şəkidə olduğu vaxt burada 20-dən artıq 
təkəlduz emalatxanası mövcud idi. Burada həm təkəlduz məmulatları istehsal olunur, həmdə 
satılırdı. Hər emalatxanada 5-6 nəfər usta çalışırdı. Bu da təkəlduzluq sənətkarlığının 


185 
əmtəə xarakterli olmasına sübutdur. 
Azərbaycan tikmələrinin bu əsrlərdə belə geniş şöhrəti hər şeydən əvvəl onların 
orijinal texniki icrası ilə əlaqədar idi. Bunlardan təkəlduz, saya, güləbətin, pilək, cülmə, 
muncuqlu, qurama və oturtma (qondarma) xalq arasında daha çox yayılmışdı. Bu tikmə 
növləri içərisində təkcə biri - pilək bu dövrün məhsulu sayıla bilərdi. Qalanları isə ənənəvi 
xarakter daşıyaraq, XVIII yüzillikdə inkişaf edib, daha da mürəkkəb bir şəklə 
düşmüşdü. 
Pilək əsasən böyük və kiçikölçülü taxta və pəncərələr üçün düzəldilmiş pərdələrin 
üzərində işlənirdi. Pilək metal parçalarından (dəmir, bürünc, gümüş, qızıl, dairəvi formada 
çox nazik kəsilib, xırda düymə kimi müxtəlif rəngli ipək parçalara bənd edilir. Rəngbərəng 
effektlər verən bu piləklər bir-birinin yanına düzüldükdə, müxtəlif formalı nəbati və 
həndəsi ornamentlər əmələ gətirirdi). 
Tədqiqatlar göstərir ki, XVIII yüzillikdə və sonralar tikmələrimizdə istifadə 
edilən rənglər təkcə bədii xüsusiyyət kəsb etməmiş, el-oba arasına onlar müxtəlif mənalar 
da daşımışdır. 
Məsələn, sevgilisinə sarı rəngli tikmələrlə bəzədilmiş yaylıq göndərən gənc aşiq 
olduğunu, saralıb-solduğunu bildirmişdir. Yaşıl rəngli tikmə - arzu bildirir. Mavi - ümidli və 
şübhəli qaldığına işarə idi. 
XVIII yüzillikdə Azərbaycanda müxtəlif metallardan ev avadanlığı, zinət 
əşyaları hazırlamaq Təbriz, Şamaxı, Gəncə, Ordubad, Şəki, Şuşa, Quba və Naxçıvanda 
xüsusilə geniş şöhrət tapmışdı. 
Hazırda Bakı, Moskva, Sankt-Peterburq və eləcə də bir çox xarici ölkə 
muzeylərində (xüsusilə Bern Tarix Muzeyində) bu əsrlərdə Azərbaycanda 
düzəldilmiş bir çox bədii metal nümunələri saxlanmaqdadır. 
Mənbələr göstərir ki, Azərbaycanda XVIII yüzillikdə ən çox misgərlik 
sənəti inkişaf etmişdi. Xarici ölkə səyyahları Təbriz, Gəncə, Şəki, Şuşa, Şamaxı, 
Bakı şəhərlərində bu əsrlərdə xüsusi misgərlik küçəsi olduğunu və oradamisdən 
bəzəkli, orijinal formalı qab-qacaqlar düzəldilməsini qeyd edirlər. 
Azərbaycanda bu əsrlərdə elə yerlər var idi ki, nəinki bir-iki küçə, hətta 
əhalinin əksəriyyəti misgərlik sənəti ilə məşğul olurdu. Belə mərkəzlərdən biri o 
vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc idi. 
Lahıcda bu əsrdə külli miqdarda məişət əşyası və ev avadanlıqları (dolça, 
satıl, sərnic, aftafa, məcməyi, sərpuş, küyiim və s.) hazırlanırdı. Lahıcda istehsal 
olunan məhsullar həm kəmiyyət və həm də keyfiyyət etibarilə o dövrün mərkəzi 
şəhərlərində hazırlanan məhsullardan heç də geridə qalmırdı. Belə bir fikir 
söylənilir ki, XIX yüzilliyin birinci yarısında rus çar məmurları Şirvan ustalarının 
təcrübəsinin İjevsk silah ustalarına öyrədilməsi haqqında təşəbbüs qaldırmışdılar. 
Deyildiyinə görə, hələ XIX yüzilliyin ortalarında Lahıcda 1000 nəfərə 
qədər şəxs sırf misgərliklə məşğul olurdu. Onlar əsasən Ağalı məhəlləsində 
yerləşən 200-ə yaxın mis karxanası və dükanlarda toplaşmışdılar. 
Lahıcda düzəldilmiş metal məmulatları içərisində əlimizdə olan sənət 
nümunələrindən XVIII yüzilliyə aid bir samovar xüsusilə diqqəti cəlb edir. Burada 


186 
nisbətən stilizə edilmiş gül, çiçək naxışları ilə yanaşı, heyvan, quş və insan 
təsvirləri həkk olunmuşdur. Canlı təsvirlər samovarın gövdəsində enli qurşaq 
arasında verilmiş, nəbati və həndəsi naxışlar isə aşağı və yuxarı səthləri 
doldurmuşdur. Qurşaq arasında verilmiş fiqurlar xüsusilə maraqlıdır. Burada qol-
qola verib dayanmış uzundonlu üç qız və bir əlində tapança tutmuş uzunbığlı bir 
gəncin surəti təsvir edilmişdir. Bundan əlavə, qurşaq arasında başını geri döndərib 
iti hərəkətdə qaçan ceyran, qaz fiquru və saçaqlı dairə içərisində qadın sifətini 
andıran dairəvi günəş şəkli vardır. Qeyd olunan təsvirlər zərif nəbati naxışlarla 
haşiyələnmiş tağlar içərisində verilmişdir. Samovar üzərində həkk edilmiş naxış-
ların əksəriyyətinə biz Azərbaycan el sənətlərinin bir çox növlərində (daş və divar 
bəzəkləri, parça, tikmə və s.) rast gəlirik. 
Burada xüsusilə haşiyələnmiş tağlar arasında verilən hündür, zərif sərv 
ağacları öz bədii üslubu və kompozisiyasına görə bütünlüklə Şəki xan sarayının 
divar bəzəklərini xatırladır. 
Samovar Lahıc kəndinin sakini misgər usta Nəcəfqulu tərəfindən hicri 
1130 (1717)-cu ildə misdən hazırlanmış və bəzədilmişdir. Hündürlüyü 59 sm, 
çevrəsi 84 sm, diametri 28 sm olan bu samovar hazırda Lahıc kəndindəki pirdə 
saxlanılaraq, ehsan və qeyri-yığıncaqlar vaxtı istifadə edilir. 
Respublikamızın incəsənət və tarix muzeylərində müxtəlif elmi 
ekspedisiyalar zamanı Lahıcdan alınıb gətirilmiş bir qrup ev avadanlığı 
saxlanmaqdadır. Bunlar gözəl məişət əşyaları sayılmaqla bərabər, həm də o dövrdə 
Azərbaycanda rəsmin, naxışın nə vəziyyətdə olduğunu bildirən nadir sənət 
nümunələrindəndir. Bunların üzərində düz, əkri ("ilan yolu"), sınıq xətlərdən və 
onların əmələ gətirdiyi üçbucaq, "paxlavadan" (rombdan) ibarət olan qədim hən-
dəsi naxışlarla yanaşı, tədricən mürəkkəb yarpaq, gül, müxtəlif formalı butalar, 
quş, heyvan və insan təsvirlərinə təsadüf edilir. Bu qab-qacaqların bədii 
tərtibatında müxtəlif yazı nümunələrindən də məharətlə istifadə edilmişdir. Ərəb 
əlifbasının çətin hərfləri Lahıc ustalarının əlində adi ornament elementlərinə 
çevrilərək hər hansı qabın bəzəyində istifadə edilmişdir. Bəzəkdən başqa bu yazılar 
həm də qiymətli bir tarixi məxəzdilər. Məsələn, Azərbaycan Tarixi Muzeyində 
saxlanılan, hicri tarixlə 1263-cü ildə usta Molla Məlik tərəfindən Lahıcda 
düzəldilmiş gözəl bir nimçənin üzərində iki misradan ibarət belə bir şeir vardır: 
Haqqında yazıram bunu, ey ruzigar.
Mən ölərsəm xəttim qalsın yadigar. 
Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan Lahıcda düzəldilmiş 
incə naxışlı bir şərbət qabında isə əşyanın hansı ildə, kimin üçün və kim tərəfindən 
yaradıldığı qeyd olunmuşdur. 
Hazırda bir çox muzeylərdə nümayiş etdirilən bu bədii qab-qacaqlar Lahıc 
sənətkarları tərəfindən çox ağır və çətin şəraitdə yaradılırdı. Bunun səbəblərindən 
biri Lahıcda xammalın olmaması idi. 


187 
Lahıca mis Borçalıdan, Gəncədən, Gədəbəy və Allahverdi mis 
mədənindən gətirilirdi. 
Lahıc qəsəbəsinə mis və dəmirin başqa yerlərdən gətirilməsi haqqında 
xalq arasında bir sıra mahnılar oxunur. Onlardan birində belə deyilirdi: 
Biz gedirik ikimiz
Dəmir, misdir yükümüz.
Kirdmanla gedə-gedə
Yorğun düşür atımız. 
Elə bunun səbəbindən də yerli sənətkarlar yavaş-yavaş mis çıxarılan 
yerlərə keçərək elə orada yaşayıb, orada da yaradırdılar. 
Mənbələr göstərir ki, Lahıc ustaları ən gözəl işlərini çox vaxt Şamaxıya 
gətirib, burada çalışan qravüraçılarla birlikdə başa çatdırırdılar. 1745-ci ildə 
Şamaxıda olmuş doktor M.Y.Lerx burada xüsusi qravüraçıların olduğunu və orada 
çalışan sənətkarların hazır qab-qacaq üzərində bəzək açmalarını qeyd etmişdir. 
XVIII yüzillikdə Şəki şəhəri də metaldan ev avadanlığı, bəzək nümunələri 
hazırlamaq işində görkəmli yerlərdən birini tuturdu. Şəki sənətkarları bəzəkli 
tökmə manqallar düzəltməkdə xüsusi məharət qazanmışdılar. 
Hazırda respublika muzeylərinin bir çoxunda (Bakıda, Gəncədə, Şuşada, 
Şəkidə) XVIII-XIX yüzilliklərdə hazırlanmış bu tipli manqalların bir çox 
nümunələri saxlanılır. Bu manqalların əksəriyyəti bir-birinə qarmaqla bənd edilmiş 
6-8 ədəd tökmə bürünc hissəciklərdən ibarətdir. Bu tökmə hissəciklər üzərində 
qabarıq, yarım həcmli səpkidə işlənmiş nəbati və həndəsi ornamentlər, əjdaha və 
aslan fiqurları vardır. 
Hazırda Şəki Diyarşünaslıq Muzeyində nümayiş etdirilən bürünc manqalın 
ən çox maraq doğuran hissəsi bir-birinə ardıcıl olaraq bənd edilmiş bürünc 
lövhəciklərdir. Burada nəbati naxışlar arasında simmetrik şəkildə üz-üzə durmuş cüt 
aslan fiqurları verilmişdir. 
Aslanlar dal ayaqları üstə qalxmış vəziyyətdə göstərilmişdir. Onlar 


188 
pəncələrini irəli vermiş, başlarını isə geri çevirmişlər. Bu orijinal kompozisiya 
aslanların canlı və hərəkətdə görünməsinə xeyli kömək etmişdir. 
Belə kompozisiyalı təsviri motivlər XVIII-XIX yüzilliklərin abidəsi 
üzərində icra edilsə də, onlara biz uzaq keçmişlərə aid edilən Hun, Səlcuq sənətində də 
təsadüf edirik. Xüsusilə, XI-XII yüzilliklərdə Səlcuqların adı ilə bağlı olan bürünc 
manqalların, kəmərlərin fraqmentlərində bu səpkidə işlənmiş oxşar kompozisiyalara 
tez-tez rast gəlinir. 
XVIII-XIX yüzilliklərdən dövrümüzə qədər bir çox zərgərlik sənəti 
nümunələri də gəlib çatmışdır. Bu əsrlərdə zərgərlik sənətinin ən inkişaf etmiş 
mərkəzləri Təbriz, Bakı, Gəncə, Şuşa və Şəki şəhərləri idi. 
1886-cı ildə təkcə Şəkidə 31 zərgərxana vardı. Burada gümüşbəndlik 
xüsusilə geniş inkişaf etmişdi. Əsrin ortalarında 41 nəfər gümüşbənd çalışırdı. Usta 
Müftəli bəy, Şəkər bəy, Əbdülrəhim Hacı Mahmud oğlu gümüşbəndlik sahəsində 
şöhrət qazanmış sənətkarlar idi. Onların hazırladığı gül bilərzik, gümüş belbağı, 
xəncər və qılınc qını Şəkinin hüdudlarından çox uzaqlara yayılmışdı. 
Bədii metal sənəti sahəsində aparılmış araşdırmalar göstərir ki, XVIII 
yüzillikdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri 
əsas etibarilə 6 texniki üsulda bəzədilirdi. Bunlar döymə, basma, qarasavad, şəbəkə, 
xatəmkarlıq və minaçılıqdır. 
Döymə ən qədim üsullardan biridir. Sənətkarlığın başqa texniki üsullarına 
nisbətən xeyli sadədir. İti göz və böyük ustalıq tələb edir. Sənətkarlar çəkic və ucu 
nazik iti alətlərlə işləyirdilər. 
Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını 
hündür, naxışlı və yaxud rəsmli qəlib üstünə qoyurlar. Sonra bu qiymətli metal 
parçasını hündür. naxışlı və yaxud rəsmli qəlib üstünə qoyurlar. Sonra bu qiymətli metal 
parçasının üstündən də elə bu ölçüdə həmin qurğuşun parçasını qoyaraq, taxta çəkiclə 
döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Bu 
basma üsulu sənətkarlıqda döyməyə nisbətən irəli atılmış bir addım idi. Basmada az 
müddətdə daha keyfiyyətli, çox məhsul əldə etmək olurdu. Burada əsas iş bir dəfə 
çox diqqətlə yaxşı qəlib düzəltməkdən ibarət idi. 
Müxtəlif metallardan düzəldilmiş sənət nümunəsinin basma üsulu ilə 
bəzənməsi bununla qurtarmırdı. Sənətkar metalın üzərində yenidən müxtəlif iynə və 
bıçaqlarla işləyərək bəzi əlavələr də edirdi. Basma üsulu daha çox kəmər, düymə, 
qolbaq və s. şeylərin düzəldilməsində işlədilirdi. 
Qarasavad, məlum olduğuna görə əsas etibarilə gümüş üzərində işlənərdi, 
çünki gümüş qara yerlikdə (fonda) daha təmiz və ağ xətlər verir. 
Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra 
onun ətrafı qara məhlulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, 
bilərzik, sinəbənd, çarpaz, vəzn və s.) və silahlar (qılınc, xəncər, tapança, bantqabı 
və s.) bəzənərdi. Bu texniki üsul XVIII-XIX yüzilliklərdə xüsusilə Şəki, Zaqatala, 
Quba və Şamaxıda inkişaf etmişdi. Bu sahədə XVIII yüzilliyin sonu XIX yüzilliyin 
birinci yarısında yaşamış Zaqatala zərgəri Əbdül Həmid və Şəki zərgəri Ömər Nəsir 


189 
oğlu xüsusilə məşhur olmuşlar. 
XVIII-XIX yüzilliklərdə zinət şeylərinin bəzədilməsində istifadə edilən 
texniki üsullardan biri də şəbəkə idi. 
Şəbəkə zərgərlikdə nazik 
dolama simdən düzəldilmiş rəsmə 
və yaxud naxışlara deyilir. Şəbəkə 
əsasən iki şəkildə olur: birincisi, qızıl 
və gümüş tellərlə əşyanın əsasını 
təşkil edir, ikincisi isə həmin əşyanın 
üzərini bəzəyir. Zərif şəbəkəli 
əşyaların bədii keyfiyyəti texniki 
əməliyyatın xüsusi səylə icra 
edilməsindən asılıdır. Əməliyyatın 
ilk mərhələsində nazik metal 
vərəqələr tellərə çevrilir, sonra bu 
məf-tillər 
ustanın 
özünün 
hazırladığı 
polad 
həddədək 
incəldilir ki, nəticədə olduqca zərif 
və yaraşıqlı bəzək və ornamentlər 
alınır. 
Şəbəkə üsulu ən çox 
Təbriz, Bakı, Şuşa, Şəki və 
Naxçıvanda inkişaf etmişdir. Bu 
sahədə XVIII yüzillikdə yaşamış Şəki zərgəri Teymur Nəbi oğlu, XIX yüzillikdə yaşamış 
Bakı zərgəri Mir Dadaş və Şuşa zərgəri Torlamaçı Əliş kişi şöhrət qazanmışlar. 
Xatəmkarlıq Azərbaycanda zərgərlik sənəti sahəsində böyük irsə malikdir. 
Xəncər, qılınc, müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəmək üçün istənilən 
çeşni əsasında həmin cismi üzdən azacıq deşir, sonra bu dəliklər qızıl, gümüş və s. 
rəngli metal mıxlarla doldurulur. Bütün bu proses qurtardıqdan sonra cismin üstü 
hamarlanır və elə bil gözəl bir mozaikanı andırır. Xatəmkarlığın ən çətin və maraqlı 
sahələrindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdi. 
Bu, sənətkardan böyük zövq və ustalıq tələb edir. Azərbaycan sənətkarları bu sahədə 
də böyük məharət göstərmişlər. 
Minaçılıq Azərbaycan zərgərlik sənətini yüksəklərə qaldıran sahələrdən 
biri idi. Minaçılığın ən çətin və maraqlı sahələrindən biri pərdəli minadır. Əldə 
edilən materiallardan görünür ki, Azərbaycanda ən çox pərdəli mina işləri Təbrizdə, 
Naxçıvanda və Bakıda olmuşdur. Tarixdən məlumdur ki, yüksək keyfiyyətli Bakı 
pərdəli minaları hələ XVIII yüzillikdə dünya bazarlarında aparıcı yer tutmuşdu. Əbəs 
deyildir ki, indiyə qədər xalq arasında hələ XIX yüzillikdə yaşamış məşhur Bakı 
minaçılarından Məşədi Əbüləziz, usta Aslan, Molla Fərəc kimi sənətkarların adları 
unudulmur. Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın rəngli mina mayesi 
(şiri) ilə doldurmaqdan ibarətdir. Bundan ötrü qızıl, gümüş və qeyri-metal parçası 


190 
üzərində lazım olan (quş, heyvan, bitki və s.) rəsmli naxışlı qəlibi basma üsulu ilə ona 
keçirdikdən sonra burada əmələ gələn boşluqları mina mayesi ilə doldururlar. 
Azərbaycan minaçılığında ən çox işlədilən rənglər açıq-çəhrayı, yaşıl, göy, 
firuzəyi, qara və qırmızı olmuşdur. Yaşılla, əsasən yarpaq və budaqlar örtülmüş, 
firuzəyi və göy rənglərlə 
nəbati rəsmlərdən ibarət 
naxışların bəzi ara sahə 
yerlikləri, qırmızı rənglə 
adətən ləçəkləri, çəhrayı 
rəngdə 
olan 
güllərin 
ləçək dibləri işlənmişdir. 
Bu 
cəhətdən 
minaçılıq sənəti başqa 
sənətlərə nisbətən daha 
çox 
kaşıçılıq 
sənətini 
xatırladır. Digər ölkələrin 
minaçılarına 
nisbətən 
Azərbaycan minaçılarının 
əsərləri daha çox şöhrət 
qazanmışdı, çünki onların 
əsərlərində 
qarışıq, 
bulanıq rəng olmazdı. Onların, rəsmin boşluqlarına tökdükləri hər rəngin öz 
xüsusiyyəti olduğundan, bu rənglər qızıl və s. tel pərdələri ilə bir-birindən ayrılır. 
Azərbaycan minalarının belə rəngarəng olması, bu rənglərin bir-birilə ahəngdarlığı 
insanı valeh edir. 
XVIII yüzillikdə Azərbaycanda daş üzərində ən zərif oyma işlərinə biz 
məzar daşlarında rast gəlirik. Hazırda Abşeron, Şamaxı, Quba, Şəki, Ağdam, 
Gəncə, Qazax, Tovuz və s. yerlərdə bədii xüsusiyyət daşıyan bir çox məzar daşları 
vardır. Bu əsrlərdə məzar daşlarının bəzəkləri bir çox hallarda ənənəvi xarakter 
daşısa da, onların tərtibatında çoxlu yeniliklər də özünü büruzə verməyə başlayırdı. 
Məzar daşlarının tərtibatında müxtəlif növlü ornament ünsürlərindən, oyma 
ilə yanaşı boyadan və qeyri-qiymətli daşlardan (mərmər, qranit və s.) geniş istifadə 
edilməsi bu əsrin üslub xüsusiyyətlərindən biri idi. Bu əsr məzar daşlarının bəzəkləri 
içərisində ən çox yayılanları fərdi xarakter daşıyan rəsmlərdir. Bunlardan kişi məzar 
daşlarında xəncər, qılınc, tapança, tüfəng, at rəsmini, qadın məzar daşlarında isə 
güzgü, daraq, iynə-sap və s. məişət əşyalarından olan rəsmləri göstərmək olar. Bu 
əsrlərin məzar daşı bəzəklərində süjet xarakterli kompozisiyalara artıq rast 
gəlinmir. 
Arabir Quba, Gəncə, Tovuz, Qazax, Lənkəran rayonundakı məzar daşları 
üzərində rast gəlinən insan fiqurları isə heç bir mövzu ilə bağlı olmadığı üçün sırf 
individual xarakter daşıyırdı. 
XVIII yüzilliyin məzar daşları bəzəklərinin əsas xarakterik xüsusiyyəti onun 


191 
bədii tərtibatında müxtəlif növlü ornamentlərdən istifadə edilməsidir. Bir abidədə 
onun məzmunundan asılı olmayaraq, həndəsi, nəbati ornamentlərlə yanaşı, insan, 
heyvan, quş fiquru, müxtəlif məişət əşyaları və s. bəzəklərə rast gəlinir. 
Quba şəhər qəbiristanlığında olan 1799-cu il tarixli məzar daşı qeyd 
etdiyimizi əyani bir şəkildə təsdiq edir. 
Bozdaşdan yonulmuş bu hündür məzar daşı üzərində biz zərif oyulmuş bir 
qrup ornament ünsürlərinə rast gəlirik. Məzar daşının üzəri kompozisiya etibarilə beş 
ayrı-ayrı çərçivələrlə bölünmüşdür. Aşağıda yerləşdirilmiş ən böyük çərçivədə qəşəng 
bir tağ arasında qanadlarını gərmiş qartal fiquru oyulmuşdur. Qartalın hündür ağac 
üstündə başını sol tərəfə əyərək təsvir edilməsi kompozisiyanı xeyli canlandırmış, 
ona dinamik bir hərəkət vermişdir. Bu medalyondan yuxarı, üç çərçivə içərisində 
"şəbəkə" kompozisiyasını xatırladan beş, səkkizbucaqlı ulduz, dairə, üçbucaq və s. 
həndəsi naxışlar yerləşdirilmişdir. Bəhs etdiyimiz məzar daşı vertikalformalı 
çərçivə və onun içərisində verilmiş zərif gül-çiçək rəsmləri ilə bitir. Bu qəbirdaşının 
bəzəklərinin ümumi kompozisiyası ayrı-ayrı ornament ünsürləri və eləcə də texniki 
icrası onun Abşeron oyma işlərinə yaxın olduğunu göstərir. 
Bu əsrlərdə başqa sənət nümunələrində gözəçarpan lokal xüsusiyyətlər 
qəbir daşları bəzəklərində də görünməkdə idi. Bu yerli xüsusiyyətlər, ilk növbədə, 
yerin iqlimindən, düzəldilən materialın keyfiyyətindən və bədii ənənəsindən irəli 
gəlirdi. Bu cəhətdən həmin dövrdə Şamaxı, Şəki, Qax, Qazax, Tovuz, Gəncə, 
Ağdamda rast gəlinən məzar daşları öz forma və bədii tərtibatına görə, üzdən də 
olsa, müstəqil xüsusiyyət daşıyır. Bu tipli məzar daşlarının bəzilərini nəzərdən 
keçirək. Şəki rayonunda qalan ən orijinal məzar daşları Xan məscidi həyətində 
yerləşmişdir. Bu məzar daşları çaylaqlarda təsadüf edilən sərt bozdaşdan yonulmuş, 
səthi oyulmuş gül-çiçək və yazılarla bəzədilmişdir. 
Şəki məzar daşlarının ən gözəl xüsusiyyətlərini özündə əks etdirən bu 
kompleks məzar daşları çox böyük deyildir. Təpəsi tağ formasında kəsilmiş bu vertikal 
məzar daşlarının hündürlüyü 1-1,5 m-ə qədərdir. 
İqlim ilə əlaqədar olaraq, yağış və seldən qorunmaq üçün bu daşlar ətraf və 
arxadan kərpiclə hörülmüşdür. Bəzəklər də buna müvafiq olaraq abidənin bir 
tərəfində, yəni önündə yerləşdirilmişdir. 
Şəki Xan məscidi həyətində yerləşən məzar daşları içərisində hicri 1215 
(1801)-ci il Əbdül Kilidaqiyə həsr edilmiş abidə xüsusilə diqqəti cəlb edir. 
Haqqında bəhs etdiyimiz məzardaşının bəzəkləri nəbatat aləmindən 
götürülmüş naxışlar, nəsx xətli yazı abidənin formasına müvafiq bir şəkildə 
oyulmuşdur. Daşın bəzəkləri kompozisiya etibarilə iki hissəyə bölünmüşdür. 
Aşağıda, düzbucaq hissəsində horizontal sətirlərlə yazı, yuxarıda isə simmetrik 
quruluşlu oraament verilmişdir. Yazıların nəbati ornamentəoxşar nəsx xəttilə 
yazılması onun ornamentlə bir vəhdət yaratmasına kömək etmişdir. 
Məzar daşının yuxarı hissəsi bütünlüklə gül-çiçək, yarpaq və şaxə 
rəsmlərindən təşkil edilmiş naxışlarla örtülmüşdür. Bu oyma naxışlar yeknəsəq 
görünməsin deyə, sənətkar böyük ustalıqla arabir qırmızı, göy, yaşıl, sarı rəngdən 


192 
də istifadə etmişdir. 
Sənət tariximizin tədqiqatçıları haqlı olaraq bu məzar daşlarını düzəldən 
ustaların yaradıcılığına Şəkinin XVIII-XIX yüzilliklər memarlığında geniş yayılmış 
divar rəsminin təsiri olduğunu göstərirlər. Bunu biz nəinki onların istifadə etdikləri 
ornament motivlərində, kompozisiyalarda, hətta iş üsulunda da açıq-aydın görə 
bilərik. 
Haqqında bəhs etdiyimiz Şəki məzar daşları üzdən qrafik bir səpkidə, həm 
də səthi (dərinliyi 1-1,5 mm) oyulmağına baxmayaraq, müxtəlif məsafələrdən bədii və 
aydın görünə bilir. Daşların bədii tərtibatında arabir istifadə olunan boyalar bu 
ornamentə xüsusilə böyük yaraşıq verir. 
Şəki xanlarına və onların nəsillərinə aid bu daşlar öz üzərindəki kitabələri 
ilə də diqqəti cəlb edir. Burada Qurandan götürülmüş ayə və duadan başqa vəfat 
edən şəxsin tərcümeyi-halına və hətta xarakterini göstərən sözlərə də rast gəlirik. 
Məsələn, Şəki xanı Hüseyn xanın oğlu Fətəli xanın başdaşında biz belə bir 
cümləyə rast gəlirik: "Bizim səhvlərimizdən keç və günahlarımızı bağışla. Sən 
doğrudan da böyük günahları bağışlayansan, ey Allah, mənim ehtiyacım sənədir və 
canım sənin əlindədir. Başqasından üz çevirib, sənə doğru döndük, mənim arxalana 
biləcək heç bir yaxşı işim yoxdur, sənə ümid bağlayaraq təvəkkül edirəm. Ey 
mənim Allahım, cənnət əhli deyiləm, cəhənnəm oduna da tabım yoxdur". 
Şəki daş oymalarının 
maraqlı cəhəti təkcə onun 
bəzəyi və ya kitabələrinin 
məzmununda deyil, bir də 
ondadır 
ki, 
bunların 
əksəriyyətində 
biz 
onu 
düzəldən ustanın adına rast 
gəlirik. 
Daşlar 
üzərində 
xüsusilə usta Şirinin adına 
tez-tez təsadüf edilir. 
Şəki, Qax, Qazax, 
Gədəbəy və s. yerlərdə rast 
gəlinən 
məzar 
daşları 
bəzəklərinin səthi yonulması, 
ilk növbədə, bu dağətəyi 
rayonlarda 
yumşaq, asan 
yonunan daşların olmamasından irəli gəlirdi. 
Elə buna görə də bu yerlərdə məzar daşlarının daha bədii görünməsi üçün 
sənətkarlar boya və qiymətli daşların (mərmər, qranit və s.) kombinasiyasından geniş 
istifadə edirdilər. 
Bu barədə Qazax rayonunun Birinci Şıxlı, Daş Salahlı, Poylu və Dağ 
Kəsəmən kəndlərində rast gəlinən məzar daşları xüsusilə diqqəti cəlb edir. 
Bu məzar daşlarının tərtibatında xalq ustaları boya ilə birlikdə mərmər 


193 
hissələrindən də geniş istifadə etmişlər. Bəzəkli mərmər hissələri, adətən bu daşların 
yuxarı hissələrində səliqə ilə oyulmuş geniş çərçivələrdə yerləşdirilirdi. Əsas etibarilə 
qırmızı tufdan yonulmuş Qazax rayonunun məzar daşları öz monumentallığı və 
ornament motivlərinin orijinallığı ilə diqqəti cəlb edir. Stella formasında olan Qazax 
məzar daşlarının hündürlüyü bəzi kəndlərdə 4 metrə çatır. 
Başqa yerlərin məzar daşlarına nisbətən Qazax rayonunun məzar daşlarının 
bəzəklərinin əksəriyyətini emblem və rəmzi mahiyyətli ornament ünsürləri təşkil 
edir. Bunlardan zolaqlı dairəni, üz-üzə durmuş iki və ya dörd qoç buynuzunu, 
qarmağabənzər ornament elementini və s. göstərmək olar. 
Bundan əlavə, bu ərazinin məzar daşlarının bəzəkləri arasında at, maral; 
məişət əşyalarından gülabdan, xəncər, qılınc, tüfəng, tapança, patrondaş və s. 
predmetlərin də təsvirinə rast gəlinir. 
El 
ustaları 
XVIII 
yüzillikdə də əvvəlki dövrlərin 
dini etiqadları ilə bağlı olaraq 
daşdan at və qoç fiqurları yonub 
düzəldirdilər. 
Bu 
əsrlərdə 
düzəldilmiş ən orijinal qoç fiquruna 
biz hazırda Gədəbəy rayonunun 
Kiçik Qara Murad kəndində, at 
fiquruna isə Tovuz rayonunun 
Ağdam kəndi qəbiristanlığının Al-
Dədə piri yanında rast gəlirik. 
Mahir sənətkar əli ilə daşdan 
yonulmuş bu at fiquru bizim üçün 
xüsusilə qiymətlidir, çünki onun 
üzərində onu yaradan sənətkarın - 
Usta Hüseynin adı yazılmışdır. 
Gəc üzərində oyma üsulu 
ilə bəzək açmaq XVIII-XIX yüzilliklərin birinci yarısında da geniş yayılmış 
sənətlərdən sayılırdı. Bunlardan Şəkidə Şəkixanovların ev və sarayında istifadə edilmiş 
oyma işlərini, Gəncədə "Günbəzli ev" yaşayış binasının daxili bəzəyində tətbiq 
olunmuş gəc oymalı bəzəkləri və s. qeyd etmək olar. 
Son vaxtlarda yaradılmış gəc oymalı işlərin sayı əvvəlki dövrlərə nisbətən 
xeyli çox olsa da, bunlar öz bədii xüsusiyyətləri cəhətdən keçmişin gəc oymalarından 
zəifdir. 
Bu zəiflik bəzədilən gəc əşyasının və ya səthinin çox quru və səthi bir 
üsulda icra edilməsində və tətbiq olunan ornamentlərin eklektik bir şəkildə ifasında 
özünü büruzə verir. 
Nəzərdən keçirdiyimiz oyma işləri göstərir ki, XVIII yüzillikdə dövrün 
üslub xüsusiyyətlərindən irəli gələrək düzəldilən abidələrin bəzəkləri əvvəlki 
dövrlərə nisbətən səthi və eklektik bir səpkidə icra olunurdusa da, onların ornament 


194 
motivləri və xüsusilə kompozisiya quruluşu hələ də keçmiş ənənələrə sadiq qalırdı. 
Min il və ondan da artıq dövr ərzində yurdumuzda yaranmış ornament motivi və 
kompozisiya üslublarına biz bu əsrlərin sənət nümunələrində rast gəlirik. 
XVIII yüzillikdə əvvəlki dövrlərdə olduğu kimi, taxtadan düzəldilmiş məişət 
əşyaları, musiqi alətləri və xalq memarlıq abidələri hissələri ayrı-ayrı ornament 
motivləri ilə bəzədilirdi. Bəzəklər taxta məmulatları üzərində keçmişdə olduğu kimi, 
üç texnoloji üsulda icra edilirdi. Bunlar oyma, şəbəkə və xatəmkarlıqdır. Taxtadan 
düzəldilmiş əşyaların bəzəmə üsulları içərisində ən geniş yayılmışı oyma idi. 
Ən gözəl oyma işlərinə biz bu vaxt memarlıqda geniş istifadə edilən taxta 
sütunlarda, məhəccər, pəncərə, qapı və bir qrup məişət əşyalarının (təhnə, cəhrə, 
tabaq, qəlib, qaşıq və s.) üzərində rast gəlirik. 
Memarlıqda ən maraqlı oyma işləri qapı üzərində icra edilirdi. Bir qayda 
olaraq ənənəvi kompozisiyalar əsasında qurulmuş bu oyma işlərinin ən geniş 
yayılanı hər tərəfi üç pannoya bölünərək bəzədilmiş qapılardı. 
Bu səpkidə bəzədilmiş qapılann ən gözəl nümunələrinə Şəki xan 
sarayında, İrəvanda Azərbaycan sənətkarları tərəfindən tikilib bəzədilmiş 
Hüseynqulu xanın sarayında və digər abidələrdə rast gəlirik. 
Oyma üsulu ilə bəzədilmiş bu qapılarda biz nəbati, həndəsi naxışlarla 
yanaşı, müxtəlif yazılar və hətta rəmzi mahiyyət daşıyan rəsmlərə də rast gəlirik. 
Azərbaycanda taxta üzərində həkk edilmiş bədii oyma işlərinə bu əsrlərdə 
məişət əşyalarında da tez-tez təsadüf edilir. Hazırda Azərbaycan Dövlət İncəsənət 
Muzeyində, Azərbaycan Elmlər Akademiyasının Tarix və Nizami muzeylərində 
belə işlərin bir çox gözəl nümunələri saxlanmaqdadır. Bunlardan parça üzərini 
bəzəyən basma taxta qəlibləri, şərbət qaşıqlarını, mücrü və başqa sənət nümunə-
lərini göstərmək olar. 
Bu əsrlərdə Azərbaycanda oyma sənətinin ikinci bir üsulu da inkişaf 
etmişdi. Bu üsulda bəzəklər taxtanın hər iki üzündə aparılırdı. 
İkiüzlü oyma işləri nümunələrinə hazırda Azərbaycan Dövlət İncəsənət 
Muzeyində saxlanılan bir qrup bədii taxta qaşıqları nümunə göstərmək olar. 
Taxta qaşıqlar üzərində ikiüzlü oyma işləri əsasən dəstəkdə icra edilirdi. 
Məzmun etibarilə bu bəzəklər çox müxtəlifdir. Burada üz-üzə dayanmış iki bülbül 
təsvirinə, nəbati və həndəsi ornamentlərə, qaşığın kimə aid olduğunu bildirən 
yazılara və xüsusən "nuş olsun", "afiyət olsun" sözlərinə rast gəlinir. Taxta qaşıqlar 
içərisində oyulmuş bəzəklərdən ən geniş yayılanı buta rəsmidir. 
Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan taxta qaşıqların 
əksəriyyəti bu rəsmlə bəzədilmişdir. Həmin qaşıqlardakı bəzəklərin xarakterik 
cəhətlərdən biri də ondadır ki, sənətkar böyük ustalıqla oymanın iki üsulundan da 
istifadə etmişdir. 
XVIII yüzillikdə şəbəkəçilik sənəti də taxtadan düzəldilmiş məişət 
əşyalarının, memarlıq abidələrinin bəzədilməsində geniş istifadə edilirdi. 
Bu əsrlərdə şəbəkənin hazırlanması ənənəvi xarakter daşısa da, onun 
ornament 
motivləri xeyli mürəkkəbləşmişdi. Belə mürəkkəb ornament 


195 
kompozisiyalardan biri şəmsi idi. 
Bu tipli ornamental kompozisiyalı şəbəkə işlərinin ən gözəl nümunələrinə 
hazırda Şəkidə Şəkixanovların ev və sarayında rast gəlirik. 
XVIII-XIX yüzilliklərin birinci yarısında taxta üzərində bəzəkaçma sənətinin 
başqa üsullarından biri olan xatəmkarlıq da inkişaf etmişdi. 
Qiymətli metalların bəzədilməsindən fərqli olaraq taxta üzərində 
xatəmkarlıq daha zərif və rəngarəngdir. Bu da onunla izah edilir ki, sənətkar üçün 
taxta üzərində işləmək metala nisbətən daha asandır. Burada sənətkar metalda 
işlədilən qızıl, gümüşdən başqa, qeyri materiallardan, o cümlədən sədəf, fil 
sümüyü, kəhrəba, müxtəlif qiymətli daş-qaşlardan və rəngli ağaclardan da istifadə 
edə bilir. 
Həmin əsrlərdə Azərbaycan sənətkarları tərəfindən bu üsulda bəzənmiş bir 
çox tar, kamança, saz, mücrü və sair şeylər bir sıra muzeylərdə nümayiş etdirilir. 
Xatəmkarlıq sənəti bu dövrdə xüsusilə Təbriz, Ərdəbil, Naxçıvan və Şuşa 
şəhərlərində geniş yayılmışdı. 
XVIII yüzillikdə Azərbaycan geyimləri də çox rəngarəng olmuşdur. Bakı, 
Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran, Şəki və s. bu kimi müstəqil 
xanlıqların əmələ gəlməsi geyim məsələlərinə də az təsir etmirdi. Xanlıqların belə 
xüsusi çərçivədə, başqa-başqa siyasi və iqtisadi vəziyyətdə yaşamaları geyimin 
(üzdən də olsa) dəyişməsinə səbəb olmuşdur. Bu dəyişkənlik əsas etibarilə geyimin 
biçimi və siluetində deyil, onun tikildiyi malda və bəzəklərində idi. 
XVIII yüzillikdə Azərbaycanda kişilər üstündən uzunqollu, bədənə kip 
oturan çuxa geyərdilər. Çuxa əsas etibarilə qalın parçadan tikilərdi. Şəxsin yaşından 
asılı olaraq çuxanın rəngi və boyu başqa-başqa olardı. Gənclər nisbətən gödək və 
açıqrəngli, uzunətəkli çuxa geyərdilər. Bu dövrdə üstdən enli, uzunqollu əbalar da 
işlənmişdir. 
XVIII yüzillikdə əbanı əvvəlki dövrlərə nisbətən, əsas etibarilə mollalar 
və hörmətli qocalar geyərdilər. 
Azərbaycanın soyuq dağlıq rayonlarında, xüsusən qışda, qəşəng biçimdə 
tikilmiş kürk geyərdilər. Bu kürklər, əsasən, qoyun dərisindən olub, yunlu tərəfi içəri 
tikilərdi. Əla keyfiyyətli kürklərin boynundan tutmuş ətəklərinə qədər bədii tikməsi 
olardı. Azərbaycanda bu əsrdə ən gözəl kürklər Şuşa, Şəki və Qubada tikilirdi. Əhali 
arasında İrandan gətirilmə Xorasan kürkləri də geniş yayılmışdı. 
Çuxanın, əbanın və kürkün altından uzun və darqollu, bədəndə kip oturan 
arxalıq olurdu. Ümumiyyətlə, arxalıq gözəl biçimdə tikilirdi. Nisbətən varlı şəxslərin 
arxalıqları böyük zövqlə qızılı və gümüşü saplarla naxışlanardı. Arxalıq qabaq tərəfdən 
döşdən uzununa tutmuş yumru ipək və sair parçalardan tikilmiş düymələrlə və ya 
kiçik parça bəndlərlə bağlanardı. Çox vaxt bunun da üstündən beldən nazik gümüş 
kəmər və ya qurşaq bağlanardı. 
XVIII yüzillikdə kişi ayaqqabıları da çox müxtəlif olmuşdur. Ən çox 
işlədilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız kiçik başmaqlar idi. Bu zaman 
dövlətlilər arasında nazik dəridən tikilmiş uzunboğaz çəkmələr və kəndlilər 


196 
tərəfindən keçmişlərdən XX yüzilliyinin əvvəllərinə qədər geyilən çarıqlar da var 
idi. 
XVI-XVII yüzilliklərdə yayılmış 
adi araqçınlar, enli və üstü yastı ağ 
çalmalarla yanaşı, XVIII yüzillikdə dəbdə 
olan papaqlardan biri də xəz papaqlar idi. 
Əsasən quzu dərisindən tikilmiş uzun, 
şişbaşlı bu papaqlar XIX yüzilliyin 
axırlarınadək geniş yayılmışdı. Belə papaqlar 
xüsusilə Qarabağda, Gəncə, Şəki, Qubada, 
cənubda isə Təbrizdə dəbdə olmuşdur. 
Çox hallarda zadəganlar gözəl 
görünmək üçün belə xəz papaqların aşağı 
hissəsində qiymətli ağ və zolaqlı parça 
dolayırdılar. 
Bu dövrdə kişi bəzəkləri üzük, 
qurşağa taxılan və ya nazik gümüş kəmərdən 
asılan xəncər olmuşdur. XVIII yüzillikdə 
demək olar ki, bütün kişilər xəncər 
gəzdirərdilər. 
XVIII yüzillikdə qadın geyimləri 
nisbətən daha gözəl və zövqlə hazırlanırdı. 
Bu əsrin axırlarında Azərbaycanda olmuş 
səyyah marşal Fon Biberşteyn bu ölkənin 
qadınlarının 
və 
onların 
geyimlərinin 
gözəlliyinə valeh olduğunu xüsusi qeyd edir. 
Azərbaycan qadınlarının yüksək zövqlə geydiyi libaslara böyük şairimiz 
Molla Pənah Vaqifin şeirlərində də rast gəlirik. Öz dövrünün qadın bəzək və 
geyimlərinə valeh olan Vaqif yazır: 
Barmağında xatənı, güşində tənə,
Gireh-gireh zülfün tökə gərdənə,
Güləbətin köynək, abı nimtənə,
Yaxasında qızıl düymə gərəkdir. 
XVIII yüzillikdə qadın üst geyimləri - üst köynəyi, çəpkən, arxalıq, kürdü, 
küləçə, ləbbadə, eşmək və baharıdan ibarət idi. 
Qadın üst köynəyinin qolu əsasən uzun, enli və düz olurdu. O, boyun 
hissədə bir düymə ilə düymələnərdi. Üst köynəyi adətən qanovuz və ipək parçadan 
tikilərdi. Köynəyin boynuna, yaxasına, qolunun ağzına və ətəyinə qabaq hissədə qızıl 
ətəklik, qızıl və ya gümüş pul tikilərdi. 
Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif 


197 
olurdu. Qızlar və gəlinlər sarı, qırmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə 
köynək geyərdilər. 
Bu əsrdə gözəl biçimli üst qadın 
geyimlərindən biri çəpkən idi. Çəpkən astarlı 
olub, belə qədər bədənə kip biçilirdi. Onun yan 
tərəflərində aşağıda çapıq adlanan qabarıq 
hissələri olurdu ki, bu da bədənin daha gözəl və 
fiqurlu görünməsinə imkan verirdi. Bundan 
əlavə çəpkənin (bəzən əlcək ilə bitən) qondarma 
qolları da olurdu. Qondarma qolun astarı adətən 
qiymətli parçadan tikilərdi. Çəpkən qırmızı, yaşıl, 
göy məxmərdən və müxtəlif zərli parçalardan 
hazırlanardı. Çəpkənin yaxasına, çapığın qırağına, 
ətəyinə və qolunun kənarlarına sarıma və başqa 
baftalar, köbə, zəncirə və s. tutulurdu. 
Qadınlar arasında geniş yayılmış 
geyimlərdən biri də arxalıq idi. Arxalıq da 
çəpkən kimi astarlı və belə qədər bədənə kip 
biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, 
yaxud qırçınlı müxtəlif endə ətək tikilirdi. Bəzi 
arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə 
çapığı olurdu. 
Arxalıqların qollarının da biçimləri 
müxtəlif idi. Bəziləri düz və uzun, bəzilərinin 
isə qolları dirsəyə qədər düz olub dirsəkdən aşağı qondarma qol şəklində tikilirdi. 
Adətən arxalıqların yaxası açıq olurdu. Arxalıqlar məxmər, tirmə və müxtəlif zərli 
xara parçalardan tikilirdi. Qadın arxalıqları kişi arxalıqlarından əsasən, öz gödəkliyi 
və üstünü bədii tikmələri ilə fərqlənirdi. 
Bu əsrdə ən gözəl qadın arxalıqları Şuşa, Şəki, Naxçıvan və Şamaxıda 
tikilirdi. 
Qeyd etmək lazımdır ki, arxalıq, eləcə də başqa qadın üst köynəklərinin 
qollarının altında çapıq (kəsik) olardı. Bu çapıqlar qolun rahat hərəkət etməsi və 
isti havalarda tərləməməsindən ötrü idi. 
Zəngin qadın üst geyimlərindən biri də bu əsrdə kürdü olmuşdur. Kürdü 
sarıqlı və qolsuz idi. O, qış fəslində geyildiyi üçün onun boynuna, yaxası və ətəklərinə 
xəz tikilirdi. Kürdü döşdən aşağı hissədə mis və ya gümüş qarmaqlarla bağlanırdı. 
Bu dövrdə Qarabağ kürdüləri xüsusilə şöhrət tapmışdı. Onlar məxmər və tirmədən 
tikilər, yaxası, ətəkləri və ciblərinin ətrafı bafta ilə bəzədilərdi. Bu əsrdə Azərbaycanda 
Xorasan kürdüləri də dəbdə olmuşdur. Bu kürdülər tünd-sarı rəngli dəridən 
hazırlanırdı. Üzərində həmin rəngli ipək sapla bəzək vurulurdu. Bu əsrdə dəbdə olan 
üst geyimlərindən biri də küləçə idi. Bu geyim belə qədər düz, açıq, ətəyi isə 
büzməli olurdu. 


198 
Küləçənin yaxası açıq, uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı 
olurdu. O, əsasən məxmər və tirmədən tikilirdi. Yaxasına, bel kəsiyinə və 
qollarının ağzına çox vaxt güləbətin, muncuq və pilək ilə tikmə vurulurdu. 
XVIII yüzillikdə qadınlar çox uzun və enli, üst-üstə bir neçə tumanda 
gəzirdilər. Lap birinci üst tumanın ətəyi iki-üç barmaq enliyində, ümumiyyətlə, 
tirmə və ya rəngli qalın parçadan tikilirdi. 
Qadın ayaqqabısı formaca bəzi kişi 
ayaqqabısına bənzəyirdisə də, onlardan öz zərif 
biçimi və gözəl bəzəkləri ilə ayrılırdı. Nisbətən 
kübar qadınların ayaqqabılarının üstünə tikmə 
salınır, içərisinə isə dabandan tutmuş pəncəyə 
qədər naxışlarla bəzənmiş gümüş parçası 
bərkidilirdi 
(respublikamızın 
bir 
çox 
muzeylərində saxlanılan belə qadın ayaqqabıları 
buna misal ola bilər). 
XVIII yüzillikdə qadın baş geyimləri 
də əvvəlki dövrlərdə olduğu kimi çox müxtəlif 
olmuşdur. 
Qadınlar saçı bir yerə yığmaq üçün 
cuna və kətandan istifadə edərdilər. Buna həm 
də tərgötürən vasitə kimi baxılırdı (Qəşbənd-
Naxçıvanda). Sürüşməməsi üçün qullabıdan 
(çəngəl, boğazaltı) istifadə edirdilər. 
Qulabı (çəngəl, boğazaltı) əsasən 
qızıldan hazırlanar, uclarına üstünə qarmaq 
yapışdırılmış qızıl pul bərkidilərdi. 
Cuna ağ rəngli pambıq parçadan, çarqat 
isə narıncı, al çəhrayı rənglərdə və bəzən də 
saçaqlı olurdu. 
Kəlağayının əlvan rənglərinə üstünlük verilərdi. 
Ləçəyin kəlağayının üstündən bağlanmasına da təsadüf edilirdi. Deməli, 
eyni zamanda üç baş geyimi geyilirdi, birinci cuna (və ya kətan), ikinci kəlağayı, 
üçüncü ləçək (və ya qəsabə, sərəndaz, zərdab). 
Soyuq havalarda bütün bu geyimin üstündən şal salardılar (tirmə şal, kəşmiri 
şal, təbii yundan əllə toxunmuş şal). 
Bu dövrdə ən çox yayılmış baş geyimlərindən biri araqçın idi. Lakin bu 
araxçınlar XVI-XVII yüzilliklərdəki araqçınlardan arxa tərəfdə hörük torbasının 
olmaması ilə fərqlənirdi. İndiki araqçınlar daha bəzəkli olurdu. Bu dövrdə qızıl və 
gümüş saplarla naxışlanmış güləbətin tikməli araqçınlar xüsusilə geniş yayılmışdı. 
Bu araqçınlara qabaq tərəfindən, alından silsilə adlanan qızıl, gümüş 
hissəciklərindən düzəldilmiş bəzəklər asardılar. Belə bəzəklər Qarabağda, 
Gəncədə, Naxçıvanda, Qazaxda və s. yerlərdə daha çox yayılmışdı. Bakıda, Şama-


199 
xıda, Təbrizdə isə qadınlar belə araqçınların qabağından kiçik tacı andıran 
cütqabağı taxardılar. 
XVIII yüzilliklərdə ən çox yayılmış qadın baş geyimlərindən biri də 
əmmaməyəbənzər baş geyimi idi. Bunu geymək üçün qadınlar kişilər kimi başlarına 
araqçına bənzər, lakin adi araqçınlardan xeyli hündür və bərk parçadan tikilmiş papaq 
qoyar və onun ətrafına parça dolayardılar. 
Kişilərdən fərqli olaraq qadınlar əmmamənin axırını, çənələrinin üstündən 
gətirərək yaşmaq kimi ağızlarının üstündən bağlayardılar. 
Əmmamənin başda möhkəm qalması və 
gözəl görünməsi üçün onun üstündən iki cərgə 
zəncirlə bir-birinə bənd olunmuş gümüş-qızıl pullar 
və ya üstü naxışlanmış dəyirmi gümüş, qızıl dikkələr 
taxardılar. Onu da qeyd edək ki, belə 
əmmaməyəbənzər 
qadın 
baş 
geyimlərini 
Azərbaycanın ucqar dağlıq yerlərində çarşabsız 
gəzən qadınlar geyərdilər, çünki yaşmaq özü burada 
qadının üzünün aşağı hissəsini bütünlükdə örtərək 
çarşabı əvəz edirdi. 
Əlbəttə, çadraya nisbətən belə baş geyimi 
açıq gəzmək cəhətdən xeyli irəliləyiş idi. Belə 
geyimdə qadın özünü sərbəst hiss edir, işlədiyi vaxt 
ona heç bir şey mane olmurdu. 
XVIII 
yüzillikdə 
və 
sonralar 
Azərbaycanda "təsəkqabağı" adlı parçadan tikilmiş 
baş geyimi də geniş yayılmışdı. 
Daha çox qadınların alnını bəzəyən bu 
baş geyimlərini həmin dövrdə dərzilər yox, zərgərlər 
hazırlayardılar. Basma üsulu ilə düzəldilmiş buta, 
aypara, buynuz, çiçək formalı, qızıl-gümüşdən 
fiqurlu piləklər təsəkqabağının üzərinə tikilən 
əsas bəzək elementlərindən sayılırdı. 
Bu tip baş geyimləri əsas etibarilə Qarabağ, Gəncə, Qazax, Tovuz, Borçalı 
mahalında geniş yayılmışdı. Təsəkqabağı XIX yüzillikdə də geniş yayılmış baş 
bəzəklərindəndir. Tarixi sənədlərə görə, bu əsrlərdə yaşamış Gəncə zərgəri 
Ağamirzə "təsəkqabağı" hazırlamaqda dövrün ən məşhur ustası olmuşdur. 
Al-qırmızı, yaşıl, abı, yaxud bənövşəyi rəngdə məxmər təsəkqabağına tikilən 
qızıl piləklər qamətli gəlinlərin alnında kontrast dekorativ rəng vəhdəti yaradaraq 
diqqəti cəlb edirdi. 
XVIII yüzillikdə qadın baş və üst geyimləri üzərində müxtəlif forma və 
bəzəkli metal hissələri ilə yanaşı, muncuq, qiymətli daş-qaşlara da təsadüf edilirdi. 
Muncuq və daş-qaşlar arasında ən çox istifadə edilənləri kəhrəba, əqiq, mərcan, 
şəvə və gözmuncuğu idi. 


200 
XVIII yüzillikdə yurdumuzda düzəldilmiş bir çox xalq sənəti növlərilə 
yaxından tanış olduq. 
İlk baxışda xalq sənətkarları tərəfindən yaradılmış əşyalar forma və bəzək 
etibarilə elə bil ki, əvvəlki dövrlərin sənət nümunələrini təkrar edir. Keçmiş əsrlərin 
xalça, parça, tikmə, daş, dəmir, taxta məmulatlarına biz bu əsrlərdə də rast gəlirik. Lakin 
bu bəzək ünsürləri daha əvvəlki dövrlərdə olduğu kimi həyati, real yox, daha çox şərti-
dekorativ bir səpkidə icra olunurdu. Hiss edilir ki, sənətkar ornament motivlərini artıq 
(XVI-XVII yüzilliklərdə olduğu kimi) canlı təbiətdən mənimsəmir, kor-koranə 
keçmiş dövrün sənət əsərlərinin üzündən köçürür. Beləliklə, bu əsrlərdə xalq 
ustaları tərəfindən düzəldilmiş əşyalar hələ də öz forma və bəzəkləri ilə diqqəti cəlb 
etmələrinə baxmayaraq, onların icrasında az da olsa günü-gündən inkişaf edən 
qüsurları da görməmək olmur. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə