A z ə r b a y c a n diLİ VƏ t a r I x I


Qusar rayonunun Həzrə kəndindəki türbə



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə40/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   36   37   38   39   40   41   42   43   ...   61
id55880

Qusar rayonunun Həzrə kəndindəki türbə. 
XVI əsrdə Azərbaycanda 
tikilən və yenə Səfəvilərlə əlaqədar olan başqa bir bina da Qusar rayonunun Həzrə 
kəndindəki Şeyx Cüneyd türbəsidir. Şeyx Cüneyd Şah İsmayıl Səfəvinin babası idi. O, 
XV əsrdə Şirvana etdiyi hərbi yürüş zamanı Şirvanşahlar tərəfindən öldürülmüş və 
Həzrə kəndində basdırılmışdır. Səfəvilər hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə 
Həzrə kəndində həmin türbəni tikdirmişlər. 
Şeyx Cüneyd türbəsi böyük aşırımlı günbəzlə örtülü imiş. Sonralar ona 
bitişik məscid tikilməsi və damın dəyişdirilməsi nəticəsində türbə öz əvvəlki 
görkəmini itirmişdir. Türbənin içərisi əvvəlki kimi qaldığı üçün daha maraqlıdır və 
burada hər şeydən əvvəl, günbəzə keçid təşkil edən stalaktitlərin məharətlə həlli 
diqqəti cəlb edir. 
Türbənin daxili divarları 2 m hündürlüyə qədər bənövşəyi və firuzəyi kaşı 
ilə örtülmüşdür. 
Gəncənin Cünıə məscidi. 
XVII əsrin ilk illərində tikilən abidələrdən biri 
də Gəncədəki Cümə məscididir. Cümə məscidi XVII əsr memarlığı üçün səciyyəvi 
olan qiymətli tikintidir. Ümumi həcmi kub şəklində olan bu abidənin böyük diametrli 
günbəzlə örtülməsi, ümumiyyətlə, həcm cəhətdən diqqəti cəlb edən bir quruluş 
yaradır. Burada binanın həcminin həllinə daha çox diqqət yetirilmiş, xaricə açılan 
portal-eyvanlar sadə, lakin dərin həcmli verilmişdir. Cümə məscidinin ətrafında 
yerləşən mədrəsə hazırda dağılmışdır. Məscidin qarşısında qoşa minarə XIX əsrdə 
təmir edildiyindən əvvəlki görkəmini itirmişdir. Məşhur Azərbaycan şairi və tarixçisi 
Abbasqulu ağa Bakıxanovun verdiyi məlumata görə, Cümə məscidi məşhur alim və 
memar Bahəddin tərəfindən tikilmişdir. 
Nardaran məscidi. 
XV əsr Şirvan memarlığı ənənələrinin XVII əsrdə də 
davam etdirildiyini göstərən abidələrdən biri Abşeronun Nardaran kəndində 1663-
cü ildə tikilmiş məsciddir. Binanın üzərindəki kitabədə abidənin memar Muradəli 
tərəfindən tikildiyi göstərilir. İstər quruluşca, istərsə də texniki cəhətdən Nardaran 
məscidi XV əsr Şirvan məscidlərinə oxşayır. Burada, xüsusən, daşların gözəl 
yonulmasını qeyd etməliyik. Nardaran abidəsi Şirvanşahlar sarayı binalarının 
səviyyəsində duran yüksək keyfiyyətlə tikilmişdir. 
Nardaran məscidinin quruluşunda orijinal cəhətlər də vardır: məscidin 
əsas düzbucaqlı hissəsinə bitişik tikilmiş yeni bir hissə dəhliz vəzifəsini görür
məscidə gələnlər burada ayaqqabılarını çıxartdıqdan sonra ibadət salonuna daxil 
olurlar. 
Abidənin içərisində konstruktiv quruluşda da dəyişikliklər vardır. XV əsr 
binalarından fərqli olaraq günbəz çox zərif sütunlar üzərində tikilmişdir. 
Göy günbəz. 
Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri 
Göy günbəz (Göy məscid) adı ilə məşhurlaşmış dini binalar kompleksidir. Abidənin 
adının mənşəyi kompleksə daxil olan binalar içərisində əsas yer tutan binanın 
günbəzinin göy kaşı örtüyü ilə əlaqədardır. Kompleksin özəyini təşkil edən həmin 
tikinti əsas bina olmaqla bərabər, onun ən qədim hissəsidir. Hazırda aşağı kub hissə-
dən və hündür boyun üstündə yüksələn günbəzdən ibarət olan bu bina, şübhəsiz ki, 


175 
vaxtilə türbə olmuşdur. Türbə sonralar (ehtimal ki, XVII əsrdə) bir ziyarətgah şəklini 
almış və onun ətrafında dini mahiyyət daşıyan müxtəlif tikililər əmələ gəlmişdir. 
Göy günbəz türbəsi kərpicdən tikilmiş, günbəzin xarici səthi kaşılı kərpic ilə 
örtülmüşdür. Abidənin içərisində olan mərmər tava üzərindəki kitabədə, onun 1879-
cu ildə təmir edildiyi göstərilir. Əldə olan materiallardan görünür ki, təmir zamanı 
türbənin boyun hissəsi və günbəzin xarici səthini örtən kaşı bəzəyi dəyişdirilmişdir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə