A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə24/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   20   21   22   23   24   25   26   27   ...   61
id55880

Diribaba türbəsi. 
Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə 
tikilmiş ikimərtəbəli türbə, həm də xatirə məscidi vəzifəsini görmüşdür. Birinci 
mərtəbədə iki otaq vardır. Bu otaqlar cənub tərəfdə, fasadda iki çatma-tağla qeyd 
edilmişdir. Bir pəncərəli sol tərəfdəki otağın daxilində tavan çatma formasındadır. 
Ondan sağdakı kiçik kvadrat otağın tavanı səkkizkünc günbəzlə örtülmüşdür. Bu otaqdakı 
çatmatağlı çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır. 
İkinci mərtəbə bir, geniş mərkəzi günbəzli otaqdan ibarətdir. Bu otaq 
aşağıdakı iki otağın sahəsi boydadır. Bu otaq xaricdən sferik formalı günbəzlə 
örtülmüşdür. Günbəzin dayağı olan künc tromplan daş üzərində oyma nəbati naxışlarla 
bəzədilmişdir. 
Böyük otağın fasada açılan, eləcə də şərq və qərb tərəfə baxan, işıq gələn 
açırımları vardır. Otaqdan şimal tərəfə açılmış iki kiçik açırım türbəni dağda çapılmış 
mağara ilə əlaqələndirir. 
Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və 
təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi 
yer tutur. 
Bu binada memarın bir sıra yaradıcılıq xüsusiyyətlərilə tanış oluruq. Onlardan 
fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə 
əlaqələndirilməsi, qarmaqarışıqlı təbiət mənzərəsində memarlıq kütlələrinin 
ciddiliyini qeyd etməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin 
tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və s. göstərmək olar. 
Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin 
inşaat tarixi hicri 805 (1402)-ci il yazılmışdır. 
Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə 
işlənməsinə görə Şirvanşahlar sarayı kompleksinin eyni tipli dekorativ işlərindən heç 
də geri qalmır. Bu trompların birində oxunmuş yazıya görə bu türbə ustad Hacının 
oğlu tərəfindən tikilmişdir. 


58 
Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli 
abidələr ilə, xüsusilə Şirvanşahlar sarayı kompleksilə bağlayır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə