A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə27/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   23   24   25   26   27   28   29   30   ...   61
id55880

Saray tikintiləri. 
XV əsrin ortalarında formalaşmış Şirvanşahlar sarayı 
kompleksi Yaxın Şərqin görkəmli daş memarlıq abidələrindəndir. Bu memarlıq 
kompleksinə Şirvanşahlar sarayı (XIII-XV əsrlər), Divanxana (XV əsr), 
Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (XV əsr), Seyid Yəhyə Bakuvi 


60 
məqbərəsi (XV əsr) Şərq (Murad) darvazası (1585), Qala divarları (XIX əsr) 
daxildir. 
Şirvanşahlar türbəsi. 
Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində 
yerləşmiş Şirvanşahlar türbəsi ilə saray məscidi birlikdə, yuxarı həyətin memarlıq 
kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksini yaratmışdır. 
Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin şərq fasadı 
portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. 
Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının 
ciddiliyi səbəb olmuşdur. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq 
hissələrilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş 
üstündəki oyma naxışlara geniş yer verilmişdir, 
Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib Cənub və şimal 
tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülmüşdür. Şimal tərəfdəki otaqda 
dama aparar dolama pilləkənlər yerləşdirilmişdir. 
Daxili quruluşun əsas hissəsi salona verilmişdir. Salonun divarlarında 
çatmatağlı, dərin taxçalar yerləşdirilmişdir Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə 
örtülmüşdür. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilmişdir. 
Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanmışdır. Salonun qərb tərəfindəki 
iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində 
nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. 
Günbəz vaxtilə firuzə rəngli kaşı lövhələrilə örtülmüş idi. 
Bu türbəni fərqləndirən əlamətdar xüsusiyyətlərdən biri onun yeraltı sərdabə 
hissəsinin olmasıdır. Meyitlər salonun döşəməsində yerləşdirilmiş sərdabədə dəfn 
edilmiş və sərdabə daş lövhələrlə örtülmüşdür. 
Türbənin baştağı Azərbaycan portallarının ən gözəllərindəndir. Bu 
baştağın dilimli tavanı yuxarıdan çatma yarımgünbəzlə nəhayətlənmiş, aşağıdan isə 


61 
stalaktitlərlə bəzədilmişdir. Yarımgünbəz dörd cərgədə yerləşmiş stalaktit kəmərinə 
söykənmişdir. 
Baştağda, çatmatağın üstündə stilləşmiş nəbati naxışlar, sol və sağdakı 
medalyonda isə güzgü əksliyilə təkrar olunan "memar Əli" sözləri verilmiş, portalın 
yuxarı hissəsində isə nəsx xəttilə, iki sırada Quran yazıları qabarıq formada daşlarda 
oyulmuşdur. 
Baştağı salondan ayıran çatmatağlı giriş qapısının üstündəki ikisətirli daş 
kitabə abidənin tikilmə tarixindən xəbər verir: "Ən böyük sultan, əzəmətli Şirvanşah, 
Allahın nəbisinin adaşı, dinin köməkçisi Xəlilullah - Allah onun dövlət və 
hökmranlığını həmişəlik etsin, anası və oğlu üçün - Allah onların hər ikisinə də rəhmət 
etsin - bu nurlu türbənin tikilməsinə 939 (1435-1436)-cu ildə əmr etdi". 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə