A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə28/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   24   25   26   27   28   29   30   31   ...   61
id55880

Divanxana. 
Divanxana Şirvanşahlar sarayı kompleksinin şimal-qərb 
hissəsində, divarla əhatə edilmiş kvadrat həyətdə yerləşdirilmişdir. Həyətin ortasında 
1,5 m hündürlüyündə olan bünövrənin üstündə divanxananın səkkizguşəli mərkəzi 
pavilyonu ucaldılmışdır. Bu 
pavilyonun mərkəzi salonu beş 
tərəfdən açıq eyvana baxır. 
Divanxananı təşkil edən xüsusi 
formalı sütunlar və onların 
yaratdığı 
çatmatağlı 
arka 
abidənin mərdlik, qüvvət və 
müdriklik ifadə edən memarlıq 
obrazını yaratmışdır. 
Abidənin damı ikiqat 
örtüklə 
örtülmüş, 
xarici 
görünüşü 
dilim-dilim 
memarlıq formasındadır. 
Divanxana həyətinin 
divarları 
boyu 
sütunlar 
üzərində qurulmuş çatmatağlı 
arkaların 
yaratdığı 
uzun, 
düzbucaqlı eyvan mərkəzi 
binanı, pavilyonu üç tərəfdən 
əhatə edir. Həyətin günbatana 
baxan xarici giriş yolu küçə 
tərəfdən dərin baştağla qeyd 
edilmişdir. Abidənin ikinci 
baştağı pavilyonun çatmatağlı 
eyvanına 
qərb 
tərəfdən 
bitişərək, 
darısqal 
yerdə, 
pavilyona əzəmətlilik, vüqar və 
ucalıq təsiri bağışlayır. Bu portalın çatmatağlı taxçası zərif, dilim-dilim formalı 


62 
yarımgünbəzlə nəhayətlənir. Bu yarımgünbəz zəngin stalaktitlər quruluşuna 
söykənmişdir. Baştağın timpanları giriş yolunun üstündəki səth üzərində oyma 
naxışlarla, qabarıq nəbati ornamentlərlə bəzədilmişdir. Güman edilir ki, giriş yolunun 
üstündə abidənin tarixinə dair yazılar olmuş, lakin nə vaxtsa silinib atılmışdır. 
Bu abidənin nə vəzifə daşıdığı mübahisəlidir. Güman edilir ki, bu binada 
Şirvanşahlar dövlət şurasının iclaslarını keçirirmiş. Bu vaxt salonda şah və saray 
əyanları, həyətdəki eyvanda isə varlı şəhər sakinləri, dəvət edilmiş vətəndaşlar və s. 
əyləşirmiş. 
Divanxananın XV əsrin nadir bir abidəsi kimi, Azərbaycan memarlığında 
xüsusi yeri vardır. Bu binanın bir sıra bədii memarlıq keyfiyyətləri onu incəsənət 
irsimizin görkəmli abidələri sırasına daxil etmişdir. Onlardan kompozisiya tamlığını, 
memarlıq formalarının kamilliyini, dekorativ ünsürlərin yaradılmasındakı ecazkar 
ustalığı, memarlıq kütlələri arasındakı müvazinətin düzgünlüklə tapılması və 
onların daxili boşluqla üzvi surətdə uyğunlaşdırılmasını, ümumi tikintidə ayrı-ayrı 
memarlıq ünsürlərinin düzgün miqyasda yerləşdirilməsini və s. göstərmək 
lazımdır. 
Bu binanın portal bəzəyilə Şirvanşahlar türbəsindəki baştağın dekorativ 
kompozisiyası, ayrı-ayrı dekorativ ünsürlər Divanxana salonunda altıguşəli 
medalyonlarda və türbədəki portal medalyonlarında güzgü əksliyilə yazılmış qabarıq 
"Əli" sözləri və s. arasındakı yaxın yaradıcılıq üslubu yerli Şirvan memarlıq 
məktəbinin sənət xəzinəsindən xəbər verir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə