A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə26/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   22   23   24   25   26   27   28   29   ...   61
id55880

Pirsaatçay xanəgahıdır.
1939-1940-cı illərdə hərtərəfli ölçülmüş və tədqiq edilmiş, daha sonralar, 
1956-1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri yerinə yetirilmişdir. 
Pirsaatçayda xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu 
üzrə Şirvanşahların Kəsrani nəslindən olan üçüncü Fəriburz və II Axsitan zamanı, 
yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Kompleksin əsas binası burada XIII əsrdə 
tikilmiş Pirhüseyn Rəvananın məqbərəsidir. 
Əvvəla, Pirhüseyn Rəvananın türbəsinin içərisində qəbir sənduqəsinin 
üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, bu kaşılar hələ XIX 
əsrdən başlayaraq dağılmağa başlamış, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar 
tərəfindən qopardılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. 
Pirhüseyn kaşılarının böyük bir qrupu Dövlət Ermitajında, kiçik hissəsi isə Bakıda, 
Nizami muzeyində saxlanmaqdadır. Pirhüseynin kaşılarının üzərində olan 
ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən tarixi əhəmiyyətli 
materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən 
ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. 
Pirhüseynin kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman 
Azərbaycanda əsas etibarilə kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı 
bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra 
böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar 
şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla 
başa gəlirdi. 
Pirsaat xanəgahının çox qiymətli bir qismini də onun məscidinin 
içərisindəki mehrab təşkil edir. Gəc üzərindəki oyma üsulu ilə işlənmiş bu mehrab 
həm ornament bəzəyi, həm də üzərindəki kitabələr cəhətdən çox qiymətli bir sənət 
əsəridir. Gəcin arasına daxil edilmiş firuzə rəngli kaşı parçaları bu məqbərənin şərq 
hissəsini daha da zənginləşdirir. Bu mehrab yüksək bədii keyfiyyətlərini nəzərə 
alaraq, mühafizəsini təmin etmək üçün Bakıya köçürülmüş və Nizami muzeyinin 
salonlarının birində divarda yenidən quraşdırılmışdır. Pirsaatçay xanəgahının XIII əsr 
tarixli minarəsi də Şirvan memarlığındakı minarə tikintisinin inkişafında çox 
əhəmiyyətli bir pillədir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə