A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə35/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   31   32   33   34   35   36   37   38   ...   61
id55880

Mir Seyidəli. 
XVI əsr Təbriz məktəbinin hərtərəfli inkişaf etmiş görkəmli 
sənətkarlarından biri də Mir Seyidəlidir. Orta əsr mənbələrinin verdiyi məlumata və 
rəssamın elm aləmində bəlli olan əsərlərinə görə, o öz dövrünün məşhur 
miniatürçüsü və ornamentalçı rəssamı, mahir xəttatı və şairi olmuşdur. 
Mir Seyidəli əsrin əvvəllərində Təbrizdə rəssam ailəsində anadan 
olmuşdur. Dust Məhəmməd, Qazı Əhməd, Budaq Qəzvini, Sadiq bəy Əfşar və s. 
tarixçilərin verdiyi məlumata görə onun atası Mir Müsəvvir dövrün görkəmli 
sənətkarlarından idi. O, istedadlı portret ustası olmuş, Şah Təhmasibin 
emalatxanasında işlərkən, şah üçün xüsusi hazırlanmış "Şahnamə" və "Xəmsə" 
əlyazmalarının bədii tərtibatında yaxından iştirak etmişdir. 
Mir Müsəvvir. 
Mir Müsəvvirin müstəqil yaradıcılığına nə vaxt və hansı 
əsərlə başladığı məlum deyil. Hələlik bəlli olan əsərlərindən biri - "Şahnamə" üçün 
çəkilmiş "Ərdəşir və Gülnar" miniatürü portalın üzərindəki kitabəyə əsasən 1527-ci 
ildə işlənmişdir. İstər bu, istərsə də "Zöhhakın dəhşəti", "Mənuçöhrün taxta 
çıxması" və "Zal, Mihrabın Kabildən göndərdiyi hədiyyələri qəbul edir" adlı 
əsərlərin çoxfiqurlu kompozisiya qurumu, baş qəhrəman və əlavə surətlərin ifadəli 
həlli, memarlıq forma və ünsürlərinin böyük ustalıqla təsvir edilməsi Dust 
Məhəmmədin rəssam haqqında dediyi tərifli sözlərə tamamilə haqq qazandırır. 
Onun Təhmasib üçün hazırlanan "Xəmsə" və "Şahnamə"də Ağa Mirəklə birlikdə 
fəaliyyət göstərdiyini yazarkən, Dust Məhəmməd onların əsərlərinin çox yüksək 
səviyyədə olduğunu, onları layiqincə qiymətləndirməyin mümkün olmadığını qeyd 
edir. 
Rəssamın imzalı əsərlərindən birində saray süfrəçisi Sarxan bəyin portreti 


126 
təsvir olunur. Fiqurun canlı və dinamik həlli, rəsmin səlis və plastikliyi, surətin ifadəliyi 
və s. sənətkarlıq keyfiyyətləri Mir Müsəvvirin həqiqətən məharətli portret ustası 
olduğunu sübut edir. Üslub xüsusiyyətlərinin eyniliyinə görə "Şah və qulam" adlı 
qoşafiqurlu kompozisiyanı (London, Britaniya muzeyi) da Mir Müsəvvirə aid etmək 
olar. 
Mir Müsəvvirin yaradıcılıq üslubunu, sənətkarlıq qüdrətini nümayiş etdirən 
ən görkəmli əsəri 1539-1543-cü il tarixli "Xəmsə"də "Sirlər xəzinəsi"nə çəkdiyi 
miniatürdən ibarətdir. "Ənuşirəvan və bayquşların söhbəti" hekayəsinə çəkilmiş bu 
illüstrasiya ilk baxışda gözəl bir mənzərə təsirini oyadır. Möhtəşəm, zəngin dekorativ 
bəzəkli sarayın xarabaya, vəhşi heyvan və quşların məskəninə çevrilmiş qalıqları, onu 
əhatələyən qamətli sərv, çiçəklənmiş ağaclar, yaşıl budaq, güllü-çiçəkli, ağ və göyümtül 
buludlu qızılı səma təbiət təsvirinə füsunkar gözəllik verir. 
Əsərin ideya məzmunu, əsas süjet xətti kompozisiyanın mərkəzində təsvir 
olunan şah və vəzirin obrazları vasitəsilə açılır. Kəhər atın belində gedən Ənuşirəvan 
qatırla arxasınca gələn vəzirə tərəf dönərək, əli ilə sökük piştağın üstündə oturmuş 
bayquşları göstərir və onların nə söhbət etdiklərini soruşur. Vəzir cavab verir ki, 
bayquşlardan biri o birisinin qızını istəyir. O isə əvəzində süd bahası olaraq bir neçə 
xaraba kənd tələb edir. Qızı istəyən bayquş deyir: "Şahımız bu işə, onun zülmü 
sayəsində məndən min xaraba kənd ala bilərsən!". Vəzirin cavabı - dahi Nizaminin bay-
quşların dili ilə hökmdara dediyi dərin hikmətli sözlər -şahın göstərdiyi səmtdə, 
sarayın yuxarısında yazılmışdır. 
Başqa miniatürlərdən fərqli olaraq burada ədəbi mətn kompozisiyasının 
ayrılmaz hissəsinə çevrilir, təsviri vasitələrlə birlikdə əsərin ideya məzmununun 
açılmasına xidmət edir. 
Miniatürdə hər şey - kompozisiya qurumu və obrazların həllindən tutmuş 
ən kiçik ünsürlərə qədər yüksək bədii zövqlə, misilsiz ustalıqla işlənmişdir. Surətlərin 
canlı və ifadəliliyi, mənzərənin, heyvan fiqurlarının real təsviri, kompozisiyanın şux və 
əlvan rənglərin vəhdətindən doğan zəngin koloriti və dekorativliyinə, dərin emosional 
təsir qüvvəsinə görə bu miniatür yalnız "Xəmsə"nin deyil, ümumiyyətlə, XVI əsr 
Təbriz məktəbinin ən dəyərli əsərlərindəndir. 
Şübhəsiz ki, belə kamil fırça ustasının öz oğlu Seyidəlinin bədii 
tərbiyəsində və yaradıcılığının formalaşmasında mühüm rolu olmuşdur. Mir 
Seyidəlinin müstəqil yaradıcılığının erkən çağları və ilk əsərləri haqqında heç nə bəlli 
deyil. Güman etmək olar ki, Şah Təhmasibin sevimli rəssamlarından olan Mir 
Müsəvvir oğlunu da saray emalatxanasına cəlb etmiş və gənc rəssam Orta Şərqin ən 
qüvvətli sənət mərkəzlərindən olan bu emalatxanada Soltan Məhəmmədin rəhbərlik 
etdiyi yaradıcı kollektivlə birlikdə işləyərək öz sənətkarlığını təkmilləşdirmişdir. 
Mir Seyidəlinin bədii fəaliyyətinin ən yüksək, məhsuldar və çoxcəhətli 
dövrü 1530-1540-cı illərə təsadüf edir. Həmin illərdə o öz atası və dövrün ən 
məşhur ustad rəssamları ilə birlikdə Şah Təhmasib üçün xüsusi hazırlanmış 
"Şahnamə" və "Xəmsə" kimi Şərqdə kitab sənətinin ən nəfis, nadir nümunələrinin 
illüstrə edilməsində yaxından iştirak etmişdir. Bundan əlavə, yenə həmin illərdə 


127 
rəssam bir sıra dərin mənalı, ifadə gözəlliyi ilə diqqəti cəlb edən şeirlər yazmışdır. 
Orta əsr müəllifləri Seyidəlinin sənətkarlığına yüksək qiymət vermişlər. 
Qazı Əhməd onun "atasından daha istedadlı olduğunu" qeyd edir. 
Mir Seyidəli eyni zamanda mahir portret ustası olmuşdur. Bəlli olan 
əsərlərindən - Seyid Məhəmmədin portretində rəssam saray rəssamlığında möhkəm 
ənənəyə çevrilmiş səpkiyə, şərti qaydalara əməl edərək, təsvir olunan adamın 
idealizə edilmiş surətini çəkmişdir. Ümumiyyətlə, rəsmi portret janrına aid əsərlərdə 
olduğu kimi, burada da rəssam, şəxsin fərdi xüsusiyyətlərini, psixoloji səciyyəsini
hətta portret oxşarlığını göstərmədən, mücərrəd bir obraz yaratmışdır. 
Qeyd etmək lazımdır ki, bir müddət Şah Təhmasibin himayəsi altında 
yaşamağa məcbur olan Humayun Mirzə saray emalatxanasının işi və görkəmli 
rəssamların fəaliyyəti ilə maraqlanmış, hələ Təbrizdə ikən Mir Seyidəlini öz 
sarayına dəvət etmişdi. 
Humayun Mirzə yenidən hakimiyyət başına keçəndən sonra, 1549-cu ildə 
Mir Seyidəli başqa rəssam və xəttatlarla birlikdə Kabilə, sonra Dehliyə gedir. 
Hindistanda olarkən yaratdığı ilk görkəmli əsəri - "Teymurun sarayı" adlı 
çoxfiqurlu monumental kompozisiyasına görə rəssama "Nadir ül-mülk" adı verilir. 
Humayun və oğlu Əkbər padşahın yanında sarayın baş rəssamı və emalatxananın 
rəisi olan Seyidəliyə 12 cildlik məşhur "Əmir Həmzə" dastanının illüstrə edilməsi 
tapşırılır. Hər cildində 200 miniatür olan bu nadir və monumental əsərin hazırlan-
masında Mir Seyidəli və onun rəhbərliyi altında 30 rəssam uzun illər boyu mətanət 
və məhəbbətlə çalışırlar. Tarixi mənbələrin verdiyi məlumata görə 1570-ci ildə 
dastanın dördüncü cildini tamamladıqdan sonra Seyidəli Məkkəyə ziyarətə gedir. 
Bəzi müəlliflər rəssamın həmin ildə Məkkədə vəfat etdiyini, başqaları isə onun 
yenidən Hindistana qayıtdığını və sonralar burada öldüyünü göstərirlər. 
Əsərin üslubu, təsvir olunan adamın geyimi, xüsusən başındakı qızılbaş 
papağı portretin Təbrizdə 1530-1540-cı illərdə çəkildiyini göstərir. "Siyah qələm" 
(rəsm) texnikası ilə işlənmiş bu əsərdə gənc oğlan kitab oxuyarkən təsvir olunur. 
Kitabın üstündə çox çətin oxunan incə nəstəliqlə "Qulam-e həzrət-e şah Seyid Əli 
şebeh-e Seyid Məhəmməd" (şah həzrətlərinin qulamı Seyidəli, Seyid Məhəm-
mədin portreti) sözləri yazılmışdır. 
Atası Mir Müsəvvirin portreti isə orijinal kompozisiyası, obrazın 
konkretliyi, fərdi xüsusiyyətlərin real və ifadəliliyi ilə rəsmi portretlərdən əsaslı 
tərzdə seçilir. 
Rəssamın fiqurası kiçik bir kvadrat daxilində, səthin diaqonalı boyu elə 
məharətlə yerləşdirilmiş ki, dizi üstə oturmuş və ikiqat əyilərək əlindəki ərizəsini 
oxuyan adamın şahın hüzurunda əyləşdiyi, ona səcdə etdiyi təəssüratı alınır. 
Oğlunun yenidən saraya qəbul edilməsini, "öz kölgəsini onun üstündən əskik 
etməməsini" xahiş edən qoca rəssamın görkəmində, simasında ərizənin mətni ilə 
bağlı olan mütilik, yorğunluq əlamətləri ifadə olunur. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə