A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə29/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   25   26   27   28   29   30   31   32   ...   61
id55880

 
 
 
 
 
 
DEKORATİV SƏNƏTLƏR
Orta yüzillik tarixinin XI əsrdən XV əsrin sonunadək davam edən ikinci 
dövrü feodalizm quruluşunun tam inkişafı dövrü sayılır. 
Bu zaman təsərrüfat və mədəniyyət yüksək inkişaf dövrü keçirir.
Sənətkarlıq qədimdə olduğundan daha yüksək səviyyəyə qalxır, köhnə şəhərlər 
dirçəlir, yeniləri yaranırdı. Onlar sənətkarlıq, ticarət mərkəzlərinə çevrilirdilər. 
XI-XV yüzilliklər ərzində Azərbaycan xalqı bir çox yüksək səviyyəli bədii 
sənətkarlıq nümunələri: xalça, parça, zərgərlik, saxsı, kaşı və s. yaratmışdır ki, 
bunların əksəri hazırda dünyanın ən zəngin muzeylərində nümayiş etdirilir. 
XI-XV yüzilliklərdə Azərbaycanda olmuş bir çox xarici ölkə səyyahları 
Gəncədə, Bərdədə, Naxçıvanda, Şamaxıda, Bakıda, Təbrizdə və Ərdəbildə 
misgərlik, dulusçuluq işi ilə məşğul olan xalça, parça toxuyan, böyük emalatxana-
ların olduqlarını qeyd edirlər. 
Qeydlərə görə, Azərbaycanda istehsal olunan bədii sənət nümunələri bu 


63 
dövrdə Qərbi Avropada sənət nümunələrindən xeyli yüksək səviyyədə idi. 
Mənbələrdən məlum olur ki, o dövrdə hər bir sənətin özünəməxsus sexi varmış. 
Sexlərin başında usta dururdu. 
Bütün Yaxın Şərqdə olduğu kimi, Azərbaycanın şəhərlərində də sənətkarlar 
müəyyən ixtisas üzrə ayrı-ayrı məhəllə və ya bazarlarda yerləşirdilər. Bu məhəllə 
və bazarlar həmin sənətin adı ilə adlanırdı. Məsələn, zərgərlər, misgərlər, bəzzazlar 
məhəlləsi, dəmirçi, başmaqçı, dabbağ, dülgər bazarı və s. 
XII yüzillikdə Azərbaycan şəhərlərində sənətkarların təşkilatları var idi. Bu 
təşkilatların üzvləri əxilər (qardaşlar) adlanırdılar. Onlar dini pərdə altında fəaliyyət 
göstərirdilər. Əxilər emalatxana 
sahiblərinə və sələmçilərə qarşı 
mübarizə edir, ehtiyac içərisində 
olan təşkilat üzvlərinə və başqa 
şəhərlərdəki 
məsləkdaşlarına 
kömək üçün vəsait toplayırdılar. 
Bəzi 
mənbələrə 
görə, 
XII 
yüzillikdə 
yaşamış 
böyük 
Azərbaycan şairi Nizami də 
əxilərə 
rəğbət 
bəsləmişdir. 
Aydındır ki, digər Yaxın Şərq 
ölkələrində 
olduğu 
kimi, 
Azərbaycanda da sənətkarlıq öz 
dövrünə görə yüksək inkişaf etmiş 
və çiçəklənmişdi. Ticarət yolu 
üzərində yerləşən Azərbaycan 
şəhərləri getdikcə böyüyür və 
sənətkarların sayı artırdı. 
XI-XV yüzilliklərdə Azərbaycanda dekorativ-tətbiqi sənətin demək olar 
ki, bütün sahələri inkişaf etmişdi. Bu növlərdən bəziləri (dulusçuluq, misgərlik,
ipəkçilik sənəti və s.), bir çox sexləri olan böyük emalatxanalar əsil mənada geniş 
sənaye istehsalına çevrilir, öz məhsulları ilə xarici ölkə bazarlarında şöhrət qazanırdı. 
Lakin xalq sənətimizin bu dövrlərdə elə növləri olmuşdur ki, həm yerli xammalın 
azlığından, həm də ölkədə ona az ehtiyac olduğundan nisbətən zəif inkişaf etmişdir. 
Təsadüfi deyildir ki, biz bu dövrlərdə yaradılmış sənət nümunələrinin bəzilərinə az, 
bəzilərinə isə çox rast gəlirik. Düzdür, həm respublikamızın, həm də xarici ölkə 
muzeylərinin eksponatları arasında bu dövrdə Azərbaycanda yaradılmış bəzi bədii 
sümük əşyalarına, taxta, dəri məmulatlarına və s. rast gəlirik. Lakin bu el sənəti 
növlərinin az olması bizə onların haqqında dəqiq fikir irəli sürməyə hələ imkan 
vermir. 
XI-XV yüzilliklərdə Azərbaycan dekorativ sənəti növləri içərisində keramika 
mühüm yer tuturdu. Ölkəmizin müxtəlif yerlərində son 25-30 il ərzində aparılan 
çoxlu qazıntı nəticəsində tapılmış saxsı nümunələri sübut edir ki, Azərbaycanda 


64 
XI-XV yüzilliklərdə keramika istehsal edən bir neçə mərkəz (Mingəçevir, Gəncə, 
Beyləqan, Bakı, Təbriz və s.) olmuşdur. Keramika sənəti mərkəzləri içərisində bu 
dövrdə ən görkəmli yeri Beyləqan tuturdu. Buradan tapılmış külli miqdarda müxtəlif 
bədii saxsı qablarla yanaşı, kürələr, formalar, möhürlər (emalatxanaların damğası) və 
s. əşyalar bu gözəl sənət nümunələrinin Azərbaycanda istehsal olunduğunu bir daha 
əyani surətdə təsdiq edir. 
Azərbaycanda istehsal olunan XI-XV yüzilliklərə aid saxsı qabların 
bəzilərində emalatxana damğası ilə yanaşı, onu hazırlayan ustanın da adı yazılırdı. 
Məsələn, Gəncədə tapılmış bir saxsı qabın üzərində "Əhməd Əbubəkr oğlu 
Gəncəvi", Beyləqandan tapılmış bir sıra qabların üzərində isə "Əli Əziz oğlu", "Nəsr", 
"Xəttab", "Rüstəm", "Seyidəli" və s. adlara rast gəlirik. 
Azərbaycan keramika sənəti nümunələri həm istifadə edilməsinə, həm də 
bir çox bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür. Bunlardan birincisi 
məişətdə istifadə edilən saxsı məmulatları, ikincisi isə memarlıqda tətbiq edilən 
kaşılardır. Qazıntı zamanı əldə edilən saxsı məmulatları göstərir ki, bu əsrlərdə 
Azərbaycanın şəhər və kəndlərində külli miqdarda müxtəlif formalı və bəzəkli saxsı 
qablardan istifadə edilirmiş. Bunlardan küp, kuzə, sürahi, kasa, nimçə, çıraq və s. 
göstərmək olar. Bu dövr saxsı məmulatları həm şirli, həm də şirsiz olurdu. Şirsiz 
saxsı məmulatların əksəriyyəti böyük küplər, bardaqlar və çıraqlardan ibarət idi. 
Şirsiz saxsı məmulatların istehsalında boyadan istifadə olunmadığı üçün bəzəklər, 
əsasən cızma və qabartma üsulu ilə edilirdi. Belə bəzəklər içərisində biz nəbati, 
həndəsi ornamentlərlə bərabər, müxtəlif heyvan, quş, hətta insan fiqurlu motivlərə 
rast gəlirik. 
Şirsiz saxsı məmulatlarındakı bu bəzəklər şirli qablardakı bəzəklərdən heç 
də fərqlənmirdi. Bu da Azərbaycanda vahid bir bədii keramika üslubunun olmasını 
sübut edir. 
Lakin bədii üslubun ümumiliyinə baxmayaraq, ayrı-ayrı saxsı istehsalı 
mərkəzlərinin sırf özünəməxsus bəzi elementləri də var idi. Məsələn, bu vaxtlar 
Beyləqan saxsı məmulatı üzərində daha çox aslan və qoç təsvirlərinə rast gəlinirdi. 
Çox maraqlıdır ki, aslan və qoç təsvirləri bu dövrdə Eldəgiz dövlətinin pullarında 
həkk edilmiş və Atabəylərin şəxsi damğası olmuşdur. 
Azərbaycan keramika sənətinin ən böyük zirvəsi şirli saxsı məmulatları 
istehsalıdır. Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da saxsı məmulatları istiyə, 
soyuğa daha davamlı olması və gözəl görünməsi üçün şüşəyəbənzər rəngli maye ilə 
örtülürdü. Azərbaycanda şirə adı ilə məşhur olan bu maye öz şəffaflığı və davamlılığı ilə 
geniş şöhrət tapmışdır. Şirli saxsı məmulatlarının anqobsuz və anqoblanmış iki növünə 
təsadüf olunur. Azərbaycan ərazisində tapılmış dulusçuluq sənəti nümunələri içərisində 
anqobsuz saxsı məmulatları say etibarilə çoxluq təşkil etsə də, öz bədii 
xüsusiyyətlərinə görə anqoblanmış saxsı məmulatlarından keyfiyyətcə xeyli aşağı 
səviyyədədir. Araşdırdığımız dövrün saxsı məmulatları içərisində anqoblanmış şirli 
qablar mühüm yer tuturlar. Əgər əvvəlki dövrlərdə saxsı məmulatları üzərinə 
çəkilmiş anqobdan gil qabların üzərindəki məsamələri örtmək və onun rəngini 


65 
dəyişdirmək üçün istifadə olunurdusa, XII-XV yüzilliklərdə isə naxış vurmaq üçün 
astar kimi istifadə edilirdi. 
Kimyəvi analizlər göstərir ki, bu dövrdə hazırlanmış anqobun tərkibi də 
əvvəlki dövrlərə nisbətən xeyli mürəkkəb və keyfiyyətli olmuşdur. Anqob - ağ, yağlı 
gilin tərkibinə zəy, un, şorotu və s. qatmaqla düzəldilirdi. Anqoblanmış saxsı 
məmulatları düzəldilən qabı bəzəmək üçün böyük imkanlar yaradırdı. Anqoblanmış 
saxsı məmulatları, adətən, duru birrəngli və ya çoxrəngli qatı şir mayesi ilə örtülürdü. 
Əgər çoxrəngli əlvan şir mayesi az bəzəkli qablar üzərinə tökülürdüsə, duru birrəngli 
şəffaf şir daha çox zəngin bəzəkli saxsı məmulatlarına çəkilirdi ki, anqob üzərindəki 
naxışlar şir altından daha aydın və qabarıq görünsün. Araşdırmalar göstərir ki, 
Azərbaycanda bu əsrlərdə saxsı məmulatları həm forma, həm də bəzək motivləri ilə 
çox zəngin olmuşdur. Saxsı məmulatları üzərində bəzəklər onun forma və 
məzmunundan asılı olaraq ayrı-ayrı texniki üsullarda icra edilirdi. Bunlar boya, 
oyma, cızma və qabartma üsullarıdır. 
Azərbaycanda saxsı məmulatların müxtəlif boyalarla bəzədilməsində, 
əsasən, iki texniki üsul tətbiq edilirdi: birincisi, şirüstü boya, ikincisi isə şiraltı boya. 
Şiraltı boya birbaşa gil qabın üzərinə çəkilir, sonra isə şirə batırılaraq odda qızdırılırdı. 
Şir altında yüksək hərarətə davamlı boyalardan (yaşıl, göy, qara, bənövşəyi) istifadə 
edilirdi. Bu üsulla şirlər daha şəffaf hazırlanırdı ki, onun altında olan boyalar aydın 
görünsün. Çox vaxt xalq ustaları şirin öz rəngindən də məharətlə istifadə edirdilər. 
Məsələn, qabın üzərinə elə rəngdə şir tökürdülər ki, altdakı boyalar yeni bir rəng 
alırdı. Şirüstü boya nisbətən az inkişaf etmişdi. Saxsı məmulatlarını oyma üsulu ilə 
bəzəmək Azərbaycanda xüsusilə geniş yayılmışdı. Bu üsulla əsasən açıqağızlı qablar 
(nimçə, kasa və s.) bəzədilirdi. Ustalıqla oyulmuş və sonra boyadılmış bu qabların 
üzərində müxtəlif növlü ornamentlər: heyvan, quş, hətta insan fiqurları olurdu. 
Oyma bəzəkli saxsı məmulatlarını əsasən yaşıl, sarı, bənövşəyi rənglərlə 
boyayırdılar. Bu boyalar üzərində oyulmuş, dərin bir cığırı xatırladan bəzəklər 
dövrün metal məmulatlarındakı rəsmləri yada salır. 
Azərbaycanda nisbətən az da olsa, ikiüzlü oyma saxsı məmulatlarına da rast 
gəlinir. İkiüzlü oyma işləri bu dövrdə, əsasən, Gəncə saxsı məmulatlarında təsadüf 
edilirdi. 
Qabarıq formalı bəzəklər saxsı məmulatları üzərində xüsusi qəliblərlə 
tətbiq edilirdi. Çox halda bu qəliblərdən saxsı məmulatları istehsal edən 
emalatxanaları bir-birindən fərqlənmək üçün damğa kimi də istifadə edirdilər. 
Məsələn, Beyləqan saxsı məmulatlarına adətən yarımdairə xonça, Qəbələ 
saxsılarına isə şir, quş təsvirləri və s. vururdular. Bu texniki üsullarla yanaşı, orta əsr 
Azərbaycan saxsı məmulatları üzərində biz nəinki zərif oraamentlər-quş, heyvan, 
insan təsvirləri görürük, hətta təbiət təsvirləri və ya əsil mənada süjetli 
kompozisiyalara da rast gəlirik. 
Xalq ustaları düzəldilən əşyanın bütün konstruktiv və bədii 
xüsusiyyətlərini nəzərə alaraq forma ilə məzmun arasında çox düzgün və gözəl 
vəhdət yaradırdılar. Bu dövrdə yaradılmış şirli qablardan birinə nəzər salaq. Məsələn, 


66 
XII-XIII yüzilliklərə aid olan bir Beyləqan nimçəsinin üstündə ova çıxmış gəncin 
təsviri verilmişdir. Ritmik hərəkətlə addımlayan gözəl bir at üzərində oturmuş bu 
gənc zadəganlara məxsus yaşıl əba geymiş və başına tac qoymuşdur. Naməlum 
şəxsin ova getməsini atın tərkində oturan bəbir də təsdiq edir. 
Bu dövr Beyləqan keramikasında atlı ov səhnələri ilə yanaşı, piyada ovçu 
təsvirlərinə də rast gəlmək olur. Belə qablardan biri hazırda Azərbaycan xalçası və 
xalq tətbiqi sənətinin dövlət muzeyində nümayiş etdirilir. 
XII-XIII yüzilliklərə aid edilən bu qab parçası üzərində uzunsaqqallı piyada 
döyüşçü təsvir olunub. Onun əynində xələt, başında isə şiş papaq vardır. Döyüşçü 
bir əli ilə çiyninə qoyulmuş nizəni, o biri əli ilə nazik zəncir tutub. Zəncir şərti 
işlənmiş bəbirin boynuna bağlanmışdır. Bəbir hansısa bir heyvan üzərinə atılmış 
anda göstərilmişdir. O dövrün yazılı mənbələrinin araşdırılması göstərir ki, burada 
əyan və feodal deyil, sadə döyüşçü və ya nökər təsvir olunmuşdur. Həmin dövrün 
məşhur nəsihət kitabı "Qabusnamə"də deyilir ki, ovda vəhşi heyvanları nökər və 
qullar saxlamalıdır. Əynindəki geyimi də burada göstərilmiş şəxsin nökər və ya 
sıravi döyüşçü olduğunu göstərir. 
XI yüzillikdə yaşamış görkəmli dövlət xadimi Nizam əl-Mülkün 
"Siyasətnamə" əsərində səlcuq qoşunlarının ayrı-ayrı hərbi hissələrinin 
geyimlərinin təsvirində belə tipli paltarlara rast gəlmək olar. 
Bu əsr Beyləqan keramikasında ov səhnələri ilə yanaşı, feodalların 
əyləncələrini əks etdirən mövzuları da görmək olur. Belə qablardan biri Azərbaycan 
xalçası muzeyində nümayiş etdirilən əlvan boyalı keramika nümunəsidir. Burada 
əlində çövkən oyununda işlənən ağac çubuq tutmuş şəxs təsvir edilib. Oyunçu sağ 
tərəfə çapan at üstündə əyləşmişdir. Oyunçunun fiquru bir qədər kobud, at isə daha 
canlı halda işlənmişdir. Kompozisiyanın fonu açıq-yaşıl rəngdə olub, xırda, sarı 
rəngli dairələrlə zənginləşdirilmişdir. Bu qabda verilən səhnədən aydın olur ki, orta 
əsr Azərbaycan feodallarının ən sevimli əyləncələrindən biri çövkən oyunu 
olmuşdur. Qabda onu hazırlayan ustanın adı - "Nəsir" sözü də yazılmışdır. 
Sulu boya üsulunu andıran gül-çiçək rəsmləri arasında yerləşdirilmiş bu 
süjet XVI yüzillikdə bədii Azərbaycan parçalarındakı təsvirləri xatırladır. Süjet 
xarakteri daşıyan rəsmli kompozisiyalara bu dövrdə biz əsasən Beyləqan saxsı 
məmulatlarında rast gəlirik. Gəncə və Bakı keramikasında isə adətən bir-biri ilə bağlı 
olmayan ayrı-ayrı insan və heyvan fiqurlarına təsadüf edilir. Əgər biz XI-XII 
yüzilliklərdə saxsı məmulatları üzərində tətbiq olunmuş təsvirlərin məzmununa 
nəzər salsaq, onların hələ də ilk orta əsr Azərbaycan incəsənətində geniş yayılmış 
mövzularla qidalandığını görərik. Buna misal şirsiz saxsı məmulatları üzərində tez-tez 
təsadüf edilən stilizə olunmuş aslan rəsmini, şirli qabların bəzəkləri içərisində 
geniş yayılmış iti caynaqlı quş və ya vəhşi bir heyvanı oxla vuran cəngavər rəsmini 
və s. göstərmək olar. Axırıncı rəsm keçmişdə Sasani metalları üzərində ən çox 
yayılmış süjetlərdəndir. 
Son zamanlara kimi belə hesab olunurdu ki, Azərbaycanda bu dövrdə süjet 
səhnəli şirli məmulat ancaq Beyləqan şəhərində istehsal edilirdi. Lakin son vaxtlarda 


67 
aparılan arxeoloji qazıntılar bu fikrin yanlış olduğunu göstərir. Şamaxı şəhərindəki 
arxeoloji tədqiqatlar zamanı üzərində orta əsr döyüşçüsünün əl və qol hissələri rəsm 
olunmuş bir şirli qab parçası aşkar edilmişdir. Tarix elmləri doktoru H.Ciddinin 
fikrincə, XI yüzilliyə aid edilən bu saxsı parçasında o dövrdə Şirvanda işlənən hərbi 
geyim forması nümayiş etdirilib. 
XII-XIII yüzilliklərin əvvəllərində şirli məmulatla yanaşı, süjet tipli 
təsvirlərə şirsiz keramika üzərində də rast gəlinir. Bunlardan ən diqqətəlayiqlisi 
hazırda Nizami adına Gəncə tarix-ölkəşünaslıq muzeyində saxlanılan bir konusvari 
gil qabdır. Qabın qiymətli cəhətlərindən biri də ondadır ki, burada "Məni 
unutmamaq üçün Cahan Pəhləvana" sözləri yazılmışdır. Yazıdan belə bir 
nəticəyə gəlmək olur ki, həmin əşya XII yüzilliyin II yarısında hazırlanmışdır. Bu yazını 
oxumuş filologiya elmləri namizədi Əbülfəz Hüseyninin fikrincə, həmin qab hədiyyə 
kimi Eldəgiz dövlətinin başçısı məşhur Atabəy Məhəmməd Cahan Pəhləvana (1175-
1186) təqdim edilmək üçün hazırlanmışdır. 
Qabdakı yazı və rəsmlər Şərqin bir çox sənətkarlıq mərkəzlərində istehsal 
olunan belə formalı məmulatın hansı məqsədlər üçün işlənməsi kimi mübahisəli 
məsələnin həllini yüngülləşdirir. Çox 
güman ki, belə qablar müxtəlif
bahalı mayelərin, ilk növbədə 
qiymətli ətirlərin uzaq məsafələrə 
daşınması üçün istifadə edilirdi. 
XIII yüzillikdə Azərbaycan 
ərazisində monqolların viranedici 
yürüşləri 
nəticəsində 
ölkənin 
iqtisadi-ictimai həyatında inkişaf 
dayanır. 
Mühüm 
sənətkarlıq 
mərkəzləri olan Beyləqan, Gəncə, 
Qəbələ və b. tənəzzülə uğrayır. Bir 
çox sənət sahələrində istehsal 
dayanır və ya azalır. Bu hal xüsusilə 
süjetli keramika istehsalına aiddir. 
Monqolların yürüşlərindən sonra 
Azərbaycanda uzun müddət heç bir 
süjetli məmulata rast gəlinmir. Ancaq XIII yüzilliyin axırı - XIV yüzilliyin 
əvvəllərində Azərbaycanda bu sənət sahəsinin istehsalı dirçəlir. 
Bu dövrdə Azərbaycan və onun cənub şəhərləri Yaxın və Orta Şərq aləmində 
aparıcı mövqeləri ələ keçirir. Bu, ilk növbədə, ölkənin nəhəng Elxani dövlətinin 
mərkəzinə çevrilməsi və Cənubi Azərbaycan şəhərlərindən Marağanın, Təbrizin, 
Sultaniyyənin həmin dövlətin paytaxt şəhərləri olması ilə əlaqədar idi. Bu 
şəhərlərdən xüsusilə Təbrizi qeyd etmək lazımdır. Elxani dövlətinin paytaxtı olan bu 
şəhər həmin illərdə özünün çiçəklənmə dövrünü keçirirdi. Demək olar ki, elə bir sənət 
sahəsi yox idi ki, bu şəhərdə inkişaf etməsin. Şəhərdə Yaxın və Orta Şərq elm 


68 
aləminin ən parlaq nümayəndələri məşhur sənət və söz ustaları yaşayırdı. Belə 
şəraitdə şəhərdə yüksək sürətlə bədii yaradıcılıq inkişaf edir, yüksək keyfiyyətli 
təsviri sənət nümunələri yaradılırdı. 
Bu baxımdan Təbriz şəhərində istehsal olunan süjetli keramika 
diqqətəlayiqdir. Onlardan birini nəzərdən keçirək. 
XIII yüzilliyin sonunda hazırlanmış bu qabda dövlətli bir atlı fiquru (bunu 
onun qollarına bağlanmış sarğılardan bilmək olar) təsvir olunmuşdur. Atlının girdə 
sifəti, xırda gözləri, nöqtələrlə göstərilmiş burnu və ağzı vardır. Atlının başında şiş 
papaq, əynində xalat və şalvar, ayaqlarında balaca çəkmələr vardır. Atlının papağı 
altından iki uzun hörük görünür. Burada təsvir olunmuş şəxsin tipi, əynindəki geyim 
onun dövlətli köçəri əyan olduğunu göstərir. 
Kompozisiyada verilmiş at fiquru xüsusilə cazibədar işlənmişdir. Onun 
təsvirində canlı dinamika duyulur. At elə bil öz yerində oynayır. 
Sənətkar buna onun ayaqlarının hərəkətdə, oynaq tərzdə işlənməsi ilə nail 
ola bilmişdir. 
Mərkəzdə verilən bu səhnə ensiz 
dəyirman zolaqla çərçivələnib, həmin zolaqda 
ayaqlarını qatlayaraq oturmuş yeddi insan fiquru 
verilmişdir. Onların eyni tərzdə, eyni geyimdə 
olması, aralarındakı məsafənin birliyi bu fiqurlara 
təsviri deyil, dekorativ ornamental məzmun verir. 
Bu zolaq və orada təsvir olunmuş obrazlar 
mərkəzdəki 
səhnəni 
tarazlaşdırıb 
ümumi 
kompozisiyaya bütövlük verir. Qabdakı təsvirlər o 
dövrdəki miniatür boyakarlığın obrazları ilə 
oxşarlıq təşkil edir və onların hər ikisində vahid 
bədii üslubun olması nəzərə çarpır. 
Cənubi Azərbaycan ərazisindən tapılan 
daha bir qab da diqqətəlayiqdir. Bu, XIV yüzilliyin əvvəlində Sultaniyyə şəhərində 
hazırlanmış və hazırda Londonda cənab Keyrin kolleksiyasında saxlanılır. 
Mütəxəssislərimizin fikrincə, burada dahi şairimiz Nizami Gəncəvinin "Xosrov və 
Şirin" poemasının əsas qəhrəmanları Xosrov, Şirin və Fərhad təsvir olunublar. Səhnə 
ağ və göy rənglərlə işlənmiş zəngin nəbati fon üzərində icra edilmişdir. Bu fonu nizamsız 
halda səpələnmiş xırda gül, yarpaq və qollu-budaqlı bitki rəsmləri təşkil edir. 
Kompozisiyanın mərkəzində Şirin, solunda zərli naxışlı paltar geymiş Xosrov, 
sağında isə bir qədər aralı Fərhad təsvir olunmuşdur. Süjetin yüksək ustalıqla işlənməsi 
və nəbati ornamentin zənginliyi hadisənin gözəl bir bağda, təbiət qoynunda baş 
verdiyini andırır. Səhnənin rəng palitrasının göy, mavi və ağ boyalardan ibarət 
olması kompozisiyaya sabit, durğun xarakter bağışlayır. Bu qabdakı səhnənin 
işlənməsində İran ustalarının müəyyən təsiri duyulur. Buna baxmayaraq, həm süjetin 
özü, həm də buradakı obrazların geyim və bəzəkləri həmin qabın Azərbaycan 
sənətkarlarının zəhmətinin məhsulu olduğunu göstərir. Belə tipli səhnələrə həmin 


69 
dövr Azərbaycan miniatürlərində də rast gəlmək olur. 
Araşdırmalar göstərir ki, Azərbaycanda bu əsrlərdə məişətdə geniş istifadə 
edilən saxsı məmulatları ilə yanaşı, müxtəlif formalı bədii kaşılar da istehsal 
edilmişdir. Bu növ məmulat əsas etibarilə memarlıq sahəsində istifadə edilmiş və 
Azərbaycanın bir çox şəhərlərindəki məscidlərdə, hamamlarda, saraylarda və s. 
yerlərdə işlədilmişdir. 
Ərəb tarixçilərindən Müqəddəsi, Həməvi və başqaları Azərbaycan 
şəhərlərində bişmiş kərpicdən tikilmiş və kaşılarla bəzədilmiş binaların olmasını 
xəbər verirlər. XII əsrin axırı və XIII əsrin əvvəllərində yaşamış və şəxsən Təbrizdə 
olmuş Yaqut Həməvi yazır ki, Təbriz çox əhaliyə malik gözəl şəhər olub, kərpicdən 
tikilmiş evləri kaşılarla bəzədilmişdir. 
Azərbaycanda kobalt filizinin külli miqdarda olması və bu dövrdə ondan 
firuzəyi şir üçün səmərəli istifadə edilməsi nəticəsində xüsusi kaşıların istehsalı 
genişlənirdi. Çünki memarlıq abidələrinin xarici və daxili tərtibatında bu kaşılardan 
geniş istifadə edilirdi. Təbrizdə, Ərdəbildə, Naxçıvanda, Bərdədə və Şirvanın bəzi 
yerlərində tikilmiş məscidlərin, türbələrin, hamam və binaların bədii tərtibatında 
işlənmiş müxtəlif rəngli (xüsusən abı, göy, firuzəyi) kaşıların nümunələri hələ 
indiyə qədər qalmışdır. 
Ümumiyyətlə, 
Azərbaycan 
memarlıq abidələrinin bədii tərtibatında 
tətbiq olunan kaşılar öz formalarına 
görə iki böyük qrupa bölünür. 
Bunlardan dördkünclü, adətən, frizlərdə 
haşiyə kimi istifadə edilən kaşıları və 
divarın geniş hissəsini xalça tək örtən 
səkkizguşəli ulduz və ulduzarası 
boşluqları dolduran xaçvari kaşıları 
göstərmək olar. Azərbaycanın bir çox 
memarlıq 
abidələri 
belə 
yüksək 
keyfiyyətli bədii kaşılarla bəzədilmişdir. 
Bunlardan Qazıməmməd rayonunda 
Pirsaatçay üzərindəki Pir Hüseyn 
xanəgahını (XIII-XV yüzilliklər), 1322-
ci il tarixli Bərdə türbəsini, Təbrizdəki 
Göy məscidi (XV əsr) və s. göstərmək 
olar. Bu dövr memarlıq abidələrimizin içərisində ən zəngini Pir Hüseyn 
xanəgahıdır. Bakının təxminən 150 kilometr cənub-qərbində yerləşən bu gözəl 
abidə vaxtilə yüksək səviyyəli bədii kaşılarla bəzədilmişdir. 
Hazırda Sankt-Peterburqda Dövlət Ermitajında, Gürcüstanın İncəsənət muzeyi və 
Bakının Nizami muzeyində toplanmış bu kaşılar əsasən dördkünc frizdən və paneli 
təşkil edən çoxlu kiçik səkkizbucaqlı ulduz və xaçvari hissələrdən ibarətdir. 
Xanəgahın kaşı bəzəklərinin ən gözəl hissəsini - panelin yuxarısını (yerdən 1,6 m 


70 
hündürlükdə) 11 m uzunluğunda haşiyələnən dördbucaqlı kaşı hissələri təşkil edir. 
Müxtəlif məsamələrdə (qabarıq, batıq) verilən nəbati ornament motivləri və 
ərəb əlifbasının nəsx xətti ilə yazılmış yazılar bu kaşıların əsas bəzək xüsusiyyətlərini 
təşkil edir. 
Ağ, yaşıl, firuzəyi, mavi rənglərlə boyanmış bu kaşıların üzərindəki nəbati 
naxışlarda yarpaq, gül, çiçək, qıvrım budaqlardan təşkil edilmiş yazılarda isə şeir və 
Qurandan götürülmüş bəzi dini sözlər verilmişdir. Şərqşünaslar kaşılarda rast 
gəlinən şeirlərin Xaqani Şirvaniyə və Cəlaləddin Rumiyə məxsus olduqlarını qeyd 
edirlər. 
Pir Hüseyn xanəgahının kiçik həcmli kaşıları da bəzəklidir, çünki mavi 
boyalı xaçvari kaşılar vaxtilə Pir Hüseyn xanəgahının divarında fon rolunu 
oynamışdır. 
Hazırda, keçmiş dövrlərdə olduğu kimi, Sankt-Peterburqda Dövlət 
Ermitajı salonlarının bir divarına bərkidilmiş bu dekorativ bəzəklərdə mavi xaçvari 
kaşılar elə bil səmanı, səkkizbucaqlı kaşılar isə işıq saçan ulduzları xatırladır. 
Səkkizbucaqlı kaşıların ulduza bənzəməsinə həm onların forması, həm də rəngi 
kömək edir. Açıq-gümüşü və qızılı rənglərin vəhdətində verilən bu kaşılarda 
simmetriya əsasında qurulmuş çoxlu bəzək ünsürləri vardır. Burada biz gül, çiçək, 
budaq, sərv ağacı təsviri ilə yanaşı, bir çox heyvan, quş və balıq rəsmlərinə də rast 
gəlirik. Bu kaşıların üzərində sıçrayıb atılmağa hazır vəziyyətdə dayanan ceyran, 
qulaqlarını şəkləyib dayanmış dovşan və digər heyvan fiqurları xüsusilə həyati 
verilmişdir. 
Bunlardan əlavə, həmin kaşılar üzərində qiymətli mənbə sayılan bir yazı 
da vardır. Bu, kaşıların qoyulduğu ili bildirən hicri 684 (1285)-cü il tarixidir. 
Demək lazımdır ki, bu kaşıları yaradan sənətkar divar tərtibatı sahəsində 
olduqca təcrübəli, incə bədii zövqə malik, cəsarətli sənətkar olmuşdur. O, fikir və 
hisslərini tamaşaçıya aydın bir şəkildə çatdırmaq üçün ən zəruri bədii ifadə 
vasitələrindən - kompozisiya, boyaların bir-birinə nisbəti və ahəngdarlığından 
bacarıqla istifadə etmişdir. Pirsaatçay xanəgahındakı kaşı parçalarının bəzəkləri öz 
dərin koloriti ilə rəngarəng bir simfoniyanı xatırladır. Əgər Şimali Azərbaycan 
memarlıq abidələrindən tətbiq olunan kaşılar içərisində ən zəngini Pir Hüseyn 
xanəgahının bəzəkləridirsə, cənubda bu, 1465-ci ildə Təbrizdə Nemətulla Bəvvab 
oğlu tərəfindən tikilib bəzədilmiş Göy məsciddir. Göy məscidin kaşı bəzəkləri göy 
rənglərin vəhdətində boyanmış (buna görə məscidin adı göydür), stilizə edilən nəbati 
ornamentlərdən təşkil olunmuşdur. Göy rəng yeknəsəq görünməsin deyə, o hər 
yerdə bir tonda deyil, bəzən açıq-firuzəyi, bəzən də bənövşəyi verilmişdir. Burada 
yaşıl, sarı, hətta qara rəngə də təsadüf edilir. 


71 
Bundan 
əlavə, 
Göy 
məscidin kaşı bəzəklərində saxsı 
qabların üstündə tətbiq olunan 
cızma texnikasından da istifadə 
edilmişdir. 
Beləliklə, 
rənglər 
canlanmış, cızıqdan isə kaşının 
qırmızı yerliyi əlavə rəng kimi üzə 
çıxmışdır. Göy məscidin kaşı 
bəzəklərində bundan əlavə bir çox 
bədii 
yazılardan 
da 
istifadə 
edilmişdir. Əsasən nəsx xətti ilə 
yazılmış bu dini sözlər haşiyədə, 
bəzən isə medalyonların içərisində 
yerləşdirilmişdir. Nəsx xətti ilə 
ifadə olunan bu yazılar ilk baxışdan 
nəbati naxışlara bənzəyir. Yazıların 
nəbati naxışlara oxşamasına bir az 
da onların arasında yerləşdirilən 
şaxəbəndliklər kömək edir. Rəngləri və ifası cəhətdən yazılı haşiyələr ətrafındakı 
naxışlarla bir olub, kaşıdan toplanmışdır. 
Qeyd etdiyimiz memarlıq abidələrində tətbiq olunan kaşı bəzəklərinin 
qiymətli cəhətlərindən biri ondadır ki, bunlar heç vaxt bəzədilən abidənin 
konstruktiv xüsusiyyətlərini azaltmamış, əksinə, daim onu canlandırmış, ona həyat 
vermişdir. 
Memarlıq abidələrinin dekorativ kaşı bəzəklərində, xalçalarımızda olduğu 
kimi, hər ornament, boya, cizgilər həm özlüyündə, yəni kiçik miqyasda, həm də 
kompozisiyanın ümumi görünüşü ilə dəqiq əlaqələndirilirdi. Elə bu xüsusiyyətlərə 
görə də onlara həm müxtəlif məsafələrdən, həm də bir neçə ayrı-ayrı nöqtələrdən 
baxmaq olur. 
Azərbaycanda daş üzərini bəzəmək, onlarda kəsmə, oyma, cızma üsulu ilə 
naxışlar açıb, insan, heyvan və başqa təsvirləri həkk etmək XI-XV yüzilliklərdə 
dekorativ-tətbiqi sənətin geniş yayılmış sahələrindən idi. Bu əsrlərdə daş 
bəzəklərinə əsas etibarilə memarlıq abidələrində və məzar daşlarının üzərində 
təsadüf edilir. Həmin daş bəzəklərinin bədii xüsusiyyətlərinə diqqət yetirsək, 
onların həndəsi, nəbati, insan, heyvan, hətta süjet xarakterli mövzularla icra 
edildiyini görərik. XI-XII yüzilliklərdə hazırlanmış daş abidələri üzərində daha çox 
həndəsi və stilizə edilmiş nəbati ornamentlərlə, XIII yüzillikdə və sonralar isə daş 
işlərində nisbətən real səpkidə işlənmiş gül-çiçək, insan və heyvan təsvirlərilə 
qarşılaşırıq. Onu da qeyd etmək lazımdır ki, oyma işlərinin tərtibatında müxtəlif 
yazılardan, onların bədii xüsusiyyətlərindən və dövrlərindən asılı olaraq istifadə 
edilirdi. Əgər XI-XII yüzilliklərdə biz həndəsi və stilizə edilmiş nəbati 
ornamentlərlə bəzədilmiş oyma işlərində bu bəzəklərə bənzər kufi yazılara rast 


72 
gəliriksə, XIII və sonrakı yüzilliklərdə real səpkidə oyulmuş nəbati ornamentlər 
arasında gül-çiçək rəsmini andıran bədii nəstəlik xəttini görürük. 
Həndəsi bəzək ünsürləri tətbiq edilmiş ən ilkin orijinal abidə Bakıda, 
İçərişəhərdə yerləşən Sınıqqala minarəsidir. 1078-ci il tarixli bu minarənin bizim 
üçün maraqlı olan ən gözəl hissəsi yuxarısında azançının gəzməsinə məxsus olan 
artırmadır. Üçmərtəbəli stalaktitlər vasitəsilə saxlanılan bu artırma dördkünc 
daşlarla hörülmüş, üzəri isə müxtəlif-növlü həndəsi naxışlarla oyulmuşdur. Üç, beş, 
altıkünclü fiqurlar, səkkizguşəli ulduz bu oyma ornament motivlərinin əsas 
mahiyyətini təşkil edir. Bu abidənin oyma bəzəklərinin maraqlı cəhəti bir də ondan 
ibarətdir ki, burada onu inşa edən memarın adı - "Əbubəkr oğlu Məhəmməd" 
yazılmışdır. 
Daş üzərində həkk edilmiş həndəsi bəzəklərə sonralar, yəni XIII yüzilliyin 
memarlıq abidələrində də təsadüf edilir. Bu tipli memarlıq abidələri sırasına, ilk 
növbədə, Culfa yaxınlığındakı Gülüstan türbəsini aid edə bilərik. Sənətkar bu 
onikisəthli abidədə böyük ustalıqla ardıcıl təkrar olunan üç həndəsi ornamentli 
orijinal kompozisiya yaratmışdır. Burada tətbiq olunan həndəsi ornamentlərin əsasını 
çoxuclu ulduz və ondan gedən şüalar təşkil edir. Bu abidədə beş, altı, səkkizuclu 
ulduzlara, altı və səkkizbucaqlı quruluşlara təsadüf edirik. Bu həndəsi oymalar öz bədii 
xüsusiyyət və məzmununa görə kərpicdən tikilmiş Naxçıvandakı Möminə xatın 
türbəsinin bəzəklərini yada salır. 
Bu əsrlərdə yaradılmış daş üzərində oyma işlərinin ən böyük və maraqlı 
səhifəsini nəbati ornament və canlıları təsvir edən rəsmlər təşkil edir. Belə oyma 
işləri sırasına, ilk növbədə, Bakıda, Bayıl tərəfdə dənizdən tapılmış, elm aləmində 
"Bayıl daşları" adını almış qabartmaları daxil etmək lazımdır. 
Bu abidələrin 25-30 ildən artıq öyrənilməsinə baxmayaraq, onların Xəzərin 
dibində olması elm aləminə lap çoxdan məlumdur. Məsələn, hələ 1782-ci ildə rus 
xəritəçiləri tərəfindən tərtib edilmiş Bakı limanının xəritəsində "Bayıl daşları"nın 
sudan çıxmağa başladığı qeyd edilmişdir. Bu marağın səbəbi abidədən daha çox, Xəzər 
dənizinin səviyyəsi məsələsi ilə əlaqədar olmuşdur. Bundan sonra Bayıl tərəfdə 
dənizin içərisindəki tikinti qalıqları haqqında 1848-ci ildə Bakıda olmuş görkəmli rus 
şərqşünası İ.N.Berezin və Azərbaycanın görkəmli alimi Abbasqulu ağa Bakıxanov 
da maraqlı məlumat vermişdir. 
1939-cu ildə Xəzər dənizinin səviyyəsinin yenidən aşağı düşməsi 
nəticəsində "Bayıl daşları" quruya çıxmış və onun əsil mənada öyrənilməsi 
mümkün olmuşdur. "Bayıl daşları"nın ən maraqlı hissəsi su altından çıxarılmış 
daşlardır. Arxeoloqlarımız tərəfindən son 30 il ərzində Xəzərdən çıxarılmış 700-dən 
çox bu bədii daş hissələri vaxtilə quruda yerləşən möhtəşəm bir memarlıq abidəsinin 
bəzəkləri olmuşdur. Tapıntılar içərisində memarın adını və binanın inşa tarixini 
göstərən daşlar da vardır. Memar yazıda özünü Əbdürrəşid oğlu Zeynəddin Şirvani 
adlandırır. Bundan başqa, burada bir sıra şəxslərin adları və s. yazılar da (Mahmud əz 
Bakü, Əfridün, "Fəriburz", "Nəqqaş" və s.) vardır. 
Dərin oyma üsulu ilə bəzədilmiş "Bayıl daşları"nın maraqlı cəhəti ondan 


73 
ibarətdir ki, burada yazılarla birlikdə canlılar təsvir edilmiş çoxlu rəsmlər də vardır. 
Uzun illər "Bayıl daşları" üzərində elmi araşdırmalar aparmış qocaman arxeoloq 
İ.Cəfərzadə bu qabartmalarda həkk edilən insan və heyvan fiqurlarının yalnız bədii 
xarakter daşımayıb, eyni zamanda həkk edilmiş hərflərin bir detalı olaraq praktiki 
mahiyyət daşıdığını isbat etmişdir. 
Doğrudan da, əgər biz bu qabartmalara diqqətlə nəzər yetirsək, real 
səpkidə işlənmiş pələng, dəvə, at, öküz, quş və insan başı təsvirlərinin kitabənin 
mətni ilə nə qədər bağlı olduğunu görərik. Kitabələrdəki yazıların arasında oturaq, 
ayaq üstə, qaçan vəziyyətdə verilmiş bu təsvirlər onun ayrılmaz bir hissəsini təşkil 
edir. Kitabələr arasında rast gəlinən insan portretləri öz individual xüsusiyyətlə-
rinə görə daha çox diqqəti cəlb edir. 
"Bayıl daşları" üzərində çalışan alimlərimiz son illərdə burada anfas şəklində 
12-yə qədər insan başı təsvirli qabartmalar aşkar etmişlər. Onların fikrincə, bu 
təsvirlər o dövrlərdə tanınmış şəxslərin portretləri olmuşdur. Portret təsvirli 
qabartmaların birinin üzərində Şirvanşah Fəriburzun adının, gürcü tipinə bənzər 
başqa bir portretdə isə gürcü sözünün oxunması yuxarıdakı fikrin nə qədər 
inandırıcı olduğunu göstərir. 
Təsvirli qabartmalar arasında gürcülərə aid kitabənin olması heç də əbəs 
deyildir. Məlum olduğuna görə o vaxtlar gürcülərlə Şirvanşahlar arasında qohumluq 
olmuşdur. Qadın obrazını təsvir edən bu portret o zaman bəlkə də Şirvanşahların 
zövcəsi Tamaranı təmsil edirmiş. 
"Bayıl daşları" içərisində heyvan təsvirli qabartmalar xüsusilə maraqlıdır. 
Bu daşlar arasında biz elə oymalara rast gəlirik ki, onlar öz bədii xüsusiyyəti və 
ifası ilə heç də dövrün təsviri sənət nümunələrindən geri qalmır. 
Belə qabartmalara, ilk növbədə, dik dayanaraq kişnəyən at başı təsvirini 
aid edə bilərik. Çox həyati və ekspressiv səpkidə oyulmuş bu daş hissəsi onu yaradan 
sənətkarın dərin müşahidəsi və qabil sənətkar olmasını göstərir. Son illərdə 
alimlərimiz "Bayıl daşları" arasında bu və ya başqa bir atın ayrı-ayrı hissələrini 
(ayağı, yüyənli ağzı, üstündə olan qalxanının bir hissəsi və s.) təsvir edən yeni 
barelyeflər aşkar etmişlər. Beləliklə, axtarışlar nəticəsində natural həcmdə olan bu 
pannoları, nəhayət, bərpa etmək mümkün olmuşdur. Atların hərəkətləri, 
yüyənlərinin dartılmış bir vəziyyətdə verilməsi, döş tərəfdəki qalxanın rəsmi və s. 
amillər göstərir ki, onların üstündə süvarilər də varmış. 
Bu pannoların həcmcə böyüklüyü və məzmunu onların vaxtilə qalanın ən 
mərkəz hissəsində olduğunu göstərir. Belə yerdə, çox güman ki, qalanın giriş 
hissəsi olmuşdur. 
Deməli, friz xarakteri daşıyan "Bayıl daşları" arasında vaxtilə süjetli 
pannolar da varmış. 
"Bayıl daşları" arasında bu əsrlərdə, başqa sənət növlərində olduğu kimi, real 
məxluq təsvirləri ilə yanaşı, əfsanəvi - mifik obrazlara da təsadüf edirik. Bunlara 
sfinks (aslan-bədənli, qadınbaşlı, qanadlı məxluq), qrifon (qartalbaşlı, aslangövdəli 
məxluq) və Vaq-vaq adlı təsvirləri (gövdəsi bitki, budaqlarından canlıların baş 


74 
hissəsi asılmış təsvir) aid etmək olar. 
Azərbaycanın orta əsr incəsənətində bu tipli sinkretik obrazların geniş 
yayılması heç də təsadüfı deyildir. 
Araşdırmalar göstərir ki, qədim türkdilli xalqların dastan və rəvayətlərində 
qəhrəmanlar çox zaman sinkretik obrazlar şəklində qələmə verilirdi. Məsələn,
məşhur "Oğuznamə" əsərində oğuz tayfasının mifik əcdadı sayılan oğuzun meydana 
gəlməsini yada salaq. "Oğuzun ayağı öküz ayağı tək, beli qurd beli tək, çiyni samur 
çiyni tək, köksü ayı köksü tək idi". 
Bütün bu faktlar göstərir ki, orta əsr Azərbaycan incəsənətində belə 
təsvirlərdən geniş istifadə olunması, ilk növbədə xalqın təfəkkürü və 
dünyagörüşündən irəli gəlirdi. 
"Bayıl daşları"nda təsadüf edilən əfsanəvi mifik obrazlar içərisində ən 
orijinalı sfinksdir. Hazırda Bakıda Şirvanşahlar sarayı kompleksində nümayiş etdirilən 
"Bayıl daşları" qabartmalarının birində həmin obrazın maraqlı bir təsvirini görürük. 
Sfinks ərəb əlifbası ilə yazılmış daş lövhənin üstündə yerləşdirilmişdir. O elə bil ki, 
yazılar üzərində ehtirasla sağa tərəf addımlayır. Fiqurun bədəni yanakı işlənmiş, 
başı isə qeyri-adi halda tamaşaçıya tərəf döndərilmişdir. Sfinksin üzü çox sadə icra 
olunub, saçları hörülməmiş qadın üzünə bənzəyir. 
Memarlıq abidələrinin üzərində canlıların rəsmini həkk etməyə bu əsrlərdə 
təkcə Bakıda yox, Azərbaycanın başqa yerlərində tikilmiş abidələrdə də rast 
gəlmək olur. 
Bütün bunlar qabartma səpkisində deyil, xeyli səthi, daha çox cızma 
üsulunda icra edilirdi. Belə bəzəkli abidələrə ilk növbədə Ağdam rayonunun 
Xaçıntürbətli kəndindəki və Laçın rayonunun Cicimli kəndi yaxınlığındakı 
Məlikəjdər türbələrinin rəsmlərini aid etmək olar. 
Ağdamın Xaçıntürbətli kəndi yaxınlığında yerləşən 1314-cü il tarixli 
abidə xüsusilə maraqlıdır. 
Bu abidə üzərində tətbiq olunmuş bəzəklər türbənin xaricində girintili-
çıxıntılı tağlarda yerləşdirilmiş simmetrik şəkilli heyvan təsvirlərindən ibarətdir. 
Burada qanadlı qrifonla aslan, öküzlə aslan, maralla aslan, iki dovşan və 
ceyranı arxası üstə yıxıb parçalayan aslan təsvirləri verilmişdir. 
Tətbiq olunduğu yerin ölçü və mahiyyətindən asılı olaraq abidə üzərində 
heyvan təsvirləri müxtəlif miqyaslarda çəkilmişdir. Məsələn, qapının tağları 
üstündə kiçik səthdə üz-üzə durmuş iki kiçik dovşan fiquru, türbənin dağ və 
meşələrə çevrilmiş arxa tərəfində isə geniş planda aslanla ceyranın mübarizəsi 
səhnəsi təsvir edilmişdir. 
Abidə üzərindəki rəsmlərin belə müxtəlif ölçülərdə olmasına baxmayaraq, 
onlar vahid texniki üslubda yaradılmışdır. Heyvan fiqurlarının bəzilərinin üzərində 
tünd-qırmızı boya izlərinin qalması onların əvvəllər rəngli olduğunu göstərir. 
Türbə üzərində həkk olunmuş rəsmlər sırf yerli xüsusiyyət daşısa da, 
onlara bənzər qabartma, oyma və cızmalara biz Şərq aləmində yaradılmış bir çox 
memarlıq abidələrinin üzərində rast gəlirik. Bu baxımdan Xaçıntürbətli abidəsinin 


75 
təsvirləri Türkiyənin Diyarbəkir şəhərindəki Ulu Cami məscidinin bəzəklərinə 
xüsusilə yaxındır. 
Türbə üzərində həkk olunmuş təsvirlərdən tarixi və məzmunu baxımından 
qrifon obrazı xüsusilə diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, bu obraz uzaq 
keçmişlərdə Yaxın, Orta Şərq və Qədim Altay incəsənətində təsadüf edilir. Onu 
təsvir edən ən qədim tapıntı şumerlərin adı ilə bağlı olub, e.ə. III minilliyə aiddir. 
Azərbaycanda da bu obrazın qədim tarixi vardır. Onun ən qədim təsvirlərini biz 
Cənubi Azərbaycanın Urmiya gölü ətrafında Ziviya adlanan yerdən tapılmış qızıl 
döşlüyün üzərində görürük. E.ə. VIII-VII yüzilliklərə aid edilən bu abidə çoxdandı 
ki, dünya alimlərinin diqqətini cəlb etmişdir. Azərbaycanda bu obraza orta əsr 
dekorativ-tətbiqi sənətində xüsusilə tez-tez təsadüf olunur. Buna biz Mingəçevirdən 
tapılmış bürünc toqqalarda, Naxçıvanın Zoğallı kəndində əldə edilmiş bürünc 
oturacaqlarda, Qax rayonunun Qarabulaq kəndində üzə çıxarılmış gümüş qabda və 
s. rast gəlirik. Xaçıntürbətli mavzoleyində bu obraz dövrün üslub xüsusiyyəti ilə 
əlaqədar olaraq daha dinamik və həyati təsvir edilmişdir. 
XIV-XV yüzilliklərdən zəmanəmizədək süjet xarakterli kompozisiyaları 
olan daş abidələr də qalmışdır. Bunların ən orijinal nümunələri hazırda Ermənistan 
ərazisində yerləşən Azərbaycan kənd qəbiristanlığındadır. 
1304-cü il tarixli süjetli məzar daşı keçmiş Bəyazid rayonunun Horaduz 
kəndində, 1478-ci il tarixli süjetli məzar daşı isə Sisyan rayonunun Urud 
kəndindədir. 
1478-ci il tarixli məzar daşı üzərində süjetlər daha genişdir. Uzunluğu 150 
sm, eni 70 sm, hündürlüyü 40 sm olan bədii oymalı bu sənduqənin sağ yan tərəfində 
"səlcuq zənciri" adlanan bəzək elementi arasında bir-birilə az bağlı olan üç mövzu 
verilmişdir. 
Birinci mövzu ov səhnəsinə həsr edilmişdir. Daşın ən geniş sahəsində həkk 
olunmuş bu mövzuda soldan sağa tərəf at fiquru, onun yanında üzünü tamaşaçıya 
çevirib qarşıda duran dağ keçisinə ox atan cəngavər təsvir olunmuşdur. Çərçivəyə 
alınmış ikinci mövzuda sol əli belində, sağ əlini yuxarı qaldırmış qadın obrazı, 
üçüncüdə isə sanki mehrab qarşısında dayanıb iki əlini yuxarı qaldırmış dik papaqlı 
bir kişi fiquru verilmişdir. Bu süjet xüsusilə diqqəti cəlb edir. Çünki o, Urud 
kəndində yerləşən məzar daşlarının əksəriyyətində öz əksini tapmışdır. Azərbaycan 
alimləri M.Seyidov, M.Nemətova, türk alimləri Əbdülqadir İnan, Murad Uraz və 
başqaları bu tipli dini ayinləri şamanizmlə əlaqələndirirlər. Qeyd olunan motiv bir 
tərəfdən azərbaycanlıların uzaq keçmişdə Mərkəzi Asiyada yaşayan tayfalarla sıx 
əlaqəsini göstərir, digər tərəfdən isə islam dininin fəlsəfəsinə uyğun gəlməyən 
mövzuların da olduğunu nəzərə çatdırır. 
XV yüzillikdən başlayaraq daş abidələri üzərində nəbatat aləmindən 
götürülmüş təsvirlərə geniş yer verilir. Gül-çiçək, yarpaq, budaq, ağac ünsürlərinin 
birləşməsindən əmələ gələn ornamentlər daş üzərində nisbətən səthi üsulda verilsə 
də, burada dövrün ənənəvi nəbati bəzəklərindən olan lalə, qızılgül, qərənfil, nərgiz 
və s. güllərin elementlərini asanlıqla seçə bilirik. 


76 
Nəbati ornamentlərlə bəzədilmiş daş abidələrin ən gözəl nümunələrinə bu 
əsrlərdə Bakıda və Abşeron yarımadasında yerləşən bəzi kəndlərdə (Bülbülə kənd 
məscidi və s.) rast gəlinir. Belə məşhur abidələr sırasına ilk növbədə XV əsrə aid edilən 
Şirvanşahlar sarayını daxil etmək olar. Şirvanşahlar sarayı bir sıra binalardan ibarət 
kompleks təşkil edir. Bu kompleks içərisində bəzək sahəsində ən maraqlı, ən gözəl 
abidə divanxana və Şirvanşahların türbəsidir. Burada tətbiq olunmuş oyma bəzəkləri 
öz bədiiliyi və zərifliyi ilə insanı heyran edir. 
Divanxana və türbənin naxışları yerli ağ daşlar üzərində oyulmuş yarpaq və 
müxtəlif çiçəklərin mürəkkəb toxunmasından ibarətdir. Təbiətdə təsadüf edilən bir 
çox nəbati formaların üzərindən götürülüb və stilizə edilərək istifadə olunmuş bu 
ornamentlər şaxələr üzərinə ötürülmüş, şaxələrdə əksər yerlərdə piçək adlandırılan 
spiral xətti şəklində çəkilmişdir. Qeyd etmək lazımdır ki, spiralvari piçəklərin burada 
geniş tətbiq olunması dövrün ornamental sənətinin ən səciyyəvi xüsusiyyətlərindən 
idi. Ümumiyyətlə, Bakı Şirvanşahlar sarayı bəzəkləri ornamentlərinin 
kompozisiyasına və işlənməsinə görə müxtəlif dövrlərdə yarandığını göstərir. Qeyd 
etmək lazımdır ki, nisbətən əvvəl düzəldilmiş bəzəklər öz quruluşu və icra 
olunmasına görə sonrakılardan daha zərif, daha böyük sənətkarlıqla işlənmişdir. Biz 
bu bəzəkli daş oymaların işlənmə texnikasını nəzərə alsaq, görərik ki, sənətkar burada 
əsasən üç əməliyyatdan istifadə etmişdir. Birinci növbədə o, daşda istədiyi çeşni 
əsasında naxış səthini dərinləşdirir, sonra alınan müəyyən təsvir üzərində işləyir və 
nəhayət, alınmış naxışların xırdalıqlarını dəqiqləşdirir. 
Divanxana qapısının tağı üzərindəki naxışlar həm kompozisiyası, həm də icra 
cəhətdən sarayın bəzəklərinin ən yaxşılarındandır. Qabarıq naxışlar ətrafında oyulmuş 
çuxurlar dərin kölgə salaraq bu bəzəkləri aydınlaşdırır və onların zərif rəsminin gözə 
çarpmasını təmin edir. İlk baxışda, bu bəzəklərin mürəkkəb görünməsinə 
baxmayaraq, onların müəyyən qaydalar əsasında qurulduğunu təyin etmək olar. 
Daş üzərini oyma üsulu ilə bəzəmə xüsusiyyətlərindən biri də onların 
üzərinin yalnız naxış və rəsmlə deyil, bədii yazılarla da həkk etdirilməsidir. Bu 
yazılar, əsas etibarilə əvvəllər ideoloji, sonralar isə get-gedə daha çox dekorativ 
rolunu oynayaraq hər hansı bir səthin üzərindəki kompozisiyanı naxışla əlaqələndirir. 
XV yüzillikdən başlayaraq memarlıq abidələrimizin bədii tərtibatında 
canlıları təsvir edən oymalara təsadüf edilmir. Bundan sonra adətən gül-çiçək 
ornamentlərindən təşkil edilmiş bəzəklər təsvirli oymaları əvəz etməyə başlayrr. 
Daş üzərindəki təsvirli oymaların sıradan çıxmasına təkcə bədii üslubun 
dəyişməsi yox, memarlıq abidələrimizdə bu əsrdən başlayaraq rəngli kaşıların da 
geniş istifadə edilməsi təsir göstərir. 
Daş üzərində tətbiq olunmuş oyma bəzəklərin eynisinə bu dövrdə gəc 
üzərində də rast gəlirik. Bunlardan XIII əsrə aid Şeyx Xorasan türbəsinin və Pir 
Hüseyn xanəgahının mehrablarını xüsusilə qeyd etmək lazımdır. Gəc üzərindəki 
oyma bəzəklər öz ornamental xüsusiyyətlərinə görə daş bəzəklərinə bənzəsə də, bir 
çox xüsusiyyətlərinə görə ondan seçilir. Onu da qeyd etmək lazımdır ki, gəc daşa 
nisbətən xeyli yumşaq materialdır. Məhz buna görə də gəc üzərində sənətkar daha 


77 
maraqlı və çox əməliyyat apara bilir. 
Gəc üzərində iş əsas iki əməliyyat əsasında görülürdü. İlk növbədə, gəc 
hələ qurumamış (yumşaq ikən) sənətkar onun üzərində iti bir alətlə istədiyi rəsmi 
çəkir, qalınlığını, dərinliyini verir. Gəc quruduqdan sonra isə hazır rəsmin və 
ornamentin xırdalıqları (detalları) üzərində işləyərək əlavələr edir. Bu əməliyyat öz 
zərifliyi ilə daş üzərində aparılan işdən daha çox zərgərlikdə tətbiq olunan döymə 
və şəbəkə işlərini xatırladır. 
XI-XV yüzilliklərdə Azərbaycanda xalq sənətkarlığının maraqlı 
sahələrindən biri olan metal sənəti də yüksək inkişaf mərhələsi keçmişdir. Bu 
dövrlərdə metaldan müxtəlif növlü silahlar, cürbəcür formalı ev avadanlıqları və s. 
sənət nümunələri hazırlanmışdır ki, bunların da bir çoxları dövrümüzə qədər gəlib 
çatmışdır. Əvvəlki dövrlərdə olduğu kimi, yenə də Gəncə, Şamaxı, Naxçıvan, 
Təbriz metal məmulatı hazırlayan mərkəzlərdən idi. 
Mənbələr göstərir ki, Gəncə sənətkarları bu əsrlərdə silah (qılınc, qalxan 
və s.) və xüsusilə memarlıq abidələrində tətbiq olunan metal pəncərə barmaqlıqları, 
darvaza düzəltməkdə xüsusilə mahir olmuşlar. Buna misal olaraq zəmanəmizədək 
gəlib çatmış Gəncə şəhərinin tunc darvazasını göstərmək olar. Ərəb dilində kufi xətti 
ilə bəzədilmiş biri o birisinə cilalanmış böyük dəmir çərçivələr bu nəhəng darvazanın 
əsasını təşkil edir. Məlum olduğu kimi, bu bəzəkli dəmir darvaza 1139-cu ildə 
hərbi qənimət kimi Gürcüstan şahı I Dmitrinin Gəncəyə basqını zamanı hərbi 
qənimət kimi Gürcüstana aparılmışdır. Hazırda bu darvazanın bir tayı Gürcüstanda, 
Kutaisinin Kelati monastırında saxlanılır. 
XII yüzillikdə Gürcüstanın mədəni həyatında xüsusi rol oynayan Kelati 
monastırında gürcü şahları qarətlər zamanı əldə edilmiş nadir sənət nümunələri və 
qiymətli əlyazmaları saxlayırdılar. XIII yüzillikdə erməni tarixçisi Kirakos 
Qandziyskinin verdiyi məlumata görə, 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ 
vaxtı gürcü şahı Dmitri basqınla şəhəri qarət etmiş və hərbi qənimət kimi dəmir 


78 
qapıları Gürcüstana aparmışdır. Hazırda Kelati monastırında qapının bir tayı 
salamat qalmışdır. Qapının ikinci tayı monastırın baş kilsəsinin damı təmir olunan 
zaman çatışmayan mıxlar üçün istifadə edilmişdir. 3 m 33 sm hündürlüyü və 1 m 72 
sm eni olan qapı tayı dəmir təbəqələrdən döymə üsulu ilə hazırlanmışdır. 
Horizontal bəndlərin arasında ikinci və üçüncü boşluqlarda verilmiş kufi 
xətli yazını hələ 1835-ci ildə F.M.Fren oxumuşdur. Qapı Şəddadilər sülaləsindən olan 
X əsr Arran hakimi Fəzlin oğlu Əmir tərəfindən sifariş edilmiş və onu İbrahim 
Osman oğlu 1063-cü ildə hazırlamışdır. Bir çox orta əsr sənət əsərlərində olduğu 
kimi, burada da ustanın nəsilliklə adları və sənəti qeyd edilmişdir; Osmanın atası 
Enkaveyxin də dəmirçi olduğu göstərilir. Aydın olur ki, bu sənət ənənəvi olaraq 
nəsildən-nəslə keçmişdir. Qapının gorünüşü, sadə bəzək üsulu, möhkəmliyi ustanın 
məharətindən xəbər verir. Hündür sahəni horizontal hissələrə bölən eyniölçülü 
dəmir bəndlər, çərtikli yastı mıx başları, aydın kalliqrafik kufi yazılar ciddi formalı 
qapı layının bədii həllində ifadəli bəzək ünsürləri kimi çox qüvvətli təsir bağışlayır. 
Bədii cəhətdən qapının ümumi görünüşü monumental sadəliyi və əzəməti ilə 
diqqəti cəlb edir. 
Aparılmış arxeoloji qazıntılar göstərir ki, XI-XIII yüzilliklərdə Bakı şəhəri 
də bu sahədə, xüsusilə tunc fiqurlar düzəltməkdə görkəmli yerlərdən birini 
tutmuşdur. 
1950-ci illərdə Bakıda Hüsü Hacıyev küçəsində aparılan tikinti işləri 
zamanı aşkara çıxmış mis və misgərlik sənəti nümunələri qalıqları bunu bir daha 
sübut etmişdir. Bu yerdə çoxlu dəmirçi, misgər və zərgərlərin işlədiyini XVIII 
yüzilliyin mənbələri də xəbər verir. Təsadüfi deyildir ki, bu küçəni axır vaxtlara 
qədər xalq arasında "Zərgər palanı" adlandırırdılar. Hazırda ölkəmizdə olan bədii 
metal məmulatlarından böyük bir qismini Şirvan qruplu əsərlər təşkil etdiyi üçün 
bu abidələr xüsusilə qeyd olunmalıdır. 
Bu dövrdə metaldan düzəldilmiş abidələr içərisində diqqəti cəlb edən 
yüksək sənətkarlıq nümunələrindən biri Sankt-Peterburq Dövlət Ermitajında 
saxlanılan tuncdan tökülmüş 1206-cı ilə aid Şirvan lüləyidir. İlk baxışdan bunun 
adi bir su qabı olduğunu müəyyən etmək bir qədər çətindir. Çünki bu qab kiçik 
heyvan heykəllərindən ibarətdir. Burada inək, onun üstündə qabın qulpunu əvəz 
edən şir və kompozisiyanın aşağı hissəsini tamamlayan kiçik bir dana fiquru təsvir 
olunmuşdur. Kompozisiya stilizə edilmiş formalarda yaradılmışdır. Tunc lüləyin 
üzəri cızma və xatəmkarlıq üsulunda gümüşlə bəzədilmişdir. Bu bəzəklər, əsasən, 
stilizə olunmuş nəbati naxışlardan və onların arasında cızılmış insan, heyvan və quş 
fiqurlarından ibarətdir. Bəzək motivləri arasında süjet xarakterli kompozisiyalara da 
rast gəlinir. Onlar inəyin yan tərəfində enli qurşaqlar arasında verilmişdir. Burada 
ziyafət, nərd oynayanlar, ov səhnəsi mövzulu kompozisiyalar təsvir edilmişdir. 
Şirvan lüləyinin ornamental bəzəkləri arasında qiymətli tarixi mənbə olan 
yazılar vardır. Yazıların birində bu gözəl sənət nümunəsini yaradan sənətkarın adı - 
"Əli Məhəmməd oğlu" həkk olunmuşdur. Haqqında danışdığımız fiqurlu lüləyin 
kompozisiyasının məzmunu bu əsrlərdə sırf yerli xüsusiyyət daşıyır. 


79 
Ümumiyyətlə, otyeyən heyvanlarla yırtıcı heyvanların mübarizəsini təsvir 
edən bu tipli kompozisiyalara biz bu əsrlərdə bir çox Şərq ölkələrinin el sənətlərində 
rast gəlirik. 
Lakin məlum olan əsərlər içərisində bizim tunc fiqurun kompozisiyası 
Diyarbəkirdəki (Türkiyə) Ulu Caminin 
portalındakı eyni tipli kompozisiyalı 
qabartmaya 
daha 
çox 
bənzəyir. 
Maraqlıdır ki, hər ikisi XIII yüzillikdə 
yaradıl-mışdır. 
Tökmə üsulu ilə düzəldilmiş 
Şirvan lüləyi dövrünə görə böyük zövq və 
ustalıqla icra olunmuşdur. Biz bu 
abidəyə diqqətlə nəzər yetirsək, burada 
hər bir detalın, hər bir cizginin bir-birilə 
sıx 
bağlı 
olaraq 
kompozisiyanın 
ümumiliyinə və bütövlüyünə xidmət 
etdiyini görərik. 
Bu dövrlərdə yaranmış sənət 
nümunələri içərisində Bakıda tapılmış 
metal məmulatı diqqəti cəlb edir. Bu 
nümunələr əsas etibarilə İçərişəhərdə 
Şirvanşahlar sarayı qoruğunda aparılan 
arxeoloji 
qazıntılar 
zamanı 
əldə 
edilmişdir. Həmin metal nümunələri 
içərisində tuncdan düzəldilmiş bədii bir 
çıraq xüsusilə diqqəti cəlb edir. 
Çıraq 
həmin 
dövrdə 
hazırlanmış saxsı çıraqlara çox oxşayır. 
Onu tökmə texnikası ilə hazırlanmış 
fiqurlar bəzəyir. Burada bir atlının 
üzərinə tullanan vəhşi heyvanın, iki öküz 
başının, iki insan portretinin və dörd 
pişik cinsli yırtıcının təsviri vardır. 
Həmin təsvirlər o dövrün digər sənət 
nümunələrinə də xasdır. Belə ki, Şirvan 
ərazisi üçün səciyyəvi öküz təsvirləri 
"Bayıl qəsri"nin daş qabartmalarında, Bakı şəhərinin şimal qala divarlarında da 
həkk olunmuşdur. Görünür ki, öküz Şirvan dövlətində xüsusi rəmzi məna 
daşıyırmış. 
Görkəmli tədqiqatçı, professor S.B.Aşurbəylinin göstərdiyi kimi, hər iki 
tərəfində aslan təsvirləri olan öküz Şirvanşahlar dövlətinin gerbi imiş. Ona görə də 
Azərbaycan sənətkarlıq nümunələri üzərində öküz təsviri ilə yanaşı, aslan 


80 
rəsmlərinə də təsadüf olunur. 
Bu çıraq bütöv bir halda mum qəliblər əsasında tökmə üsulu ilə 
düzəldilmişdir. Bu üsulun texniki cəhəti belədir: əvvəlcə adi bal mumundan 
istənilən əşyanın modelini düzəldir, sonra bu modelin əsasında tunc tökmək üçün 
forma qayırırdılar. Mum maneçilik törətməsin deyə, onu əridib çıxarır, yerinə isə 
ərinmiş tunc tökür, istənilən əşyanı alırdılar. Lakin alınan əşyanı sonra qəlibdən 
çıxarmaq mümkün olmadığından hər dəfə qəlibi sındırırdılar. Beləliklə, hər yeni 
əşya üçün yeni model və qəlib düzəldirdilər. Məhz ona görə də bu məmulatlar çox 
qiymətli sayılırdı. Bu əşyalardan yuxarı təbəqəyə mənsub olan şəxslər istifadə edə 
bilirdi. 
Şirvan ərazisi ilə əlaqədar abidələrə 1966-cı ildə Quba rayonundan tapılmış, 
XIII-XIV yüzilliklərə aid edilən bürünc tiyanı da göstərə bilərik. Hündürlüyü 30 
sm, ağız dairəsi 131 sm, diametri 41 sm, yarımşar formasında olan bu bürünc tiyan öz 
orijinal forması və ornamental bəzəkləri ilə diqqəti cəlb edir. Tiyanın ən maraqlı 
hissəsi dörd yerdə dilimlənərək ayrılmış və üzəri müxtəlif ornamentlər və yazı ilə 
bəzədilmişdir. Qarşı-qarşıya durmuş dilimlərin ikisində yarımovalşəkilli iki qulp 
bərkidilmişdir. Tiyanın ağız hissəsindəki bəzəklər bədii xüsusiyyətlərinə görə iki 
qrupa - nəbati və həndəsi ornamentlərə bölünür. 
Nəbati ornamentlər qabın ağız hissəsindəki qarşı-qarşıya qoyulmuş iki 
ensiz qurşaqlarda "səlcuq zənciri" adı ilə geniş yayılmış bəzək formasında və qabın 
ağız hissəsinin ən enli dilimlərindən birində həkk edilmişdir. 
22 sm uzunluğunda, 5 sm enində bu dilimin üzərində mərkəzdə latın S 
hərfinə bənzər ornament və onun ətrafında simmetrik şəkildə iki böyük dairə təsvir 
olunmuşdur. Dairələrin hər birinin içərisində baş tərəfləri qıvrım qoç buynuzu kimi 
haçalanmış iki çarpaz xətt çəkilmişdir. Sxematik bir formada qarşı-qarşıya durmuş dörd 
qoç buynuzunu əks edən bu orijinal bəzəklərin tarixi inkişaf yolunu izləsək, onun ən 
qədim nümunələrinə çox uzaqlarda, Altayda və Orta Asiyada müxtəlif dövrlərdə 
yaradılmış sənət əsərlərində rast gələrik. 
Metal, saxsı və s. keçmiş sənət nümunələri üzərində rast gəldiyimiz 
damğaya oxşayan bu bəzək, bir çox alimlərin dediyinə görə, rəmzi mahiyyət 
daşıyaraq türkdilli tayfalar arasında qələbə və bolluğu təmsil edirmiş. 
Qeyd etdiyimiz bəzəyə Azərbaycan el sənətlərinin, demək olar ki, bir çox 
örnəklərində rast gəlirik. 
Bu bəzək Azərbaycan xalçalarında xüsusilə geniş yayılmışdır. Onun ən 
orijinal nümunələrinə Quba-Şirvan tipli xalçalarda tez-tez təsadüf olunur. Qədim 
minarə adı ilə geniş yayılmış Quba xalçalarına nəzər salsaq, burada ara sahədə böyük 
həcmdə çəkilmiş həmin bəzəklərin eynisini görərik. 
Tiyanın üzərindəki yazıları oxumuş tarix elmləri doktoru Məşədi xanım 
Nemətova burada misgər "Əhməd Məhəmməd oğlunun işidir" sözləri olduğunu 
bildirmişdir. 
Son vaxtlar bu tipli bürünc tiyanlar Şirvan ərazisində aparılmış qazıntılarda 
tez-tez təsadüf edilir. 1960-1970-ci illərdə onların ən maraqlı nümunələrinə Abşeron 


81 
rayonunun Altıağac, Şamaxı rayonunun Qələyi Buqurt adlanan yerində rast 
gəlinmişdir. 
Metalişləmə sənətkarlığı XI-XV yüzilliklərdə Azərbaycan sənətkarlıq 
mərkəzlərindən sayılan Naxçıvan, Gəncə, Beyləqan və Təbrizdə geniş inkişaf 
etmişdir. Bu sənət mərkəzlərində hazırlanan abidələrdən Naxçıvanda istehsal 
olunmuş 1190-cı il tarixli bürünc dolça xüsusilə diqqəti cəlb edir. 
Bu sənət əsəri hazırda Parisin Luvr muzeyində Şərq incəsənətinə aid 
salonda nümayiş etdirilir. Uzundimdikli quşabənzər bu bürünc qabın orijinallığı təkcə 
onun formasında deyil, həm də bəzəklərindədir. Qabın üzərindəki bəzəklər üç 
müxtəlif ölçülü qurşaqlardan və onların aralarındakı boşluqlarda yerləşdirilmiş 
medalyonlardan ibarətdir. Döymə və cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər 
stilizə edilmiş nəbati ornament ünsürlərindən və yazı nümunələrindən 
quraşdırılmışdır. Bu yazıların birində onu yaradan ustanın - Osman Salman oğlu 
Naxçıvaninin adı verilmişdir. 
Aydın və mütənasib forması, zərif fiqurlu hissələri və məharətlə 
yerləşdirilmiş naxışlarına görə bu qab nümunəsi artıq formalaşmış sənətkarlıq 
növünün məhsuludur. Ərazicə Azərbaycana yaxın olan İranda istehsal edilmiş eyni 
növlü metal məmulatının bu bədii qabla oxşarlığı və onların yüksək bədii səviyyəsi 
göstərir ki, XII-XIII yüzilliklərdə Azərbaycanda Yaxın Şərq ölkələri ilə ayaqlaşan 
metal istehsalı sənəti olmuşdur. 
1950-ci illərdə Örənqalada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş 
bürünc sfinks fiquru da bədii 
xüsusiyyət və məzmunu baxımından 
diqqəti cəlb edir. Tökmə üsulu ilə 
bürüncdən hazırlanmış bu fiqur 
alimlərin fikrincə, vaxtilə hansısa bir 
tunc 
tiyan 
qulpunun 
bəzəyi 
olmuşdur. Bu bürünc sfinks fiqurunda 
Bayıl daşı qabartmalarında təsadüf 
edilən sfinksdən fərqli olaraq kişi 
sifəti verilmişdir. Fiqurun üzü çox 
sərtdir. Sənətkar buna sfinksin 
dodaqlarının bir-birinə sıx verilməsi, 
qaşların və gözlərin çox yaxın 
məsafədə işlənməsi yolu ilə nail ola 
bilmişdir. 
Bununla 
da 
təsvir 
obyektinin möhkəm iradəyə və 
fövqəladə bir təbiətə malik olduğunu 
göstərə bilmişdir. Fiqurun başı 
üzərində taca oxşar, beş buynuza 
bənzər qabartmalar görünür. Təsvirin 
belə xırdalıqla, dəqiq işlənməsi onun hansı bir real şəxsin portreti olması fikrini 


82 
yürütməyə imkan verir. 
Gəncə, Qəbələ, Beyləqan və s. orta əsr şəhərinin yerində aparılan arxeoloji 
qazıntılardan təkcə məişət əşyaları yox, çoxlu zərgərlik sənəti nümunələri də 
tapılmışdır. 
Əsasən möhürləmə üsulu ilə işlənmiş bu bəzək şeyləri öz sadə formasına 
görə diqqəti cəlb edir. Kiçik şara bərkidilmiş halda şəkilli sırğalar, əqiq qaşlı, 
üstündə "Əhməd" adı cızılmış kişi üzüyü, qaş yeri qıvrım naxışla möhürlənmiş üzüklər 
bu dövrə aid edilən zərgərlik sənəti nümunələrindəndir. 
Əsasən naxışsız və sadə formalı bəzək şeyləri, bu dövrün bədii şüşə 
məmulatında olduğu kimi, xalqın məişətində də geniş istifadə edilmişdir. 
Sadaladığımız sənət abidələrindən görünür ki, bu əsrlərdə həyat və 
məişətdə istifadə edilən metal məmulatlarının əksəriyyəti bürüncdən və misdən 
düzəldilmişdir. Maraqlı burasıdır ki, bu sənət nümunələri içərisində gümüş 
məmulatlara rast gəlmirik. Halbuki bundan qabaqkı əsrlərdə (xüsusilə III-VIII 
yüzilliklər) gümüşdən düzəldilmiş abidələrə çox tez-tez rast gəlinirdi. Bu da, çox 
güman ki, bütün Yaxın Şərqi və Zaqafqaziyanı bu dövrdə bürümüş gümüş böhranı 
ilə əlaqədar idi. Məlum olduğu kimi, bu əsrlərdə Azərbaycanda kəsilmiş mis pullar 
da gümüşə nisbətən çox idi. 
XIV-XV yüzilliklərdə bədii metal sənətkarlığı sahəsində Təbriz şəhəri 
görkəmli yerlərdən birini tutur. Hələ XIII yüzilliyin ikinci yarısında Azərbaycana 
gəlmiş məşhur Venesiya səyyahı Marko Polo Təbriz şəhərinin böyüklüyündən, 
müxtəlif sənətkarlığın inkişafında onun tutduğu mövqedən danışır. Marko Polonun 
qeydlərində Təbriz zərgərliyi haqqında da maraqlı faktlar vardır. Hazırda dünyanın 
görkəmli muzeylərində bu əsrlərdə Təbrizdə yaradılmış bir çox orijinal bədii metal 
sənəti nümunələri nümayiş etdirilir. 
Təbrizdə hazırlanmış bir neçə bürünc məişət əşyaları Londonun Viktoriya 
və Albert muzeylərində saxlanır. 1319-cu ildə təbrizli usta Yusif Əhməd oğlu 
tərəfindən hazırlanmış bürünc cam xüsusilə diqqəti cəlb edir. Diametri 7,5 sm, 
hündürlüyü isə 19 sm olan bu qab Azərbaycanda qədimdən bu günədək geniş 
yayılmış ənənəvi saxsı kasaları andırır. O, üz tərəfdən cızma və döymə üsulu ilə 
çox lakonik bir tərzdə bəzədilmişdir. Camın üzərindəki bəzəklər isə iki hissəyə 
bölünmüşdür: qabın yuxarı hissəsini tamamlayan qurşaqvari bəzək və gövdəsində 
yerləşən dörd ədəd nəbati ornamentlərdən düzəldilmiş xonçalar. 
Qabın yuxarı hissəsinin qurşaqvari bəzəkləri xüsusilə maraqlıdır. Bu bəzək 
stilizə edilmiş zərif nəbati naxışlardan və kufi xətlə yazılmış sözlərdən ibarətdir. 
Buradakı yazı və nəbati ornamentlərin ardıcıl olaraq təkrarlanmasına baxmayaraq, 
sənətkar onları canlandırmaq üçün bəzilərini (sözləri) qabarıq, digərini isə (nəbati 
ornamentləti) nisbətən batıq verərək işıq və kölgə effekti yaratmışdır. 
Təbriz ustalarının adı ilə bağlı olan digər sənət əsəri hazırda 
Qazaxıstandadır. Ağırlığı 2000 kq və diametri 2,45 sm-ə yaxın olan bu nəhəng 
tiyan Şərq aləmində ən böyük tiyanlardan sayılır. Onun şöhrəti təkcə nəhəngliyində 
deyil, həm də bədii tərtibatındadır. Tiyan üz tərəfindən dairəvi gözəl nəbati naxışlarla 


83 
bəzədilmişdir. Naxışlar arasında nəsx xətlə bu tiyanın Teymurləngin sifarişi ilə 
Xoca Əhməd Yasəvi məscidi üçün 1399-cu ilə Təbriz sənətkarı Əbdüləziz 
Şərəfəddin oğlu tərəfindən düzəldildiyi qeyd olunmuşdur. Bundan əlavə, 22 dəfə 
təkrar olunan "Dünyanın hökmdarı Allahdır" sözləri də yazılmışdır. Tiyanın biri 
digərindən xeyli aralı olan gül şəkilli 10 ədəd qulpu vardır. 
Qeyd etmək lazımdır ki, Təbriz sənətkarları metaldan odlu və soyuq 
silahlar, hərbi geyimlər də hazırlayırdılar. 
1471-1473-cü illər arasında Ağqoyunlu hökmdarı Uzun Həsənin 
sarayında Venesiya respublikasının elçisi İosif Barbaro yazmışdır: "Doğrudur, başqa 
yerlərdə də belə istedadlı sənətkarlar vardır. Lakin dünyanın heç bir yerində bu 
gözəllikdə hərbi silahlar və geyimlər hazırlamırlar". 
Bu dövrdə Təbrizdə bürüncdən döymə, cızma və xatəmkarlıq üsulu ilə 
bəzədilən şamdanlar da istehsal olunurdu. XIII-XIV yüzillikdə düzəldilmiş 
oturacağı enli, yuxarısı getdikcə daralıb borunu andıran bu tipli şamdanların bir çox 
nəfis nümunələri hazırda Amerika, İngiltərə, İtaliya və Türkiyə muzeylərində 
saxlanır. 
Bu şamdanların tarixi, bədii xüsusiyyətləri ilə məşğul olan Amerika alimi 
Raysın 1954-cü ildə Vaşinqtonda "İslam incəsənəti" toplusunda dərc edilmiş 
məqaləsində bunların bir qrupunun Azərbaycanda düzəldildiyi sübuta yetirilir. 
Şamdanların gövdəsi üzərindəki təsvirlər (ov səhnələri, klassik şairlərin 
poemalarından götürülmüş epizodlar) sənətşünaslıq baxımından diqqətəlayiqdir. 
Təbrizlə yanaşı bu dövrdə Azərbaycanın başqa şəhərlərində də bədii metal 
sənətkarlığının inkişaf etdiyini göstərən çoxlu faktik nümunələr vardır. 
Aparılmış elmi araşdırmalar göstərir ki, bu əsrlərdə Azərbaycanın qədim 
şəhərlərindən sayılan Marağa da metaldan bədii sənət əsəri, məişət əşyası və elmi 
cihazlar düzəltməkdə görkəmli yerlərdən birini tuturdu. 
Qeyd etmək lazımdır ki, Marağa şəhəri bu dövrdə elmin, mədəniyyətin 
inkişafında da aparıcı rollardan birini daşıyırdı. Burada dünya mədəniyyətinin və 
elminin inkişafina qiymətli hədiyyələr bəxş etmiş böyük şairlər, görkəmli alimlər 
yaşayıb-yaradırdılar. Bunlardan biri astronomiya, riyaziyyat və fəlsəfə əsərləri müəllifi, 
görkəmli alim, Məhəmməd Nəsirəddin Tusinin adını çəkmək kifayətdir. 
Marağa şəhərinin dünya elm xəzinəsinə verdiyi qiymətli hədiyyələrdən ən 
böyüyü XIII əsrin ikinci yarısında yaradılmış Marağa rəsədxanası və orada yerləşən 
ulduz qlobusu olmuşdur. Metaldan düzəldilmiş ulduz qlobusu xüsusilə diqqətimizi 
cəlb edir. Çünki bu qlobus özünün elmi əhəmiyyəti ilə yanaşı, həm də qiymətli bir 
incəsənət əsəridir. 
Məlumdur ki, astronomiya ilə məşğul olan hər bir şəxs mütləq ulduzlu göyü 
yaxşı bilməlidir. 
Göydə ilk növbədə səliqəsiz görünən ulduzlan bu qlobusda şərti olaraq 
müəyyən qruplara bölmüşlər. Hər qrupun da özünəməxsus adları vardır. Həmin 
adların əksəriyyəti ya heyvan, ya da əfsanəvi qəhrəmanların adlarıdır. 
Astronomiya tarixində ilk ulduz qlobusunun kim tərəfindən və harada 


84 
hazırlandığı haqqında dəqiq məlumat yoxdur. Lakin Misirdə düzəldilmiş qlobus (1225) 
hələlik ən qədim qlobus sayılır. O hazırda Vatikanda Kardinal Borciyanın 
kolleksiyasmda saxlanır. 
Bizim qlobus 1279-cu ildə Hülaku xanın sarayında çalışan astronom 
Müvəyyid əl-urdi Mühəmməd tərəfindən hazırlanmışdır. Araşdırmalar göstərir ki, 
Müvəyyid əl-urdi Nəsirəddin Tusinin şəxsi dəvəti ilə Marağaya gəlmiş, astronomiya 
cihazları düzəltməklə məşğul olmuşdur. O, Nəsirəddinlə birlikdə rəsədxananın inşaat 
işlərinin layihəsini tərtib etmişdir. 
Hazırda Drezdendə Astronomiya muzeyinin riyaziyyat-fizika salonunda 
nümayiş etdirilən Marağa rəsədxanasının ulduz qlobusu bir o qədər də böyük deyildir. 
Onun diametri 14,1 sm, çəkisi 1 kq-yə yaxındır. Qlobus dörd ayaq üzərində qurulmuşdur. 
Bundan başqa, qlobusun fırlanma oxunu saxlamaq üçün daha bir dayaq vardır. O 
nisbətən qısadır. Dayaqlar üfüqi taxta dairə üzərində yerləşdirilmişdir. Qlobus kürəsi 
əsas dörd ayağa keçirilmiş yastı dairəvi qövslərlə əlaqələndirilmişdir. Kürə biri 
digərindən ayrıla bilən iki yarımkürədən ibarətdir. Onların üzərində bütün bürclər və 
ulduzlar cızılmışdır. Bütün cızıqlar, dərinliklər sonradan qızıl və gümüşlə 
doldurulmuşdur. Qlobusun səthində Böyük Ayı və Kiçik Ayı bürcləri arasında bu 
sözlər yazılmışdır: "Bunu hazırlayan Mühəmməd bin Müvəyyid ər-urdidir". 
Almaniyanın məşhur muzeylərindən birində saxlanılan bu sənət əsərimiz 
xalqımızın adını yüksəldə bilən nadir abidələrdəndir. 
Bu və nisbətən sonrakı əsərlərdə astronomiya elmi ilə əlaqədar olan 
texniki cihazların düzəldilməsi tək Marağada deyil, Şirvanda da yüksək inkişaf 
mərhələsinə çatır. Bu tipli sənət əsərlərindən biri hazırda Amerika kolleksioneri 
Xararidə saxlanılır. Astronomiya elmində istifadə edilən bu istirlab üzərindəki 
qeydlərə görə 1486-cı ildə məşhur Şirvan ustası Şükrullah Müxlis tərəfindən 
hazırlanmışdır. İstirlab öz dövrünə görə yüksək texniki bir cihaz olmaqla bərabər, 
üzərindəki bəzəkləri ilə də nəzəri cəlb edir. 
İstirlabın üzəri, xüsusilə onun qulp hissəsi çox zərif və bədii 
ornamentlərlə bəzədilmişdir. Dövrünün ən gözəl abidələrindəki (Bakı, Şirvanşahlar 
sarayı və s.) nəbati ornamentləri xatırladan bu bəzəklər təkcə sırf element kimi deyil, 
həm də təcrübi əhəmiyyət daşıyaraq əşyanın ana xəttini təşkil edir. Burada tətbiq 
olunan ornamentlər içərisində xüsusilə şaxələnmiş çoxyarpaqlı nilufər gülü və 
qıvrımdil geniş yer tutur. İstirlabın arxa tərəfi bədii cəhətdən ön tərəfə nisbətən az 
maraqlıdır. Onun qulpa yaxın yuxarı hissəsində vertikal və horizontal istiqamətdə 
astronomik bölgülər çəkilmiş, aşağıda isə belə bir məzmunda sözlər yazılmışdır: 
"Sabit və Səyyarə ulduzların uzaqlığı və yaxınlığı asanlaşır, müşahidə ilə əgər 
əzəmətli Soltan Bəyazidin nəzər-diqqəti olsa, elmi və əməli Şükurullah Müxlis 
Şirvani sənə 801... (b.e. 1486-cı ili)". 
Bu əsrlərdə metal təkcə məişət əşyası və elmi cihazların düzəldilməsində 
yox, memarlıq abidələrinin element və formalarında da geniş istifadə edilirdi. 
XIV-XV əsrlərdə Azərbaycanda olmuş xarici ölkə səyyahları metaldan 
düzəldilmiş memarlıq hissələri haqqında maraqlı məlumatlar verirlər. XV yüzilliyin 


85 
70-ci illərində Sultaniyyə şəhərində olmuş italyan səyyahı Ambrozio Kontarini 
Cümə məscidinin bürünc qapıları haqqında yazır: "...Bu möhtəşəm binanın ən gözəl 
hissəsini onun tökmə üsulu ilə düzəldilmiş bürünc qapıları təşkil edir. Bu qapılar 
Venesiyada yerləşən müqəddəs Mark kilsəsinin qapılarından xeyli hündürdür. Üst 
səthi xatəmkarlıq üsulunda, gümüşlə bəzədilmiş bu qapıların yəqin ki, çox böyük 
qiyməti vardır..." 
Həmin dövrdə biz yalnız tökmə qapı barədə yox, memarlıq abidələrinin 
dəmirdən düzəldilmiş konstruktiv xüsusiyyət daşıyan başqa hissələri haqqında da 
maraqlı qeydlərə təsadüf edirik. Bu cəhətdən Ağqoyunlu padşahlarından Yaqubun 
1483-cü ildə Təbrizdə tikdirdiyi böyük saray kompleksi haqqında verilən məlumat 
diqqəti cəlb edir. Deyildiyinə, görə Həştbehişt adı ilə məşhur olan bu sarayın 
tökmə üsulu ilə hazırlanmış əjdaha fiqurlu novdanları varmış və bu novdanlar o 
qədər böyük imiş ki, hər birindən bir neçə top tökmək olarmış. 
Qeyd etmək lazımdır ki, bu dövrdə metal məmulatları üzərində rast 
gəldiyimiz bəzəklərdə elə xüsusiyyətlər vardır ki, onlara el sənətlərimizin başqa 
örnəklərində də (daş, gəc, taxta oymaları, keramika və s.) təsadüf edirik. Bu 
cəhətdən nəzərdən keçirdiyimiz əsrin sənətləri arasında böyük bir mübadilənin 
olmasını görürük. El sənətləri içərisindəki belə sıx əlaqə, naxışlardakı oxşarlıq 
Azərbaycanın təkcə XII-XV yüzillikləri üçün səciyyəvi olmamış, ondan sonrakı 
dövrlərdə də təkrar edilmişdir. 
XII-XV yüzilliklərdə Azərbaycanda mövcud olan sənətlər içərisində 
toxuculuq sənəti xüsusilə geniş inkişaf etmişdir. Həmin dövrdə Azərbaycanda 
olmuş xarici səy-yahlar yerli əhalinin həm daxili, həm də xarici bazarlar üçün külli 
miqdarda yüksək keyfiyyətli ipək, kətan, yun parçalar, xalça, palaz, cecim və s. sənət 
nümunələri toxuduq-larını öz gündəliklərində dəfələrlə qeyd etmişlər. XIII yüzilliyin 
əvvəllərində yazılmış "Əcaib-üd dünya" adlı coğrafi əsərdə bu dövrlərdə Azərbaycan 
şəhərlərində istehsal olu-nan parçalar haqqında maraqlı qeydlər vardır. Məlumdur 
ki, Gəncədə zərlə işlənmiş atlaz, kişilər üçün əba, Beyləqanda ipək parça 
(kəzzkaşidə), Ərdəbildə qara rəngli zərif parça (came), Səlmas və Xoyda diba, nazik 
kətandan paltar, Bərdədə ipək və s. istehsal olunurdu. Gəncədə ipək mallar istehsalı o 
dərəcədə inkişaf etmişdi ki, monqolların hücumu zamanı şəhərin əhalisi qiymətli 
parçalar müqabilində özlərini bu basqından xilas edə bilmişlər. Qıpçaq qoşunlarının 
Gəncəyə hücumu zamanı da belə olmuşdur. 
1940-cı ildə Gəncədə Nizami Gəncəvinin qəbrində aparılmış qazıntı işləri 
zamanı tapılmış parça tikələri həmin dövrdə istehsal edilmiş parçaların keyfiyyəti 
haqqında az da olsa təsəvvür yaradır. Zərif və öz dövrünə görə çox yüksək texniki 
səviyyədə toxunmuş bu ipək tikələrində dövrün başqa abidələrindəki (daş, gəc 
oymaları, keramika və s.) bəzəkləri xatırladan həndəsi və stilizə edilmiş nəbati 
ornamentlər vardır. Parça üzərindəki ornamentlər bu dövrdə Gəncədə, Örənqalada və 
s. yerlərdə istehsal olunan keramika bəzəklərini yada salır. 1954-cü ildə Örənqalada 
aparılmış qazıntı işləri zamanı tapılan bir nimçə üzərində təsvir olunmuş atlının 
paltarında da belə səpkili ornamentə təsadüf edilmişdir. 


86 
Əvvəlki dövrlərdə olduğu kimi, monqollar Azərbaycanı işğal etdikdən 
sonra da (XIII yüzillik) parça sənayesi burada yüksək səviyyədə idi. Hələ XIII 
yüzilliyin ikinci yarısında Azərbaycanda olmuş Venesiya səyyahı Marko Polonun 
Təbriz şəhərində istehsal olunan, qızıl, gümüş saplarla toxunmuş parçalar haqqında 
maraqlı qeydləri vardır. Yazıların birində o, Azərbaycan ipəyi haqqında belə 
demişdir: "Burada ipək parçalar o qədər çoxdur ki, hətta yol üstündə olan kiçik 
mehmanxanalardakı çarpayılar belə ipək yorğanlarla döşənib". 
Bir qədər sonra Azərbaycana, Ağqoyunlu şahı Uzun Həsənin hüzuruna 
gəlmiş Venesiya diplomatları İosif Barbara və Katerino Zeno da buna bənzər başqa 
bir faktı belə təsdiq edirlər: "Bu ölkədə hətta atların çulları ipəkdəndir". Onlar buna 
məəttəl qaldıqlarını bildirirdilər. Azərbaycanın qədim şəhərlərindən olan Şamaxı 
XIV yüzillikdən başlayaraq ipəkçilik sənəti mərkəzlərindən birinə çevrilir. 
1403-cü ildə Səmərqənddə Teymurun yanına gedən Kastiliya elçisi Ryu 
Qonzales de Klavixo yolüstü Azərbaycanda olarkən Şamaxı ipəyi haqqında maraqlı 
qeydlər etmişdir. Onun dediyinə görə, hələ o illərdə Şamaxı ipəyi bir çox Qərb və 
Şərq ölkəsində məşhur olmuş, hətta Venesiya və Genuya tacirləri buraya ipək 
almağa gəlmişlər. 
Bu dövrdə Şirvanda ipəkçiliyin yüksək dərəcədə inkişaf etməsi haqqında 
səyyah Ancmolello və yerli müəlliflərdən Azərbaycanın məşhur alimi, bakılı 
Əbdürrəşid ibn Saleh Bakuvi (XV yüzilliyin əvvəlləri) də məlumat verirlər. 
Zəmanəmizə qədər gəlib çatmış o dövrün parça tikələri göstərir ki, onların toxunma 
üsulu və bədii tərtibatı öz dövrünə görə çox yüksək səviyyədə olmuşdur. Parça üzərində 
stilizə olunmuş gül-çiçək təsvirləri, quş, heyvan rəsmləri və bəzi fantastik heyvan 
fiqurları daha çox yayılmışdı. 
Dekorativ-tətbiqi sənətimizin başqa örnəklərində olduğu kimi, bu dövrün 
parçalarında da Uzaq Şərq mədəniyyətinə xas bir çox bəzək nümunəsinin üstün 
tutulduğunu görürük. Məşhur Amerika sənətşünası Artur Poup o dövrdəki Azərbaycan 
şəhərlərində istehsal olunan parçaları və onların tərtibatını belə təsvir edir: "...Əgər 
monqol haki-miyyəti illərində, XIII yüzillikdən tutmuş XIV yüzilliyin axırlarınadək 
Uzaq Şərq sənəti mədəniyyətinin təsiri keramikada, bədii metal məmulatında hələ 
nisbətən az görünürdüsə də bu, yerli parçaların bədii simasını, demək olar ki, 
bütünlüklə dəyişmişdi. Bu dövr parçalarının ən tipik bəzəkləri Çin mədəniyyətinə 
xas olan fantastik quş və heyvan rəsmləri idi". 
Həmin dövrdə Azərbaycanda Şərq mədəniyyətinə xas bəzək ünsürlü 
parçaların istehsal olunduğunu dövrün miniatür sənəti də təsdiq edir. Hələ XIV 
yüzilliyin əvvəl-lərində Təbrizdə Qazan xanın vəziri Rəşidəddinin "Cami ət-təvarix" 
("Salnamələr məcmuəsi") əsərinin əlyazmalarına çəkilmiş miniatürlərə və XIV 
yüzillikdə yaşamış bakılı rəssam Əbdülbaqinin rəsmlərinə diqqət yetirsək, burada 
təsvir olunmuş geyim nümunələrində də həmin tipli bəzəklərə rast gələrik. 
Hazırda dünyanın bir çox məşhur muzeyində, eləcə də ölkəmizdə XIV 
yüzillikdə Azərbaycanda toxunmuş belə orijinal parça nümunələri saxlanmaqdadır. 
Bu parçalar içərisində Brunşveyq şəhərindəki Hersoq Anton Ulrix adına 


87 
muzeydə, İtaliyanın Verona şəhərində Qastello Vekkionun şəxsi kolleksiyasında, 
eləcə də Bakıda "Azərbaycan tarixi" muzeyində nümayiş etdirilən parçalar diqqəti 
cəlb edir. Bu parçalar yüksək texniki üsulla toxunaraq quş, heyvan və stilizə edilmiş 
gül-çiçək rəsmləri ilə bəzədilmişdir. 
Birinci parça üzərində qızılı, gümüşü saplarla toxunmuş, bir-birinin ardınca 
təkrar olunan tovuz quşu rəsmləri təsvir edilmişdir. Tovuz quşu rəsmləri horizontal 
vəziyyətdə, yəni bir cərgə yandan (profil), bir cərgə üzdən (anfas) qanadları açılmış bir 
tərzdə təsvir olunaraq, parça üzərində yeknəsəqliyi pozaraq çox gözəl ritmik 
hərəkət yaradır. 
Qeyd etmək lazımdır ki, tovuz quşu rəsmləri keçmişdə Azərbaycanda ən 
geniş yayılmış rəsm ünsürlərindəndir. O dövrdə həmin quşun təsvirinə nəinki parça 
üzərində, hətta daş, metal və keramikada da tez-tez rast gəlirik. Məlum olduğu 
kimi, tovuz quşu hələ uzaq keçmişlərdə günəş və od tanrısı kimi ilahi və rəmzi bir 
məna daşımışdır. 
Araşdırmalar göstərir ki, əsrlər keçdikcə tovuz quşu rəsmləri öz keçmiş 
mənasını itirmiş və nəhayət, sadələşərək Şərq aləmində ən geniş yayılmış "buta" 
ornamentinə çevrilmişdir. Tovuz quşu rəsmlərinin türkdilli xalqlarda başlıca ornament 
motivi olduğunu hələ XII yüzilliyin böyük Azərbaycan şairi Nizami Gəncəvi də qeyd 
etmişdir. Şair "İskəndərnamə" poemasında Nüşabənin Bərdədəki sarayını təsvir 
edərkən bir neçə dəfə ipək parçalar üzərində salınmış tovuz quşu rəsmlərindən və 
onların sırf türk xalqlarına xas olduğundan bəhs açır. 
Eyni kompozisiya üsulu Qastello Vekkionun şəxsi kolleksiyasında saxlanılan 
ipək parçada da vardır. Burada da bəzəklər ardıcıl təkrar olunmuş, lakin yeknəsəq 
görünməmək üçün rəsmlər müxtəlif vəziyyətlərdə və ayrı-ayrı rəsmlərlə əvəz 
edilmişdir. 
Azərbaycan tarixi muzeyində nümayiş etdirilən üçüncü parça bəzəkləri 
kompozisiya quruluşu etibarilə o birilərindən fərqlənsə də, bu bəzəklərin toxunuşu, 
üslub xüsusiyyətləri eynidir. Keçmişdə əba tikməkdə istifadə olunan bu zərif ipək parça 
üzərində stilizə edilmiş gül-çiçək rəsmləri toxunulmuşdur. Gül-çiçək rəsmləri ucları 
itidilimli böyük qübbələr içərisində yerləşdirilərək, əbanın döş və ətək hissələrində 
istifadə edilmişdir. 
Yurdumuzun zəngin təbiəti, yaşıl çəmənliklərin, bulaqların, çayların bolluğu 
burada qədimdən qoyunçuluq üçün şərait yaratmışdır. Ulu babalarımızın həyatında 
mühüm əhəmiyyətli qoyun gözəl yunu ilə el sənətinin ən zəngin növlərindən olan 
xalçaçılığın yaranmasında mühüm rol oynamışdır. 
Əcdadlarımızın həyat və məişətində əvvəllər daha çox sırf əməli mahiyyət 
daşıyan xalça, sonralar zaman keçdikcə bəzək nümunəsi kimi işlənmiş və bir çox 
ölkələrə yayılaraq geniş şöhrət qazanmışdır. Azərbaycan xalçalarının uzaq ölkələrdə 
geniş yayılmasına, şübhəsiz ki, onların əla keyfiyyəti səbəb olmuşdur. Tədqiqatlar 
göstərir ki, Azərbaycan xalçaları istehsal olunduğu yerin bədii ənənəsindən, 
xammalından (yun, ipək, pambıq və s.) asılı olaraq müxtəlif kompozisiyalara, 
bəzəklərə malik olmuş, müxtəlif üsullarla toxunmuşdur. 


88 
Azərbaycan xalçasının tarixini araşdıranlar bədii və texnoloji 
xüsusiyyətlərinə görə xalçalarımızı, adətən, dörd böyük növə bölürlər: Quba-Şirvan, 
Gəncə-Qazax, Qarabağ və Təbriz xalçaları. Hər növə müəyyən xalçalar daxil olur ki, 
bunlar da toxunduqları yerin adını daşıyır. Azərbaycan xalqının xalça sənətini 
öyrənmək üçün xalçalarımızın ornament, rəng və kompozisiya prinsiplərini nəzərə 
almaq lazımdır. Bir-birilə sıx əlaqədə olan bu üç amil, ümumiyyətlə, xalçaların, o 
cümlədən Azərbaycan xalçalarının bədii xüsusiyyətini müəyyən edir. Azərbaycan 
xalçaları kompozisiya cəhətdən müxtəlifdir. Adətən xalçalardan harada və hansı 
məqsəd üçün istifadə ediləcəyindən asılı olaraq onun ümumi kompozisiyası, ölçüsü, 
bəzəkləri və hətta rəngi də dəyişir. Azərbaycan xalçaları cürbəcürdür. Məsələn: a) 
həcmcə balaca olan namazlıq xalça; b) divar xalçaları; c) qonaq otaqlarını bəzəmək üçün 
bir neçə xalçadan ibarət dəst xalçalar ölçüsünə, formasına və kompozisiyasına görə 
müxtəlif olur; otağın orta hissəsində sərilmiş iri xalça (xalı), yuxarı tərəfdə yerə 
salınan "baş" xalça və ortadakı iri xalçanın yanlarında salınan "yan" xalça. 
Azərbaycan xalçalarının kompozisiyaları bir qayda olaraq, bir-birindən 
asılı olan iki ünsürdən ibarətdir: ara sahə xalçanın ortası və yelən xalçanın kənar 
bəzəkləri; ara sahə və yelən, adətən Azərbaycan xalçalarının xarakterini 
müəyyənləşdirir, naxışlar isə onların kompozisiyasını tamamlayır. Xalçanın 
ortasının və kənar naxışlarının kompozisiya xüsusiyyəti ondakı rənglərin və 
ornamentlərin bir-birinə olan tənasübü ilə səciyyələnir. Azərbaycan xalçalarındakı 
bu cəhət onların keyfiyyətini müəyyənləşdirir. Xalçalarımız qədim zamanlardan bu 
günə kimi həm əməli, həm də ideya-bədii əhəmiyyətə malik olmuşdur. Bədii 
xüsusiyyət və məzmun toxunan xalçanın rəsmində, orna-mentində və rəngində öz 
əksini tapmışdır. 
Xalçalarımızın bədii xüsusiyyəti və məzmunu əsasən onları bəzəyən 
ornamentlərdən asılıdır, çünki ornament tətbiq olunduğu sənət nümunəsini 
bəzəməklə bərabər, onun məzmununu da üzə çıxarır. Azərbaycan xalçaları 
rənglərinə görə də müxtəlifdir. Onlar üçün çoxrənglilik (polixromiya) daha 
səciyyəvidir. 
Bir-birinə zidd, müxtəlif rənglərin ahəngdarlıqla işlədilməsi Azərbaycan 
xalçalarının tipik xüsusiyyətlərindəndir. Azərbaycan xalçaçılıq sənətinin rəng 
xüsusiyyətlərindən biri də budur ki, xalq ustaları rəng çalarlarının parlaqlıq və 
sönüklüyünü, təzadlığını, rəng qavrayışı qanunlarını müasir elmi cəhətdən olmasa 
da, yaxından hiss etmişlər. Xalq ustalarının müxtəlif rənglərə münasibətini 
aşağıdakı misallarla göstərmək olar. Ustalar parlaq rənglərdən biri olan al-qırmızını 
"alışdım-yandım" adlandırmışlar. Bundan başqa xalçaçıların işlətdikləri "ağ ilə yaşıl, 
xoş yaraşır", "qırmızı-sarı, çağırma barı" kimi ifadələr onların rəng qavrayışına, 
rəng əlaqələrinə münasibətini aydın göstərir. 
Adətən xalçaçılar qabaqcadan xalçanın nə məqsəd üçün istifadə 
ediləcəyini bilib, sonra onu rəngli iplərlə bəzəməyə başlayırdılar. Ustalar xalça 
üzərində rənglərin bölüşdürülməsində və gözəl görünməsində baxılan məsafənin və 
habelə xalçanın formasının, ölçüsünün və rənglərinin bir-birinə nisbətini əsas 


89 
götürürdülər. Çünki onlar bilirdilər ki, ilk nəzərdə mücərrəd və sxematik görünən 
rəngarəng xalça, palaz və ya vərni rənglərin bir-birinə düzgün nisbəti nəticəsində 
uzaqdan baxdıqda daha bədii və real təsir bağışlayır və ya əksinə, rənglərin bir-
birinə nisbəti sayəsində uzaqdan pis, yaxından isə yaxşı görünür. 
Xalq sənətkarları elə xalçalar və xalça məmulatı (məsələn, çadırüstü, 
pərdə və s.) toxuyurdular ki, onların üzərindəki bəzəklər həm uzaq, həm də yaxın 
məsafədən gözəl təsir bağışlayırdı. Axırıncı üsul üçün toxucular belə bir orijinal 
rəng kompozisiyasına müraciət edirdilər: təsvir olunan hər bir naxışın rənglərini 
kiçik və böyük qruplara bölürdülər. Kiçik rəng qruplarından quraşdırılmış bəzəklər 
uzaq məsafədən baxdıqda fona qarışaraq gözdən itir və böyük rəsmlərin daha aydın 
və canlı görünməsinə kömək edir. Yaxına gəldikdə isə əksinə, kiçik rəsmlər 
canlanır, dəqiqləşir, böyük rəsmlərin daha aydın və canlı görünməsinə kömək edir. 
Yaxına gəldikdə isə əksinə, kiçik rəsmlər canlanır, dəqiqləşir, böyük rəsmlər itərək 
ümumi rəng kimi qavranılır. Azərbaycan xalçaları öz bədii xüsusiyyətlərinə görə 
adətən iki böyük qrupa bölünür: ornamental və süjetli xalçalar. Bu qruplar 
içərisində ornamental xalçalar həmişə çoxluq təşkil etmişdir. 
Araşdırmalar göstərir ki, dekorativ-tətbiqi sənətimizin başqa növləri kimi 
xalçaçılıq sənəti də XI-XV yüzilliklərdə çox zəngin bir inkişaf yolu keçmişdir. Bu 
əsrlərin yazılı mənbələrində yurdumuzun el sənətlərindən bəhs edilərkən burada 
keyfiyyətli xalçalar toxunduğu və bir çox ölkələrə ixrac olunduğu qeyd edilir. 
Bu dövrdə Azərbaycanda yüksək səviyyəli bədii xalçalar toxunduğuna 
dahi şairlərimiz Nizami Gəncəvi, Xaqani Şirvaninin əsərlərində də rast gəlirik. 
Azərbaycan xalçalarının yüksək keyfiyyətindən danışan Nizami Gəncəvi Bərdə 
şəhərinin padşahı Nüşabənin dəbdəbəli sarayını təsvir edərkən belə deyir: 
Onun böyük şah sarayı vardır,
Orada qiymətli xalı döşənmişdir. 
Nizaminin əsərlərində biz təkcə xalça barədə deyil, xalça məmulatlarından 
olan mafraş, heybə haqqında da bəhslərə rast gəlirik. Məsələn, şair "Xosrov və 
Şirin" poemasında Xosrovun ova çıxmasını təsvir edərkən mafraş haqqında belə 
deyir: "Min dəvə, içi gözəl bəzək şeyləri ilə dolu olan ipək toxunuşlu mafraşlarla 
yüklənmişlər". Bu məlumatlar XII-XIII yüzilliklərdə Azərbaycanda yüksək 
keyfiyyətli xalça məmulatları istehsal edildiyini tam yəqinliyi ilə göstərir. 
Araşdırmalar təsdiq edir ki, Azərbaycan xalçaları XIV-XV yüzilliklərdən 
etibarən ümumdünya bazarlarında xüsusilə geniş şöhrət tapmağa başlayır, Təsadüfi 
deyildir ki, həmin dövrdə Avropa və Şərq ölkələrində yaradılmış rəssamlıq 
əsərlərində Azərbaycan xalçalarının təsvirinə rast gəlirik. Məsələn, Niderland 
rəssamı Hans Memlinqin (1433-1494) "Məryəm öz körpəsi ilə" əsərində biz Şirvan 
xalçasına, Venesiya rəssamı Karlo Krivellonun (1430-1493) "Müjdə" əsərində 
Gəncə-Qazax növlü xalçaya, İtaliya rəssamı Dominiko de Bortolonun "Findlinqin 


90 
toyu" (1440-1444) əsərində isə Qazax xalçasına və s. rast gəlirik. 
Dövrümüzə qədər gəlib çatmış ən qədim Azərbaycan xalçası XIII-XV 
yüzilliyə aiddir. Belə nadir xalçalar sırasına, ən əvvəl İstanbulun Türk və İslam 
əsərləri muzeyində saxlanılan Şirvan (XIII-XIV yüzilliklər), Qazax (XV yüzillik) 
xalçalarını, Berlin incəsənət muzeyinin Şərq bölməsində nümayiş etdirilən yenə 
Şirvan və Qazax (XV yüzillik) xalçalarını və s. daxil etmək olar. 
Türkiyədə saxlanılan ən qədim Azərbaycan xalçası XIII yüzilliyə aiddir. 
Uzunluğu 254, eni 170 sm nadir toxuculuq sənəti əsəri türk sənətşünaslarının 
verdiyi məlumatlara görə, əvvəllər Beyşehrdə Əşrəf oğlu Camisinin nəzir verilmiş 
xalçalarından olmuşdur. 1932-ci ildə isə Koniya şəhərindəki "Mövlanə" muzeyinə 
gətirilmişdir. 
Yerliyi mavi rəngli bu xalçanın üzərində iki tərəfdən qoşa çəngəlləri olan 
çoxlu bəzək motivləri verilmişdir. Bu bəzəklərin də ortasında ardıcıl təkrar olunan 
səkkizguşəli ulduz rəsmləri yerləşdirilmişdir. Səkkizguşəli ulduzlar bir cərgə ortası 
açıq-sarı, kənarları tünd-mavi, digər cərgə ortası qırmızı, kənarları qara rənglərdə 
verilərək xalçaya xüsusi bir gözəllik bəxş edir. 
Araşdırmalar göstərir ki, xalça üzərindəki bu təsviri elementlər təkcə 
estetik xarakter daşımamış, onların hər biri özü-özlüyündə xüsusi rəmzi mənalar da 
kəsb etmişdir. Məsələn, qarmaqlı rombvari bəzək elementini götürək, o, uzaq 
keçmişlərdə bolluq, bərəkət anlayışları olub, bitki, torpaq və qadının rəmzi 
sayılırdı. Türkdilli xalqlarda həmin işarə əmin-amanlıq və bərəkəti bildirmiş, 
uğurlu ov və bol yem mənasında çıxış etmişdir. 
Şirvan xalçalarına xas olan ən tipik ornament motivləri və kompozisiya 
üsulu ilə bəzədilmiş bu xalça dövrünə görə çox zərif toxunuşu ilə də diqqəti cəlb 
edir. Bu xalçanın hər 10 sm-də 627 ilmə vardır. 
Haqqında bəhs etdiyimiz xalça XIII-XIV yüzilliklərdən yeganə nümunə 
qalsa da, sonralar biz bu tip kompozisiya və ornamental bəzəkli xalçalara tez-tez 
təsadüf edirik. Maraqlıdır ki, qeyd edilən xalçanın eynisinə XV yüzillikdə yaşamış 
Niderland və İtalyan rəssamlarının əsərlərində də rast gəlirik. 
Onu da qeyd etmək lazımdır ki, Şirvan xalçalarına xas olan bu 
rəngarənglik, bəzək və kompozisiya ünsürləri indiyə qədər öz xüsusiyyətlərini 
itirməyərək davam etməkdədir. Bu da xalçalarımızın bu qədər böyük və uzun bir 
tarixi yolda öz milli simasını itirməyərək daim inkişaf etdiyini göstərən 
amillərdəndir. 
Qeyd etdiyimizi Berlin incəsənət muzeyində saxlanılan XV yüzilliyə aid 
olan bir Qazax xalçası əyani şəkildə təsdiq edir. Bu xalça hələlik məlum olan ən 
qədim süjetli xalçalarımızdan sayılır. Onun bədii tərtibatı el sənətlərimizin ən çox 
yayılmış mövzusuna Simurq quşu ilə əjdahanın mübarizəsi səhnəsinə həsr 
edilmişdir. 
Xalçanın qızılı-sarı yerliyi üzərində tünd-mavi boyalı iplərlə toxunmuş bu 
fiqurlar o qədər sxematik və lakonik bir səpkidə icra edilmişdir ki, ilk baxışda 
onları çox çətinliklə başa düşmək olur. Araşdırmalar göstərir ki, bir-birinə zidd iki 


91 
qüvvənin - Simurqla (xeyir) əjdahanın (şər) mübarizəsini təmsil edən bu tipli 
xalçalar həmin vaxtlar dünya bazarlarında xüsusilə geniş yayılmışdı. Bu tipli 
Qazax xalçalarına XV-XVI yüzilliklərdə Avropa rəssamlarının əsərlərində tez-tez 
təsadüf edilməsi onların ölkəmizdən çox uzaqlarda da məşhur olduğunu bir daha 
təsdiq edir. 
Xalçalarımızda əjdaha motivinə geniş yer verilməsi əbəs yerə deyildir, 
çünki o, uzaq keçmişlərdən türkdilli xalqların həyatı, məişəti, folkloru, 
mifologiyasında görkəmli yer tutmuşdur. 
Məsələn, Azərbaycanın bir sıra yerlərində bu günədək ilan və əjdaha totemi 
ilə əlaqədar yer adları vardır. Naxçıvanda İlan dağı, Qazaxda Əjdaha qayası və s. belə 
adlara biz hazırda Ermənistanda, Göyçə (Sevan) gölü ətrafında azərbaycanlılar 
yaşayan yerlərdə də təsadüf edirik. İcevan (keçmiş Karavan saray) rayonunun Çaylı 
kəndində Əjdaha yurdu adlanan yer buna gözəl misal ola bilər. Əjdaha obrazı Azərbaycan 
xalq nağıllarında da mühüm yer tutmuşdur. Məsələn, "Məlikməmməd", "Tapdıq", 
"Qara at" nağıllarında əjdahaya geniş yer verilmişdir. 
Qeyd etmək lazımdır ki, hazırda türkdilli xalqlar arasında yayılmış əjdaha 
sözü fars sözüdür. XI yüzillikdə "Türk lüğəti" kitabının müəllifi Mahmud Kaşğari 
göstərir ki, türklər fars sözü "əjdaha"dan əvvəl öz sözü "bukanı" işlədirmiş. Onlar 
hətta oğuz və başqa qəbilə birləşməsinin xaqanına "buka" deyirmişlər. Sonralar 
həmin qəbilə, hətta öz yenilməz bahadırlarını da belə adlandırmışdır. 
Araşdırmalar göstərir ki, ilk orta əsrlərdə "buka" həm qəbilə onqonunun 
adı, həm də həmin qəbilənin dini və dünyəvi rəhbərinə, hətta igidlərinə verilən ad 
olmuşdur. 
İncəsənətdə əjdaha obrazına xüsusi məqalə həsr etmiş türk sənətşünası 
Günər İnal müxtəlif çin, fars, ərəb, türk mənbələrinə əsaslanaraq onun 
ümumiləşdirilmiş təsvirini vermişdir. Onun qeydinə görə, "əjdaha nəhəng ölçüyə malik 
olan bir heyvandır. Onun gövdəsi ilana bənzəyir, iri qanadları və bir neçə başı vardır. 
Ağzından alov püskürür. Həyatının çox vaxtını suda keçirir. Hərdən suyu tərk edərək 
göylərə qalxır və buludlar arxasında gizlənir". 
Əjdaha uzun müddət türkdilli xalqlarda su allahı və hakimiyyət rəmzi hesab 
edilirdi. Bununla belə müxtəlif tarixi mərhələlərdə və müxtəlif tayfa və qəbilə 
birləşmələrində bu əfsanəvi surət həm xeyir, həm də şər qüvvələrinin simvolu 
sayılmışdır. 
Başqa sənət nümunələrində olduğu kimi, xalı sənətində də əjdaha təsviri 
çox böyük inkişaf yolu keçmişdir. O bəzən real, bəzən mücərrəd, bəzən tək, bəzən 
də cüt təsvir olunurdu. 
Sonralar, Azərbaycanın Qarabağ kimi görkəmli xalça məntəqələrində 
toxunan Vərni adlı xalçalarda sayı 16, 20, 24-ə çatan böyük həcmli əjdaha rəsmlərinə 
də təsadüf edilir. 
Bu əsrlərdə Azərbaycanda stilizə olunmuş əjdaha rəsmlərindən təşkil 
edilən paxlava kompozisiyalı xalçalar da toxunurdu. Xalq arasında Xətayi adını almış 
bu tip kompozisiyalı xalılar çox geniş yayılaraq dünya muzeylərinin bəzəyinə 


92 
çevrilmişdir. Onun ən gözəl nümunələrinə hazırda İstanbulun "Topqapı", "Xalı" 
muzeyində, Nyu-Yorkun "Metropoliten" muzeyində, Budapeştin dekorativ sənətlər 
muzeylərində və başqa yerlərdə rast gəlinir. 
Mənbələr göstərir ki, Xatay (Xətayi) özü-özlüyündə bir qədim türk 
qəbiləsinin adıdır. Bayat qəbiləsinin bayatı, Afşar qəbiləsinin afşarı musiqi 
melodiyaları olduğu kimi, çox güman, Xatay qəbiləsinin də əjdaha təsvirli Xətayi xalı-
ları olmuşdur. 
Görkəmli türk alimləri Ə.Esin, O.Aslanapa, N.Diyarbəkirli və başqaları 
tarixi mənbələrə əsaslanaraq xalq sənəti nümunələri üzərində əjdaha təsvirinin 
Qafqaz, İran və Anadoluda yayılmasının türk qəbilələrinin Orta və Mərkəzi Asiyadan 
Qərbə doğru axını ilə əlaqələndirirlər. Bu fikri fransız sənətşünası Armenaq 
Saqızyan da təsdiq edir. 
Tədqiqatlar göstərir 
ki, xalı sənəti üzərində əjdaha 
həmişə 
müsbət 
totem 
olmamışdır. Zaman keçdikcə o 
bir şər obrazı kimi də çıxış 
etməyə başlayır. Bu halda o 
daha tək yox, xeyirxah obraz 
sayılan 
simurq 
quşu 
ilə 
mübarizədə təsvir edilir. Bu tip 
kompozisiyalı 
təsvirlər 
Azərbaycan dekorativ sənəti 
nümunələri 
üzərində 
XV 
yüzillikdən işlənməyə başlayır. 
XVI-XVII 
yüzilliklərdə o, 
Təbriz xalçalarında ən yüksək 
inkişaf mərhələsinə çatır. 
Nəzərdən 
keçirdiyimiz sənət əsərləri, 
onların bədii və texnoloji xüsusiyyətləri göstərir ki, bu əsərlərdə Azərbaycan el 
sənətləri çox mürəkkəb tarixi inkişaf yolu keçmişdir. 
XI-XV yüzilliklərdə yaradılmış sənət nümunələrimizin bəzək motivləri və 
forması bir çox hallarda hələ də keçmiş yerli ənənələrə sadiq qalsa da, onların 
kompozisiya quruluşu və texniki icrasında xeyli dəyişikliklər gözə çarpırdı. Bu 
əsərlərdə Uzaq Şərq mədəniyyətinə xas olan oraament ünsürləri (stilizə edilmiş 
buludlar, su bitkiləri, əjdaha rəsmi və s.) el sənətlərimizin bədii tərtibatında, 
xüsusilə tez-tez rast gəlinir. 
Araşdırmalar göstərir ki, bu əsərlərdə el sənətlərimiz öz bədii üslubu 
etibarilə iki böyük tarixi mərhələ keçmişdir: XI-XIII, XIV-XV yüzilliklər. XI-XIII 
yüzilliklərdə sənət nümunələrimizin bədii tərtibatında daha çox həndəsi, stilizə 
edilmiş nəbati ornament motivlərindən, insan və fantastik heyvan təsvirlərindən 


93 
istifadə edilmişdir. Lakin bunlar daha keçmiş dövrün sənət nümunələri üzərində rast 
gəlinən bəzəklər kimi lakonik, monumental bir səpkidə deyil, xırdalanmış şəkildə 
təsvir olunurdu. Rast gəlinən insan, heyvan rəsmləri bu dövrdə sənət nümunələri 
üzərində o qədər ornamental bir səpkidə icra edilirdi ki, onları adi gözlə 
ornamentlərdən ayırmaq olmurdu. 
XIV yüzilliyin axırı, XV yüzilliyin əvvəllərindən başlayaraq sənət 
nümunələrimizdə nisbətən real səpkidə işlənmiş nəbati bəzəklərin üstün gəldiyini 
görürük. 
Yerli mühitə, onun əhalisinin zövqünə uyğun gələn ornament motivləri və 
kompozisiya üsulları bundan sonra sənət nümunələrimizin ayrılmaz bir hissəsinə 
çevrilir. 
XV yüzillikdən başlayaraq X-XIII yüzilliyin ornament səpkisinə xas olan 
qrafik üslub bütünlüklə aradan çıxır və boyakarlıq sənətini xatırladan yeni bədii 
üslubla əvəz olunur. 
Beləliklə, XV yüzilliyin axırlarında el sənətlərimizin bədii tərtibatında 
yeni bədii bir üslubun gün-gündən inkişaf edərək artdığının şahidi oluruq. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə