A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə36/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   32   33   34   35   36   37   38   39   ...   61
id55880

Siyavuş bəy. 
Dövrün məşhur miniatürçü və ornamentçi rəssamlarından biri 
də Siyavuş bəy olmuşdur. Şah Təhmasibin qulamı olan Siyavuş rəssamlıq sənətini 


128 
ornament ustası Həsənəli Bağdadidən və Müzəffər Əlidən öyrənmişdir. Onun 
hələlik bəlli olan 5 əsərindən birində qızılquş təsvir edilir. Sankt-Peterburqda Saltıkov-
Şedrin adına kitabxanada saxlanan bu rəsmdə qızılquşun təsviri miniatür sənəti üçün 
heç də səciyyəvi olmayan realistik səpkidə işlənmişdir. "İskəndərin əjdahanı 
öldürməsi" və "Şahın şiri öldürməsi"ni təsvir edən miniatürlər kompozisiya və fiqur-
ların dinamikliyi, canlı və ifadəliyi ilə seçilir. Rəssam təbiət qüvvələrinə qarşı 
mübarizədə zəhmli düşmənə qalib gələcəyini məharətlə və inandırıcı tərzdə əks 
etdirməyə müvəffəq olmuşdur. 
Fərrux bəy. 
Azərbaycanda miniatür sənətinin inkişafında, onun təsir 
dairəsinin genişlənməsində Fərrux bəyin də əhəmiyyətli rolu olmuşdur. Təxminən 
30 yaşına qədər Təbriz və Qəzvində saray emalatxanasında işləmiş rəssam bir sıra 
portret tipli əsərlər və kitab illüstrasiyaları çəkmişdir. "Əsir düşmüş sərkərdə Bayram 
oğlan", "Əlində badə tutmuş qız", Əmir Xosrov Dəhləvinin 1570-1571-ci il tarixli 
"Xəmsə"si üçün işlədiyi 7 miniatür, rəssamın yaradıcılığının Təbriz dövrünə aid 
görkəmli əsərləridir. 
Fərrux bəy 1576-cı ildə Hindistana gedərək uzun müddət Kabil və Lahorda 
saray kitabxanasında işləmişdir. Rəssamın Hindistanda olarkən yaratdığı portret və 
süjetli əsərlərin vaxtilə Mir Seyidəlinin bilavasitə köməyi ilə və təsiri nəticəsində 
təşəkkül tapmış Moğol Miniatür məktəbinin sonrakı inkişafında əhəmiyyətli rolu 
olmuşdur. 
Məhəmmədi. 
XVI əsr Azərbaycan və ümumiyyətlə, Şərq miniatür 
sənətinin istedadlı və orijinal rəssamlardan biri də Soltan Məhəmmədin oğlu və 
şagirdi Məhəmmədi (Məhəmmədi bəy) olmuşdur. Atası kimi Yaxın və Orta Şərq 
xalqlarının miniatür sənətində yeni bir bədii üslubun, yaradıcılıq məktəbinin 
təşəkkülü və inkişafında istiqamətverici rol oynamış bu görkəmli sənətkarın 
haqqında yazılı məlumat çox az və səthidir. 
Şərq xalqlarının incəsənətinə aid ədəbiyyatda Məhəmmədinin 2-3 əsərinin 
qısa təsviri verilir və bir neçə əsərinin ancaq adı çəkilir. Xüsusən xarici ədəbiyyatda 
bu orijinal rəssamın yaradıcılığının ideya-estetik mahiyyəti, əsərlərinin bədii üslub 
xüsusiyyətləri, onun miniatür sənətinə gətirdiyi yeniliklər haqqında heç bir 
məlumat verilmir. Halbuki Məhəmmədini dovrünün başqa rəssamlarından 
fərqləndirən, onun yaradıcılıq üslubunu müstəqil məktəb səviyyəsinə qaldıran da 
həmin keyfiyyətlər olmuşdur. 
Mustafa Alinin "Menaqibe hünerverən" adlı əsərində verdiyi məlumatdan 
aydın olur ki, Məhəmmədi məşhur Azərbaycan rəssamı Soltan Məhəmmədin oğlu və 
tələbəsidir. O, çoxfiqurlu məclis təsvirlərini çəkməkdə xüsusi şöhrət qazanmışdır. 
Məhəmmədinin hələlik elmdə bəlli olan əsərlərindən onun əsasən janrist və portretçi 
sənətkar olması aydınlaşır. Bu əsərlər indilik bir o qədər də çox deyil. Lakin 
onlardan səkkizinin imzalı olması və ikisinin üzərində işlənmə tarixinin 
göstərilməsi rəssamın yaradıcılıq bioqrafiyasını öyrənməkdə müstəsna əhəmiyyətə 
malikdir. Bunlardan biri - İstanbulda "Topqapı sarayı" muzeyində saxlanan Bəhram 
Mirzə albomundakı portret 1527-ci ildə, Parisdə "Luvr" muzeyində saxlanan 


129 
"Kənd həyatı" adlı süjetli miniatür isə 1578-ci ildə işlənmişdir. Əgər bu əsərlər 
Məhəmmədinin ilk və son işləri hesab edilərsə belə, onda deməli, rəssam 50 ildən 
artıq yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. Yenə də rəssamın əsərlərinin 
müqayisəli təhlilinə əsaslanaraq demək olar ki, Məhəmmədinin püxtələşmiş və ən 
məhsuldar yaradıcılığı XVI əsrin son rübünə təsadüf edir. 
Rəssamın bir neçə əsəri, o cümlədən "Aşiqlər", "Şahzadə portreti" kef və 
musiqi məclislərini təsvir edən çoxfiqurlu miniatürləri bədii üslub xüsusiyyətlərinə görə 
ənənəvi saray rəssamlığı üçün səciyyəvi olan səpkidə həll edilmişdir. Bu əsərlər 
zərif rəng ahəngdarlığı, surətlərin idealizə edilməsi ilə fərqlənir. Yəqin ki, 
yaradıcılığının ilk dövründə işlədiyi bu əsərlərdə atası Soltan Məhəmmədin yaxın 
təsiri hiss olunur. 
"Aşiqlər" adlı miniatürdə öz sevgilisinə badə təklif edən oğlanla qızın 
fiquru çiçəklənmiş badam və yaraşıqlı sərv ağaclarının fonunda təsvir edilir. Boylu-
buxunlu, zərif və gözəl olan bu iki sevgilinin idealizə edilmiş obrazları, əsərdə bahar, 
gənclik və gözəllik rəmzi kimi səslənən sərv və çiçəkli badam ağacı ilə həm rəsm, 
həm də rəng həllinə görə xoş bir uyarlıq təşkil edir. 
"Aşiqlər" əsərində rəssam məhəbbət lirikasının əsas yer tutduğu klassik 
poeziyada olduğu kimi, gözəl gənclərin surətində bəşəri eşq və məhəbbəti, insan 
mənəviyyatını gözəlləşdirən saf və təmiz sevgini tərənnüm edir. 
İnsan gözəlliyi, dünyəvi eşq və məhəbbətin tərənnümü sufi poeziyasının 
təbliğ etdiyi ilahi eşqə, mistik məhəbbətə qarşı çıxmaq idi. Məhz buna görədir ki, 
Məhəmmədinin və başqa 
rəssamların dünyəvi eşq 
və məhəbbəti əks etdirən 
əsərləri məzmununa görə 
öz dövrünün qabaqcıl 
ideyalarını, 
fəlsəfi-
estetik ideallarını əks 
etdirirdi. 
Məhəmmədinin 
ikinci, daha 
yüksək 
inkişaf 
etmiş, 
püxtələşmiş dövrü XVI 
əsrin son rübünə təsadüf 
edir. 
Rəssamın 
bu 
dövrdə yaratdığı əsərləri 
ideya məzmunu və bədii 
ifadə vasitələrinə görə 
əvvəlki əsərlərindən əsaslı surətdə fərqlənir. Həmin əsərlərinin əksəriyyəti onun 
tezliklə saray həyatından uzaqlaşdığını, daha çox adi həyat hadisələrindən ilham 
aldığını göstərir. "Kənd həyatı", "Kəndlilərin rəqsi", "Dərvişlər", "Baharın 
qarşılanması" kimi süjetli miniatürlərində, rəsm və portret əsərlərində Məhəmmədi 


130 
yoxsul təbəqələrin həyat və məişətini, sadə adamların surətini, xalq adət və 
ənənələrini əks etdirir. Bilavasitə geniş xalq həyatı ilə əlaqədar olan bu əsərlər bədii 
üslub xüsusiyyətlərinə görə realistik xarakter daşıyır. Məhəmmədinin "Şərəfnamə"yə, 
Ə.Caminin və Əmir Xosrov Dəhləvinin əsərlərinə çəkdiyi illüstrasiyalar Sankt-
Peterburqda Saltıkov-Şedrin adına kitabxanada, Boston incəsənət muzeyində, 
Parisdə "Luvr" və Milli muzeydə, Londonda və başqa yerlərdə saxlanan miniatürləri 
üslub xüsusiyyətlərinə görə XVI əsrin əvvəli və ortalarında inkişaf edən Təbriz 
məktəbi üslubundan əsaslı tərzdə fərqlənir, miniatür sənətinin inkişafında yeni bir 
mərhələni, bədii üslubun yarandığını xəbər verir. Surətlərin real və axıcılığı ilə diqqəti 
cəlb edən bu miniatürlərdə XVI əsrin sonu, XVII əsrin əvvəlləri üçün xarakterik olan 
əsas üslub formalaşır, tədricən dəyişməz kanonlara çevrilir. Şux və cingiltili rənglərin 
kontrastlığı və təkrarlanmasına əsaslanan parlaq isti kolorit, nisbətən sönük soyuq 
koloritlə əvəz edilir. Təsvir vasitələrinin əsasını təşkil edən əlvan rəng ləkələrinin 
boyakarlıq üsulunun yerini ifadəli kontur xətlər və ştrixlərdən ibarət rəsm texnikası 
(siyah qələm) tutur. İnsan təsvirlərinin proporsiyası dəyişir. Fiqurlar nisbətən böyük 
miqyasda hündür boylu, kiçik və yuvarlaq başlı təsvir olunur. Paltarları, baş geyimləri, 
kəmər və s. detallarda əsaslı yeniliklər gözə çarpır. 
Məhəmmədinin miniatür sənətinə gətirdiyi bu yeni üslub xüsusiyyətləri 
onun 1570-ci illərdə, yəni yaradıcılığının son dövrlərində çəkdiyi "Kənd həyatı", 
"Dağda şeir məclisi", "Dərvişlər", "Kəndlilərin rəqsi" və s. əsərlərində daha qabarıq 
əksini tapmışdır. 
Luvr muzeyində saxlanan "Kənd həyatı" adlı miniatürdə rəssamın həyatda 
müşahidə etdiyi adi bir məişət səhnəsi - kəndlinin bir cüt öküz qoşulmuş xışla yer 
şumlaması təsvir olunur. Kompozisiyanın mərkəzində verilən bu əsas süjetlə kənd 
həyatının müxtəlif epizodları çobanın tütək çala-çala sürünü otarması, çadırlarda 
qadınların ev işi görməsi, kəndlinin odun qırması və s. məişət səhnələri birləşir, 
nəticədə miniatür kənd həyatını hərtərəfli əks etdirən bir janr əsəri keyfiyyətini kəsb 
edir. 
Məhəmmədinin "Dərvişlərin rəqsi", "Təlxəklərin rəqsi", "Təlxəklərlə 
keçilərin rəqsi" və s. qondarma adlar altında xarici kitablarda dərc və qeyd olunan 
miniatürü öz bədii formasına görə xüsusilə əhəmiyyətlidir. Burada müxtəlif musiqi 
alətləri çalan dərvişlərin müşayiəti ilə təlxək və keçi obrazını təmsil edənlərin rəqs 
etmələri təsvir olunur. Əsərdə hansı konkret surətin təsvir olunduğunu söyləmək 
çətindir. Lakin inamla demək olar ki, burada öz kökləri ilə baharın gəlişi ilə bağlı 
olan qədim bir ayinlə, ritualla əlaqədar olan, lakin zaman keçdikcə öz ilkin mənasını 
itirib adi tamaşaya, oyuna çevrilmiş bir mərasim təsvir edilir. Buna görə də bu əsəri 
"Bahar bayramının qarşılanması" adlandırmaq daha məntiqi olardı. Məhəmmədinin 
başqa rəsmləri kimi, bu əsəri də sadə, lakonik, lakin çox ifadəli təsvir dilində, 
böyük sənətkarlıqla işlənmişdir. 
"Ümumiyyətlə, Şərq miniatür sənəti üçün səciyyəvi olan şərti-dekorativ 
üslubun məhdud imkanlarına baxmayaraq, Məhəmmədi öz əsərlərində adi həyat 
səhnələrini - kəndlilərin məişəti və əmək prosesini, hadisələrin vaqe olduğu yeri 


131 
konkretləşdirən mənzərəni, xüsusən ağac, heyvan və quş təsvirlərini təbii, real və 
olduqca ifadəli əks etdirir. 
Məhəmmədinin yaradıcılığı, onun əsərləri üçün səciyyəvi olan üslub 
xüsusiyyətləri bir tərəfdən klassik kitab miniatürü ilə, Kəmaləddin Behzad və Soltan 
Məhəmmədin inkişaf etdirdikləri bədii ənənə ilə bağlıdır. Digər tərəfdən isə onun 
miniatürləri, xüsusən rəsmləri ədəbi əsərlərə çəkilən illüstrasiya məhdudluğundan 
azad olub, geniş həyat mövzularını əks etdirən müstəqil dəzgah boyakarlığı və 
qrafikasının ilk nümunələri kimi qiymətləndirilməlidir. Buna görə də 
Məhəmmədinin əsərləri bir tərəfdən XVI əsrin sonlarına doğru Azərbaycan 
incəsənətində özünəməxsus gözəlliyə, təsir qüvvəsinə, spesifik təsvir vasitələrinə 
malik olan kitab miniatür sənətinin tədricən tənəzzül etməsini göstərir, digər 
tərəfdən isə əvvəlki dövrlərdə müstəsnalıq təşkil edən dəzgah boyakarlığı və 
qrafikasının getdikcə inkişaf etdiyini xəbər verir. İdeya məzmununa görə 
Məhəmmədinin 
əsərləri 
incəsənətin 
mövzu 
dairəsinin 
genişləndiyini, 
demokratikləşdiyini, həyatla, xalqla əlaqəsinin möhkəmləndiyini sübut edir. 
Məhəmmədinin orta əsr Azərbaycan incəsənətinin inkişafındakı rolundan 
danışarkən qeyd etmək lazımdır ki, onun yaradıcılığı E.Behzad və Soltan 
Məhəmmədin yaradıcılığı kimi, xüsusi və müstəqil bədii məktəbin yaranmasına səbəb 
olmuşdur. Hər bir mahir sənətkar, böyük ustad kimi onun da bir sıra davamçıları, 
tələbələri və təqlidçiləri olmuşdur. Lakin onların çoxu Məhəmmədinin saray və 
hakim dairələrin estetik tələbindən - dəbdəbəli, təmtəraqlı bəzəkçilikdən uzaq olan 
yaradıcılığının əsas mahiyyətini, demokratik məzmunu və realistik meyillərini başa 
düşməyib, ancaq onun formal cəhətlərini təkrar etməklə kifayətlənmişlər. 
Məhəmmədinin yaradıcılıq təsiri çox geniş və qüvvətli olmuşdur. Buna görədir ki, 
bu dövrdə işlənmiş, lakin müəllifləri bəlli olmayan əsərlərin əksəriyyəti elmi ədəbiy-
yatda Məhəmmədiyə və ya onun üslubuna aid edilir, bu istilah isə çox zaman 
"Qəzvin məktəbi" mənasında işlədilir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə