A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə34/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   30   31   32   33   34   35   36   37   ...   61
id55880

Müzəffər Əli. 
İlk mənbələrin verdiyi məlumata əsasən Müzəffər Əli XVI 
əsr Təbriz məktəbinin çoxcəhətli yaradıcılıq diapazonuna malik olan ən görkəmli 
rəssamlarındandır. Hələlik rəssamın ancaq 2-3 əsərinin bəlli olmasına baxmayaraq, 
Qazı Əhmədin, İskəndər Münşinin və Sadiq bəy Əfşarın rəssam haqqındakı çox 
tərifli qeydlərindən aydın olur ki, o, mahir boyakar, misilsiz rəsm ustası, gözəl 
kalliqraf, ornamentalist olmuşdur. Dövrün görkəmli sənətkarları, mahir portret 
ustaları Müzəffər Əlini surət çəkməkdə misli görünməmiş ustad hesab edirdilər. 
İskəndər Münşi onun Qəzvindəki Çehil sütun sarayında divar rəsmləri çəkdiyini 
xəbər verir. 
Müzəffər Əli haqqında daha ətraflı və mötəbər məlumat onun şagirdi, 
görkəmli Azərbaycan rəssamı, şairi və təzkirəçisi Sadiq bəy Əfşarın "Məcme ül-
xəvas" və "Qanun üssüvər" adlı əsərlərində verilir. Müəllif Müzəffər Əlinin 
Behzadın bacısı oğlu, Mövlana Heydərəlinin oğlu olduğunu, təsviri sənətin 
müxtəlif sahələrində bacarıqlı ustad olduğunu, bəzən şeir də yazdığını və məharətlə 
böyük, həm də kiçik şahmat oynadığını (hətta xəyalı surətdə) qeyd edir. 
Sadiqin "Qanun üs-süvər" adlı risaləsindəki təşbeh və obrazlı ifadələrlə 
dolu qeydləri rəssamın yaradıcılığını daha ətraflı işıqlandırır. 
Sadiqin öz müəllimi haqqında dediklərində müəyyən mübaliğə olsa da 
rəssamın hələlik bəlli olan əsərlərinin kamil üslubu və yüksək sənətkarlıq 
əlamətləri bu tərifin həqiqətə uyğunluğunu sübut edir. 
1539-1543-cü il tarixli "Xəmsə" əlyazmasında rəssam Bəhram Gurun 
əfsanəvi qəhrəmanlığını - istəkli kənizi Fitnənin şıltaq tələbinə görə bir oxla 
ceyranın ayağını qulağına tikməsi epizodunu illüstrə edir. 
Qeyd etmək lazımdır ki, Sasani hökmdarı Bəhram şahın bu möcüzəli hünəri, 
Şərq folkloru və poeziyasında olduğu kimi, təsviri sənətdə də ən çox yayılmış 
ənənəvi mövzulardandır. Təsviri və dekorativ sənətin müxtəlif növlərində -bədii 
metal və keramikada, süjetli xalça və parçada tez-tez təkrar olunan bu epizodun ilkin 
təsvirinə hələ Sasani gümüş qablarında rast gəlinir. Miniatür sənətində rəssamların 
ən çox sevdikləri, dönə-dönə fırçaya aldıqları bu süjeti təsvir edən əsərlərin bədii 
formasında müəyyən oxşar cəhətlərlə yanaşı, əsaslı fərqlər vardır. 
Əlbəttə, burada söhbət Firdovsi və Nizaminin poetik təsvirlərindəki 
müxtəliflikdən doğan fərqdən getmir. Söhbət müxtəlif dövrlərdə, müxtəlif 
rəssamların Nizami "Xəmsə"sinə çəkdikləri eyni süjetli əsərlərin bədii formasında, 
xüsusən kompozisiya qurumu və obrazların həllində gözəçarpan üslub fərqindən 


124 
gedir. Məsələn, XV əsr Herat rəssamlarının əsərləri daha çox illüstrativ xarakter 
daşıyır. Ədəbi mətndən kənara çıxmayan rəssam, hadisəni sadə və aydın 
kompozisiyada, bəsit mənzərə fonunda təsvir edir. 
XVI əsr Təbriz məktəbinin əsərlərində, o cümlədən Müzəffər Əlinin 
"Bəhram Gur və Fitnə ovda" adlı əsərində isə kompozisiya mürəkkəb və 
çoxfiqurludur, ədəbi mətndə 
olmayan yeni əlavələr, köməkçi 
fiqurlar, heyvan təsvirləri, təbiət 
motivləri və s. əsərin daha 
canlı, təbii və zəngin dekorativ 
təsir 
oyatmasına 
səbəb 
olmuşdur. Əslində Müzəffər 
Əlinin əsərində də bir o qədər 
artıq fiqur, əlavə detallar 
yoxdur. Əsas qəhrəmanlardan - 
sürətlə at çapıb, ox atan 
Bəhram və at üstündə oturub 
arfa çalan Fitnədən başqa
burada 2 süvari ovçu, 2 nəfər 
dağ dalından baxan müşahidəçi 
və bir gənc qulam təsvir edilir. 
Mənzərə də çox mürəkkəb və 
qarışıq deyil. Lakin gül və 
çiçəkli aşırımında böyük palıd 
ağacı, gümüşü çeşmə olan 
dağlıq mənzərə fonunda fiqurlar 
elə ustalıqla yerləşdirilmiş və 
rəng uyğunluğu cəhətdən elə 
məharətlə həll edilmişdir ki, 
miniatür izdihamlı görünür. 
Emosional təsir qüvvəsinə görə 
Müzəffər Əlinin əsəri bu süjeti 
təsvir edən bir sıra başqa 
əsərlərdən fərqlənir. 
Müzəffər Əlinin ikinci 
imzalı işi Əscodinin "Gərşaspnamə" əsərinin 1537-ci il tarixli London nüsxəsinə 
(Britaniya muzeyi) çəkilmiş bir illüstrasiyadan ibarətdir. "Firdovsi və saray şairləri" 
adlanan bu miniatürdə güllü-çiçəkli bir bağçada, yaraşıqlı sərv ağaclarının yanında, 
yaşıl çəmənlikdə, meyvə və şərab dolu qablar düzülmüş süfrə arxasında əyləşərək 
söhbət edən üç nəfər, onların önündə isə əlindəki uzun əsasına söykənərək dayanmış 
bir kişi təsvir olunur. Mətndən aydın olur ki, bir gün görkəmli saray şairləri Ünsüri, 
Fərruxi və Əscodi şəkildəki kimi məhrəm bir məclis qurub şeir qoşmaqda yarışarkən 


125 
onlara naməlum bir şəxs yaxınlaşır. Ünsüri həmin adamdan kim olmasını soruşur və 
əgər bacarırsa yarışa qoşulmasını xahiş edir. Əsərdə həmin bu an təsvir edilir. 
Təəssüf ki, Müzəffər Əliyə məxsus olması şübhə doğurmayan başqa 
əsərləri hələlik bəlli deyil. Düzdür, bəzi alimlər (Puqaçenkova, Martin Kühnel) bir 
neçə imzasız əsəri ona aid edirlər, lakin bunların hamısını tam etibarlı saymaq 
olmaz. Məsələn, Kühnel naməlum bir əsərə çəkilmiş çox maraqlı bir miniatürü 
Müzəffər Əliyə aid edir və səhv olaraq onu "İki aqilin mübarizəsi" adlandırır. Əslində 
isə burada arxitektor Simnarın faciəli ölüm səhnəsi təsvir edilir. Miniatürün 
kompozisiya mərkəzini təşkil edən Xavərnaq sarayının portalındakı yazıdan bəlli 
olur ki, bu miniatür Soltan İbrahim Mirzənin kitabxanası üçün hazırlanmış 
kitabdandır. Bədii üslub xüsusiyyətlərinə görə əsərin Soltan Məhəmməd məktəbinə aid 
olması şübhəsizdir. 
Əlbəttə, məsələ əsərlərin sayca az, ya çox olmasında deyil. Müzəffər 
Əlinin nəzərdən keçirdiyimiz hər iki əsərinin yüksək sənətkarlıq xüsusiyyətləri, 
püxtələşmiş üslubu onun Təbriz məktəbinin ən istedadlı nümayəndələrindən biri 
olduğuna, bu məktəbin inkişafında və təsir dairəsinin genişlənməsində əhəmiyyətli 
rol oynadığına dəlalət edir. Onun Sadiq bəy Əfşar və Siyavuş bəy kimi mahir 
rəssamlar yetişdirməsini də nəzərə alsaq, ustad sənətkarın Azərbaycan miniatür 
sənətinin ümumi inkişafında görkəmli yer tutduğunu söyləmək olar. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə