A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə31/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   27   28   29   30   31   32   33   34   ...   61
id55880

 
 
 
 
 
 
XVI-XVII YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏT
 
MİNİATÜR SƏNƏTİ 
XV əsrin sonu XVI əsrin əvvəlləri Azərbaycan xalqının iqtisadi-siyasi və 
mədəni həyatında yeni yüksəliş dövrü olmuşdur. Mərkəzləşmiş Səfəvilər 
dövlətinin yaranması ölkəni xarici işğalçıların hücumundan qorudu, daxili ziddiyyətlər 
və feodal pərakəndəliyinin nisbətən ləğv edilməsinə səbəb oldu. Vahid dövlət 
quruluşu ölkədə əmin-amanlığın möhkəmlənməsinə səbəb oldu ki, bu da məhsuldar 
qüvvələrin, şəhər təsərrüfatının, ticarət və sənətkarlığın inkişafı üçün lazımi şərait 
yaratdı. Rusiya, Avropa və Şərq ölkələri ilə ticarət - karvan yollarının üzərində 
dayanmış Təbriz, Şamaxı, Bakı, Gəncə, Ərdəbil və b. Azərbaycan şəhərlərini daha 
sürətlə inkişaf etdirirdi. Əhalinin sayı, abadlığı və iqtisadi inkişaf səviyyəsinə görə 


113 
Avropa şəhərlərindən heç də geri qalmayan Təbriz, Şamaxı, Bakı, Gəncə müxtəlif 
peşə və sənətlərin inkişaf etdiyi mədəni mərkəzlər idi. 
XVI əsrdə Azərbaycanda müxtəlif elm sahələri -xüsusən tarix, fəlsəfə və 
astronomiya elmləri inkişaf edirdi. Əsrin əvvəllərində Marağa rəsədxanası bərpa 
olunur, adları bəlli və bəlli olmayan alimlərin Azərbaycan tarixinə aid bir sıra 
əsərləri yazılır. Bu dövrdə şerə və sənətə, klassik ədəbi irsə, ədəbiyyat tarixini 
öyrənməyə maraq artır. Klassik əsərləri toplamaq, divanlar tərtib etmək və onlara 
şərh yazmaq, şairlərin həyat və yaradıcılığını əks etdirən elmi əsərlər - təzkirələr 
hazırlamaq işi sürətlə inkişaf edir. 
XVI əsr ədəbiyyatının 
inkişaf zirvəsində dövrün fəlsəfi 
fikrini, ədəbi-bədii nailiyyətlərini 
özündə 
əks 
etdirən 
Füzuli 
yaradıcılığı dururdu. Şah İsmayılın 
sarayında məşhur Azərbaycan şairi 
Həbibinin rəhbərlik etdiyi ədəbi 
məclis fəaliyyət göstərirdi. Bu 
məclisə daxil olan şairlərin 
əksəriyyəti, o cümlədən Həqiri, 
Xətayi və başqaları öz poemalarını, 
lirik şeirlərini doğma Azərbaycan 
dilində yazırdılar. 
Şerə, sənətə 
yüksək 
qiymət 
verən, 
himayəçilik 
göstərən, özləri də şair, rəssam və 
xəttat olan Şah İsmayılın və oğlu 
Təhmasibin 
dövründə 
saray 
kitabxanası bədii yaradıcılığın 
müxtəlif 
sahələrində 
çalışan 
sənətkarları öz ətrafında toplayan 
qüdrətli sənət mərkəzinə çevrilir. 
Bədii sənətlərin inkişafı üçün 
yaranmış bu əlverişli şəraitlə 
əlaqədar olaraq, əvvəllər müxtəlif 
səbəblər üzündən başqa ölkələrə səpələnmiş azərbaycanlı sənətkarlar yenidən 
vətənə qayıdır və xalqın çoxəsrlik zəngin bədii ənənələrinə əsaslanaraq yeni 
nailiyyətlər əldə edirlər. Kitabxananın nəzdindəki bədii emalatxanada dövrün ən 
görkəmli xəttat və rəssamları - Sultan Məhəmməd, oğlu Mirzə Əli və Məhəmmədi, 
Mir Müsəvvir və oğlu Mir Seyid Əli, Müzəffər Əli, Sadıq bəy Əfşar, Şah Mahmud 
Nişapuri, Dust Məhəmməd və bir çox başqa sənətkarlar qızğın fəaliyyət 
göstərirdilər. Bundan əlavə, emalatxanada Herat, İsfahan, Şiraz və s. şəhərlərdən 
gəlmiş Şərqin məşhur sənətkarları Behzad, Ağamirək İsfahani, Qasıməli və başqaları da 


114 
çalışırdı. 
Təbriz miniatür məktəbinin üslub xüsusiyyətlərinin formalaşmasında, bu 
məktəbin yüksək inkişafında və onun təsir dairəsinin genişlənməsində mühüm rol 
oynayan bu rəssamlar hərtərəfli inkişaf etmiş görkəmli sənətkarlar idi. Onların 
çoxu şair-rəssam, rəssam-xəttat, xəttat-memar-rəssam olub, bədii yaradıcılığın 
müxtəlif sahələrində görkəmli nailiyyətlər əldə etmişlər. Bu baxımdan rəssam-xəttat 
və sənət tarixçisi Dust Məhəmmədin, rəssam və dekorativ sənətlər ustası Sultan 
Məhəmmədin fəaliyyəti xüsusilə maraqlıdır. 
XVI əsrdə Təbriz məktəbi üçün səciyyəvi olan bu keyfiyyətlə Qərbi 
Avropada İntibah dövrü sənətkarlarının arasında müəyyən oxşarlıq vardır. Görünür 
ki, mədəniyyətin hərtərəfli yüksək inkişaf etdiyi dövrlərdə sənətlərin sintezinin bir 
problem kimi meydana çıxması və bunun nəticəsində hərtərəfli inkişaf etmiş 
sənətkarların yetişməsi təsadüfi deyil, ümumi və qanunauyğun bir haldır. 
Bir rəssamın öz yaradıcılığında müxtəlif sənət sahələrini birləşdirməsi
ümumiyyətlə, sənət növlərinin qarşılıqlı əlaqədə, sintez halında inkişaf etməsi XVI 
əsr Azərbaycan təsviri sənətində vahid üslubun yaranmasına səbəb oldu. 
XVI-XVII əsrlərdə təsviri sənətin ən geniş yayılmış, yüksək inkişaf etmiş 
növünü kitab miniatürü təşkil edirdi. 
Əgər XIV əsrdə miniatür sənəti bədii üslub xüsusiyyətlərinə görə 
monumental divar boyakarlığının təsiri altında inkişaf edirdisə ("Demot Şahnaməsi"), 
indi isə əksinə, kitab miniatürü təsviri və dekorativ sənətlərin bütün növlərinə qüvvətli 
təsir göstərir, incəsənətdə vahid bədii üslubun, ifadə vasitələrinin yaranması və 
inkişafında həlledici rol oynayırdı. Təəssüflə qeyd etmək lazımdır ki, Təbriz 
məktəbinin XVI əsrin əvvəllərindəki fəaliyyəti, dövrün görkəmli rəssamlarının 
yaradıcılığı hələ də layiqincə öyrənilməmişdir. XVI əsrin birinci rübünə aid bəlli 
əlyazmalarının miqdarca azlığı, bütün əsərlərin imzasız olması, ilk mənbələrdə 
verilən məlumatın son dərəcə qısa və məhdudluğu bu dövrdə Təbriz məktəbinin 
inkişaf prosesini izləməyi çətinləşdirmiş, Avropa sənətşünaslığında bir sıra səhv 
fikirlərin yaranmasına səbəb olmuşdur. 
Şərq xalqlarının miniatür sənətinə həsr edilmiş bütün xarici və bəzi sovet 
ədəbiyyatında XVI əsr Təbriz məktəbi Herat məktəbinin mexaniki davamı kimi 
qələmə verilir. 
Kəmaləddin Behzad isə bu məktəbin banisi hesab edilir. Əlbəttə, XVI əsr 
Təbriz məktəbinin inkişafında Herat məktəbi ənənələrinin və Behzad yaradıcılığının 
müəyyən rolu olduğunu inkar etmək olmaz. Lakin bu da bir həqiqətdir ki, onların 
oynadığı bu rol heç də həlledici olmamışdır. 
Təbriz məktəbinin inkişafını Herat məktəbinin təsiri ilə bağlayarkən, 
Behzad başda olmaqla Herat rəssamlarının Şah İsmayılın saray kitabxanasında 
işləmələrinə əsaslanırlar. Doğrudur, 1507-ci ildə Şeybani xan, sonra isə Şah İsmayıl 
Heratı aldıqdan sonra (1510) müxtəlif ölkələrə dağılan Herat rəssamlarından bir 
neçəsi Təbrizə gələrək saray emalatxanasında işləmişlər. Lakin bu həqiqəti də qeyd 
etmək lazımdır ki, əgər Buxara və başqa şəhərlərdə çalışan Herat rəssamları öz 


115 
üslublarını olduğu kimi saxlayıb, Orta Asiyada Behzadın ənənələrini davam etdirirdi-
lərsə, Təbrizə gələnlər çox tezliklə yerli ənənələrin təsiri altına düşərək öz ilk 
əsərlərini Təbriz məktəbi üslubunda yaratmışlar. 
XVI əsrdə Təbriz miniatür məktəbinin keçdiyi tədrici inkişaf, aparılan 
yaradıcılıq axtarışları, bədii üslubun forma-laşması və getdikcə təkmilləşməsi birinci 
növbədə bu dövrün ən görkəmli rəssamlarının, Soltan Məhəmmədin rəhbərliyi 
altında saray emalatxanasında çalışan Mir Müsəvvir, Mir Seyid Əli, Müzəffər Əli 
kimi ustad sənətkarların yaradıcılığı ilə bağlı olmuşdur. Hər şeydən əvvəl yerli 
ənənələrə əsaslanan bu rəssamlar Behzadın rəhbərlik etdiyi Herat məktəbinin 
nailiyyətlərindən faydalanaraq, Orta Şərqdə miniatür sənətinin ən yüksək inkişaf 
zirvəsini təşkil edən yeni üslubun formalaşması və püxtələşməsində həlledici rol 
oynadılar. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə